Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə40/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   36   37   38   39   40   41   42   43   ...   46

 

82 


 

ƏDƏBİYYAT 

1.

 



Gəncə-Qazax iqtisadi coğrafi rayonunun pasportu. Bakı:  2012. 

2.

 



Azərbaycanın iqtisadi və sosial coğrafiyası. V.Ə.Əfəndiyevin redaktorluğu ilə. Bakı: 2010, 496 s. 

3.

 



İbrahimov İ.H. Regionda sahibkarlığın inkişaf meyilləri və xüsusiyyətləri. Bakı: 2007, 296 s. 

4.

 



İmrani Z.T.,  Zeynalova K.Z.  Azərbaycanda təsərrüfatın ərazi təşkilinin iqtisadi-coğrafi 

xüsusiyyətləri. Bakı: Nafta-Press, 2014, 232 s.         

 

РЕЗЮМЕ 

СОВЕРШЕНСТВОВАНИЕ 

СЕЛЬСКОГО ХОЗЯЙСТВА В ЭКОНОМИЧЕСКОМ И 

ГЕОГРАФИЧЕСКОМ РАЙОНЕ ГЯНДЖА-КАЗАХ 

Аллахвердиева С.А., Алмамедли М.Г., Валиев А.Дж.  

 

Ключевые слова: Гянджа – Казах, сельское хозяйство, растениеводство, скотоводство, 

природные условия, рельеф. 

В  статье  анализируется  текущее  экономическое  и  географическое  положение  экономико-

географического  региона  Гянджа-Газах,  и  в  этом  контексте  в  регионе  определены  направления 

специализации сельскохозяйственных отраслей. 



 

SUMMARY 

IMPROVEMENT OF AGRICULTURE IN THE ECONOMIC AND GEOGRAPHICAL 

DISTRICT OF GANJA-QAZAKH 

Allahverdiyeva S.A., Almammadli M.G., Valiyev A.J.  

 

Keywords: Ganja-Qazakx, agriculture, plant growing, cattle breeding, natural conditions, relief 

The  article  analyzes  the  current  economic  and  geographical  position  of  the  economic-geographic 

region of Ganja-Qazakh, and in this context the directions of specialization of agricultural sectors have been 

determined in the region. 



 

 

 



Daxilolma tarixi: 

İlkin variant 

17.03.2017 

 

Son variant 



27.09.2017 

 

 



 

 

Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda kənd təsərrüfatının müasir ixtisaslaşma istiqamətləri 




 

83 


 

 

UOT 37.012 

 

MÜASİR QLOBALLAŞMA DÖVRÜNDƏ TƏHSİL SAHƏSİNDƏ PEDAQOJİ 



TEXNOLOGİYALARDAN İSTİFADƏNİN ƏHƏMİYYƏTİ 

 

1

 İSMAYILOV AKİF ÖMƏR oğlu 

2

 QULİYEV ƏDALƏT FİRİDUN oğlu 

Azərbaycan Dövlət Pedaqoji Universiteti  

1

 ORUCOV SAMİR KAMAL oğlu 

Sumqayıt Dövlət Universiteti 

1

 SƏMƏDOV YAQUB ABBASQULU oğlu 

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Ağcabədi filialı, 

1-baş müəllim, 2-dosent 

e-mail: osamir@yandex.ru 

 

Açar sözlər: pedoqoji texnologiya, təhsil sahəsi, İslahat Proqramı 

         

Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra həm  təhsil sisteminin modernləşdirilməsi, 

həm  də  inkişaf  etmiş  ölkələrin  təhsil  sisteminə  inteqirasiyası  istiqamətində  yeni  dövrün  tələbləri 

baxımından  əsaslı  surətdə  dönüş  yaratmaq  üçün  respublikamızda  təhsil  sahəsində  mühum 

islahatların həyata kecirilməsi zərurəti qarşıya çıxdı. Yeni qəbul ediləcək Təhsil İslahat Proqramının 

qarşısında    yuxarıda  yazılanlarla  yanaşı,  digər  mühüm  vəzifələr  də  dururdu:  birincisi,  təhsilin 

keyfiyyətinin  daha  da  yuksəldilməsi,  ikincisi,  XXI    əsrdə  ölkəmizin  sosial-siyasi  və  iqtisadi 

tələbatlarını təmin edəcək vətəndaşların yetişdirilməsi. 

Qeyd  etmək  lazımdır  ki,  bir  sıra  çətinliklərə  baxmayaraq,  Azərbaycan  hökuməti  bu 

istiqamətdə öz fəaliyyətini genişləndirdi, hətta maliyyə və texnoloji dəstək əldə  etmək üçün ABŞ, 

İngiltərə,  Yaponiya,  Çin,  Almaniya,  Rusiya,  Hollandiya  və.s  inkişaf  etmiş  dövlətlərlə  danışıqlar 

apardı  və  Dunya  İnkişaf  Bankı,  Birləşmiş  Millətlər  Təşkilatının  Uşaq  Fondu  (UNİSEF),  SOROS 

fondu  kimi  təşkilatlarla  iş  birliyi  qurdu.  Həyata  keçirilən  tədbirlər  tezliklə  öz  bəhrəsini  verdi  və 

1999-cu  ildə  ölkəmizdə təhsil  sahəsində  ilk  İslahat  Proqramı  qəbul  edildi.  İlkin  müəllim  hazirlığı, 

təhsilin  məzmunu  təkmilləşdirilməsi,  idarəetmənin  yeniləşdirilməsi,  maliyyələşdirmədə, 

qiymətləndirmədə  yeni  mexanizmə  keçid  və  s.  müddəalar  bu  islahatın  ana  xəttini  təşkil  etdi. 

Doğurdan  da,  təhsil  sahəsində  qəbul  edilən  bu  islahat  proqramı  qısa  zaman  kəsiyində  öz  müsbət 

nəticəsini  verdi.  Belə  ki,  bu  islahat  proqramının  təlim  imkanları  həm  təhsilimizin  müasir  bəşəri 

dəyərlər  əsasında  yenidən  qurulmasına  əlverişli  şərait  yaratdı,  həm  də  müasir  təlim 

texnologiyalarının  pedoqoji  prosesdə  tətbiqinə  geniş  yol  açmaqla  daha  səmərəli  şəkildə  biliklərin 

mənimsənilməsini  reallaşdırdı.  Ənənəvi  təhsildən  fərqli  olaraq,  yeni  təlim  metodları  biliklərin 

“hazır”  səkildə  deyil,  müstəqil  surətdə  kəşf  yolu  ilə  qavranılmasına  imkan  yaratdı  ki,bu  zaman 

mənimsəmə  prosesi    passiv  deyil,  artıq  fəal  xarakter  daşıdı.  Sözsüz  ki,  təlim  prosesinə  bu  cür 

yanaşma    məntiqi,  tənqidi  və  yaradıcı  təfəkkürün    imkanlarını  daha  da    aktuallaşdırdı  və  qarşıya  

çıxan    problemlərin  həlli  üçün    yeni  vərdişlərin  formalaşdırılmasını  reallaşdırdı.  Təhsil  alanlar 

içərisində elmi tədqiqat vərdişlərini inkişaf etdirdi və qarşılıqlı hörmətə, əməkdaşlığa əsaslanan yeni 

münasibətlər formalaşdırdı. Belə münasibətlər isə təlimin səmərəliliyinin yüksəklədilməsinə böyük 

töhfə  verdi.  Artıq  on  səkkiz  ilə  yaxındır  ki,  müasir  təlim  texnologiyalarından  istifadə  layihəsi 

müvəffəqiyyətlə həyata kecirilir. 

Müasir qloballaşma dövründə inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi tam şəkildə sübut edir 

ki,  doğrudan  da,  yaradıcı,  özünü  inkişaf  etdirən  şəxsiyyətin  cəmiyyətin  inkişafında  rolu  olduqca 

böyükdür. Aydındır ki, təhsil sahəsi də hər bir cəmiyyətin daxilində əsl şəxsiyyətin formalaşdırıl-

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 3                   2017 

  



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə