44
Araşdırılan dövrə dair digər vacib bir məsələ Mannanın Naxçıvanla münasibətləridir.
S.Qaşqaya görə, Naxçıvan və Manna ərazisində aşkar edilmiş arxeoloji materiallar əsasında
izlənilən sıx mədəni əlaqələr müəyyən dövrlərdə Mannanın sərhədlərinin Arazdan şimala
uzandığını və özünün gücləndiyi dövrlərdə onun kifayət qədər geniş əraziyə malik olduğunu
söyləməyə imkan verir [7, 69]. Tədqiqatçı bu problemə sonrakı araşdırmalarında bir daha qayıtmış
və həmin müddəanı inkişaf etdirmişdir. S.Qaşqay 1979-cu ildə nəşr edilən məqaləsində yazırdı ki,
Naxçıvan diyarının e.ə. II minilliyin sonları – I minilliyin əvvəllərinə aid maddi mədəniyyəti
olduqca özünəməxsus olub, həm Sovet Azərbaycanının (hazırda Azərbaycan Respublikası. – İ.H.)
digər rayonlarının maddi mədəniyyətindən, həmçinin Gürcüstan və Ermənistanın ona müasir olan
mədəniyyətindən fərqlənir. Tədqiqatın sonunda belə bir nəticə hasil edilir ki, Naxçıvan diyarının
vilayətləri e.ə. I minilliyin əvvəllərində güclənən Manna çarlığının təsiri altında və zaman-zaman
siyasi asılılığında olmuşdur [8, 131-134]. Göründüyü kimi, Naxçıvanın Manna dövlətinin tərkibinə
daxil olması haqqında fıkir irəli sürülsə də, onun xronologiyası barədə konkret bir mülahizə
söylənmir. R.Məlikov da Naxçıvanın Manna tərkibinə daxil olmasını təsdiq edərək yazır: “Güman
ki, bu dövrdə (e.ə. IX-VIII əsrlərdə. - İ.H.) Etiuninin tərkibində olan Naxçıvan ərazisi bəzən
Mannaya qatılmışdır” [5, 55]. Buradan da aydın olmur ki, Naxçıvan ərazisi “bəzən”, yəni nə vaxt
Mannaya qatılmışdır?
Tarixi faktların təhlili belə bir fikir söyləməyə imkan verir ki, Naxçıvanın Manna dövlətinin
tərkibinə daxil edilməsi e.ə. VIII əsrin sonları – VII əsrin əvvəllərinə aid oluna bilər, çünki bu
dövrdən sonra kimmeri və skiflərin Azərbaycana yürüşləri başlayır və yeni tarixi situasiya yaranır.
Mannanın tərkibində olduğu dövrdə əvvəllərdəki kimi Naxçıvanın şəhər-dövlət statusunu
saxladığını ehtimal etmək olar. Belə bir şəraitdə kimmerlər və skiflərin bölgədə mühüm siyasi
qüvvəyə çevrilməsi və Skif çarlığının meydana gəlməsi ilə vəziyyət dəyişdi. Dövrün tədqiqatçısının
yazdığı kimi, faktik məlumatlar sübut edir ki, e.ə. VII əsrin ikinci yarısında Skif çarlığı Ön Asiya
Şərqində mühüm faktor oldu [6, 13].
Herodotun məlumatına görə, e.ə. VIII əsrin sonlarında “skiflər tərəfindən sıxışdırılan köçəri
kimmerilərin sayagəlməz orduları Ön Asiyaya soxulmuşlar. Kimmerilər hələ Cənubi Qafqaz
torpaqlarında urartulularla toqquşaraq iki böyük axına bölünmüşlər. Birinci axın cənub-qərbə,
Kappadokiyaya yönəlmiş, ikinci axın isə cənuba, Manna vilayətlərinə və Madanın şimal-qərb
hissəsinə üz tutmuşdu [1, 231]. Kimmerilərin adı ilk dəfə Aşşur mənbələrində Manna ilə əlaqədar
olaraq e.ə. VIII əsrin son rübündə, skiflər (saklar) isə işkuzai (aşkuzai) adı ilə e.ə. 674-cü ilə aid
olan mənbədə çəkilir [5, 56]. Təxminən e.ə. VII əsrin 70-ci illərində Azərbaycan ərazisində Skif
çarlığı meydana gəlir.
Bəhs edilən dövrdə Naxçıvanın siyasi vəziyyətinin müəyyənləşdirilməsi mühüm
vəzifələrdəndir. Azərbaycan ərazisində Skif çarlığına dair əsas tədqiqatların müəllifinin [6, 4-14]
qeyd etdiyinə görə, çarlıq Kür çayının orta axarı ilə Urmiya gölü ətrafındakı Manna ərazisi
arasındakı vilayətlərdə yerləşirdi [1, 236]. Azərbaycan tarixi atlasında da həmin ərazi Skif şahlığı
kimi göstərilmişdir [2, 12]. Naxçıvan da bu əraziyə daxil edilmişdir. Bu məsələdən bəhs edən
R.Məlikovun fikrinə görə, “Naxçıvan da bu şahlığın (Skif şahlığının. – İ.H.) tərkibində, yaxud
nüfuz dairəsində olmuşdur” [5, 56]. S.Qaşqay isə yazır ki, “Araz çayının hər iki sahilini əhatə edən
maddi mədəniyyət, skitlərin (skiflərin. – İ.H.) Manna çarlığının şimal sərhədlərində və Naxçıvan
ərazisində hətta çox qısa müddət də olsa, olmalarını əks etdirmir” [3, 59].
Azərbaycan ərazisində Skif çarlığının coğrafıyası ilə birlikdə Naxçıvanda az da olsa tapılmış
skif tipli tapıntılar (Meydantəpə (Babək rayonu Nəzərabad kəndi) və Şahtaxtıdan əldə edilmiş iki
tunc ox ucluğu) Naxçıvanın Skif çarlığına daxil olması ehtimalını daha əsaslı hesab etməyə imkan
verir.
Beləliklə, nəzərdən keçirilən məsələlər bəzi elmi nəticələr çıxarmağa imkan verir:
1) Naxçıvanın ərazisi ilk vaxtlar yalnız cənubdan, Urartu və Assuriya vasitəsi ilə hücumlarına
məruz qalırdısa, skiflərin hücumu ilə şimaldan təhlükə artdı və Naxçıvanın Skif çarlığı ərazisinə
daxil edilməsi ilə Azərbaycanın şimal torpaqları ilə əlaqələri genişləndi. 2) Nəzərdən keçirilən
dövrdə Naxçıvanın Azərbaycanın cənub torpaqları ilə əlaqələrindən bəhs olunduğu halda
(S.Qaşqayın məqalələri), onun şimal torpaqları ilə əlaqələrinin də araşdırılması zərurətini irəli sürür.
Naxçıvanın Azərbaycanda dövlətyaranma prosesindəki roluna dair
(e.ə. III minillik–e.ə. II minilliyin sonları)
45
ƏDƏBİYYAT
1.
Azərbaycan tarixi. 7 cilddə, I cild. Bakı: Elm, 2007, 520 s.
2.
Azərbaycanın tarixi atlası. Bakı: İSBN, 2007, 55 s.
3.
Qaşqay S. Azərbaycan e.ə. I minilliyin başlanğıcında // Azərbaycan Milli Ensiklopediyası.
Ümumi cild. Bakı: 2007, 884 s.
4.
Qaşqay S. Naxçıvanın e.ə. I minilliyin birinci yarısında qonşu ölkələrlə əlaqələri//Naxçıvan:
tarixi gercəklik, müasir durum, inkişaf perspektivləri. 9-10 iyun 2006-cı ildə keçirilmiş
beynəlxalq simpoziumun materialları. Bakı: Təhsil, 2006, 504 s.
5.
Məlikov R. Azərbaycanın Naxçıvan bölgəsi qədim dövrdə və erkən orta əsrlərdə (yazılı
mənbələr əsasında) // Naxçıvan: ilkin şəhər və Duzdağ. (27-28 iyul 2012-ci ildə keçirilmiş
beynəlxalq simpoziumun materialları). Naxçıvan: Əcəmi NPB, 2013, 360 s.
6.
Алиев И. О скифах и Скифском царстве в Азербайджане // Переднеазиатский сборник. III
История и филолгия стран Древнего Востока. М.: Наука, 1979, 280 c.
7.
Кашкай С.М. Из истории Маннейского царства. Баку: Элм, 1977, 144 с.
8.
Кашкай С. Связи Нахичеванского края с Иранским Азербайджаном в конце II – начале I
тысячелетия до н.э., с.134; Naxçıvan tarixi: 3 cilddə, I cild, s.86-92; Бахшалиев В.Б.
Оглангала – столица государства утиев // Ирс (Наследие), 2012, №3 (57), с. 12-15.
О РОЛИ НАХЧЫВАНА В ПРОЦЕССЕ СОЗДАНИЯ АЗЕРБАЙДЖАНСКОЙ
ГОСУДАРСТВЕННОСТИ
Гаджиев И.M.
Ключевые слова: племя, родовые союзы, города-государства, Этиуни, Пулуади, Манна,
Оглангала, Скифское царство
В статье изучены новые аспекты создания государства в Азербайджане – политические союзы
племен, создание города-государства, роль Нахчывана в процессе создания азербайджанской
государственности. Полученные результаты показывают, что формирование государства происходит
за счет возникновения родовых и племенных союзов или же возникновения городов-государств.
Изучена роль Нахчывана в создании государственности в Азербайджане и выявлено, что
возникновение в III тысячелетии и в конце II тысячелетия до н.э. родовых и племенных союзов
привело к созданию государства. Созданные на основе племенных союзов государства пали, на их
месте в конце II – начале I тысячелетия до н.э. возникли города-государства. На территории
Нахчывана особо выделяют города Кюлтепе II, Нухдабан, Шахтахты и Нахчыван.
ON ROLE OF NAKHCHIVAN IN STATE FORMING PROCESS IN AZERBAIJAN
(III millennium b.c. – end of II millennium b.c.)
Hajiyev I.M.
Key words: tribe, tribal unities, city-states, Etiuni, Puluadi, Manna, Oghlangala, Scythian kingdom
The new statutes on state forming in Azerbaijan, the political tribal unities and formation of the sity-
state as well as the role of Nakhchivan in state forming process in Azerbaijan are searched in the paper. The
gained result is that the appearance of states happens with forming tribe and tribal unities, or town states.
The role of Nakhchivan in state forming process in Azerbaijan in searched and determined that formation of
tribe and tribal unities in the III millennium B.C. – end of II millennium B.C. helped forming the state. The
government bodies formed on the base of tribe unities disintegrated, instead of them sity-states appeared at
the end of the II millennium B.C. – beginning of the I millennium B.C. II Kultepe, Shahtakhti, Noahdaban
and Nakhchivan cities in Nakhchivan territory are especially emphsized.
Daxilolma tarixi:
İlkin variant
19.05.2017
Son variant
27.09.2017
Hacıyev İ.M.