86
3. Nəzərov A.M., Mollayev E.Ə. Müasir dovrün təhsil problemləri (Mühazirə xülasələri). Dərs
vəsaiti. Baki: Elm, 2011, 121 s.
4. Ağamalıyev R., Əhmədov İ. Tədris prosesində modul təlim texnologiyasından istifadənin imkan
və yolları. Pedaqoji texnologiyalar. Bakı: 2006, 121s.
5. Kərimov Y. Təlim metodları. Bakı: Aspoliqraf, 2007, 78 s.
РЕЗЮМЕ
ВАЖНОСТЬ ПЕДАГОГИЧЕСКИХ ТЕХНОЛОГИЙ В ОБРАЗОВАТЕЛЬНОМ
СЕКТОРЕ В ПЕРИОД СОВРЕМЕННОЙ ГЛОБАЛИЗАЦИИ
Кулиев А.Ф., Исмаилов А.О., Оруджев С.К., Самедов Я.А.
Ключевые слова: педагогическая технология, сфера образования, программа реформы.
В статье подробно рассказывается о необходимости использования педагогических
технологий в области образования в эпоху современной глобализации и анализируется роль
и значение их применения в этой важной сфере.
SUMMARY
THE IMPORTANCE OF PEDAGOGICAL TECHNOLOGIES IN
EDUCATIONAL SECTOR IN THE PERIOD OF GLOBALIZATION
Quliyev A.F., Ismayilov A.O., Orujov S.K., Samadov Y.A.
Key words: pedagogical technology, the sphere of education reform program
The article details the necessity of the use of educational technology in the field of education
in the era of contemporary globalization and analyzes the role and importance of their application in
this important area.
Daxilolma tarixi:
İlkin variant
07.07.2017
Son variant
27.09.2017
Müasir qloballaşma dövründə təhsil sahəsində pedaqoji texnologiyalardan istifadənin əhəmiyyəti
87
UOT 378.2
TƏLƏBƏLƏRİN ŞƏXSİYYƏT KİMİ FORMALAŞMASINDA
SEMİNAR MƏŞĞƏLƏSİNİN ROLU
RZAYEVA SEVİNC BAXIŞ qızı
Sumqayıt Dövlət Universiteti, müəllim
e-mail: sdu.elmixeberler
Açar sözlər: seminar məşğələsi, tələbə, keyfiyyət, əxlaqi dəyərlər, şəxsiyyət,, müstəqil-yaradıcı fəallıq
Gənc nəslin hərtərəfli inkişafında, yüksək əqli və əxlaqi dəyərlərə yiyələnmələrində, şəxsiyyət
kimi formalaşmalarında seminar müəlliminin əvəzolunmaz rolu vardır. Seminar məşğələlərinin
əksəriyyəti öyrədici xarakter daşısa da, əsas məsələ tədris prosesində təfəkkürün inkişafına nail
olmaqdır. Hər bir seminar məşğələsi mövcud cəmiyyətin adət və ənənələri, əxlaqi dəyərləri ilə
vəhdət təşkil etməlidir.
Təlim prosesində seminar məşğələləri xüsusi əhəmiyyət kəsb edir və tələbələrdə əqli fəallığın
yaranmasının və nəzəri biliklərin mənimsənilməsinin mühüm sahəsi kimi diqqəti cəlb edir.
Seminar məşğələlərinin keyfiyyəti, təsirliliyi mühazirə məşğələlərinin məzmunu və metodika-
sından, müəllimin elmi-pedaqoji hazırlıq səviyyəsindən, dünyagörüşü, əqidəsi və özünəinamından;
tələbələrin elmə idraki marağının səviyyəsindən və kafedranın bu məsələyə münasibətindən
bilavasitə asılıdır. Seminar məşğələsi hər şeydən əvvəl tələbələrin müstəqil yaradıcı fəallığı, elmi –
pedaqoji təfəkkürün inkişaf etdirilməsi prosesi kimi, konkret məqsəd və plan əsasında həyata
keçirildikdə istənilən nəticələr əldə olunur. Dərs o zaman daha keyfiyyətli olur ki, seminar müəllimi
ilə mühazirə aparan müəllim arasında möhkəm əlaqə və elmi fikir birliyi olur.
Seminar müəllimi mühazirə mətninə və dəqiq seçilmiş elmi ədəbiyyata daha çox istinad
etməlidir. Seminar məşğələsinin planında sualların qoyuluşu elə olmalıdır ki, tələbələrin proqramın
əsas müddəalarını öyrənməyə, ilk mənbələri oxuyub icmallaşdırmağa maraqlandırsın. Məşğələ üçün
seçilmiş suallar qrupun ümumi səviyyəsinə uyğunlaşdırılmalı, materialın öyrənilməsinə, ümumiləş-
dirib nəticə çıxarılmasına kömək etməlidir.
Təcrübə göstərir ki, seminar məşğələlərinin gedişi və müvəffəqiyyəti iki mühüm amildən
asılıdır:
1.Tələbələrin hazırlıq səviyyəsindən;
2. Müəllimin səriştəsindən, bacarığından və rəhbərliyindən.
Məşğələ müəllimin sözü ilə başlamalıdır. O, məşğələnin mahiyyətini, xarakterini,
istiqamətini, çox mühüm cəhətlərini vurğulamaqla, tələbələrə aydın istiqamət verməlidir. Seminar
bütün tədris prosesini əks etdirən güzgüdür. Bu məşğələ növünün təşkili, keyfiyyəti və keçirilməsi
metodu müəllimin elmi səviyyəsi və pedaqoji təcrübəsi ilə bilavasitə bağlıdır. Müəllim öz işinin
birincisi olarsa, məşğələnin yüksək səviyyədə keçirilməsi üçün daha effektli və məqsədəuyğun üsul
və priyomlar seçə bilər və seçməyə səy göstətməlidir [1,11].
Təcrübə göstərir ki, sual-cavab və canlı müsahibə metodu qrupun fəallaşmasında xüsusi
əhəmiyyət kəsb edir, tələbələrdə özünəinam hissinin inkişafına müsbət təsir göstərir. Seminarda
əldə edilmiş biliklərin möhkəmləndirilməsi, şüurlu mənimsənilməsi müəllimin əsas məqsədi
olmalıdır. Bu məqsədlə də qısamüddətli tapşırıq olan testlərdən istifadə də səmərəli nəticə verir.
Tələbələr müstəqil surətdə mövzu ilə bağlı olaraq testlər tərtib edirlər. Tələbələr nə qədər
müntəzəm və yaradıcı şəkildə çalışıb öyrənməyə səy göstərərlərsə, mövzu ilə əlaqədar müxtəlif
ədəbiyyatlara əsaslanıb internetdən səmərəli şəkildə istifadə edərlərsə, onda məşğələ canlı və
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 13 № 3 2017