26
Bu da müəyyən mənada hər hansı bir araşdrıma mətninin bədii mətn strukturuna yaxınlaşması
demək idi. “Postmodern romanın meydana gəlməsi modern romanın janr xüsusiyyətlərindən imtina
etməsi nəticəsində postmodernizmdən əvvəl baş vermişdir. Belə ki, 1940-cı illərin sonu 1960-cı
illərin əvvəlləri ədəbiyyatda «yeni roman» (fr. Le nouveau roman) və ya antiroman ədəbi məktəbi
formalaşdı.” [2,17]
Bildiyimiz kimi, postmodernizm tam mənası ilə keçmişə biganə deyil, onu inkar etmir.
Modernizmdə müşahidə etdiyimiz yenilikçilik meyilləri kənar təsirlərin köməyi olmadan qurulurdu
və bu kənar təsir də keçmişin harmonik düzənindən ibarət idi. Halbuki postmodernizm keçmişə
pərəstişi kənara qoydu və onu yenidən yazmağa, yenidən yaratmağa başladı. “Postmodernizm isə
Modernizmdən fərqli olaraq, həmin ənənələri, stereotipləri, əvvəlki fəlsəfələri, tarixi keçmişi atmır,
eyni zamanda klassik dövrdən fərqli olaraq, keçmişə pərəstiş etmir, keçmişi yenidən dəyərləndirir”
[3,62].
“Mələklər və İblislər” romanı bu baxımdan aktual olduğu üçün Den Braunun keçmişə
müraciətlə qurduğu struktur birbaşa formalaşmamışdı. Bu sistemin formalaşmasında keçmişə
müraciət önəmli mövqedə idi. Qeyd etdiyimiz dekonsturksiya romanda aktual oyun texnologiyası
yaradır. Postmodern oyun texnologiyasından danışdığımız zaman əsərdəki simvolların təşkilat və ya
şəxs şəklində dövlət orqanlarına nüfuz etməsi, orada kök atması prosesini də gözdən
qaçırmamalıyıq: “Vudro Vilson 1921-ci ildə radio ilə üç dəfə çıxış edərək, illüminatların Birləşmiş
Ştatların bank sistemi üzərində nəzarətin gücləndirdiyi barədə xəbərdarlıq etmişdi. Verilişin
stenoqramından birbaşa sitatını eşitmək istəyirsənmi?
- Düzünü desəm, o qədər də yox.
- Yox, qulaq as. ABŞ-ın prezidenti dedi: “O qədər mütəşəkkil, o qədər ələkeçməz, o qədər hər
şeyi əhatə edən və qəbahətli qüvvə mövcuddur ki, kimsə ona qarşı tənqidlə çıxış eləmək istəsə, bunu
pıçıltı ilə etsə, daha salamat olardı” [1,337].
Tarixi faktlarda da müşahidə etdiyimiz üzrə bu məsələ prinsip etibarilə müxtəlif əsərlərin
struktrunda özünə yer tutan ümumbəşəri bir problemə çevrilə bilər. Yuxarıda da qeyd etdiyimiz
kimi, bir çox təşkilatlar qollanmaq, budaqlanmaq üçün məhz hakimiyyətlərin gücünü alət edirdi,
beləcə, onlar öz ideyalarını rahatca yaya, əhalini öz ideyalarının mərkəzinə gətirə bilirdilər.
Yazıçının dekonstruksiyasını fərdiləşdirməsi müəyyən mənada mətni tarix və alternativ tarixlə
qarşı-qarşıya qoyur. Bu da əsərin strukturunun aydınlaşdırılması zamanı oxucunu çətin vəziyyətə
salır.
Den Braun postmodern oyun texnologiyası qurduğu zaman kənar təsirlərə qapılmır, əsərin
süjetini olduğu, olacağı kimi qurur. Postmodernist strukturun tələb etdiyi mətn formatını təxəyyül
süzgəcilə birləşdirərək maraqlı nümunə yaradır.
Sərhədlərin, məsafələrin və lokallığın statusunun dəyişməsi cəmiyyətin quruluşuna təsirsiz
ötüşmədiyi kimi, əsərlərin də struktuturuna səssiz qalmır. Artıq cəmiyyət təsisatları və ya hər hansı
coğrafi anlayışın kökünü axtarmağa vaxt sərf etmir. “Postmodernizmdə məsafələr və lokallıq kimi
anlayışların statusu dəyişib. Artıq bir çox malların, təsisatların və ya anlayışların coğrafi mənşəyi
mənasızlaşıb. Avropada kim belə bir fakta maraq göstərir ki, tomatın vətəni haradır, yaxud əriştə
haradan gəlib?” [3,60]
Postmodernist oyun texnologiyasından danışdığımız zaman onu da qeyd etməliyik ki, bu
cərəyanda yazılan əsərlər bəzən araşdırma əsərlərilə ilə də qarışıq salına bilir. Yəni sırf olaraq əsərin
tam bədii və ya elmi-araşdırma əsəri olmasını təyin etmək çətin olur. Den Braunun əsərlərində, əsas
da tədqiqata cəlb etdiyimiz əsərlərində bu məqamlara rast gələ bilirik. İstər “Da Vinçi şifrəsi”, istər
“Mələklər və İblislər”, istərsə də “Cəhənnəm” romanlarında rastlaşdığmız tarixi hadisələrdə müəllif
bizi hədsiz bilgiləndirir və oxucu çox zaman tarixi əsər və ya roman oxuduğunu qarışıq salır. Digər
tərəfdən də qeyd edək ki, postmodern oyun texnologiyası olaraq bu cür gedişlərin edilməsi normal
hal sayıla bilər. Bədii mətnin srtukturuna müəyyən qədər zərbə vurmasına baxmayaraq,
Den Braunun “Mələklər və iblislər” romanında postmodern oyun texnologiyası
27
postmodernistlər bunu normal qəbul edir və öz əsərlərində bu prinsipi vahid konsepsiyaya salmağa
çalışaraq istər tarixi, istərsə də xəyal gücünə söykənən alternativ tarix müstəvisində şərh edirlər.
Təsadüf deyildir ki, cərəyan ilk yarandığı vaxtlarda ciddi tənqid olunurdu. İstənilən halda
əsərlərin strukturuna zərbə kimi qəbul edilən bu cərəyan sonradan yazılan əsərlər vasitəsilə bədii
mətndə oturuşa bildi və bu oturuşma sonradan kütləvi hal alaraq bu cərəyanı axına və cəmiyyətin
güzgüsünə çevirdi. İncəsənətdə yaranan sonradan ədəbiyyata yol açan bu cərəyan bir müddət sonra
sosaillaşma sferasına daxil olmağı bacardı. “Bütün quruluşlardakı nüfuzu hədəf alan
postmodernizm, birləşdirici təzyiq mərkəzinin ortadan qaldırılması düşüncəsinə dayanmaqdadır.
Postmodernizm, memarlıqda, fəlsəfədə, siyasətdə, sənətdə “modernist strukturun və postmodernist
pozuçuluğun” bir spiral şəklində davam etdiyi bir sürəcdir.” [8,5]
Bu spiral şəklində davam edən irəliləmənin, təbii ki, mənfi tərəflərindən biri də zəif mətnlərin
qabağının açılmasıdır. Belə ki, işıq üzünə çıxmayan zəif əsərlər postmodern ədəbiyyat adı altında
yayılmağa, kəmiyyət uğuru qazanmağa başlayır. Əsərlərinin bədii struktur, mətn quruluşu
baxımından zəifliyinə baxmayaraq, müəlliflər bunu postmodern nümunə adlandıraraq özlərinə
bəraət qazandırmağa başlayırlar. Ən pisi də odur ki, bu mənfi təzahürlər də sosiallaşdı və
intiharların, ölümlərin çoxalmasına yol açır.
Yazıçı postmodernist əsərdə srtuktur, süjet qurduğu zaman oxucudan çox şeyi gizlədə bilmir.
Mətnin təhkiyəçisini, obrazların xarakterini oxucu deyil, yazıçı özü müəyyən edir. Bu da sitatda
qeyd olunduğu kimi, bir növ klassik mətnləri xatırladır. “Gerçəklik və əksetdirmə estetikasını tərk
edən postmodern yazıçı əsərinin qurma olduğunu və mətnin təhkiyəçilərini oxucuya tanıtmaqdan
çəkinmir. Öz varlığını mətn içində aydın göstərir. Bu baxımdan klassik dövr mətnlərin oxucuya
məlumat verən, varlığını gizlətməyən didaktik təhkiyəçi tipini xatırladır. Postmodern yazıçı, bu
xüsusiyyətilə keçmişin oxucuya varlığını hiss etdirən tərəfdən təhkiyəçi tipinə bənzəsə də, onun
məqsədi oxucuya məlumat vermək və bir mesajı açıqlamaq deyil.” [7,91]
Əsərin özünün dekonstruksiyası ilə müəllifin dekonstruksiyası arasında müəyyən mənada
fərqliliklər var. Bu daha çox yazıçının təxəyyülü, alternativ tarixin mümkün modeli və
postmodernizmin struktur mahiyyəti ilə ölçülür. Müəllif qarşısına qoyduğu mümkün dekonstruksiya
modelini alternativ tarix və təxəyyül gücüylə birləşdirərək əsərin bədii gücünü artırır. Təməlçilik
ənənəsinin sonuna işarə olan bu model fəlsəfi düşüncəyə də təsirsiz qalmır. “Mənşəyi XIX əsrin
ortasından sonuna söykənən təməlçiliyin sona çatmasının fəlsəfi düşüncədə əhəmiyyətli şəkildə
təsnif olunması nəticəsinə müqavimət göstərmək çətindir.” [6,26]
“Mələklər və İblislər” əsərində bu struktur davam etdirilərək yazıçının yaradıcılığının
müəyyən konturlarını cızmağa kömək edir. Kilsə və antikilsə, həmçinin ehkam və antiehkam
qarşıdurmaları əsərdə vacib faktorlar olduğu üçün oxucu, ilk növbədə, mətnin orijinal varinatına
meyillənməyə çalışır. Bu meyillənmə oxucunun mətnin yaratdığı mədəni, sosial, həmçinin fəlsəfi
analizləri də duymasına kömək edir. “Bütün bu addımlar, həmçinin “postmodern” konsepsiyasının
polisemantikliyi postmodern və onun cəmiyyətdəki göstəricilərinin mədəni, sosioloji, fəlsəfi
analizlərinə səbəb olur. Bu səbəblə ictimai dəyişikliklərlə bağlı problemlərə kompleks yanaşma
zərurəti tədqiqatların interdisiplinar təşkilini tələb edir.” [5,4]
Müəllif birmənalı olaraq postmodern oyun texnologiyasının qoyuluşunu bir problem kimi
görmür və bu problemdən uzaq qaçmağa meyillənmir. Modernist əsərlərdən fərqli olaraq,
postmodernist əsərlərdə nisbətən mətndə struktur qurma anlayışı daha spesifikdir. Modernizm
keçmişə etiraz edən, mətnləri yenidən quran bir prinsipial cərəyandır. Əsərləri yamsılamadan
uzaqlaşdıraraq yeni formata sürükləməyə meyilləndirir. Yeni üslub kultunun yaranması məhz yeni
format üzərindən əsərlərin fərqli rakursda formalaşmasını təmin edən anlayışlar arasında idi.
Postmodernizm də modernizmdən sonrakı dövrün məhsulu kimi yazıçıları ənənəvi olaraq
postmodern oyun texnologiyası və müəllif dekonstruksiyasının mərkəzinə gətirdi. “Modernizm
incəsənət, ədəbiyyat, siyasət, fəlsəfə, cəmiyyətin bütün sahələrində ənənəvi dəyərlərə etiraz edib,
dünyanı yenidən təzə prinsiplər üzərində qurmaq arzusunun ifadəsi oldu; dünyanı olduğu kimi
Cəfərli Y.İ.