Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə31/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   27   28   29   30   31   32   33   34   ...   46

 

64 


 

    

UOT 339 

 

BAZAR  İQTİSADİYYATI ŞƏRAİTİNDƏ  BEYNƏLXALQ ƏLAQƏLƏRİN 

QLOBALLAŞMASININ BƏZİ MƏSƏLƏLƏRİ 

 

1

MƏMMƏDOV İLQAR SƏMƏNDƏR oğlu 

2

TAĞIYEVA AİDƏ VALEH qızı 

Sumqayıt Dövlət Universiteti, 1-dosent, 2-baş laborant  

e-mail:aidatagiyeva02@gmail.com 

 

Açar  sözlər:  qloballaşma,  əmtəə,  informasiya,  texnologiya,  kapital,  resurslar,  təbii  ehtiyatlar, 

transmilli korporasiya 

 

Qloballaşma prosesinin neqativ cəhətlərinə – daxili bazara davamlı dempinq  təzahürlərinin  

güclənməsi  nəticəsində  yerli  əmtəə  istehsalçılarının  çoxsaylı  çətinliklərə  məruz  qalması,  Elmi-

Texniki Tərəqqinin ən  yeni nailiyyətlərinin  istehsalda tətbiqi nəticəsində iş  yerlərinin itirilməsi, 

əhalinin gəlirlərinin səviyyəsi arasındakı təbəqələşmənin  güclənməsi və sair amillər aid edilir. 

Qloballaşma  prosesi  mahiyyət  etibarı  ilə  əmtəə,  xidmətlərin,  işçi  qüvvəsinin  informasiya, 

texnologiya və kapital resurslarının maneəsiz hərəkəti, iqtisadi sərhədlərin və fəaliyyət zonalarının 

liberallaşdırılması,  təbii  ehtiyatlardan  istifadənin  azad  bazar  konyukturuna  tabe  etdirilməsi  ilə 

səciyyələnən  tədbirlərin  məcmusu  kimi  dəyərləndirilir.  Araşdırmalar  göstərir  ki,  qloballaşma 

prosesinin  daha  geniş  coğrafi  əraziləri  əhatə  etməsində  önəmli  rolu  qlobal  strukturlar    oynayır. 

Xüsusilə,  əsrlərin  qovşağında  qloballaşma  prosesinin  daşıyıcısı  kimi,  qlobal  müəssisələr,  başqa 

sözlə, transmilli korporasiyalar əhəmiyyətli rola malikdir. 

Qloballaşma  prosesinin  beynəlxalq  iqtisadi  və  təsərrüfat  münasibətləri  sferasında  daha 

genişmiqyaslı  rola  malik  olması,  onun  siyasi  proseslərlə  sıx  əlaqəsilə  şərtlənir.  Analitiklərin 

araşdırılmalarından  belə nəticəyə gəlmək olar ki, qloballaşma kifayət qədər uzunmüddətli tarixi 

prosesi əhatə etsə də, onun daha  güclü  sürət  alması  XXI əsrin zaman etibarilə sonlarına təsadüf 

edir.  Belə  ki,  XXI  əsrin  son  onilliyində  cəmiyyətdə  baş  verən  geosiyasi  dəyişikliklər  dünya  

sosialist  düşərgəsinin  dağılmasına,  nəticədə,  postsovet  və  postsosialist  məkanında  yerləşən 

regionların  açıq  satış  bazarlarına  və  sərbəst  iqtisadi  zonalar  çevrilməsinə  gətirib  çıxarmışdır. 

Dünyada  baş  verən  geosiyasi  dəyişikliklər,  ilk  növbədə,  beynəlxalq  aləmdə  inkişaf  etmiş 

dövlətlərin  superiqtisadi  güc  mərkəzlərinə  çevrilməsilə  nəticələnmişdir.  Təhlil  göstərir  ki, 

qloballaşma  prosesinin  siyasi  motivləri  bütün  dövrlərdə  mübaliğəsiz  olaraq  iqtisadi  məqsədlərə 

xidmət  etmişdir.  Əslində,  bütün  dövrlərdə  hərbi  siyasi  qarşıdurmalar  və  ziddiyyətlər  ərazi  

ilhaqına, təbii ehtiyatların xammal və satış bazarlarının  ələ keçirilməsinə xidmət etməklə, bu və 

ya digər dərəcədə qloballaşma prosesinə yardımçı olmuşdur. 

Qloballaşma  prosesi  uzunmüddətli  tarixi  mərhələlər  keçmişdir  ki,  bunlara  da  aşağıdakılar  

şamil edilir: 

-feodal müharibələr

-qədim sivilizasiyaların və imperiyaların təşəkkülü və inkişafı; 

-şəhərlərin, nəqliyyat və ticarət  mərkəzlərinin yaranması; 

-dünyanın coğrafi və iqtisadi cəhətdən bölüşdürlməsi

-imperiyaların dağılması; 

-yeni satış bazarlarının yaranması və genişlənməsi

-Transmilli korporasiyaların inkişafı; 

-İnternet texnologiyalarının inkişafı. 

Qloballaşma  prosesinə  qərb  iqtisadçıları  tərəfindən  müxtəlif  aspektlərdə  yanaşılır.  Bir  sıra 

iqtisadçılar  qloballaşma  prosesini,  xüsusilə,  müsbət    məqamlarını  önə  çəkərək,  xarici  ticarətin 

həcminin artmasını, əmtəə və kapital dövriyyəsinin genişlənməsini, eləcə də təsərrüfat əlaqələrinin 

genişlənməsinin  beynəlxalq  iqtisadi  münasibətlər  sisteminə  təsirini  yüksək  qiymətləndirirlər. 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 3                   2017 

  



 

65 


 

Onlar belə bir  arqumenti ön plana  çəkirlər ki, iqtisadi  əlaqələrin liberallaşması fonunda əmtəə və 

xidmətlərin,  texnologiyaların,  kapitalın,  işçi  qüvvəsinin  və  informasiyaların  ölkələr  arasında 

manesiz  hərəkətin  təmin    olunması  məhsul  bolluğuna,  bazarların  genişlənməsinə  əlverişli  şərait 

yaradır.  Digər  iqtisadçılar  isə  qloballaşma  prosesinin  xüsusilə  neqativ  cəhətlərini    vurğulamaqla 

onun sürətli sıçrayışının neqativ tərəflərini göstərirlər. Onlar belə bir arqumenti əsas götürürlər ki, 

qloballaşma prosesinin, xüsusilə, dempinq təzahürlərilə müşaiyət olunması əksər hallarda suveren  

ölkələrin  milli  iqtisadiyyatına  mənfi  təsir  göstərir  və  bu  da  super  güclərin  və  ondan  asılı  olan 

ölkələrin sayının  artmasına səbəb olur. Məhz bütün bunlar da dünyada anti-qlobalist hərəkatının 

güclənməsilə müşayiət olunur. Bu hərəkatın  nümayəndələri bu və ya digər beynəlxalq təşkilatlar 

və dövlətlərin  istəyilə liberallaşmanın ifrat səviyyəyə çatmasını qloballaşmanın  mənfi təzahürləri 

kimi  dəyərləndirirlər.  Lakin  nəzərə almaq lazımdır ki,  hər bir inkişaf etmiş  ölkə iqtisadiyyatının 

bütövlükdə  liberallaşmasının  tərəfdarı  deyil.  Baxmayaraq  ki,  bu  amillər  Ümumdünya  Ticarət 

Təşkilatı prinsiplərinə ziddir, həmin  ölkələr, xüsusən də, ABŞ  və Avropa Birliyi ölkələri öz milli 

maraqlarını qorumaqdadırlar. Araşdırmalar göstərir ki, 60-70-ci illərlə müqayisədə sonrakı dövrdə 

iqtisadiyyatda dövlətin rolu nəzərəçarpacaq dərəcədə yüksəlmiş, ABŞ-da özəlləşmənin sürəti aşağı 

düşmüş, liberallaşmanın tempi  ləngimişdir. 

Hazırda  qloballaşma  ilə  bağlı  dünyada  iki  qütbləşmə  mövcuddur.  Bunlardan  birincisi 

dünyada  qloballaşma  ideyasının  tərəfdarları,  ikincilər  isə  antiqloballaşma  cəbhəsində 

birləşənlərdir. 

Antiqloballaşma 

tərəfdarlarının 

əksəriyyəti 

qloballaşmanın, 

xüsusilə, 

kommunikasiya  sisteminin  inkişafı  ilə  əlaqədar  olan  beynəlxalq  əlaqələrin  liberallaşdırılmasının 

əleyhinə deyillər. Lakin  onlar əmtəə və xidmətlər bazarına sərbəst daxilolmanı təmin edən, eyni 

zamanda dövlət  tərəfindən yerli əmtəə istehsalçılarına zəruri hallarda maliyyə dəstəyini  nəzərdə 

tutan  təmərküzləşmə prosesinə üstünlük verirlər. 

Artıq mübaliğəsiz qeyd  etmək olar ki,  XX  əsrin  sonlarından və XXI əsrin  başlanğıcından 

etibarən  qloballaşma  prosesi  kiçikliyindən    və  böyüklüyündən  asılı  olmayaraq,  bütün    ölkələrin 

ictimai-siyasi  və  sosial-iqtisadi  həyatlarına  sürətlə  müdaxilə  edə  bilmişdir.  Doğrudur,  bu 

prosesdən hansı ölkələrin iqtisadi səmərə əldə edəcəyi tamamilə başqa bir problemin mövzusudur, 

lakin  bununla  belə,  qloballaşmanın  hazır  məhsullarının,  eləcə  də  elm  tutumlu  məhsulların  ixracı 

ilə  ixtisaslaşmış  ölkələrin  səmərə  əldə  edəcəyi  şübhəsizdir.  Təbiidir  ki,  iqtisadiyyatı  beynəlxalq 

bazar konyunkturundan asılı olan ölkənin  strateji baxımdan zərərlə üzləşəcəyi də istisna olunmur. 

Azərbaycan  Respublikası  dövlət  müstəqilliyi  əldə  etdikdən  sonra  beynəlxalq  münasibətlər 

sisteminə inteqrasiya olunmaqdadır və bu istiqamətdə hüquqi və iqtisadi  transformasiya tədbirləri 

həyata    keçirilmişdir.  Transformasiya    prosesinin,  ilkin  dövlətlərində  həyata    keçirilən  iqtisadi 

islahatlar  daha  çox  keçmiş  mərkəzləşdirilmə  sisteminin    dağılmasına  və  iqtisadiyyatın  bazar  

münasibətlərinin  tələblərinə  uyğun  adaptasiya  edilməsinə  istiqamətləndirilmişdir.  Bu  mərhələdə 

əsas  diqqət  iqtisadi  qanunvericiliyin  formalaşdırılmasına,    mülkiyyətin  özəlləşdirilməsinə, 

inhisarçılıq sisteminin dağılmasına yönəldilmişdir. 

İqtisadi  qanunvericiliyin    mühüm  tərkib  hissəsi  kimi  daxili  bazarda    rəqabətin  qorunması, 

qanunsuz  inhisar  fəaliyyətinin,  haqsız    rəqabətin  və  haqsız  reklamın  qarşısının  alınması, 

məhdudlaşdırılması  və  aradan  qaldırılması  məqsədilə  rəqabət  siyasətini  həyata  keçirmək  üçün 

antiinhisar  və  ya  rəqabətin  qorunması  qanunvericiliyi  yaradılmışdır.  Təbii  inhisar  subyektlərinin 

fəaliyyətinin tənzimlənməsinin qanunvericilik bazası işlənib  hazırlanmışdır. Məlum olduğu kimi, 

bazar  iqtisadiyyatının    formalaşdırılmasının  əsasını  rəqabətin  təmin    edilməsi  təşkil  edir.  Milli 

iqtisadiyyatda  rəqabətin  qorunmasının  əsas  prinsipləri  Azərbaycan  Respublikasının 

Konstitusiyasında əks olunmuşdur.  

Milli  iqtisadiyyatın  formalaşdığı  müasir  şəraitdə  İqtisadi  İnkişaf  Nazirliyi  eyni  zamanda 

rəqabətin  stimullaşdırılması və iqtisadi qanunvericiliyə əməl edilməsinə yönəldilən funksiyalarını 

da həyata keçirir ki, bunlara  da aşağıdakılar şamil edilir: 

-Azərbaycan  Respublikasının  “Antiinhisar  fəaliyyəti  haqqında”,  “Təbii  inhisar  haqqında”, 

“Reklam  haqqında”  və  “Maliyyə-sənaye  qrupları  haqqında”  qanunlara  əməl  olunmasına  dövlət  

nəzarəti; 

-təsərrüfat  subyektlərinin  birliklərinin  yaradılması,  yenidən  təşkili  və  ləğv  edilməsi  zamanı 

antiinhisar qanunvericiliyinə riayət edilməsinə dövlət nəzarəti

Məmmədov İ.S., Tağıyeva A.V. 

 

 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə