16
UOT 81’44
OĞUZ BOYU PADARLAR QUBADLIDA
ƏHMƏDOVA ELNARƏ HÜSEYNAĞA qızı
Sumqayıt Dövlət Universiteti, baş müəllim
e-mail:
ahmedovaelnara03@gmail.com
Açar sözlər: toponim, oykonim, etnonim, Qubadlı, Padar
Padar Qubadlı rayonunda Balasoltanlı inzibati ərazi dairəsində, Rayon mərkəzindən 27 km
şərq uzaqlığında, Həkəri çayının sol sahilindəki dağətəyi ərazidə Balasoltanlı, Qaraimanlı və
Sarıyataq kəndləri ilə qonşuluqda yerləşən kəndin adıdır. Padar kəndi dəniz səviyyəsindən 810 m
hündürlükdədir.
Padar Azərbaycan etnogenezində iştirak etmiş tayfalardan birinin adıdır. Tarixi mənbələrdə
türksoylu padarların Qafqaz Albaniyasından əvvəlki dövrlərdə yaşadıqları barədə məlumatlara rast
gəlinir. Etnonim yunan mənbələrində “paddir” kimi göstərilir.
Padar etnoniminin mənşəyi ilə bağlı tədqiqatçıların müxtəlif və çox maraqlı fikirləri
mövcuddur. M.Baharlıya görə, padarlar Səfəvilər tərəfindən Cənubi Azərbaycandan Şimali
Azərbaycana köçürülmüş və Ağ hunların nəslindən olan Qayı tayfasının tərkibində
qaçar, əfşar,
zülqədər, çoban, baharlı, ustacalı, lək, xəlili, sorsor, şəfəq, ussalı, zəngənə, armalı və
digərlərinin də
daxil olduğu 200 ailədən biridir. Onların bu əraziyə köçürülməsi guya yerli dağıstanlıları, xüsusilə,
ləzgiləri itaətə gətirmək məqsədi daşıyırmış [1, 46-48]. Əsasən, şimal bölgəsində yaşayan padarlar
zaman keçdikcə ictimai-iqtisadi səbəblərdən müxtəlif ərazilərə yayılaraq həmin yerlərdə, daha çox
Muğan və Qarabağda məskunlaşmışlar. Padarların bir qolu Otuziki elinə qoşularaq Qarabağ
əyalətinin Bərğüşad (indiki Qubadlı) mahalında yerləşmişdir. Axtaçı, İlxıçı, Gəbəli v s. kimi
oymaqları olmuşdur.
T.Əhmədov öz tədqiqatlarında belə bir qənaətə gəlmişdir ki, padarlar Elxanilər dövründə
(XIII əsr) Orta Asiyadan Azərbaycana köçürülmüş və əsas yaşayış yerləri Cənubi Azərbaycan
olmuşdur. XVI-XVII əsrlərdə onların bir hissəsi Səfəvilər tərəfindən Azərbaycanın torpaqlarına
köçürülmüşlər. Sonralar ictimai-siyasi və ticarətlə əlaqəli səbəblərdən bir yerdən başqa yerə köç
etmiş və yaşadıqları yerlərə öz adlarını vermişlər [2, 86-87].
Tədqiqatçı E.Nuriyev padar etnonimini oğuz-səlcuq tayfaları ilə əlaqələndirir və padarları
maldarlıqla məşğul olan köçəri tayfa kimi göstərir. [3, 39]
AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun nəşri olan “Azərbaycan toponimlərinin
ensiklopedik lüğəti”ndə deyilir: “Şahsevənlər tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar
müəyyən ictimai-iqtisadi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnmişlər. XIX əsrdə Cavad
qəzasında yaşayan padarların ilxıçı, qaraçörüklü, axtaçı, pölüklü, küyülçü və s. tirələrindən,
ümumiyyətlə, 20 tirə və 218 ailədən ibarət olması haqqında məlumat mövcuddur [4, 150].
Tədqiqatçı Pilipenko “baydar” və “padar” oykonimlərini eyni bir onomastik vahidin müxtəlif
fonetik variantları kimi göstərmişdir. Pilipenko yazırdı ki, 1360-cı ildə Krımda xan və xan olmaq
iddiasında olanlar arasında yaranmış ixtişaşlar və qarışıqlıq nəticəsində Mamay xan noqay
tayfasından olan manqıtlara qarşı düşmən mövqeyində idi. Bu səbəbdən Krım manqıtlarının
nəslindən olan baydarları məğlub edib, onları Qafqaza qovur. Burda da baydarları digər böyük türk
sərkərdəsi Əmir Teymur təqib etməyə başlayır. Baydarlar aclıqdan və yoxsulluqdan can qurtarmaq
üçün bir neçə illər Cənubi Qafqazda və Zaqafqaziyada köçəri həyat sürmüş, tədricən oturaq həyata
alışmış və bu ərazidə məskunlaşaraq bu torpaqların daimi sakinlərinə çevrilmişlər.
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 13 № 3 2017
17
Pilipenko həmçinin qeyd edir ki, Gürcüstanın cənubunda Ermənistan sərhədində bir zamanlar
türklərin yaşadığı Kveto-Kartli vilayəti və bu vilayətin Marneuli inzibati ərazi vahidliyində əhalisi
1230 nəfərdən ibarət olan Baydar kəndi yerləşir. Yerli sakinlərin razılığı ilə Krımdan köçürülmüş
baydarlar burda məskunlaşmışlar.
Padarlar XVI-XVIII əsrlərdə Borçalı-Qarabağ ərazilərində paydar//padar adı ilə tanınmış və
həmin ərazidə yaşamışlar. XVI əsr Qarabağ türkmənlərinin bir qolu olan və Otuziki kimi tanınan
boyun tərkibində də padar olaraq bilinməkdə idilər. Pilipenko padarların məhz Qarabağdan Borçalı-
Qazax ərazisinə gəlməsi və burda məskunlaşması fikrini təkidlə söylərkən yerli tərəkəmələrin də
Otuziki boyundan olması faktını əsas tutur.
Ə.Çingizoğlu “Padar eli” adlı məqaləsində yazır: “Azərbaycandakı padar toponimləri XVI-
XVII əsrlərdə Azərbaycana köçürülmüş eyni adlı tayfanın adını daşıyır. 1593-cü il Osmanlı
qaynağında Arazbar qəzasında, indiki Füzuli rayonu ərazisində Qarabağın sayilan-seçilən
uluslarından olan Otuziki elinin Badar adlanan oymağı olmuşdur. Padar eli Şirvan xanlığının
yaranmasında, sərhədlərinin yayılmasında fəal rol oynayıb”.
Ə.Çingizoğlunun padar etnonominin mənşəyi ilə də bağlı maraqlı mülahizələri var. O,
sözün adaçımı haqqındakı fikirlərini belə izah edir: “El öz adını ünlü monqol sərkərdəsi Baydar
noyondan alıb. Baydar adı işlənə-işlənə Padar biçiminə düşüb. Badar sözü türk dillərində “kiçik
tarla”, “dağınıq sahə”, “kiçik ərazi” anlamlarında da işlədilir. Dilimizin yaddaşında padar-bucaq
frazeoloji ifadəsi yaşayır. Bu ifadə “xaraba”, “uçuq-sökük”,”qarət olunmuş yer” və başqa
mənalarda işlənir” [5, 43-44].
E.Əhmədova etnonimin “pad” və “ar” komponentlərindən yaranması fikrini irəli sürür.
Tədqiqatçıya görə, “ar” komponenti bir çox türk dillərində “adam”, “kişi”mənalarında işlənən “ər”
sözü ilə əlaqəlidir ki, bu söz bəzi etnonimlərin tərkibində həm də -lı şəkilçisinin sinonimi kimi
işlənmişdir. “Pad” kökünü isə türk mənşəli bata/pata/pada/ (dua, xoşbəxt, uğurlu, bəxtiyar) sözü ilə
əlaqələndirir. Müəllif eyni zamanda sözün qədim şumer dilində işlənmiş “bad” (divarla
əhatələnmiş yer) və qədim elam dilindəki “patın” (sahə, yer, yurd) leksemi ilə də əlaqəli ola biləcəyi
fikrini istisna etmir və etnonimi “yurd damı, yurd kişisi, yurdçu” və “yerli” mənalarında izah edir
[6, 117-118]. Zənnimizcə, etnonimin bu cür izahını onun leksik-semantik baxımdan
aydınlaşdırılmasında ən doğru variant kimi qəbul etmək məqsədəuyğundur.
Professor N.Əsgərov qeyd edir ki, başqa türk ölkələrində padar etnoniminə təsadüf olunmur.
Bu etnonimlə bağlı yer adlarına yalnız Azərbaycan ərazisinə rast gəlinir. Müəllif N.Volkovaya
istinadən yazır: “Qafqaz xalqları yerli azərbaycanlıları 4 bölgü əsasında adlandırmışlar: birinci tatar,
ikinci türk, üçüncü qacar, dördüncü yığcam qrup şəklində yaşayan padarlar (onlar Azərbaycanın
şimal-şərqində yaşayırlar) və muğnalılardır [7, 231].
Padarların özlərinə məxsus adət-ənənələri var. Həddindən artiq mühafizəkar və adətlərinə
sadiqdirlər. Padar ailələrində atanın sözü ailənin bütün üzvləri üçün qanundur. Həyatlarını bir
qadınla başa vurmağı üstün tutar, boşanmağı həm özləri, həm də ailələri və nəsilləri üçün
rüsvayçılıq hesab edirlər. Erkən yaşda evlənmək padarlarda məqbul sayılmaz. Qız qaçırmaq,
qaçaraq evlənmək kimi adətlər onlar üçün yolverilməzdir. Adətən, həmtayfalarıyla evlənməyə
üstünlük verirlər. Başqa xalqdan, məsələn, ləzgilərdən qız alırlar, ancaq onlara qız verməzlər. Hətta
tayfa daxilində məzhəb ayrı-seçkiliyi də var. Şiə padarlar sünni padarlarla qohum olmurlar.
Padarlar ölənlərinin üçünü, yeddisini, qırxını və bir də 52-ci gününü qeyd edirlər.
Padar kəndində Kiçik Həkəri dərəsi adlanan yerdə Albaniya dönəminə aid kilsə də vardır.
Təəssüf ki, yarıuçuq vəziyyətdə olan bu kilsə işğala qədər tədqiqatçıların diqqətindən kənarda
qalmışdır. Kənd ərazisində Xan dərəsi, Kiçik Həkəri dərəsi, Məcidli düzü, yaqub dərəsi və s. kimi
mikrotoponimlər də mövcuddur.
Azərbaycanın bir sıra bölgələrində, məsələn, Xaçmaz rayonunun Yergüc sovetliyində Armud
Padar, Ağsu rayonunda Padarqışlaq, Dəvəçi, Xaçmaz, Hacıqabul, Oğuz, Sabirabad rayonlarında
Padar adlı kəndlər, Cəbrayıl rayonunda Padardərə, Zaqatala rayonunda Padarçay çay adları
Əhmədova E.H.