92
Bəzən yeni toxunmatik cəmiyyətə ayaq uydurmaq, yeni ünsiyyət tərzini qəbul etmək insanlara
çətin gəlir. Zeybək (2012) müasir dövrdəki ünsiyyət tərzini texnologiyanın istifadə edilmədiyi
cəmiyyətdəki ünsiyyətlə müqayisə edərək maraqlı fikirlər irəli sürür. Aşağdakı cədvəldə bu fikirlər
öz əksini tapır. O, “in” anlayışını müasir dövrdəki ünsiyyət üçün, “out” anlayışını isə
texnologiyasız cəmiyyətdə olan ünsiyyət üçün nəzərdə tutmuşdur.
“In”
“Out”
Virtual
ünsiyyət
Üz-üzə ünsiyyət
Virtual mühitdə sosial paylaşım
Emosional ünsiyyət
Texnologiya cəmiyyəti
Emosional cəmiyyət
Simvollarla ünsiyyətin qurulduğu cəmiyyət
Göz təması qurmaq
Virtual mənlik
Real mənliklər
Bəşər tarixinin bu yeni mərhələsində texnologiyada yaşanan sıçrayış müsbət tərəfləri ilə
yanaşı, mənfiləri də özündə əks etdirməkdədir. Texnologiyanın aludəçisi olmuş, saatlarla internet
başında məqsədsizcə dolaşan insanlar da artıq sürətlə artmağa başlamışdır. İnterneti həyatının tək
məqsədləri halına gətirənlər də var. McLuhan medya texnologiyalarının artıq cəmiyyətdə insanların
necə düşünəcəyini, hiss edəcəyini, hərəkət edəcəyinə təsir etdiyini və cəmiyyətin formalaşdığını
qeyd edir. Yengin (2012b:116) insanın yaşadığı vəziyyətin fərqinə varmadığını və, əslində, “həssas
bir həbsxana”da yaşadığını qeyd edir. Təbii ki, məqsədimiz texnologiyanın və internetin fəsadlarını
qeyd etmək deyil, texnologiyanın sosial həyatın hər bir sahəsinə təsir etdiyini açıqlamaqdır.
Texnologiyanın mədəniyyətin sahələrindən biri olan incəsənətə təsiri də müşahidə
edilməkdədir. İncəsənət də artıq öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Yeni dünyanın
mədəniyyətə təsir etdiyi real bir gerçəklikdir. Texnoloji reallıq sayəsində teleprenses (uzaqda hazır
olma) fiziki olaraq o mühitdə olmasaq da ekran, internet vasitəsilə zaman və məkan sərhədlərini aşa
bilirik. İncəsənətin istənilən növü ilə maraqlanıb tez bir zamanda məlumat əldə edə bilirik. Artıq
teleprenses olaraq istənilən ölkənin mədəniyyəti ilə yaxından tanış ola bilərik. Texnologiyadan,
xüsusilə, internetdən istifadə edərək istənilən xalqın rəqslərini, musiqilərini, xalq mahnılarını və s.
nəinki seyr edə, eyni zamanda onları öyrənə də bilirik. Rəqəmsal kodlama nəticəsində qrafiklərin,
hərəkətli görüntülərin, səslərin, şəkillərin, məkanların və mətnlərin üzərində rahatlıqla işləyə bilir və
dəyişdirə bilirik. Biz texnologiyanı formalaşdırarkən, vasitələrimiz də bizi formalaşdırır. Bir başqa
ifadə ilə, incəsənətin istənilən növündə texnologiyanın təsirini müşahidə etməyimiz mümkündir.
Bədii əsər yazan yazıçı da artıq əlyazması üzərində saatlarla dəyişiklik etmək, yenidən köçürmək
yerinə, bu işi komputerdə rahatlıqla həll edərək, vaxtına qənaət etmiş olur. İncəsənətlə məşğul olan
sənətkarlar üçün əvəzedilməz fürsət yaranıb desək yəqin ki, yanılmarıq. İncəsənət əsərinin
yaranması və cəmiyyət tərəfindən qiymətləndirilməsi, rəğbət görüb görməyəcəyi də hər zaman
mürəkkəb bir proses kimi qarşımıza çıxmaqdadır. Bir başqa deyişlə, incəsənət əsərlərini geniş
kütlələrə çatdırmaq, muzeylərə online səyahət etmək, əsəri yaradan şəxslə birbaşa ünsiyyət yarada
bilmək fürsəti və s. kimi xüsusiyyətlər texnologiyanın təsiri ilə yaranan dəyişiklik incəsənət
sahəsinə də hərəkətlilik, dinamizm gətirməkdədir. Belə ki, incəsənətin bir sahəsi olan musiqidə də
istifadə edilən çalğı alətlərinin tarixi dəyişikliyi diqqətimizi çəkməkdədir. (Məsələn, gitaranın
basgitara, elektrogitara kimi növlərinin ortaya çıxması, skripkada texnologiyanın əks olunması və
s.). Bu dəyişiklikləri və mərhələləri Fredrik Ceymson özünəməxsus şəkildə belə ifadə etmişdir:
“Buxar enerjisi ilə Realizm, elektrik enerjisi ilə Modernizm, elektroniklə də Postmodernizm ortaya
çıxıb” .
Sənət əsəri ortaya çıxdığı cəmiyyətin və dövrün xüsusiyyətlərini özündə əks etdirir. Bu
mənada da Qobustan qaya rəsmləri, Ordubad və Kəlbəcər dağlarından tapılmış qaya rəsmləri,
petroqrifləri o dönəmin xüsusiyyətlərini əks etdirir. Fotoaparatın inkişaf mərhələsinə baxıldığı
zaman artıq işıq və digər xüsusiyyətləri dəqiq əks etdirən aparatların ortaya çıxdığı görünür.
Texnologiyanın inkişafına bağlı olaraq incəsənətlə əlaqəli yeni sahələr yaranmışdır. İncəsənətin
yeni sahələrindən biri kimi çıxış edən videosənət (videoart) görüntü və səs informasiyasının
Yeni rəqəmsal vizual mədəniyyət və incəsənət
93
rəqəmsal mühitdə saxlanılmasına xidmət edir. Bill Viola, Rebekka Horn, Nam Cyun Peyk video
incəsənət sənətkarlarından hesab edilir. Kibernetik incəsənət, holoqrafi incəsənəti (əşyanın fəzadakı
quruluşunun xüsusi şəkildə qeyd edilməsi), kompüter incəsənəti (müxtəlif elm sahələrinin
kompüterdə hazırlanan praktiki təcrübələri) də yeni yaranan sahələrdən hesab edilir.
Elmi yeniliyi: Məqalədə müasir dövrümüzdə texnologiyanın inkişafı və internetin həyatımıza
daxil olması ilə əlaqədar dəyişən mədəniyyət, dəyişən cəmiyyət və bu cəmiyyətdəki yeni tərz
ünsiyyət modeli geniş şərh edilmiş, texnologiya və internetin cəmiyyətin hər bir fəaliyyət sahəsinə
təsir etdiyi qeyd edilmiş və bu təsirin incəsənət sahələrində də əks olunduğu konkret nümunələr
əsasında verilərək, “toxunmatik cəmiyyət” anlayışı müzakirə edilərək yeni incəsənət sahələri
haqqında məlumat verilmiştir.
Tətbiqi əhəmiyyəti: İncəsənət və yeni mədəni rəqəmsal mədəniyyətlə tanış olmaq istəyən hər
bir tədqiqatçı üçün gələcək tədqiqatlara ışıq tutacaq, incəsənət-texnologiya-internet üçbucağının
qarşılıqlı təsiri nəticəsində yaranan yeni incəsənət sahələrinin daha geniş tətqiq edilməsinə şərait
yaradacaqdır.
Beləliklə, yeni rəqəmsal vizual mədəniyyət sosial həyatın hər bir sahəsində əks olunmaqdadır.
Bu sahələrdən biri olan incəsənətdə də texnologiyanın müsbət təsirləri görünür və məhz bunun
nəticəsində onun təsir dairəsi genişlənərək müxtəlif mədəniyyətlərin qovuşmasına şərait yaradır.
ƏDƏBİYYAT
1.
Akdoğan K. Dijital sanatta nesne.
Yüksek Lisans Tezi, Atatürk Universitesi, Erzurum. 2015.
2.
Mahallı. D. Güncel Sanat pratiğinde video oyunları.
Yüksek Lisans Tezi, İstanbul. 2011
3.
McLuhan M. Gutenberg Galaksisi: Tipografik İnsanın Oluşumu.(Çev.) G. Çağalı Güven.
İstanbul: Yapı Kredi Yayınları, 2001.
4.
Məmmədov F, Əhmədov F, Şulman R, Əliyev R, İsmayılov İ. Azərbaycanda yeni mədəniyyət
siyasətinin formalaşdırılmasına yardım. Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası. Bakı:
Sabah. 2001.
5.
Məmmədova S. Mədəniyyətşunaslıq. Bakı: Kooperasiya, 2001, s. 202.
6.
Popper F. From Technological to Virtual Art. USA: MIT Press, 2007.
7.
Ubay&Ceren. 20-ci yüzyılın sanatı ile teknolojinin etkileşimi,Yüksek lisans Tezi, İstanbul. 2015.
8.
Yengin. D. Yeni Medya ve Dokunmatik Toplum. İstanbul: Derin Yayınları,
2012.
РЕЗЮМЕ
НОВАЯ ЦИФРОВАЯ ВИЗУАЛЬНАЯ КУЛЬТУРА И ИСКУССТВО
Керимова М.Ф.
Ключевые слова:
цифровая культура, искусство, сенсорная культура
Сатья посвящена теме влияния интернета и компьютерных технологий на наш образ жизни, а
также на наше мышление. Oсобое место занимает тема влияния интерактивного общения на
культуру. Все более широко распространяется интерактивное общение в интернете. Возросшая
производительность комьютеров и увеличившаяся скорость передачи даных дают возможность не
только обмениваться текстовыми сообщениями, но и осуществлять аудио- и видеосвязь. Также в
статье даётся определение понятия “цифровая культура”, анализируется влияние современных
технологий и интернета на культуру, даются примеры современных технологий в области искусства.
Kərimova M.F.