10
özünü anlamağa, dəyişməyə, özü ilə başqa insanlar arasındakı fərqləri görməyə imkan verəcək.
İnsanlar dilin verdiyi imkanlardan müxtəlif cür istifadə edirlər. Kennet Tomas yazırdı ki, “Ünsiyyət
insanlara bəxş edilmiş ən ali sevincdir”. İnsanlar, ilk növbədə, ünsiyyət baryerlərini aradan
qaldırmalıdırlar. Daniyel Uebster deyirdi ki, mənim nəyim varsa, əlimdən alın, amma mənim
nitqimə dəyməyin və mən tezliklə yenə hər şeyi əldə edə biləcəyəm”. Ünsiyyət qurarkən bu hala
diqqət yetirmək lazımdır: müvəqqəti olaraq öz problemlərini unutmaq, qəlbini şəxsi iztirablardan
azad etmək və həmsöhbətə münasibətdə hazır göstəriş və inandırmalardan uzaqlaşmaq. Yalnız bu
halda həmsöhbətin nə hislər kecirdiyini anlamaq, onun emosiyalarını “görmək” mümkündür.
Kommunikativ fəaliyyət münasibətlərin düzəlməsi və ümumi nəticə əldə edilməsi məqsədilə
iki və daha artıq insanın razılaşma və birləşməyə yönəldilmiş səylərinin qarşılıqlı təsiridir. Ünsiyyət
informasiya mübadiləsində olan, eləcə də bir-birini qəbuletmə və anlama vəziyyətində olan insanlar
arasındakı qarşılıqlı təsir prosesidir. Hər ünsiyyət xoşməramlı, xoşniyyətli, xoşnəticəli olmur. Bəzi
hallarda insanların ünsiyyət prosesi konflikt situasiyalara cevrilir. Kommunikativ konflikt –
ünsiyyətin xüsusi tipinin nəticəsidir, kommunikativ aktın xüsusi halıdır, xüsusi nitq davranışının
nəticəsidir. Konflikt situasiyanın strukturu subyekt prizmasından və onun mental-psixoloji
durumundan kecir.
Konflikt cox zərif və həssas məsələdir. Gorəsən, mümkündürmü konfliktə hec girməyəsən və
yaxud konfliktə hec vaxt girməyən insanlar movcuddurmu? Konfliktin yaranma səbəbləri sırasında
dil vahidlərinin (vasitələrinin) yeri və rolu hansı dərəcədədir? Təbii ki, cəmiyyətdə insanlar bir-biri
ilə mütləq şəkildə ünsiyyətə daxil olurlar. Cəmiyyətdən təcrid olunmuş normal və sağlam həyat
mümkün deyil. Sosial mühitdə bütün insanların ünsiyyətə girmə və ya ünsiyyət saxlama bacarığı da
eyni deyildir. İnsanlar müxtəlif olduqları kimi, onların maraqları, tələbləri, davranışları, xasiyyətləri
də müxtəlifdir. Bir qrup insanlar var ki, onlar ücün şəxsi maraqlar daha vacibdir, cəmiyyətə və onun
üzvlərinə tələbləri böyükdür, davranışları şəxsi, subyektiv maraqlarından irəli gəlir. Bu tip
insanların nitqində işlənən dil vahidləri fərdin spesifik əlamətlərini, xasiyyətini, dünyagörüşünü əks
etdirir. Xarakterdə daha cox üstünlük təşkil edən “eqo” onun ətrafdakı insanlarla, onların istək və
maraqları ilə hesablaşmasına imkan vermir. Nəticədə, nitqdə disfemizmlər, vulqar sozlər və bu
leksik vahidlərlə zəngin əmr cümlələri daha cox işlənir. Xüsusilə də, “mən” əvəzliyi cümlədə,
demək olar ki, bütün sintaktik vəzifələrdə ən fəal işlənən leksemlərdən birinə cevrilir.
Nitqdə işlənən söz və ifadələr xarakterdə və ətraf mühitdəkilərə münasibətdə mövcud olan
səciyyəvi əlamətləri əks etdirir. Təbii ki, secim bizimdir: biz söz və ifadələri secirik. Bəzən
məqsədsiz surətdə yetişən konflikt situasiayalar olur ki, aqressiv xarakterli leksik vahidlər
münaqişənin daha da qızışması, dərinləşməsi və mürəkkəbləşməsinə səbəb olur. Təbii ki, bunun
əksi olan “sülhməramlı dil vahidləri” münasibətləri sahmana sala bilər, “konflikt situasiyanın
üzərinə “su səpib” söndürə bilər. Deməli, dil vahidləri ünsiyyətin tənzimləyicisi rolunu oynamaq
imkanına malikdir. Və hətta, fikrimizcə, hər cür ünsiyyətin həm müsbət, həm də mənfi sonluqla
nəticələnməsi nitqdə işlənən dil vahidlərindən asılıdır.
Konflikt situasiyaların növləri muxtəlifdir: 1) Dinamik tipli konflikt münasibət tipini
adlandırır; 2) Paradiqmatik tipli reaksiyalar; konkret konflikt tipləri olan mübahisə, münaqişə,
savaş, müharibə. 3) Konflikt situasiyanın dərin tərəfi – emosional, intellektual və iradi münasibətlər
– qarşıdurma, situasiya subyektlərinin maraqlarının toqquşması, eləcə də zahiri (xarici) ətraf
mühitdə daxili qarşıdurmanın ifadəsi, konflikti büruzə verməyin fiziki formaları (qışqırıq, tonun
yuksəlməsi, səs).
Konfliktin fiziki formaları iki qrupa ayrılır:
a) Şəxsi konflikt qarşıdurmalar; dava, qarşılıqlı zərbə yetirmə, əlbəyaxa savaş, kiminləsə nəyə
gorəsə və ya nəyin əleyhinəsə mubarizə və s.
b) geniş sosial kutləni cəlb edən konflikt situasiyalar: muharibə, iki və ya daha artıq dövlət,
xalq, tayfa və ya ölkədaxili ictimai qruplar arasında hərbi mübarizə, hərbi döyüş və s.
Təbii ki, bütün bu proseslər nitq təzahürü ilə özünü büruzə verir. Kommunikativ strategiyanı
elə qurmaq lazımdır ki, elə kommunikativ davranış secmək lazımdır ki, konflikt situasiyanın
inkişafını öncədən görmək, konflikt situasiyanı öncədən proqnozlaşdırmaq və idarə etmək mumkun
olsun. Muxtəlif növ konfliktlərin əsasında hər zaman düzgün secilməmiş kommunikativ və ya nitq
Kommunikativ konflikt və ya konfliktli ünsiyyət
11
davranışı dayanır. Dil müxtəlif tip və səviyyəli konfliktlərin yaranmasına, inkişafına və həllinə
istiqamətlənir.
Bəzi hallarda ayrı-ayrı fərdlər münasibətlərin gərginləşdirilməsinə, ünsiyyətin pozulmasına
səbəb olan kobud, qaba soz və ifadələr, söyüş və qarğışlardan istifadə edirlər. Bəzən bu adət, vərdiş
halını da alır. Psixologiyada koprolaliya adlı bir anlayış movcuddur. Yunanca “konpoc” – “nəcis,
cirk”, “laliya” – “nitq” deməkdir. Bu termin hec bir səbəb və bəhanə olmadan söyüşlərə, pis, eyıb,
ədəbsiz sözlərə xəstəlik səviyyəsində tutulma, bəzən də qarşısıalınmaz impulsiv maraq deməkdir.
Bu anlayışı elmə ilk dəfə fransız həkimi, uşaq psixiatriyasının banilərindən biri J.M.İtar gətirmişdir.
İlk dəfə o, Turett sindromunu elmi cəhətdən təsvir etmişdir. Koprolaliya, əsasən, Turett
sindromunda uzə cıxır, amma daha üc xəstəlik zamanı da: şizofreniya, proqressiv iflic, az hallarda
maniakal vəziyyətlərdə də muşahidə olunur. Turett sindromlu xəstələrin 10%-i qədərində
koprolaliya ozunu gostərir. Cox az hallarda insultdan sonra beynin uzvi zədələnməsi və ya ensefalit,
eləcə də nevroloji xəstəliklər – neyroakantositoz və Zyoşa Nixen sindromu zamanı rast gəlinir.
Koprolaliya şəxsiyyətin fəaliyyətinin azalması, təcavüzkarlıq edə bilməyi bacarmağa işarə edir.
Bəzi muəlliflərə görə, qadınlarda koprolaliyanın olması onların xusüsiyyətlərinin dərin
deqradasiyasının etibarlı sübutudur. Koprolaliyaya yaxın anlayış olan kopropraksiya – qadağan və
ya eyib sayılan jestikulyasiyaya impulsiv maraqdır: koproqrafiya isə soyuşlərin yazılmasına
maraqdır. Bir qisim fərdlərarası konfliktlərə koprolaliya da səbəb olur, münaqişəni kəskinləşdirir,
münasibətləri ağırlaşdırır.
Ədəbiyyat
1. Гольдин В.Е. Этикет и речь. Саратов: Саратовский Университет, 1978, 112 с.
2. Колшанский А.Н. Паралингвистика. М.: Наука, 1974, 274 с.
3. Коммуникативный синтаксис //Сборник научных статей. М.: МАНПО, 1984, 203 с.
4. Формановская Н.И. Вы сказали «здравствуйте». // Речевой этикет в нашем общении. 3-е
издание, М.: Знание, 1989, 156 с.
РЕЗЮМЕ
КОММУНИКАТИВНЫЙ КОНФЛИКТ ИЛИ КОНФЛИКТНОЕ ОБЩЕНИЕ
Эминли Б.И.
Ключевые
слова:
эффемизм,
культура
речи,
манипуляции,
психолингвистика,
социолингвистика, конфликт
В обществе люди обязательно общаются друг с другом. В ряду возникновения конфликтов
велики место и роль языковых единиц (средств). В социальной среде не все люди обладают
одинаковым умением входить в общение и поддерживать его. В статье исследуется
коммуникативный конфликт, причины его возникновения в общении и рассмотрены пути его
устранения.
SUMMARY
COMMUNICATIVE CONFLICT OR CONFLICT COMMUNICATION
Eminli B.I.
Key words: evfemizm, culture of speech, manipulation, psycholinguistics, sociolinguistics, conflict
In a society, people inevitably communicate with each other. The place and role of language units
(means) are very large among conflict emergence reasons.
Communication skills of people in social environment are not the same. In the article, communicative
conflict or causes of conflict communication, wich is one of the topical problems of a society, have been
researched and looked through with solutions.
Daxilolma tarixi:
İlkin
variant
09.09.2017
Son variant
27.09.2017
Eminli B.İ.