18
mövcuddur. Kürdəmir rayonu ərazisində Padar çölü və eyni adda kənd adı var. Tarixi sənədlər
göstərir ki, Borçalı mahalında Padar adlı oykonim mövcud olmuş, hətta padar antroponim kimi də
işlənmişdir.
Elmi yeniliyi: Məqalədə Qubadlı toponimlərinin tərkib hissəsi olan Padar etnooykoniminin
linqvistik xüsusiyyətləri, padarların etnik kökü, yayılma arealı, tədqiq olunan ərazidə məskunlaşma
tarixi və səbəbləri tarixi faktlar əsasında araşdırılmışdır.
Tətbiqi əhəmiyyəti: Məqalə ali məktəb müəllimlərinin toponimlərin tədrisi prosesində əlavə
elmi material kimi istifadəsi üçün yararlıdır. Eyni zamanda etnonim və toponimlərlə bağlı elmi
tədqiqat işlərində məqaləyə istinad edilə bilər.
ƏDƏBİYYAT
1.
Vəliyev (Baharlı) M. Azərbaycan: Coğrafi-təbii etnoqrafik və iqtisadi mülahizat. Baki:
Azərbaycan, 1993, 192 s.
2.
Əhmədov T. Azərbaycan toponimikasının əsasları. Bakı: Bakı Universiteti, 1991, 318 s.
3.
Nuriyev E. Azərbaycan SSR Şəki-Zaqatala zonasının toponimiyası. Bakı: Elm, 1989, 110 s.
4.
Azərbaycan toponimlərinin ensiklopedik lüğəti: 2 cilddə, II cild. Bakı: Şərq-Qərb, 2007, 303 s.
5.
Çingizoğlu Ə. Padar eli //
"Soy" jurnalı
2 (10), Bakı, 2008, s. 43-47.
6.
Əhmədova E. Padar etnoniminin mənşəyinə dair // Azərbaycan onomastikası problemləri. Bakı,
1988, s. 117-118
7.
Əsgərov N. Areal türk onomastik vahidləri. Bakı: Elm, 2005, 485 s.
8.
Urud M. Zəngəzur toponimləri. Bakı: Nurlar NPM, 2013, 400 s.
Rus dilində:
1. Пилипенко A. Крымскотатарские колонии на Кавказе и в Закавказье // Газета "Ветан
Крым". Крым, 2011.
Elektron mənbələr:
https://az.wikipedia.org/wiki/Padarlar
http://maidan.org.ua/static/mai/1298664142.html
РЕЗЮМЕ
ОГУЗСКОЕ ПЛЕМЯ ПАДАР В ГУБАДЛЫ
Ахмедова Э.Г.
Ключевые слова: топоним, ойконим, этноним, Губадлы, Падар
В статье речь идёт о лингвистических особенностях и этнических корнях этноойконима Падар,
являющегося частью топонимов Губадлы. Здесь также даны сведения о распространении топонима,
истории и причинах поселения падаров.
SUMMARY
OGHUZ TRIBE PADAR IN GUBADLI REGION
Akhmedova E.H.
Key words: toponym, oikonym, ethnonym, Gubadli, Padar
The article is about the linguistic features and ethnic roots of ethnooikonym Padar which is the part of
toponyms of Gubadli region. Spread of toponym, its history and reasons of padar’s settlement are also
studied.
Daxilolma tarixi:
İlkin variant
11.04.2017
Son variant
27.09.2017
Oğuz boyu padarlar Qubadlıda
19
UOT 82.192; 398.8
OZAN-AŞIQ ŞEİRİNDƏ TƏSƏVVÜF
1
BAYRAMOV ASLAN ƏHMƏDXAN oğlu
2
İSGƏNDƏROV BALAKİŞİ ATAKİŞİ oğlu
Sumqayıt Dövlət Universiteti,
Folklorşünaslıq ETL, 1-professor, 2-elmi işçi
e-mail: sdu.elmixeberler@mail.ru
Açar sözlər: ozan, aşıq, sufi, təriqət, mərifət, poeziya, Tanrı
Həyatını Məhəmməd peyğəmbərə həsr etmiş, əmlakı və ailəsi belə olmayan fanatik dindarlar
Mədinədə tikilmiş məscidin bir küncündə, əl-suffada yaşadıqları üçün onlar sufi adlandırılmışlar.
Şərqşünas Bertels və Bartold bu kobud dərvişləri kobud parçadan tikib geydikləri geyimlərə görə
sufi adlandırdıqlarını qeyd edirlər. Lakin gərək əvvəlcə sufi olmalıydı ki, onların geyimləri də
yarana idi [8, 76-77]. Bir çoxları isə peyğəmbərlərə sadiq olan və suffada gecələyən, sonralar böyük
bir cərəyan təşkil edən sufilərin sələfləri olan sufilər peyğəmbərin vəfatından sonra onun həyat
tərzini, dediyi kəlamları, xasiyyət və əməllərini təbliğ etməklə məşğul olmuşlar. Bu şəxslər
dərvişlik edərək təsəvvüfün-sufiliyin təməlini qoymuşlar. Onlar islamın əleyhinə olmamış, islamın
özünəməxsus şəkildə izahı və şərhinə görə başqa islam cərəyanlarından fərqlənmişlər. Onların
baxışlarında buddizm, şamanizm və neoplatonizmin ünsürləri təzahür edir. Sufilərin ali məqsədi
mənəvi kamilliyə çataraq Allaha qovuşmaqdır. Təriqətçilər Allaha və peyğəmbərlərə sevgilərini və
dualarını öz dillərində zikr edirlər.
Türkmən kütlələri IX-X əsrlərdə islam dinini qəbul edərkən böyük ölçüdə əski adət-
ənənələrini də mühafizə etmək məcburiyyətində qalmışlar. Onlar ilk vaxtlar qarmaqarışıq və sıxıcı
dini qaydaları yayan dərviş və seyidlərə o qədər etibar etmir, qam-şaman inancı ilə yeni din (islam
dini) arasında bir paralellik qurmağa can atırdılar. Beləliklə, Orta Asiyada Xoca Əhməd Yəsəvi
tərəfindən qurulan Yəsəvilik təriqəti ilə türk sufiliyinin əsası qoyulmuş və bir siyasi quruluş kimi
ortaya çıxmışdır [7, 27-28]. Səmimi inam və davranışlarına heyran olan xalq, ona çox bağlandı.
Dünyada və axirətdə onu əziz saydı. Onu ərənlər qatına çıxarıb şanına əfsanə düzəltdilər. Anadolu
və Türküstan övliyaları Xoca Əhməd Yəsəvini pir saydılar. Bu gün də onun məqbərəsi müqəddəs
bir ziyarət kimi Qazaxıstanda qalmaqdadır:
Muhəmmədin, bilin, zatı ərəbdir,
Təriqətin yolu bütün ədəbdir.
Həqiqət bilməyən insan deyildir,
Biliniz, heç bir şeyə bənzəməzdir [15, 16].
Ələvi-bəktaşi, heydəri, nəqşibəndi, xəlvətiyyə, bəhayi və s. inancların əsasları böyük ölçüdə
Əhməd Yəsəvi baxışlarına əsaslanır. Xorasan, İran, Cənubi Qafqaz, Anadolu, hətta Balkan
ölkələrinə qədər bu təriqətlər yayılmışdır [12, 30]. Müsəlman ölkələrində bu dini inanclar hələ də
qalır. Kosova, Xorvatiya, Bosniyada da bu rituallar bu gün də yerinə yetirilməkdədir. Köçəbə
türklərin əski inanclarına uyğun gələn musiqi, rəqs və səmanın qadın və kişilərin birlikdə zikr
törənlərinə qatılmaları bir ritual kimi formalaşmışdır [2, 76-77].
Orta çağ dövründə ozan sənətinin aşıq sənəti ilə əvəzlənməsi nəticəsində el aşıqlarının
yaradıcılığına təriqət səciyyəli söz-terminlər daxil olmağa başlamışdır. Məsələn: “miskin”, “qul”,
“xəstə”, “qərib” kimi ifadələr Tanrı qarşısında bəndə “miskinliyini” göstərir. Təsəvvüf simvolikalı
bu ifadə formaları qədim Türküstan ellərində türk təsəvvüf ədəbiyyatının babası sayılan Əhməd
Yəsəvi də bir çox hikmətlərinin möhürbəndində Qul Xoca Əhməd təxəllüsü işlətmişdir. Yuxarıda
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 13 № 3 2017