Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə32/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   28   29   30   31   32   33   34   35   ...   46

 

66 


 

-səhmlərin  (payların)  və  sahibkarlıq  fəaliyyətinin  həyata  keçirilməsi  şərtlərini  müəyyənləş-

dirməyə  və  ya  onun  ali  idarəetmə  orqanının  funksiyalarını  həyata  keçirməyə  imkan  verən 

hüquqlarının  əldə  olunması  zamanı  təsərrüfat  subyektləri  arasında  bağlanmış  əqdlərin 

reallaşdırılmasında antiinhisar qanunvericiliyinə riayət edilməsinə dövlət nəzarəti

-antiinhisar  qanunvericiliyi  təsərrüfat  subyektlərinə  özlərinin  inhisar  mövqeyindən    sui-

istifadə  etməyi,  təsərrüfat  subyektləri  arasında  ayrı-seçkilik  yarada  biləcək  fəaliyyəti,  rəqabətin 

məhdudlaşdırılmasına səbəb olan sazişləri qadağan edir; 

-antiinhisar  qanunvericiliyi  haqsız  rəqabətin  yolverilməzliyini  tələb  edir.  “Haqsız  rəqabət 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  uyğun  olaraq,  haqsız  rəqabətin  aşağıdakı 

formaları müəyyən edilir

-rəqabət aparan firmaların təsərrüfat fəaliyyətinin öyrənilməsi; 

-rəqabət aparan  subyektlərin təsərrüfat fəaliyyətinin  nüfuzdan salınması; 

-rəqabət aparan firmaların təsərrüfat fəaliyyətinə müdaxilə

-haqsız sahibkarlıq fəaliyyəti; 

-haqsız işgüzarlıq davranışı; 

-istehlakçıların çaşdırılması. 

Göstərilən    qanunun  tələblərinə  uyğun  olaraq,  haqsız  rəqabətin  forması  kimi  müəyyən 

edilmiş həmin hərəkətlər qadağan edilir. 

Beynəlxalq  təsərrüfat  əlaqələrinin  qloballaşması  şəraitində  milli  iqtisadiyyatın  qarşısında 

duran  ən  mühüm    problemlərdən  biri  xarici  ticarət  fəaliyyətinin  UDT-nin  prinsiplərinə 

uyğunlaşdırılmasıdır.  Qeyd  etmək  lazımdır  ki,  dövlət  müstəqilliyi  əldə  etdikdən  sonra 

respublikamızın beynəlxalq iqtisadi münasibətlər sisteminə inteqrasiya olunması ilə bağlı tədbirlər 

həyata keçirilmişdir. 



 

ƏDƏBİYYAT 

1.

 



Hüseynov T.Ə. Firmanın iqtisadiyyatı, Bakı: Azərnəşr, 2009, 600 s. 

2.

 



Şahbazov K.A., Həsənov H.S. İdarəetmə qərarları, Bakı: İqtisad Universiteti, 2014, 176 s.  

3.

 



Abbasbəyli A., Nəcəfov E. Beynəlxalq münasibətlər nəzəriyyəsi, Bakı: Mütərcim, 2007, 208 s. 

 

РЕЗЮМЕ 



ГЛОБАЛИЗАЦИЯ НЕКОТОРЫХ ПРОБЛЕМ 

МЕЖДУНАРОДНЫX ОТНОШЕНИЙ В РЫНОЧНОЙ ЭКОНОМИКЕ 

Мамедов И.С. Тагиев А.В. 

 

Ключевые  слова:  Глобализация,  торговля,  информация,  технологии,  капиталресурсы, 



природные ресурсы, транснациональные корпорации. 

В  данной  статье  исследуется  роль  международных  отношений  в  современном  мире  в 

контексте глобализации. Автор анализирует некоторые государственные меры, предпринимаемые в 

области  интеграции  экономики  Азербайджана  в  мировую  экономику,  а  также  рассматривает  

направления развития экономики Азербайджана в условиях глобализации. 

 

SUMMARY 

SOME PROBLEMS OF GLOBALİZATİON OF  

İNTERNATİONAL RELATİONS İN MARKET ECONOMY 

Mammadov I.S., Taghiyeva A.V. 

 

Key wordsglobalization, commodity, information, technology, capital resources, natural resources, 

transnational corporations 

This paper examines the role of international relations in modern world  from globalization context. 

Author has analysed some state measures of  Azerbaijan economy for integration into world economy, too. 

He also takes into consideration some directions of Azerbaijan economy for its globalization. 

 

Daxilolma tarixi: 



İlkin variant 

21.11.2016 

 

Son variant 



27.09.2017 

Bazar  iqtisadiyyatı şəraitində  beynəlxalq əlaqələrin qloballaşmasının bəzi məsələləri 

 



 

67 


 

 

UOT 336.714 

 

AMORTİZASİYA SİYASƏTİ İNVESTİSİYA QOYULUŞLARININ 

ARTIRILMASI VASİTƏLƏRİNDƏN BİRİ KİMİ 

 

1

HÜSEYNOVA MƏLAHƏT SOLTAN qızı 

2

ƏHMƏDOVA TƏRANƏ MÜTƏLLİM qızı 

Sumqayıt Dövlət Universiteti, 1-dosent, 2- müəllim 

e-mail: 

tarana.7474@mail.ru

 

 

Açar sözlər: investisiya, amortizasiya siyasəti, əsas fondlar, maliyyə, vergi, təkrar istehsal 

 

İnvestisiyaların  cəlb  olunması  və  səmərəli  istifadə  edilməsi  probleminin  həlli  konseptual, 



sistemli, metodoloji yanaşma  olmadan mümkün deyil. Ölkə iqtisadiyyatı üzrə bütövlükdə və onun 

ayrı-ayrı  sahələrində  investisiya  proseslərinin  idarə  edilməsi  onların  inkişaf  strukturunun 

dəyişməsinə  və  dinamikasına  təsir  edən  amillərin  kompleks  tədqiqini  tələb  edir.  İnvestisiyalaşma 

üzrə idarəetmə qərarlarının formalaşmasına təsir edən makroiqtisadi şəraitin öyrənilməsi zəruridir. 

İqtisadiyyatda  baş  verən  dərin  və  səmərəli  dəyişikliklər  yalnız  investisiyaların  yeni  idarəetmə 

mexanizmlərinin formalaşması və fəal istifadəsi zamanı mümkündür. 

Dövlətin  investisiya  siyasətinin  formalaşdırılmasının  elmi  cəhətdən  əsaslandırılmış 

prinsiplərinin işlənib hazırlanması zəruridir. Təsərrüfat subyektlərinin investisiya siyasətinin forma-

laşdırılması prinsipləri investisiya proseslərinin idarə edilməsi metodologiyasının ən mühüm tərkib 

ünsürlərindən  biridir.  Bu  prinsiplərin  yaradıcılıqla  istifadəsi  bütövlükdə  respublika  və  onun 

regionları,  ümumilikdə  iqtisadiyyat  və  onun  sahələri  üzrə  məqsədli  inkişaf  proqramlarının 

maliyyələşdirilməsi  üçün  investisiyaların  seçimi  mexanizminin  təkmilləşdirilməsinə  kömək 

etməlidir.  Bazar  iqtisadiyyatında  investisiyanı  müəyyən  edən  birbaşa  amillər  xalis  mənfəətin 

gözlənilən norması və real faiz dərəcəsidir. Əgər xalis mənfəətin gözlənilən norması faiz dərəcəsini 

ötərsə,  onda  investisiya  mənfəətli  olur.  Ümumiyyətlə,  investisiya  qərarlarına  təsir  edən  vasitələri 

şərti olaraq üç qrupa – makroiqtisadi, mikroiqtisadi və institutsionala – bölmək olar. Makroiqtisadi 

vasitələrə  investsiyanın  ümumi  iqtisadi  mühitini  müəyyən  edən  və  məhz  faiz  dərəcəsinə,  iqtisadi 

artım  tempinə  və  xarici  ticarət  rejiminə  təsir  edən  vasitələr  aid  edilir.  Mikroiqtisadi  vasitələrə 

investisiyanın  tərkib  hissələrinə,  yaxud  ayrı-ayrı  sahələrə  –  vergi  dərəcəsi,  amortizasiya  qaydası, 

güzəştli  kreditlərə  təsir  göstərən  tədbirlər  aiddir.  İnstitutsional  vasitələr,  xüsusi  investorların 

investisiya  proqramlarını  əlaqələndirməyə  imkan  verir  və  özünə  investisiya  siyasətini  həyata 

keçirən dövlət orqanlarını, sahibkar təşkilatlarını, informasiya sistemlərini daxil edir.  

Məqalədə  biz  investisiyaya  mikroiqtisadi  baxımdan  yanaşacağıq.  İnvestisiyanın 

tənzimlənməsinin  mikroiqtisadi  vasitələri  arasında  birinci  yerdə  firmaların  sərəncamında    qalan 

fondların  həcminə  birbaşa  təsir  göstərən  tədbirlər  durur.  İnvestisiyanın  maliyyələşdirilməsinə 

istiqamətlənən  potensial  vəsaitlər  amortizasiya  fondlarından    və  bölüşdürülməyən  mənfəətdən 

ibarətdir.  Müxtəlifnövlü  kapital  aktivlərinə  amortizasiya  ayırmaları  dövlətin  vergi  rejimi  ilə 

müəyyən olunur. Ona görə ki, bu vəsaitlər müəyyən vergi tutulan mənfəətdən hesablanır. Deməli,  

əgər  firma  mənfəətinin  nə  qədər  böyük  hissəsini  amortizasiyaya  ayırarsa,  bir  o  qədər  az  vergi 

ödəyər  və  investisiya  layihələrini  maliyyələşdirmək  üçün  onda  çox  vəsait  qalar.  Firma  üçün 

sürətləndirilmiş amortizasiya rejimi daha əlverişlidir. Bu baxımdan amortizasiya siyasətinin roluna 

xüsusi  diqqət  yetirmək  lazımdır.  Amortizasiya  siyasəti  potensial  investisiyanın  maliyyələşdiril-

məsinə zəmin və mənbə yaradır. Ona görə də bu siyasətin daim təkmilləşdirilməsi zəruridir [1].  

Amortizasiya  siyasətinin  təkmilləşdirilməsində  həlledici  rolu,  hər  şeydən  əvvəl,  amortizasiya 

qanunvericiliyinin  əsas  fondların  qruplarının  böyüdülməsi  hesabına  sadələşdirilməsi  oynayır.  Əsas 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 3                   2017 

  



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə