30
РЕЗЮМЕ
ПОСТМОДЕРНИЗМ ИГРОВОЙ ТЕХНИКИ В РОМАНЕ ДЕНА БРАУНА
«АНГЕЛЫ И ДЕМОНЫ»
Джафарли E. И.
Ключевые слова: Роман «Ангелы и Демоны», постсовременная игра, противостояние церкви
против Иллюминатов, Роберт Лэнгдон, Бог и наука.
Постмодернистская игровая технология – основной фактор, влияющий на структуру романа
«Ангелы и Демоны». Несмотря на то, что роман, повествующий о церкви и тайной организации
Иллюминатов, противостоящей церкви, считается детективом, исторические события актуальны с
точки зрения отношения и деконструкции. Герой романа Роберт Ленгдон является главным
персонажем и в остальных четырех произведениях Дена Брауна, берущих начало в романе «Ангелы и
Демоны». Автор рассматривает невидимые слои истории через своего воображаемого героя Роберта
Лэнгдона. Поиск антиматерии в романе, приключения Виттории Витра, удочеренной Робертом
Лэнгдоном и Леонардо Ветрой, отражают идеи писателя. В статье анализируется постмодернистская
структура произведений. Постмодернистская игровая технология писателя исследуется в самых
разных аспектах. Динамика событий, борьба между Церковью и Иллюминатами являются главными
критериями для постмодернистской игровой техники как постмодернистского произведения
писателя.
SUMMARY
POSTMODERN GAME TECHNOLOGY İN DAN BROWN’S NOVEL
OF “ANGELS AND DEMONS”.
Jafarli Y.I.
Key words: the novel of “Angels and Demons”, Church-Illuminati confrontation,
Postmodern game,
Robert Langdon, God and science.
Postmodern
game
technology in the novel of “Angels and Demons” is one of the key factors that
affects the structure of the work. Though the novel that tells the fictional story about the confrontation
between the Church and the secret society
called Illuminati that was established against the Church at one
time is considered to be a detective fiction,
it is topical in
terms of showing attitude towards historical events
and deconstruction. The character that is in the center of the events in the novel is Robert Langdon. The
person that is the main role of the four novels of Dan Brown has first appeared
in the novel “Angels and
Demons”.
The author realizes the attitude towards invisible layers of the history via his imaginary character
Robert Langdon.
The search for antimatter
and the adventure of Vittoria Vetra
that was adopted by Robert
Langdon and Leonardo Vetra reflect the ideas of the author in the novel. Postmodernist structure of the work
is analyzed in the article. Postmodern motion technology of the writer
is studied in different viewpoints. The
dynamics of the events and confrontation between the Church and Illuminati are the main measures
of the
postmodern game techniques as a postmodern product of the writer.
Daxilolma tarixi:
İlkin variant
08.08.2017
Son variant
27.09.2017
Den Braunun “Mələklər və iblislər” romanında postmodern oyun texnologiyası
31
UOT 82.0: 894.362
ƏDƏBİYYATŞÜNASLIĞIMIZDA MONOQRAFİK TƏDQİQATLARA
MEYLİN GÜCLƏNMƏSİ
RƏFİYEVA AFƏT İLYAS qızı
Sumqayıt Dövlət Universiteti, doktorant
e-mail: afat.rafiyeva@gmail.com
Açar sözlər: monoqrafik tədqiqatlar, Yaşar Qarayev, məzmun və forma, ədəbi tənqid, ədəbi əlaqələr
Mükəmməl ədəbiyyat tarixinin yaranması birbaşa monoqrafik tədqiqatlarla bağlıdır. Bunsuz
sistemli ədəbiyyat tarixini yaratmaq mümkün deyil. 1940-cı illərdə meydana çıxan “Müxtəsər
Azərbaycan ədəbiyyatı tarixi”, 1950-ci illərin sonu, 1960-cı illərin əvvəllərində ədəbi ictimaiyyətə
təqdim olunan üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi” göstərdi ki, bu sahədə də xeyli boşluqlar
var. Bir çox sənətkarların həyat və yaradıcılığı hələ də kifayət qədər öyrənilməyib. Ədəbi metodlar,
cərəyanlar, təriqətlər haqqında aydın təsəvvür yoxdur. Yaranan çətinlikləri aradan qaldırmaq üçün
müxtəlif nəsillərdən olan ədəbiyyatşünaslar monoqrafik tədqiqatlara üz tutdular. M.Arif,
M.C.Cəfərov, M.Quluzadə, M.C.Paşayev, Ə.Mirəhmədov, K. Talıbzadə, M.Seyidov, K.Məmmədov
və başqaları klassik ədəbiyyatımız, milli folklorumuz haqqında qiymətli əsərlər yazdılar.
1960-cı illərdə 1940-50-ci illərdə çap etdirilməsi mümkün olmayan bədii və elmi əsərlərin
nəşri baş tutdu. Əziz Mirəhmədovun 1962-ci ildə nəşr olunan “Məhəmməd Hadi” monoqrafiyası da
nəşr olunana qədər xeyli ağır sınaqlardan keçdi. O, 1940-cı illərdən başlayaraq XIX-XX əsr
Azərbaycan ədəbiyyatının tədqiqi və öyrənilməsində hamıdan çox fəallıq göstərirdi. Əsasən, 1940-
cı illərdən ədəbiyyatşünaslıq fəaliyyətinə başlayan Əziz Mirəhmədov bir-birinin ardınca “Mir
Cəlalın yeni hekayələri” (1943), “Medalyon” haqqında” (1943), “Qəhrəmanlarımıza layiq əsərlər
yaradaq” (1943) kimi əsərlərini ədəbi ictimaiyyətə təqdim etdi.
Əziz Mirəhmədov geniş erudisiyaya malik ədəbiyyatşünas idi. Ədəbiyyat nəzəriyyəsi,
ədəbiyyat tarixçiliyi, ədəbi əlaqələr, mətnşünaslıq və digər sahələrdə o, peşakarlığını dəfələrlə
təsdiq etmişdi. C.Məmmədquluzadə, Ə.Haqverdiyev yaradıcılığı, “Molla Nəsrəddin” ədəbi məktəbi
haqqında yazdığı monoqrafiyaları, məqalələri ümumittifaq ədəbi-nəzəri fikrinin yeni nailiyyətləri
əsasında meydana çıxmışdı.
1960-70-ci illərdə tənqid və ədəbiyyatşünaslığımızda nəzəri səviyyənin yüksəldilməsində
Yaşar Qarayevin xidmətlərini ayrıca qeyd etmək olar. İlk kitablarından olan “Faciə və qəhrəman”
əsərindən məlum oldu ki, o, ənənəvi tənqidi yaradıcılıqdan fərqli mövqe nümayiş etdirir. Daha çox
fəlsəfi ümumiləşdirmələrə meyil göstəririr. Tənqidçi heç vaxt yazıçının arxasınca getmirdi. O, hər
hansı bir əsərə münasibətdə fərqli mövqedə dayanır, bir qayda olaraq, tənqidçi ideyasından çıxış
edirdi. Ənənəvi sosioloji təhlillərdən fərqli təhlil yolu seçən Yaşar Qarayev hər hansı əsərə elmi-
fəlsəfi mövqedən dəyər verir, ciddi, sanballı elmi ümumiləşdirmələr aparırdı. Bu cür təhlil üsulu
1960-cı illər tənqidi ədəbiyyatşünaslıqda yeni idi.
Yaşar Qarayev “Faciə və qəhrəman” əsəri ilə ədəbi tənqid və ədəbiyyatşünaslığımızda yeni
bir cığır açdı. Monoqrafiyada o, dramaturji əsərlərin təkcə ideya-məzmun xüsusiyyətlərini aşkara
çıxartmaqla kifayətlənmirdi, eyni zamanda tədqiqata cəlb olunan əsərlərin səhnə taleyinə də işıq
salırdı. Burada C.Cabbarlının “Solğun çiçəklər”, “Aydın”, “Oqtay Eloğlu”, “Od gəlini” və başqa
romantik əsərləri geniş aspektdə tədqiqata gətirilir, Azərbaycan dramaturgiyasının müxtəlif
mərhələlərinin spesifik xüsusiyyətləri aydınlaşdırılır, XX əsr dramaturgiyamızın Şərq ədəbi
ənənələri ilə əlaqəsi, dünya dramaturgiyasında yeri və rolu aşkara çıxarılırdı.
“Faciə və qəhrəman”da Yaşar Qarayev teatr tənqidçisi statusunu təsdiq etdi. “Faciə və
qəhrəman”, “Səhnəmiz və müasirlərimiz” əsərləri sübut etdi ki, Yaşar Qarayevi dramaturgiyamızın
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 13 № 3 2017