Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə17/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   13   14   15   16   17   18   19   20   ...   46

 

36 


 

 

UOT 82-342 

 

XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ YARANAN AZƏRBAYCAN  

UŞAQ ƏDƏBİYYATININ TƏDQİQİ VƏ NƏŞRİNƏ DAİR  

(F.Köçərli, S.M.Qənizadə, M.Ə.Sabir, A.Səhhət

 

RƏSULOVA SEVİNC HƏMİD qızı 



Azərbaycan Dövlət Pedaqoji Universiteti, fil.f.d., doktorant 

e-mail: rasulova.s@mail.ru 

 

Açar sözlər: mədəniyyət, uşaq ədəbiyyatı, ədəbi nümunələr, şəxsi məktublar  

 

XIX-XX yüzilliklərin qovşağında uşaq ədəbiyyatımızın yüksəlişinə həm ədəbi-nəzəri, həm də 

əməli mənada əvəz olunmaz xidmətlər göstərən işıqlı zəka sahiblərinin öncüllərindən F.Köçərlinin 

adını  iftixarla  çəkə  bilərik.  Onun  əsərlərinin  nəşri  və  bütövlükdə  həyat  və  yaradıcılığının 

öyrənilməsi istiqamətində xeyli uğurlu təşəbbüslər edilsə də, təəssüf ki, uşaq ədəbiyyatı ilə əlaqəli 

fəaliyyəti  barədə  ədəbiyyatşünaslığımızda  az  iş  görülmüşdür.  Daha  doğrusu,  cəfakeş  ziyalının 

dediyimiz  sahədə  gördüyü  genişmiqyaslı  işlərin  müqabilində  bu  işlərin  elmi  istiqamətdə 

araşdırılması cüzi və yetərsiz görünür. Halbuki bu, kifayət qədər əhatəli tədqiqata ehtiyac duyulan 

məsələlərdən biridir.  

Məlumdur ki, Firidun bəy ədəbiyyat tariximizdə ilk ən mötəbər və fundamental “Azərbaycan 

ədəbiyyatı  tarixi”  kimi  möhtəşəm  əsərin  müəllifidir.  İki  cilddən  ibarət  irihəcmli  bu  kitabın  I 

cildindəki “Bir neçə söz”, “Abbasqulu ağa Bakıxanov”,  II  cildindəki “Hacı  Seyid  Əzim Şirvani”, 

“Mirzə  Əliəsgər  Növrəs”,  “Mirzə  Sadıq  Fani”,  “Mirzə  Kazım  Qazi  Əsgərzadə”,  “İsmayıl  bəy 

Nakam”, “Ağamirzə Məhəmməd  Bağır  Xalxali”  və s. portret-oçerklərdə  uşaq ədəbiyyatı ilə bağlı 

maraqlı və gərəkli fikirlərə, təhlillərə, mülahizələrə də rast gəlirik. Həmin kitablar XX əsrin 20-ci 

illərindən indiyə qədər üç dəfə (1925-1926; 1978-1981; 2005) “Azərbaycan ədəbiyyatı” adı ilə nəşr 

edilmişdir.  

Firidun  bəyin  çox  sayda  mətbu  məqalələri  də  vardır.  Bu  məqalələrdən  bəzilərində  uşaq 

ədəbiyyatı ilə bağlı müəyyən qiymətli fikirlərə rast gəlirik. Həmin məqalələrin bir qismi müəllifin 

1963-cü ildə işıq üzü görmüş “Seçilmiş əsərləri”nə daxil edilmişdir.  

Ədəbiyyatşünas  alimin  uşaq  ədəbiyyatı  ilə  əlaqəli  ədəbi-nəzəri  fikirlərinin,  tövsiyə  və 

məsləhətlərinin  mühüm  bir  qismi  onun  məktublarında,  müasiri  olduğu  həmkarları  ilə 

yazışmalarında  öz  ifadəsini  tapmışdır.  Həmin  məktubların  əsas  qismi  30-cu  illərə  qədər  alimin 

həyat  yoldaşı  Badisəba  xanım  tərəfindən  qorunub  saxlanan  arxivində  mühafizə  olunmuşdur. 

Təəssüf  ki,  30-cu  illərin  repressiya  burulğanında  arxiv  materiallarının  əsas  hissəsi  rəsmi  dairələr 

tərəfindən Badisəba xanımdan alınmış və həmin repressiya qaranlığında qeyb olmuşdur. Ona görə 

də  bu  məktub  və  materiallardakı  mətləblərlə  tanış  olmaq  bir  müşkülə  çevrilmişdir.  Bununla  belə, 

məktublardan  bəziləri  müxtəlif  məkanlarda  yaşaya  bilmişdir.  Əldə  olan  məktub  və  materiallar 

sonralar ayrı-ayrı yerlərdə nəşr olunmuşdur [9].   

F.Köçərlinin kiçik oxuculardan ötrü qələmə aldığı elmi-publisistik əsərlərin bəziləri XX əsrin 

əvvəllərindəki uşaq mətbuatımızda işıq üzü görmüşdür. Bunlar, əsasən, Azərbaycan ədəbiyyatının 

klassik  sənətkarlarına  həsr  olunmuş  oçerklərdir.  Həmin  oçerklərdən  aşağıdakıları  göstərmək  olar: 

“Vaqif və Vidadi və bunların dostluğu” [3, 1907, №1]; “Seyid Əbülqasım Nəbati” [14, 1906, №1]; 

“M.V.Vidadi, M.P.Vaqif və Q.Zakir” [14, 1906, №2]; “Molla Vəli Vidadi” [14, 1907, №5]; “Soltan 

Məcid  Qənizadə”  [11,  1912,  №21].  “Ədəbiyyatımıza  dair”  rubrikasında  dərc  edilmiş  həmin 

məqalələrdən  M.V.Vidadi,  M.P.Vaqif  və  Q.Zakirin  “Durnalar”  şeirləri  ilə  bağlı  yazılmış  məqalə 

[14,  1906,  №2],  həmçinin  “Vaqif  və  Vidadi  və  bunların  dostluğu”,  “Soltan  Məcid  Qənizadə” 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 3                   2017 

  



 

37 


 

oçerkləri  F.Köçərlinin  “Seçilmiş  əsərləri”nin  1963-cü  il  nəşrinə  də  daxil  edilmişdir  [7,  130-135, 

146-151, 288-292]. 

Firidun  bəyin  Azərbaycanda  uşaq  ədəbiyyatının  inkişafına  xidmət  mənasında  ilk  təşəbbüsü 

kimi  A.S.Puşkindən  tərcümə  və  kitabça  şəklində  nəşr  etdirdiyi  “Torçu  və  balıq”, 

M.Y.Lermontovdan dilimizə çevirdiyi  “Üç xurma ağacı”,  Kolsovdan tərcümə etdiyi  “A kişi, niyə 

yatıbsan?”  şeirlərini  nümunə  göstərmək  olar.  “Torçu  və  balıq”  1892-ci  ildə  ayrıca,  “Üç  xurma 

ağacı”  və  “A  kişi,  niyə  yatıbsan?”  şeirləri  isə  1896-cı  ildə  bir  yerdə  kitabça  şəklində  çap  olunub 

azərbaycanlı oxucuların ixtiyarına verilmişdi. 

Cəfakeş  ziyalının  uşaq  ədəbiyyatımıza  əməli  xidmətinin  ən  gözəl  məhsulu  və  təzahürü  isə 

1912-ci  ildə meydana çıxan “Balalara hədiyyə”  kitabıdır. Kitabın nəşri Azərbaycanda  yalnız kiçik 

oxucular  tərəfindən  deyil,  elmi-kütləvi  ictimaiyyət  tərəfindən  də  sevinc  və  məmnunluq  hissi  ilə 

qarşılanmışdı.  A.Şaiq  “Dilimiz  və  ədəbiyyatımız”  (“İqbal”  qəz.,  1913,  21  oktyabr),  Kazımoğlu 

(Seyid  Hüseyn)  “Balalara  hədiyyə,  yaxud  Qafqazda  birinci  kitab”  (“İqbal”  qəz.,  1913,  23  may), 

M.Ə.Rəsulzadə  “Tənqid  və  təhrir:  Balalara  hədiyyə”  (“İqbal”  qəz.,  1914,  20  aprel)  adlı  tərif  və 

təhlil  səciyyəli  mətbu  məqalələrlə  çıxış  etmişdilər.  “Balalara  hədiyyə”  1967-ci  ildən  etibarən 

Köçərlişünas  alim  B.Nəbiyevin  tərtibatı  ilə  bir  neçə  dəfə  (1985,  1987,  2005)  təkrar  nəşr  edilib 

azərbaycanlı balaların ixtiyarına verilmişdir. Kitabdakı materialların bu və ya digər qismi müxtəlif 

vaxtlarda uşaq ədəbiyyatına aid müntəxabat və antologiyalara da daxil edilmişdir ki, bu barədə də 

bir az sonra məlumat verəcəyik.  Buradakı  nümunələrdən bir çoxu ibtidai məktəb dərsliklərimizdə 

də uzun illərdir ki, yer alır.  

Ədəbiyyatşünaslığımızda  K.Talıbzadə,  B.Nəbiyev,  Mir  Cəlal,  X.Əlimirzəyev,  İ.Bəktaşi, 

R.Qənbərqızı,  T.Salamoğlu,  V.Vəliyev  və  başqaları  F.Köçərlinin  irsinin  öyrənilməsi  ilə  bağlı 

diqqətəlayiq  işlər  görmüşlər.  Pedaqoq  alim  S.Əzimova  onun  pedaqoji  irsinin  və  fəaliyyətinin 

araşdırılmasına ayrıca dissertasiya həsr etmişdir. Firidun bəyin uşaq ədəbiyyatı ilə bağlı fəaliyyətinə 

toxunanlar  isə  qismən  B.Nəbiyev,  İ.Bəktaşi  və  Ş.Hüseynov  olmuşlar.  B.Nəbiyev  bu  böyük 

şəxsiyyətə  həsr  olunmuş  fundamental  monoqrafiyasında  [13]  müəyyən  məqamlarda  ötəri  də  olsa, 

dediyimiz  məsələyə  də  toxunmuşdur.  İ.Bəktaşi  isə  “Firidun  bəy    Köçərlinin  yaradıcılıq  yolu” 

monoqrafiyasının “Uşaq və xalq ədəbiyyatına məhəbbətlə” adlanan sonuncu bölməsində Köçərli və 

uşaq  ədəbiyyatı  probleminə  xeyli  yer  ayırmışdır  [2,156-183].    Filoloq  alim  “XX  əsr  uşaq 

mətbuatında  ədəbiyyat”  kitabında  da,  az  da  olsa,  zikr  olunan  məsələyə  diqqət  yetirmişdir. 

Ş.Hüseynov  da  “Azərbaycan  müəllimi”  qəzetində  (1977,  13  may)  “Firidun  bəy  Köçərli  və  uşaq 

ədəbiyyatı” sərlövhəli bir məqalə ilə çıxış etmişdir.  

Görkəmli pedaqoq və yazıçı S.M.Qənizadənin uşaq əsərlərinin ilk nəşrləri onun öz sağlığında 

baş  vermişdir.  Müəllifin  ilk  qələm  təcrübələrindən  və  kiçiklər  üçün  bədii  sərvətimizin  qiymətli 

nümunələrindən sayıla bilən “Tülkü və Çaq-çaq bəy” adlı mənzum nağılı hələ 1893-cü ildə Bakıda 

quberniya idarəsinin mətbəəsində çap edilib oxucuların ixtiyarına verilmişdir. Əsər 1910 və 1918-ci 

illərdə də ayrıca kitab halında nəşr olunmuşdur. Müəllifin balalarımız üçün qələmə aldığı “Qurban 

bayramı”, “Allah xofu” və “Nabəkar qonşu” hekayələri ilk dəfə “Dəbistan” jurnalının səhifələrində 

oxuculara  təqdim  edilmişdir.  Əvvəlki  iki  hekayə  orijinal,  “Nabəkar  qonşu”  isə  təbdildir.  “Qurban 

bayramı” “Dəbistan”da (1907, №1-4) dərc edildikdən sonra 1916 və 1919-cu illərdə yenidən ayrıca 

kitabça  halında  çap  olunmuşdur.  Eyni  taleyi  “Allah  xofu”  hekayəsi  də  yaşamışdır.  Əsər 

“Dəbistan”da  (1906,  №11-18)  “Şeyda”  imzası  ilə  işıq  üzü  gördükdən  sonra  1916-cı  ildə  Bakıda 

“Məktəb”in elektrik mətbəəsində yenidən nəşr edilmişdi. Hekayə barədə M.Ə.Rəsulzadənin “Açıq 

söz”  (1916,  7  sentyabr)  qəzetində  eyniadlı  (“Allah  xofu”)  nəzəri-tənqidi  məqaləsi  də  işıq  üzü 

görmüş, Məhəmməd Əmin bəy burada hekayənin əsas məziyyətlərindən danışmışdı.  

S.M.Qənizadənin  adını  çəkdiyimiz  bədii  nümunələrdən  əlavə,  “Rəhbər”  jurnalında  dərc 

edilmiş (1906, №2-4; 1905, №5) “Körpə uşaqlar tərbiyəsi” adlı elmi-kütləvi publisistika nümunəsi 

olan maraqlı bir məqaləsi də nəşr edilmişdir. Həcmcə iri olan məqalə fiziki tərbiyəyə həsr edilmiş, 

Rəsulova S.H.  



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə