84
masında əvəzsiz rol oynayır. Ona görə də Azərbaycan Respublikasının Təhsil İslahat Proqramında
irəli sürülən demokratikləşdirilmə, humanitarlaşdırma, diferensiallaşdırma inteqrasiya və
humanistləşdirmə prinsipləri şəxsiyyətyönümlü, nəticəyönümlü, təlimin keyfiyyətinin daha da
yüksəldilməsinə diqqəti artırdı, fəal (interaktiv) təlimin tədris prosesinə daxil edilməsini
şərtləndirməklə müasir pedoqoji texnologiyalardan isdifadəni də başlıca vəzifə kimi qarşıya qoydu.
Aydındır ki, yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır. Fəal təlimin sadə modeli isə
aşagıdakı komponentlərlə şərtlənir. Buraya təlimin məzmunu, metodu, öyrədici muhit, monitorinq
və qiymətləndirmə daxildir.
-Təlimin məzmununa, əsasən, təhsilin dovlət standartları, tədris planları, fənn proqramları
dərsliklər və dərs vəsaitləri daxildir. İndiki anlamda bunlar birlikdə kurikulum adlanır. Qısaca
olaraq, öyrənənə nəyi necə öyrətmək.
-Təlimin üsullarına gəldikdə isə buraya tədris prosesinin təskili və təlim texnologiyalarından
istifadə daxildir. Texnologiyanın köməyi ilə başlıca problem hesab edilən təlim prosesi səmərəli
şəkildə idarə olunur.
Azərbaycanda interaktiv metodlarla işləyən az sayda müəllimlərin iş təcrübəsi, doğrudan da,
xarici ölkələrin iş təcrübəsinin necə də faydalı olduğunu bir daha təsdiq edir. Lakin bununla belə,
təlim prosesində bu məsələyə yanaşmada tam təkrarlamalara və köçürülmələrə yol verilməməlidr.
Hər bir fəal, işgüzar Azərbaycan müəllimi təhsil alanların sosial şəraitini, ictimai mühitini, milli
mentalitetini diqqətdə saxlamalı, adət-ənənələrimizi, fənnin, mövzunun fundamentallığı və ya
praktikliyi, fənlərarası əlaqəni, hətta biliklərin inteqrasiyasını gözləməli, hər kəsin yaş və anlaq
xüsusiyyətlərini, həyat təcrübəsini və pedaqoji-metodik, psixoloji-iradi xüsusiyyətlərini nəzərə
almalı, həmçinin bütövlükdə tədris prosesinin təşkilinə yaradıcı yanaşmalıdır.
Vaxtilə keçmiş Sovetlər ittifaqında təlim texnologiyasını təkmilləşdirən, ona yenilik gətirən
bir sıra novatorçu muəllimlər və məktəb direktorları olmuşdur. Buna Gürcüstanda
Ş.A.Amonaşvilini, Azərbaycanda Z.Şoyubovu, Rusiyada V.F.Şatalovu və başqalarını misal
gostərmək olar. Bu novatorçu muəllimlər arasında V.F.Şatalov xususilə fərqlənmişdir. Onun
işlətdiyi təlim texnologiyasını mütəxəssislər “Şatalov metodu” adlandırmışlar. Onun təlim
texnologiyasının əsasını qrup (sinif) təlimi şəraitində şagirdlərin murəkkəb idrak fəaliyyətlərinin
formalaşdırilması təşkil etmişdir. Hazırda bir sıra Avropa ölkələrində və ABŞ-da nəşr olunan
pedaqoji ədəbiyyatlarda yeni təlim metodları və texnologiyaları haqqında geniş məlumat verilir.
“Pedoqoji texnologiya” anlayışına gəldikdə isə, qeyd etmək lazımdır ki, bu anlayış təlim
prosesinə daxil edilən yeni anlayışdır. Pedoqoji texnologiyanın tarixi XX əsrin ikinci yarısında
bilikləri yoxlamaq üçün texniki qurğuların meydana gəlməsi dövründən başlanır. Pedoqoji
texnologiyanın və ya, başqa sözlə desək, təlim texnologiyasının inkişafi onu göstərir ki, hər bir
fənni öyrətmək üçün texnoloji prosesi yaratmaq mümkündür. Belə ki, bu zaman texnologiya üzrə
mütəxəssislər müntəzəm olaraq texnoloji proqramlar və təlim layihələri işləyib hazırlayırlar. Müasir
təlim texnologiyaları kompüterdən istifadəyə daha çox meyil göstərdiyindən təlim proqramlarını
həyata keçirmək üçün bütün materiallarla birgə disketlərdən də isdifadə olunur. Bütövlükdə,
müəllimin təlim texnologiyalarına aşağıdakı əməliyyatlar daxildir.
1.bilikləri əldə etmək üçün əməliyyatlar;
2.təlim və təhsil-tərbiyə məqsədlərini layihələşdirmək üçün əməliyyatlar;
3.təlim və təhsil-tərbiyə prosesini təşkil etmək üçün əməliyyatlar;
4.bilikləri ötürmək üçün əməliyyatlar;
Bundan əlavə, təlimin keyfiyyətlərinin daha da yuksəldilməsində təlim texnologiyalarının
digər spesifik xususiyyətləri də muhum rol oynaır:
1.qarşıya qoyulmuş məqsədlər;
2.bütun tədris əməliyyatlarının təlim məqsədlərinə yönəldilməsinin təmin edilməsi;
3.müntəzəm (fasiləsiz) əks-əlaqə (nəticələrin cari və yekun qiymətləndirilməsi);
4.öyrədici sistemin təkrarlanması;
Müasir qloballaşma dövründə təhsil sahəsində pedaqoji texnologiyalardan istifadənin əhəmiyyəti
85
Yuxarıda deyilənlərdən aydın görmək olur ki, pedaqoji texnologiya elmilik, sistematiklik,
davamlılıq kimi təlim keyfiyyətlərinə malik olub, təlim-tərbiyə və inkişafı vəhdətdə götürür, eyni
zamanda kollektiv xarakterli tədris prosesində təhsil alanların fərdi xüsusiyyətlərini stiumullaşdırır.
Bildiyimiz kimi, pedoqoji texnologiyanın tərkib hissələri olan təlim texnologiyası bilik,
bacarıq və vərdişləri formalaşdıran əməliyyatlar, tərbiyə texnologiyası nisbi, sabit ümumiləşən
münasibətləri məqsədyönlü istiqamətə yönəldən əməliyyatlar, diaqnostika texnologiyası
pedaqoqların və psixoloqların iştirakı ilə təhsil alanları diaqnostlaşdıran əməliyyatlar kompleksi
kimi dəyərləndirilir.
Texnologiya yunan mənşəli söz olub (yunanca techni – “incəsənət”, “remeslo”, “elm”, loqos
isə “anlayış”, “təlim” deməkdir), pedaqoji fəaliyyət və pedaqoji ustalığa aparan “yol” mənasını
ifadə edir. Əlbəttə, müəllim işləyən istənilən şəxsdə pedaqoji ustalıq ya nəzərdə tutulan səviyyədə,
ya da əksinə ola bilər. Lakin mahiyyətindən asılı olmayaraq, hər bir muəllim pedaqoji
texnologiyaların sirlərinə dərindən yiyələnməli və tədris sahəsində ondan səmərəli istifadə etməyi
bacarmalıdır. Çünki proqramlaşdırılmış təlim bir növ avtomatlaşdırılmış repetitordur. O, təhsil
alanları:
1) qısa, məntiqi, əlaqəli addımla aparır;
2) o, demək olar ki, səhv buraxmır;
3) düzgün cavablar verir;
4) nəticəni çatdırmaq yolu ilə cəld möhkəmləndirir;
5) cavabı ardıcıl yaxınlaşdırmaqla hərəkət edir.
Qeyd etmək lazımdır ki, interaktiv təlim metodlarından müntəzəm istifadə onun təsirini
azalda bilər. Həqiqi təlim üçün metod və texnologiyalar qarşıya qoyulmuş məqsəd və şəraitdən asılı
olaraq seçilməlidir. Ona görə də müəllimlər təlim zamanı məqsəd və şəraitdən asılı olaraq, fənni,
mövzunu, təcrübə və bilik səviyyəsini nəzərə alıb təlim modellərindən və texnologiyalardan
istifadəyə üstünlük verməlidir. Sözsüz ki, pedaqoji texnologiya dedikdə, ilk növbədə, müəllimin
pedaqoji ustalığı nəzərdə tutulur. Müəllimin pedaqoji ustalığı təlim texnologiyaları əsasında tədris
prosesinin müasir üslubda qurulmasında həlledici şərtlərdəndir.
Ən yeni elmi-pedaqoji ədəbiyyatlarda coxlu sayda pedaqoji texnologiyalar haqqında geniş və
ətraflı məlumatlar verilmişdir. Həmin texnologiyaların adı belədir: “Materialın əzbər öyrənilməsi”,
“Səhvlər axtarıram”, “Məsləhətçilər sorğu aparır”, “Məsləhətçilər dərsdə iştirak edir”. “Konspekt-
mühazirə” “Mühazirə-diskusiya”, “Mühazirə-məsləhət”, “Tap, kimin haqqında danışırıq” və s.
Məlumdur ki, hər bir ölkənin özünəməxsus təhsil sistemi, təhsil siyasəti və inkişaf
konsepsiyası vardır. XX əsrin axırlarına qədər bu fərqli spesifiklik nəzərəçarpacaq dərəcədə
seçilirdi. Lakin ötən əsrin 90-cı illərindən başlayaraq inkişaf etmiş ölkələr arasında iqtisadi-ticarət
əlaqələrinin və iş birliyinin daha da güclənməsi təhsil sahəsində də, xüsusilə də, təlim prosesində
müasir metod və texnologiyalardan istifadənin əhəmiyyətini olduqca aktuallaşdırmışdır. Belə ki,
təhsilin məzmununda baş verən mühüm yeniliklər, inteqrasiya, informasiyalaşdırma, həmçinin
qiymətləndirmə dəyərinin və onun tətbiqi mexanizminin yeniləşməsi, ali təhsil sahəsində kredit və
digər yeni təlim metodlarının geniş tətbiqi Amerika və Avropa qabaqcıl təhsil təcrübəsindən
istifadəni reallaşdırdı.
Ümumiyyətlə, müasir qloballaşma dövründə təhsil sahəsində pedaqoji texnologiyalardan
istifadə olunması zəruri və qanunauyğun məsələdir. Çünki təhsil sahəsində pedaqoji
texnologiyalardan istifadə təlim zamanı problemlər arasındakı əlaqəni başa düşməyə, təhlil etməyə,
öz mövqeyini bildirməyə, yeni-yeni bilik, bacarıq və vərdişlərə yiyələnməyə imkan verir.
ƏDƏBİYYAT
1.
Kazımov N.M. Pedaqoji ustalığın problemləri: ali məktəblər üçün vəsait. Bakı: Çaşıoğlu, 2009, 294 s.
2.Məmmədov T., Həsənov Y. Pedaqoqika fənninin tədrisinə dair. Metodik vəsait. Bakı: Elm, 2004.
İsmayılov A.Ö., Quliyev Ə.F., Orucov S.K., Səmədov Y.A.