88
yaradıcı fikir mübadiləsi üçün situativ şərait yaratmış olar. Bu baxımdan seminar məşğələnin daha
çox səciyyəvi hesab edilən bir neçə forması diqqəti cəlb edir[4,17].
1.
Seminar-sorğu;
2.
Seminar-müsahibə;
3.
Seminar-disput;
4.
Seminar-nəzəri
konfrans;
5.
Məruzə və referatın müzakirəsi və s.
Seminar-sorğu daha geniş istifadə olunan bir üsul olub, sual-cavab şəklində aparılır. Bizcə, bu
yol nə qədər uğurlu olsa da, tələbənin nəzəri bilikləri hərtərəfli mənimsənilməsinin əsas meyarı
sayıla bilməz. Ona görə də adlarını qeyd etdiyimiz metodlardan da yeri gəldikcə istifadə etmək
lazımdır. Seminar məşğələnin sonunda müəllim yekunlaşdırıcı mülahizələri ilə tələbələrin
öyrəndikləri biliyi bir daha təsdiqləməklə onlarda özünəinam hissini inkişaf etdirməlidir.
Müasir Azərbaycan gənclərinin hərtərəfli formalaşmasında, inkişafında kompüterin əvəzsiz
rolu var. Tələbələrin kompüterin və müasir informasiya kommunikasiya texnologiyalarının
imkanları ilə tanış etmək şəxsiyyətin inkişafının mühüm amilidir. Təlimin kompüterləşməsi bütün
fənnlər üzrə bilik, bacarıq və vərdişlər əldə olunmasına, onların idrak fəaliyyətlərinin və yaradıcılıq
qabiliyyətlərinin inkişaf etdirilməsinə imkan verir. Seminar dərslərində kompüterlərdən istifadə
təlimin keyfiyyətini yüksəltməklə yanaşı, həm də psixi proseslərin əksetdiricilik imkanlarını
fəallaşdırır. Bütün dünya təcrübəsi də təlimin kompüterləşməsini tədris prosesinin effektivliyinin
yüksəldilməsi kimi mənalandırır [3,66-67].
Problemli təlimdə kompüterin imkanları daha genişdir. Tələbə axtarış qarşısında qalır,
tədqiqatçı kimi fəaliyyət göstərir, problemin həllinə can atır. Kompüter təlimi şəraitində nəzarət və
özünənəzarət prosesi dinamik xarakter alır və tələbənin müəllimlə əks-əlaqəsi subyekt–subyekt
münasibətləri baxımından sistemli və məhsuldar olur, tələbə şəxsiyyətini fəallaşdırmaqla yanaşı,
onu obyekt deyil, subyekt kimi xarakterizə edir. Belə anlam müəllim–sagird münasibətlərində əks-
əlaqəni cox dəqiq ifadə edir. Müəllim və şagirdlərin bərabərliyi və birliyi mahiyyətcə “insan–insan”
munasibətlərini formalaşdırır.
Müəllim nəzərdə tutulan mövzunun tələbələr tərəfindən necə mənimsənildiyini müəyyən
etməli və lazım gəldikdə onu təkrarən bir daha yenə izah etməlidir. Bu baxımdan seminar məşğələləri
nəinki öyrədici xarakter daşıyır, həm də təlimin inkişafetdirici forması kimi təzahür edir.
Bilirik ki, seminar məşğələsi bir sıra mərhələdən keçir. Bu mərhələlər, əsasən,
aşağıdakılardan ibarətdir.
1.
Mövzu ilə əlaqədar internetdə yer alan mətnlərdən qeydlər.
2.
Seminar məşğələsinin səmərəli olması üçün zəruri sayılan ədəbiyyat üzərində iş.
3.
Seminar məşğələlərinin planlaşdırılması.
4.
Seminar məşğələlərinin icmallaşdırılması.
5.
Seminar məşğələlərinin icrası və yekunlaşdırılması.
6.
Seminar məşğələlərinin səmərəli təşkilində sorğunun rolu.
7.
Seminar məşğələlərinin səmərəli təşkilində təfəkkür əməliyyatlarının rolu.
8.
Seminar məşğələlərində mövzunu əhatə edən testlərin tərtibi.
Adlarını qeyd etdiyimiz bu mərhələlər üzrə məşğələyə hazırlaşarkən aşağıdakı tələblərin
nəzərə alınmasına xüsusi diqqət yetirmək lazımdır.
a)
mövzu ilə tanışlıq;
b)
mətnin strukturunu müəyyənləşdirmək;
c)
mətn üzrə hazırlaşarkən qeydlər aparmaq.
Bu hazırlıq mərhələsindən sonra seminar məşğələlərinin struktur xüsusiyyətlərinin
planlaşdırılması zəruri hesab edilir. Mövzu öz aktuallığını və müasirliyini saxlamaqla bütün xırda
detallarla izah edilməlidir. Hər bir seminar məşğələsini planlaşdırarkən onun icmalını tərtib etmək
vacibdir. Seminar məşğələsinin icrası mərhələsi praktik məzmun kəsb edir. Bu mərhələdə bütün
Tələbələrin şəxsiyyət kimi formalaşmasında seminar məşğələsinin rolu
89
qrupun fəallığının tam təmin edilməsinə diqqət ayırmaq və materialın uzun müddət yadda
saxlanılmasına nail olmaq lazımdır. Sorğuda kimin necə fəallıq göstərməsi haqda müəllimin qeyd
dəftəri olmalıdır və burada aparılan qeydləri tələbələr müntəzəm bilməlidir.
Seminar mövzusunun fərdi sorğusu zamanı dərsi danışan tələbənin fikirlərinin ardıcıllığını və
mövzunu tamlığı ilə izləməsini təmin etmək məqsədilə belə bir qayda qoymaq lazımdır ki, yoldaşını
dinləyən tələbələr ona sual versinlər, onun materialın hansı cəhətlərini dəqiq ifadə etmədiyini və ya
unutduğunu çıxış edib bildirsinlər. Belə olduqda tələbələrin məsuliyyəti artar, fəallıq göstərər və
mövzu səmərəli öyrənilər. Müəllim elə metod seçməlidir ki, cavab verən tələbə arxayınlaşmasın.
Ona görə də müəllim də hər bir dərsə frontal sorğu ilə başlayıb tələbələrin hazırlıq səviyyəsini üzə
çıxarmalıdır.
Məlumdur ki, fərdi sorğu zamanı tələbənin biliyini daha dərindən müəyyən etməyə və
qiymətləndirməyə zəmin yaranır və eyni zamanda tələbələrin funksional imkanları üzə çıxır. Fərdi
sorğu zamanı müəllimin diqqəti daha çox dərs danışan tələbənin üzərinə yönəlir. Ona görə də, hər
bir müəllim qrupa verəcəyi sualları əvvəlcədən hazırlamalıdır. Seminar zamanı aşağıdakı
məqsədləri yerinə yetirməyi faydalı hesab edirik:
a)
tələbənin biliyinin yoxlanılması;
b)
tələbənin funksional imkanlarının öyrənilməsi;
c)
müstəqilliklərinin təmin edilməsi;
d)
tərbiyəvilik prinsipinə əməl edilməsi;
e)
elmi araşdırmalarına kömək edilməsi.
Müasir təhsil sisteminin mühüm tələblərindən biri təlim prosesində tələbələrin müstəqilliyini
təmin etmək, gələcək mütəxəssislərin elmi-nəzəri və praktik bilik, bacarıq və vərdişlərinin,
yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsindən ibarətdir [2,5].
Cəmiyyətdə mənəvi amillərin rolunun daha da artdığı bir zamanda müəllim əxlaqi kamilliyi,
yüksək mədəniyyəti və fiziki sağlamlığı ahəngdar şəkildə özündə birləşdirən yeni insan tərbiyə
edir. Ona görə də xalqımızın tarixən milli zəmində formalaşdırdığı müsbət əxlaqi dəyərləri
mənimsətmək, milli vətənpərvərlik hissini formalaşdırmaq müəllimlərdən iradə, əzm, mətanətlilik
tələb edir.
Gənc mütəxəssislərin hazırlanmasında seminar məşğələsinin təkrarolunmaz, xüsusi yeri
vardır. Ali məktəb təcrübəsi göstərir ki, hər hansı bir fənn olursa-olsun, onun, spesfik
xüsusiyyətlərindən asılı olmayaraq, seminar məşğələləri səmərəli təşkil edilərsə, məqalədə qeyd
olunan tələblər səviyyəsində qurularsa, onda təlimin müvəffəqiyyətindən, gənclərin humanist
şəxsiyyət kimi formalaşmasından, mütəxxəsis hazırlığının günümüzün tələbləri səviyyəsində
qurulmasından danışa bilərik.
ƏDƏBİYYAT
1.
Bayramov Ə.S. Müasir sosial şərait və psixologiya elminin qarşısında duran bəzi məsələləri //
Azərbaycan məktəbi, N7, Bakı: 1989, s.9-12.
2.
Əhmədov H.Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Təhsil, 2003, 346 s.
3.
Əzimov Q. Psixi inkişaf və tərbiyənin müasir problemləri. Bakı: ADPU, 2004, 317 s.
4.
Mərdanov M., Ağamalıyev R., Mehrabov A., Qardaşov T. Təhsil sistemində monitorinq və
qiymətləndirmə. Bakı: Caşıoğlu, 2003, 298 s.
5.
Həmzəyev M. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı: TŞ, 2000, 172 s.
Rzayeva S.B.