6
tabelilik intonasiyası ilə müşayiət olunur. O.Musayev bunu yanaşma üsulu adlandırır [4, 281].
Məsələn: I think, I should like him very much.
Azərbaycan dilində isə tamamlıq budaq cümlələrini baş cümlələrə bağlayan əsas vasitələr
bunlardır:
-ki bağlayıcısı. Məsələn: Hiss edirəm ki, Siz hərəkətinizə görə peşmansınız.
-kim, nə, hər nə, hər kim, hər kəs, nə qədər, nə təhər və s. bağlayıcı sözləri. Məsələn: Səndən
nə soruşsalar, hamısına cavab ver.
-tabelilik intonasiyası. Məsələn: Adam istəyir, lap başını götürüb getsin.
-sa, sə, mı, mi, mu, mü şəkilçiləri. Məsələn: Dərsi kim öyrənibsə, onu danışdıracaqlar.
İngilis və Azərbaycan dillərində tamamlıq budaq cümlələrində budaq cümlələrinin baş
cümlələrə bağlanma vasitələrinin fərqli cəhətləri ingilis dilinin flektiv-analitik, Azərbaycan dilinin
isə aqlütinativ-sintetik quruluşlu dil olması ilə bağlıdır.
İngilis dilində tamamlıq budaq cümlələri baş cümlədə işlənən qavrayış, arzu, hiss, əminlik
bildirən “sure, sorry, pleased, desirous, anxious” və vəziyyət bildirən “aware, afraid” kimi
sözlərdən sonra gəlir və bu sözlərin mənasını tamamlayır:
He was sorry, he was late. – O, təəssüfləndi ki, o, gecikib.
Tamamliq budaq cümlələri mövqeyinə
görə iki qrupa bölünür: 1) prepozitiv tamamlıq budaq
cümlələri, 2) postpozitiv tamamlıq budaq cümlələri [5,163].
Prepozitiv tamamlıq budaq cümlələri baş cümlədən əvvəl işlənir və baş cümləyə ingilis
dilində “that, if, lest” bağlayıcıları, Azərbaycan dilində isə “ki” bağlayıcısı vasitəsilə birləşir: I knew
that he would come to me. – Mən bilirdim ki, o, mənim yanıma gələcək.
Postpozitiv tamamlıq budaq cümlələri isə, bir qayda olaraq, baş cümlədən sonra işlənir.
Komponentlərin belə sıralanma qaydası Azərbaycan dilinə xasdır və bu zaman tamamlıq budaq
cümləsi baş cümləyə bağlayıcı sözlər (kim, nə, hər kim, hər nə, hər kəs, nə qədər, nə təhər) və -sa, -
sə şəkilçiləri (bağlayıcı sözlərlə birgə) vasitəsilə bağlanır: Biz nə ediriksə, düz edirik.
İngilis dilində tamamlıq budaq cümləsi baş cümləyə “whether” bağlayıcısı ilə bağlandıqda
tamamlıq budaq cümləsi baş cümləyə görə müxtəlif mövqelərdə işlənə bilər: Whether she had
changed her mind about what to say I did not know. We discussed whether we should go to see him.
Dediklərimizdən belə qənaətə gəlmək olar ki, ingilis dilində tamamlıq budaq cümləsi baş
cümləyə görə, əsasən, postpozitiv mövqedə, Azərbaycan dilində isə prepozitiv və postpozitiv
mövqedə işlənir.
Qeyd etmək lazımdır ki, Azərbaycan dilində tamamlıq budaq cümlələrində baş və budaq
cümlələrin başqa quruluşda işlənməsi də mümkündür:
-budaq cümlə baş cümlənin ortasında işlənə bilir. Məsələn: O,başını qaldıraraq mənə - “sizə
istədiyiniz kitabı gətirmişəm” - dedi.
Baş cümlə budaq cümlənin ortasında işlənir. Məsələn: “Elə isə”, - dedi –“ özüm gedib
baxım”.
-baş və budaq cümlənin hissələri növbə ilə işlənir. Məsələn: Atam :”Ttelevizoru niyə
açmırsan?” - dedi, -“aç, baxaq”.
İngilis və Azərbaycan dillərində tamamlığın sadə cümlələrin tərkibində müxtəlif növləri
olduğu kimi, tabeli mürəkkəb cümlələrin tərkibində də tamamlıq budaq cümlələri müxtəlif növlərə
ayrılır. N.A.Kobrina baş cümlədəki idarəedici sözün tələbinə görə ingilis dilində tamamlıq budaq
cümlələrinin dörd növə ayrıldığını göstərmişdir [6,437]:
1.Vasitəsiz tamamlıq budaq cümlələri (The Direct Object Clauses). Vasitəsiz tamamlıq budaq
cümlələri daha çox nitq feilləri ilə işlənir: She told me that her husband had photographed her.
2.Vasitəli tamamlıq budaq cümlələri (The İndirect Object Clauses). Vasitəli tamamlıq budaq
cümlələri ingilis dilində az işlənir: I am quite sure, I shall understand it.
3.Tamamlıq budaq cümləsi Koqneyt tamamlığın (qohum tamamlığın) funksiyasında olur (The
Cognate Object Clause). Bu tamamlığı səciyyələndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, onun
Müxtəlifsistemli ingilis və Azərbaycan dillərində tamamlıq budaq cümlələri və onların müqayisəli təhlili
7
(tamamlığın) ifadə vasitəsi olan isim, həmin cümlədəki xəbərlə - feillə eyni kökdən olur. İsimlə feil
arasında olan bu əlaqəni nəzərə alaraq, həmin növ tamamlığı cognate – qohum tamamlıq
adlandırırlar [4,251]. Məsələn: He and his mamma knew very few people and lived what might have
thought very lovely.
4.Sözönülü tamamlıq budaq cümlələri (The Prepositional Object Clauses). Bu halda
tamamlıq budaq cümləsi baş cümləyə after, about, before, for, of, as to, beyond sözönüləri ilə
bağlanır: I want to be paid for what I do.
Azərbaycan dilində isə baş cümlələrin xəbərləri nitq feilləri ilə ifadə olunan tamamlıq budaq
cümlələri vasitəsi ilə, vasitəsiz nitqlə əlaqədardır. Bunların baş cümləsinin xəbərləri ən çox demək,
söyləmək, danışmaq, soruşmaq, tapşırmaq, xahiş etmək, əmr etmək, nəql etmək, əhd etmək, təsdiq
etmək və başqa feillərlə ifadə olunur. Baş cümlə danışanın sözlərini ifadə etməklə, budaq cümlədəki
sözlərin sahibini də bildirir [7,315].
Vasitəsiz tamamlıq budaq cümlələri kimi?, nəyi?, nə?, vasitəli tamamlıq budaq cümlələri isə
kimə?, nəyə?, kimdə?, nədə?, kumdən?, nədən?, kimlə?, nə ilə?, nə halda? suallarına cavab verir.
Müasir Azərbaycan dilində Koqneyt tamamlıqdan danışılmır, lakin demək olar ki, dilimizdə
də buna oxşar hadisə mövcuddur[4,251]. Məs.: Hər kim ki, ovçu idi, ona ov ovlamaq tapşırılırdı.
Belə cümlələrə “Kitabi-Dədə Qorqud” dastanında rast gəlmək olur. Bu hal əyani olaraq göstərir ki,
müasir ingilis dilində olduğu kimi, müasir Azərbaycan dilində də xüsusi növ tamamlığın mövcud
olmasından danışmaq mümkündür [4,251]. Ancaq bəzi qrammatika kitablarında bu idarəedici sözün
tələbinə görə vasitəli və vasitəsiz tamamlıq budaq cümlələrinə aid edilir.
İngilis dili tamamlıq budaq cümlələri Azərbaycan dilinə tamamlıq budaq cümləsi, mənaca
bağlı iki sadə cümlə, mübtəda budaq cümləsi, təyin budaq cümləsi, məqsəd budaq cümləsi kimi
tərcümə olunur. Azərbaycan dili tamamlıq budaq cümlələri isə ingilis dilinə tamamlıq budaq
cümləsi, semantik cəhətdən bağlı iki sadə cümlə, mübtəda budaq cümləsi, xəbər budaq cümləsi,
məqsəd budaq cümləsi, səbəb budaq cümləsi vasitəsilə tərcümə olunur.
Elmi yeniliyi: Təqdim olunan məqalədə müxtəlifsistemli ingilis və Azərbaycan dillərində
tamamlıq budaq cümlələri müqayisəli araşdırılmış, oxşar və fərqli xüsusiyyətləri
müəyyənləşdirilmişdir.
Tətbiqi əhəmiyyəti: Ali və orta məktəblərdə müəllim və tələbələr ingilis və Azərbaycan
dillərində tamamlıq budaq cümlələrinin oxşar və fərqli cəhətlərini nəzərə almaqla, məqalədən elmi
mənbə kimi istifadə edə bilərlər.
ƏDƏBİYYAT
1.
Kazımov Q.Ş. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı: Nurlan, 2008, 500 s.
2.
Axundov A.A. Feilin zamanları. Bakı: ADU, 1961.
3.
Əsədova M.N. İngilis və Azərbaycan dillərində tamamlıq budaq cümlələri. Bakı: Nurlan, 2007,
146 s.
4.
Musayev O.İ. İngilis dilinin qrammatikası. Bakı: Maarif. 1986, 368 s.
5.
Vəliyeva N. Dil tipologiyasının aktual problemləri. Actual problems of language typology.
Актуальные проблемы языковой типологии. Bakı: Elm və Təhsil, 2011, 509 s.
6.
Кобрина Н.А., Корнеева Е.А., Оссовская М.И., Гузеева К.А. Грамматика английского
языка. СПб.: Союз, 1999, 496 с.
7.
Abdullayev Ə.Z., Seyidov Y.M., Həsənov A.Q. Müasir Azərbaycan dili. Üçüncü nəşr. IV hissə.
Sintaksis. Bakı: Şərq-Qərb, 2007, 424 s.
Yunusova Ş.Ə.