Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə21/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   17   18   19   20   21   22   23   24   ...   46

 

44 


 

Araşdırılan  dövrə  dair  digər  vacib  bir  məsələ  Mannanın  Naxçıvanla  münasibətləridir. 

S.Qaşqaya  görə,  Naxçıvan  və  Manna  ərazisində  aşkar  edilmiş  arxeoloji  materiallar  əsasında 

izlənilən  sıx  mədəni  əlaqələr  müəyyən  dövrlərdə  Mannanın  sərhədlərinin  Arazdan  şimala 

uzandığını  və  özünün  gücləndiyi  dövrlərdə  onun  kifayət  qədər  geniş  əraziyə  malik  olduğunu 

söyləməyə imkan verir [7, 69]. Tədqiqatçı bu problemə sonrakı araşdırmalarında bir daha qayıtmış 

və həmin müddəanı inkişaf etdirmişdir. S.Qaşqay 1979-cu ildə nəşr edilən məqaləsində yazırdı ki, 

Naxçıvan  diyarının  e.ə.  II  minilliyin  sonları  –  I  minilliyin  əvvəllərinə  aid  maddi  mədəniyyəti 

olduqca özünəməxsus olub, həm Sovet Azərbaycanının (hazırda Azərbaycan Respublikası. – İ.H.) 

digər  rayonlarının maddi mədəniyyətindən, həmçinin Gürcüstan və Ermənistanın  ona müasir olan 

mədəniyyətindən  fərqlənir.  Tədqiqatın  sonunda  belə  bir  nəticə  hasil  edilir  ki,  Naxçıvan  diyarının 

vilayətləri  e.ə.  I  minilliyin  əvvəllərində  güclənən  Manna  çarlığının  təsiri  altında  və  zaman-zaman 

siyasi asılılığında olmuşdur [8, 131-134]. Göründüyü kimi, Naxçıvanın Manna dövlətinin tərkibinə 

daxil  olması  haqqında  fıkir  irəli  sürülsə  də,  onun  xronologiyası  barədə  konkret  bir  mülahizə 

söylənmir. R.Məlikov da Naxçıvanın Manna tərkibinə daxil olmasını təsdiq edərək yazır: “Güman 

ki,  bu  dövrdə  (e.ə.  IX-VIII  əsrlərdə.  -  İ.H.)  Etiuninin  tərkibində  olan  Naxçıvan  ərazisi  bəzən 

Mannaya qatılmışdır” [5, 55]. Buradan da aydın olmur ki, Naxçıvan ərazisi “bəzən”, yəni nə vaxt 

Mannaya qatılmışdır? 

Tarixi faktların təhlili belə bir fikir söyləməyə imkan verir ki, Naxçıvanın Manna dövlətinin 

tərkibinə  daxil  edilməsi  e.ə.  VIII  əsrin  sonları  –  VII  əsrin  əvvəllərinə  aid  oluna  bilər,  çünki  bu 

dövrdən sonra kimmeri və skiflərin Azərbaycana yürüşləri başlayır və yeni tarixi situasiya yaranır. 

Mannanın  tərkibində  olduğu  dövrdə  əvvəllərdəki  kimi  Naxçıvanın  şəhər-dövlət  statusunu 

saxladığını  ehtimal  etmək  olar.  Belə  bir  şəraitdə  kimmerlər  və  skiflərin  bölgədə  mühüm  siyasi 

qüvvəyə çevrilməsi və Skif çarlığının meydana gəlməsi ilə vəziyyət dəyişdi. Dövrün tədqiqatçısının 

yazdığı kimi, faktik məlumatlar sübut edir ki, e.ə. VII əsrin ikinci yarısında Skif çarlığı Ön Asiya 

Şərqində mühüm faktor oldu [6, 13]. 

Herodotun məlumatına görə, e.ə. VIII əsrin sonlarında “skiflər tərəfindən sıxışdırılan köçəri 

kimmerilərin  sayagəlməz  orduları  Ön  Asiyaya  soxulmuşlar.  Kimmerilər  hələ  Cənubi  Qafqaz 

torpaqlarında  urartulularla  toqquşaraq  iki  böyük  axına  bölünmüşlər.  Birinci  axın  cənub-qərbə, 

Kappadokiyaya  yönəlmiş,  ikinci  axın  isə  cənuba,  Manna  vilayətlərinə  və  Madanın  şimal-qərb 

hissəsinə üz tutmuşdu [1, 231].  Kimmerilərin adı ilk dəfə Aşşur mənbələrində Manna ilə əlaqədar 

olaraq  e.ə.  VIII  əsrin  son  rübündə,  skiflər  (saklar)  isə  işkuzai  (aşkuzai)  adı  ilə  e.ə.  674-cü  ilə  aid 

olan  mənbədə  çəkilir  [5,  56].  Təxminən  e.ə.  VII  əsrin  70-ci  illərində  Azərbaycan  ərazisində  Skif 

çarlığı meydana gəlir.  

Bəhs  edilən  dövrdə  Naxçıvanın  siyasi  vəziyyətinin  müəyyənləşdirilməsi  mühüm 

vəzifələrdəndir.  Azərbaycan  ərazisində  Skif  çarlığına  dair  əsas  tədqiqatların  müəllifinin  [6,  4-14] 

qeyd  etdiyinə  görə,  çarlıq  Kür  çayının  orta  axarı  ilə  Urmiya  gölü  ətrafındakı  Manna  ərazisi 

arasındakı vilayətlərdə  yerləşirdi [1, 236]. Azərbaycan tarixi atlasında da həmin ərazi Skif şahlığı 

kimi  göstərilmişdir  [2,  12].  Naxçıvan  da  bu  əraziyə  daxil  edilmişdir.  Bu  məsələdən  bəhs  edən 

R.Məlikovun  fikrinə  görə,  “Naxçıvan  da  bu  şahlığın  (Skif  şahlığının.  –  İ.H.)  tərkibində,  yaxud 

nüfuz dairəsində olmuşdur” [5, 56]. S.Qaşqay isə yazır ki, “Araz çayının hər iki sahilini əhatə edən 

maddi  mədəniyyət,  skitlərin  (skiflərin.  –  İ.H.)  Manna  çarlığının  şimal  sərhədlərində  və  Naxçıvan 

ərazisində hətta çox qısa müddət də olsa, olmalarını əks etdirmir” [3, 59]. 

Azərbaycan ərazisində Skif çarlığının coğrafıyası ilə birlikdə Naxçıvanda az da olsa tapılmış 

skif tipli tapıntılar (Meydantəpə (Babək rayonu  Nəzərabad kəndi) və Şahtaxtıdan əldə edilmiş iki 

tunc ox ucluğu) Naxçıvanın Skif çarlığına daxil olması ehtimalını daha əsaslı hesab etməyə imkan 

verir. 

Beləliklə,  nəzərdən  keçirilən  məsələlər  bəzi  elmi  nəticələr  çıxarmağa  imkan  verir:                         



1)    Naxçıvanın  ərazisi  ilk  vaxtlar  yalnız  cənubdan,  Urartu  və  Assuriya  vasitəsi  ilə  hücumlarına 

məruz  qalırdısa,  skiflərin  hücumu  ilə  şimaldan  təhlükə  artdı  və  Naxçıvanın  Skif  çarlığı  ərazisinə 

daxil  edilməsi  ilə  Azərbaycanın  şimal  torpaqları  ilə  əlaqələri  genişləndi.  2)  Nəzərdən  keçirilən 

dövrdə  Naxçıvanın  Azərbaycanın  cənub  torpaqları  ilə  əlaqələrindən  bəhs  olunduğu  halda 

(S.Qaşqayın məqalələri), onun şimal torpaqları ilə əlaqələrinin də araşdırılması zərurətini irəli sürür.  

Naxçıvanın Azərbaycanda dövlətyaranma prosesindəki roluna dair  

(e.ə. III minillik–e.ə. II minilliyin sonları) 

 



 

45 


 

ƏDƏBİYYAT 

1.

 



Azərbaycan tarixi. 7 cilddə, I cild. Bakı: Elm, 2007, 520 s. 

2.

 



Azərbaycanın tarixi atlası. Bakı: İSBN, 2007, 55 s. 

3.

 



Qaşqay  S.  Azərbaycan  e.ə.  I  minilliyin  başlanğıcında  //  Azərbaycan  Milli  Ensiklopediyası. 

Ümumi cild. Bakı: 2007, 884 s. 

4.

 

Qaşqay  S.  Naxçıvanın  e.ə.  I  minilliyin  birinci  yarısında  qonşu  ölkələrlə  əlaqələri//Naxçıvan: 



tarixi  gercəklik,  müasir  durum,  inkişaf  perspektivləri.  9-10  iyun  2006-cı  ildə  keçirilmiş 

beynəlxalq simpoziumun materialları. Bakı: Təhsil, 2006, 504 s. 

5.

 

Məlikov  R.  Azərbaycanın  Naxçıvan  bölgəsi  qədim  dövrdə  və  erkən  orta  əsrlərdə  (yazılı 



mənbələr  əsasında)  //  Naxçıvan:  ilkin  şəhər  və  Duzdağ.  (27-28  iyul  2012-ci  ildə  keçirilmiş 

beynəlxalq simpoziumun materialları). Naxçıvan: Əcəmi NPB, 2013, 360 s. 

6.

 

Алиев И. О скифах и Скифском царстве в Азербайджане // Переднеазиатский сборник. III 



История и филолгия стран Древнего Востока. М.: Наука, 1979, 280 c. 

7.

 



Кашкай С.М. Из истории Маннейского царства. Баку: Элм, 1977, 144 с.  

8.

 



Кашкай С. Связи Нахичеванского края с Иранским Азербайджаном в конце  II – начале  I 

тысячелетия  до  н.э.,  с.134;  Naxçıvan  tarixi:  3  cilddə,  I  cild,  s.86-92;  Бахшалиев  В.Б. 

Оглангала – столица государства утиев // Ирс (Наследие), 2012, №3 (57), с. 12-15. 

 

О РОЛИ НАХЧЫВАНА В ПРОЦЕССЕ СОЗДАНИЯ АЗЕРБАЙДЖАНСКОЙ  



ГОСУДАРСТВЕННОСТИ 

Гаджиев И.M. 

 

Ключевые  слова:  племя,  родовые  союзы,  города-государства,  Этиуни,  Пулуади,  Манна, 

Оглангала, Скифское царство 

В статье изучены новые аспекты создания государства в Азербайджане – политические союзы 

племен,  создание  города-государства,  роль  Нахчывана  в  процессе  создания  азербайджанской 

государственности. Полученные результаты показывают, что формирование государства происходит 

за  счет  возникновения  родовых  и  племенных  союзов  или  же  возникновения  городов-государств. 

Изучена  роль  Нахчывана  в  создании  государственности  в  Азербайджане  и  выявлено,  что 

возникновение  в  III  тысячелетии  и  в  конце  II  тысячелетия  до  н.э.  родовых  и  племенных  союзов 

привело  к  созданию  государства.  Созданные  на  основе  племенных  союзов  государства  пали,  на  их 

месте  в  конце  II  –  начале  I  тысячелетия  до  н.э.  возникли  города-государства.  На  территории 

Нахчывана особо выделяют города Кюлтепе II, Нухдабан, Шахтахты и Нахчыван. 



 

ON ROLE OF NAKHCHIVAN IN STATE FORMING PROCESS IN AZERBAIJAN  

(III millennium b.c. – end of II millennium b.c.) 

Hajiyev I.M. 

 

Key words: tribe, tribal unities, city-states, Etiuni, Puluadi, Manna, Oghlangala, Scythian kingdom 

The new statutes on state forming in Azerbaijan, the political tribal unities and formation of the sity-

state as well as the role of Nakhchivan in state forming process in Azerbaijan are searched in the paper. The 

gained  result  is  that  the  appearance  of  states  happens  with  forming  tribe  and  tribal  unities,  or  town  states.  

The role of Nakhchivan in state forming process in Azerbaijan in searched and determined that formation of 

tribe and tribal unities in the III millennium B.C. – end of II millennium B.C. helped forming the state. The 

government bodies formed on the base of tribe unities disintegrated, instead of them  sity-states appeared at 

the end of the II millennium B.C. – beginning of the I millennium B.C. II Kultepe, Shahtakhti, Noahdaban 

and Nakhchivan cities in Nakhchivan territory are especially emphsized. 

 

 

Daxilolma tarixi: 

İlkin variant 

19.05.2017 

 

Son variant 



27.09.2017

 

 



 

 

Hacıyev İ.M. 

 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə