Uot 31. 445. Q. M. MƏMMƏdov, Y.Ġ. ġAhverdiyev, H. M. HƏSƏnov, S. Y


Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix11.01.2018
ölçüsü0,67 Mb.
#20449
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

digər  məhlullarda  həll  olmuş  turşu,  duz,  qə-



ləvi  materialları,  həmçinin  onların  ölçülmüş 

hissələrinin qatışıqlarıdır.   

Qazvari tullantılar – bunlar bütün qaz ha-

lında  olan  tullantılardır.  Bu  qrupa  müəyyən 

miqdarda  bərk  və  ya  maye  hissəcikləri  olan 

müxtəlif  cür  iyli  tüstülər,  dumanlar,  qazlar, 

üzvi  maddələrin  buxarı  və  digər  çirklər 

aiddir. 


Ayrıca bir kateqoriya olaraq şlam şəklin-

də yaranan tullantıları təsnif etmək lazımdır. 

Bunlar  nə  maye,  nə  də  bərk  tullantı  sayılır-

lar. Bir qayda olaraq bunlar tərkibində suyun 

kütlə  payı  20%  ilə  80%  arası  olan  və  ilkin 

emal  olmadan  (qurutma,  dondurulma  və  s.) 

daşınması  (bir  yerdən  başqa  yerə  nəql  olun-

ması)  mümkün  amorf  ya  da  xırda-kristallik 

kütlələrdir . 

İstehsalatın və bütövlükdə sənayenin tex-

nogen  kimyəvi  tullantılarının  sinifləndirmə 

sistemini təhlil edərkən, bunların başlıca xa-

rakterik  xüsusiyyəti  olan  zəhərləmə  qabiliy-

yəti (zəhərlilik – toksiki xüsusiyyəti) ilk nö-

vbədə  qeyd  olunmalıdır.  Bu  əlamətə  görə 

kimyəvi tullantıları 3 qrupa bölərək təsniflə-

mək  mümkündür:  zərərsiz-zəhərli  olmayan-

lar, zəhərli olanlar və  xüsusilə zəhərli olan-

lar (cəd.1.1).  

“Zəhərlilik”  məfhumu  kimyəvi  tullantı-

ların canlı təbiətə təsir dərəcəsini təyin edir. 

Bu da ilk növbədə insan orqanizminin məruz 

qaldığı təsir, daha sonra heyvanat aləminə və 

bitkilərə olan təsirlər kimi başa düşülür.  

Demək olar ki, bütün kimyəvi tullantılar 

toksiki  (zəhərli)  olurlar,  onların  göstərdiyi 

təsirlər  isə  (zəhərləmə  qabiliyyəti)  tərkibin-

dəki  müəyyən  maddələrin  dozasının  insana 

və  ya  təbii  mühitə  təmasından  asılı  olaraq 

dəyişir [98,181].  

Bundan  savayı,  kimyəvi  maddələrin  ço-

xu  orqanizmdə  və  həmçinin  ətraf  mühitdə 

yığılaraq  akkumulyasiya  etmək  xassəsinə 

malik olmaqla  yanaşı  öz toksiki  təsirini za-

man keçdikcə gücləndirməyə qadirdir.  

Tullantıların  zərərsizləşdirilməsi  və  uti-

lizasiya prosesləri müxtəlif fiziki, fiziki-kim-

yəvi, biokimyəvi və kimya texnologiyaların-

da  istifadə  olunan  digər  məlum  üsullar  va-

sitəsilə aparılır. Bu metodların mahiyyəti xü-

susi  ədəbiyyatda  kifayət  qədər  dolğun  və 

yaxşı işıqlandırılmışdır.  

Hazırki vaxta qədər bir sıra texnogen sə- 

naye tullantıları ləğv olunma və ya kənarlaş-

dırılma prosesinə ilkin olaraq zərərsizləşdir-

mə  mərhələsindən  keçərək  və  ya  onsuz  bir-

başa  cəlb  olunur.  Ancaq  tullantı  problemini 

bu  cür  həll  etmək  yolu  artıq  köhnəlmişdir; 

ləğv olunmağa məruz qalan tullantılar yalnız 

elə  tullantılardır  ki,  müasir  üsullarla  onları 

təkrar  istifadə  etmək  olmur  və  ya  heç  cür 

təkrar  emalla  məqsədli  məhsula  çevrilməsi 

mümkün deyildir.  

Lakin bir sıra hallarda tullantıların fiziki-

kimyəvi  emalı  nəticəsində,  daha  dəqiq  de-

sək,  onların  tərkibindən  ayrı-ayrı  faydalı 

komponentlərin  ayırd  edilərək  çıxarılmasın-

dan, sonra yeni bərk və ya maye fazalı yarar-

sız  qalıqlar  meydana  gəlir  ki,  bunların  da 

sonrakı  mərhələdə  işlənilməsi  artıq  məqsə-

dəuyğun sayılmır.  

Beləliklə,  texnogen  tullantıların  təkrar 

emalı  üzrə  texnoloji  prosesin  yekun  mərhə-

ləsi  kimi  son tullantı qalığının (çöküntünün) 

ləğv  olunması  həyata  keçirilir.  Çünki  təkrar 

emaldan keçmiş bu qalıqdan artıq  istifadəyə 

yararlı  tərkib  hissəsi  tapıb  çıxarmaq  müm-

künsüz sayılır  

Ölkəmizdə  və  xaricdə  praktiki  cəhətdən 

tətbiq edilən tullantı qalıqlarının ləğvinə dair 

mövcud metodlardan aşağıdakılar qeyd edilə 

bilər:  zibilxana  və  şlam  ambarlarında  sax-

lama,  sanitar  torpaq  tökülməsi,  dərin  yeraltı 

quyulara (qaz və ya maye halında) doldurma  

və ya basdırma, yandırılma və ya piroliz. 

Zibilxanalar  şəhər  kənarında  yerləşən, 

məişət  və  sənaye  tullantılarının  nəzarətsiz 

şəkildə saxlandığı torpaq sahələridir. Tez-tez 

zibillik sahələrini qismən boşaltmaq üçün zi-

bil tullantılarının yandırılması işi yerinə yeti-

rilir.  Tullantıların  bu  cür  saxlanma  metodu 

artıq yararlı deyil, buna görə də indiki dövr-

də bu üsul bir çox dünya ölkələrində qanun-

vericiliyə əsasən qadağan olunmuşdur.  

Çünki  zibilxanalar  meqapolislərdə  həm 

hava, həm də suyu, habelə ətraf mühiti çirk-

ləndirən başlıca səbəbkar sayılırlar. Kimyəvi 

tullantıların  açıq  şəraitli  zibilxanalarda  sax-

lanması  zamanı  tullantı  maddələrinin  hava-

nın  rütubəti və oksigeni  ilə qarşılıqlı təması 

baş verir.  

Bunun  nəticəsində  də  toksiki  və  zərərli 

birləşmələr  meydana  gəlir,  bu  da  öz  növbə-

sində yağış suları ilə yuyulub çıxarılaraq sət-

hə hopur, ardınca axaraq çaylara və göllərə  



Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

tökülür  



Tullantıların  ləğvi  üzrə  metodlar  arasın-

da ən münasib  olanı onların  yandırılması  və 

ya piroliz sayılır. Bu üsullar həm maye, həm 

də  bərk  tullantılar  üçün  tətbiq  edilə  bilər. 

Piroliz  və  ya  yüksək  temperaturlu  yandırıl-

ma  tullantıların həcmini 85% azaltmağa im-

kan verir.  

Ancaq  onu  da  qeyd  etmək  lazımdır  ki, 

tullantılar yandırılarkən kənara atılan qazlar-

da  O


2

,  CO,  H

2

O,  müəyyən  həddə  və  qeyri-



müəyyən  tərkibdə  karbohidrogenlər,  metil-

xloridlər, formaldehidlər, benzopiren və sai-

rə maddələr olur.  

Belə  ki,  müəlliflər    kimyəvi  tullantıla-

rın fərqli konstruksiya və istilik rejiminə ma-

lik  qurğularda  yandırılma  yolu  ilə  zərərsiz-

ləşdirilməsini tədqiq edərək, bu üsulun gigi-

yena-təmizlik  cəhətdən  qiymətləndirməsi 

məqsədini güdmüşlər.[130]  

Bu  zaman  üzvi  maddələr  istehsalı  (poli-

efirlər,  plastifikatorlar  və  s.)  axıntı  sularının 

yandırılması  zamanı  kənara  atılan  qazların 

tərkibində 0,17-0,19 mq/m

3

 benzopiren mad-



dəsi  olduğu  müəyyən  olunmuşdur.  Deməli, 

üzvi  çirkab  axıntılarının  zərərsizləşdırılması 

üçün yandırılma üsulunun istifadəsi atmosfe-

rə  atılan  qazların  həddindən  artıq  dərəcədə 

təmizlənməsini tələb edir  

Bərk və maye tullantıların termiki zərər-

sizləşdirilməsi  və  ya  piroliz  üsulu  ilə,  yəni 

yandırılmaqla maye posa alınmasına elmi iş-

ləri həsr olunmuşdur.  

Beləliklə,  kimyəvi  tullantıların  ləğvi  və 

kənarlaşdırılması  haqqında  müxtəlif  metod-

lara  baxaraq,  belə  bir  nəticəyə  gəlmək  olar 

ki,  tullantıların  ləğvi  üçün  bu  və  ya  digər 

metodu  seçməzdən  əvvəl,  həmin  tullantının 

xammal və ya enerji mənbəyi kimi dəyərinin 

qalıb-qalmadığını  müəyyənləşdirmək  lazım-

dır.  Bununla  yanaşı,  texnogen  tullantıların 

zərərsizləşdirilməsi  üzrə  hər  bir  sadalanan 

metodun  üstün  və  çatışmayan  cəhətlərini 

araşdırmaq  və  ən  səmərəli  və  əlverişli  me-

todu seçmək lazımdır.   

 

Ədəbiyyat 

 

1.Məmmədov Ə.M. Sənaye ekologiyası. Ba-

kı, Elm, 2008, 286c. 

2.Xəlilova A.A. və b. Ekologiyanın əsasları. 

Baki, AzTU, 2009, 320 c. 

3.Mirbabayev  M.F.  Hava  məkanının  ekolo-

giyasi. Bakı, AzTU, 2005, 162 c. 

4.Розанов С.И. Общая экология. М.,С-Пб, 

2003, 288с. 

5.Эйвазов  Б.Ю.  Экология  металлургичес-

ких процессов. Баку, Элм, 2005, 362 с. 

6.İsmayilov N.Ş. Tökmə qəlibinin texnologi-

yası. Bakı, Az.TU, 2000. 260s. 

7.Rəhimova K.E. Texnogen tullantıların isti-

fadə imkanlari //Beynəlxalq konfransın ma-

terialları. Bakı, AzTU, 2013, s. 161-163. 



 

K. E. Rəhimova  

 

 (ADIU) 

 

Texnogen tullantilarin ətraf muhitə təsiri,  

istifadəsi  və roblemin müasir vəziyyəti 

 

Məqalədə  texnogen  tullantıların  istifadə 



probleminin  aktuallığı  və ətraf mühitə təsiri 

əsaslandırılmışdır. 

Tullantıların 

təkrar 

istifadəsi  və  ya  utilləşdirilməsi  üçün  sənaye 

müəssisələri  və  mütəxəssislərin  qarşısında 

duran vəzifələr müəyyən edilmişdir. 

Açar sözlər: texnogen tullantılar, sənayə 

tullantıları,  neft  şlamları,  istifadə  sahələri, 

ətraf muhitə təsirtökmə istehsalı. 

 

К.Э. Рагимова. 

 

Воздействие техногенных отходов на 

окружающую среду, их использование 

и современное воздействие 

 

Рассмотрена  и  обоснована  актуаль-

ность проблемы использование техноген-

ных отходов промышленности и негатив-

ное  воздействие  на  окружающую  среду. 

Подчѐркнута  важность  и  неотложность 

задач,  стоящих  перед  специалистами  в 

утилизации  промышленных  отходов  и  в 

том числе нефтяных шламов в металлур-

гической  отрасли  в  литейном  производ-

стве. 

 

Məqaləyə AzTU-nun “Metal konstruksiyası” 

kafedrasının professoru A.Məmmədov rəy 

vermişdir. 

 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə