Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə22/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   18   19   20   21   22   23   24   25   ...   46

 

46 


 

 

UOT 929 

 

TƏBRİZ ŞƏHƏRİ AVROPA MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİNDƏ  

 (XVI – XVII əsrlər) 

 

BAXŞƏLİYEV ADİL BAXŞALI oğlı 

Sumqayıt Dövlət Universiteti, professor 

e-mail: cebiyeva90@mail.ru 

 

Açar sözlər:  Təbriz, Avropa səyyahları, XVI-XVII əsrlər, Jan Şarden 

 

Zəngin mədəniyyəti və əsrlər boyu strateji əhəmiyyətli mövqeyi ilə seçilən Təbriz şəhəri daim 

yerli və xarici  tədqiqatçıların  nəzər nöqtəsində olmuş  və bu şəhərə çoxlu  sayda araşdırmalar həsr 

olunmuşdur. Təbriz şəhərinin tarixi Azərbaycan tarixçilərinin də tədqiqat obyekti olmuşdur ki, bu 

əsərlərdən  ən  dəyərlisi  Seyidağa  Onullahinin  “XIII-XVII  əsrlərdə  Təbriz  şəhərinin  tarixi”    adlı 

monoqrafiyasıdır.  Tədqiqat  əsəri  ilkin  qaynaqlar  və  dövrün  tarixşünaslığının  müqayisəli  təhlili 

əsasında  ərsəyə  gəlmişdir.  XVI  əsrin  əvvəllərində  mərkəzi  Təbriz  şəhəri  olan  Azərbaycan  Səfəvi 

dövlətinin  yaranması  və  möhkəmlənməsi,  Azərbaycan  torpaqlarının  vahid  mərkəzdən  idarə 

olunması  və  bu  mərkəzin  Təbriz  şəhərində  yerləşməsi  bu  şəhərin  eyni  zamanda  iqtisadi  mərkəzə 

çevrilərək əhalinin çoxalmasına imkan  yaratmışdı. 

XVI-XVII  yüzilliklərdə  Təbriz  Azərbaycan  mədəniyyətinin  mərkəzi  olub,  ölkənin  digər 

sahələrində  də  mədəni  tərəqqiyə  müəyyən  təsirlər  göstərə  bilmişdir.  Bu  dövrün  elm  adamlarının 

şəhərlərdə  məskunlaşması  şəhərlərin  ölkənin  mədəniyyət  mərkəzinə  çevrilməsinə  və  bu  sahədə 

onların əhəmiyyətlərinin artmasına müsbət təsir göstərmişdir [1, 21]. 

XVI–XVII yüzilliklərdə Azərbaycanın cənubunda yerləşən bir sıra şəhərlər Səfəvi dövlətinin 

xarici iqtisadi-ticarət əlaqələrində əhəmiyyətli rol oynaması ilə seçilirdi ki, bu şəhərlərdən birincisi 

Təbriz şəhəri idi. Qədim dövrlərdə olduğu kimi, bu əsrlərdə də Təbriz şəhəri Azərbaycanın sosial-

iqtisadi, siyasi,  xüsusilə, beynəlxalq  iqtisadi əlaqələrində də önəmli  mövqedə dayanmaqda davam 

edirdi.  Yaxın  və  Uzaq  Şərq  ölkələri  ilə  Qərbi  Avropa  ölkələrini  birləşdirən  ticarət-karvan  yolları 

üzərində  yerləşən  Təbriz  şəhəri,  eyni  zamanda  Azərbaycan  Səfəvi  dövlətinin  Rusiya  və  Qərbi 

Avropa arasında mövcud olan ticarət əlaqələrini tənzimləyən iqtisadi mərkəzlərdən biri idi. Təbriz 

tacirləri  tərəfindən  Hindistan,  Çin,  İran  malları,  xüsusilə,  ədviyyat,  xam  ipək,  ipək  parçalar 

Trabzon-Kəffa və Tokat-Bursa-İstanbul karvan yolu ilə Avropa ölkələrinə ixrac edilirdi. 

Araşdırılmaqda  olan  mövzu  ilə  bağlı  istər  elmi  əsərlərdə,  istərsə  də  dövrün  Avropa 

ədəbiyyatında  yer  almış  bir  sıra  əhəmiyyətli  məlumatlar  elmi  dövriyyəyə  yetərincə  cəlb 

edilməmişdir. Halbuki Təbriz şəhərinin həm təbii-coğrafi mövqeyi, eyni zamanda adının mənşəyi, 

həm  də  ki  şəhərin  yaranma  tarixi  və  iqtisadi  həyatı  haqqında  dövrün  Avropa  səyyahlarının 

gündəliklərində öz əhəmiyyəti ilə seçilən çoxlu  sayda məlumatlara rast  gəlmək mümkündür. XVI 

əsrin əvvəlində Səfəvi dövlətinə gəlmiş və anonim ad ilə tanınan venesiyalı tacir bildirmişdir ki, on 

mildən  çox  uzanan  dağ  silsiləsinin  ətəyində  geniş  bir  düzənlikdə  yerləşmiş  Təbriz  şəhərinin 

ortasından  iki  çay  keçir.  Şəhərin  qərb  tərəfindəki  düzənlik  şəhər  kənarından  üç  mil  (coğrafi  mil 

7420 metr; dəniz mili 1852 metr -A.B.) məsafəyə qədər uzanır və şəhərin eyni tərəfində ondan bir 

mil aralı suyu şor olan, üzərində daş körpü salınmış başqa bir çay axır. Tacir başqa bir məlumatında 

yazır ki, Təbriz şəhərinin bütün məhəllələrində mənbəyi kəhrizlər olan bulaqlar vardır [5, 381, 382, 

384].  Venesiya  Respublikası  tərəfindən  1571-ci  ildə  Şah  I  Təhmasibin  sarayına  göndərilmiş  elçi 

Vinçenso  Alessandro  Təbriz  şəhərinin  coğrafi  mövqeyi  haqqında  məlumat  verərək  bildirir  ki, 

Təbriz şəhəri bir neçə iri təpənin əhatəsində və geniş bir düzənlikdə yerləşirdi [5, 446].  Çox güman 

ki, elçi təpə dedikdə şəhər ətrafındakı dağları nəzərdə tuturdu. 1631-1668-ci illər ərzində altı dəfə 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 3                   2017 

  



 

47 


 

Şərq  ölkələrinə  səyahət  etmiş  və  öz  səyahətlərini  “Yol  gündəliyi”  şəklində  müxtəlif  dillərdə  çap 

etdirmiş fransız taciri Jan Batist Tavernye İran və Azərbaycanda da olmuş və öz gündəliyində bir 

çox Azərbaycan şəhərləri  ilə birlikdə Təbriz şəhərinin təbii-coğrafi mövqeyi haqqında da maraqlı 

məlumatlar  vermişdir.  Jan  Batist  Tavernye  öz  gündəliyində  yazır:  “Təbriz  heç  bir  ağacın 

görünmədiyi  bir  düzənlikdə  yerləşir.  Qərb  tərəfi  istisna  olmaqla  digər  üç  tərəfdən  dağlarla  əhatə 

olunmuşdur. Ən uzaq dağ şəhərdən bir liv  aralı  idi. Təbrizin şimal  tərəfində  yerləşən dağ şəhərə 

bitişik formadadır və onların arasından bir çay keçməkdədir. Şəhərin ortasından kifayət qədər yaxşı 

suyu olan, lakin bəzən tüğyan edərək daşıb  şəhərin bir hissəsini dağıdaraq ona ziyan vuran kiçik bir 

çay axır ki, onu arx və ya qobu da adlandırmaq olar” [6, 66].   

Jan  Batist  Tavernyenin  Təbriz  şəhəri  haqqında  fikirləri  ilə  fransız  səyyah  Jan  Şardenin 

fikirləri  arasında  bir  sıra  fərqliliklər  mövcuddur.  J.  B.  Tavernyedən    fərqli  olaraq,  1664-1670-ci 

illərdə şərq ölkələrinə səyahət etmiş Jan Şarden 1673-cü ildə Azərbaycan ərazisini səyahət edərkən 

yazır ki, bağlı-bağçalı, barlı-bərəkətli bir düzü qət etdikdən sonra Təbrizə daxil oldum. Şəhər hər iki 

tərəfdən  əkin  tarlaları,  məhsuldar  və  abad  torpaqlarla  əhatə  olunmuşdu.  Səyyah  həmçinin 

bildirmişdir  ki,  Təbriz  şəhəri  əhalisinin  sayına,  iqtisadi  qüdrətinə,  böyüklüyü  və  əzəmətinə  görə 

Səfəvilər dövlətində İsfahan şəhərindən sonra ikinci yerdə dayanır. Jan Şarden bu şəhərin geniş bir 

düzənliyin  sonunda,  dağ  ətəyində  yerləşdiyi  haqqında  da  məlumat  verir.    Müasir  tədqiqatçılar  bu 

dağın  Oronte  (Surxab  –  A.B.),  yaxud  Baronte  (Səhənd  –  A.B.)  adlandırıldığı  haqqında  məlumat 

verməkdədirlər. 

Jan Şardenin digər bir məlumatında bildirilir ki, şəhərin ortasında çox vaxt daşaraq ətrafındakı 

binaları dağıdıb şəhərə ziyan vuran Spintcha (Mehranrud  - A.B.) adlı kiçik bir çay keçir. Şəhərin 

şimal tərəfindən sululuq həcminə görə yaz və payız aylarında Parisdəki Sena çayından heç də geri 

qalmayan  başqa  bir  çay  da  axır  ki,  bu  çayın  suyu  şor  və  duzlu  olduğuna  görə  ona  Agie  də  (Acı) 

deyirlər [7, 402-403]. 

Azərbaycan  tarixi  üçün  əhəmiyyət  kəsb  edən  səyyah  gündəlikləri  Təbriz  şəhərinin  adının 

mənşəyi  və  əsasının  qoyulması  tarixi  elmi  cəhətdən  əhəmiyyətli  və  bir  o  qədər  də  maraqlı 

məlumatlar vermişdir. Buna baxmayaraq, təhriflərin də mövcud olduğu bu tip qaynaqlarda bir sıra 

ziddiyyətlərə rast gəlinir.  Holşteyn-Qottorp hersoqu III Fridrix tərəfindən Səfəvi dövlətinə elçi kimi 

göndərilən Adam Oleari ilkin antik qaynaqlara əsasən yazır ki, yunan coğrafiyaşünası K. Ptolemey 

tərəfindən “Tavris”  adlandırılan bu şəhəri avropalılar “Təbriz” (“Tauris”) adlandırırlar ki, indi də 

Persiyada  (o,  antik  mənbələrin  təsiri  ilə  Persiya  dedikdə  Səfəvi  dövlətini  nəzərdə  tuturdu  –  A.B.) 

şəhər  belə  adlanır.  A.Oleari  səyahətnaməsinin  digər  yerində  “nə  vaxtsa  o  şöhrətli  Ekbatan  şəhəri 

idi» deməklə ciddi səhvə  yol vermişdir [2,176]. Bilindiyi kimi, Ekbatan şəhəri qədim zamanlarda 

Midiya  dövlətinin  paytaxtı  olmuş  və  indiki  İran  İslam  Respublikası  ərazisində  yerləşən  Həmədan 

şəhərinin qədim adı idi.  

İlkin  qaynaqlar  içərisində  öz  kamilliyi  ilə  seçilən  Jan  Şardenin  “Səfərnamə”sində  məlumat 

verilir: «Mən dünyada elə bir şəhər tanımıram ki, Təbriz qədər ilkin məskunlaşma tarixi və adının 

mənşəyi haqqında müasir müəlliflər arasında bu qədər mübahisə olmasın. Biz onların arasındakı ən 

mötəbər  fikirləri  şərh  edəcəyik.  Lakin,  onu  da  vurğulamaq  lazımdır  ki,  Persiya  əhalisi 

(azərbaycanlılar  –  A.B.)  bu  şəhəri  Təbriz  adlandırırlar.  Biz  avropalılar  bu  şəhəri  Tuaris 

adlandırırıq...  R.  Tiksera,  A.  Oleari  və  digər  müəlliflərin  bildirdikləri  fikirə  görə,  bu  şəhər  K. 

Ptolemeyin öz əsərində Asiyanın beşinci cədvəlində verdiyi və Qabris adlandırdığı şəhərdir. Onların 

fikirlərinə  görə,  yunan  dilində  «q»  hərfi  mövcud  olmuş  və  asanlıqla  «t»  hərfinə  çevrilmişdir”         

[7,  412,  413].    K.  Ptolemeyin  Təbriz  şəhərin  adının  mənşəyi  haqqında  qeydlərini  Terva  şəkilində 

oxuyan və bir sıra tədqiqatçıların bu barədə yanlış fikirlərini təkzib edən J. Şarden bildirir ki, Terva 

şəhəri Armeniya (Ərməniyyə  - coğrafi ad kimi işlədilir və indiki mövcud dövlətlə heç bir əlaqəsi 

yoxdur  –  A.B.),  Təbriz  şəhəri  isə  Mad  (Azərbaycan  –  A.B.)  ərazisində  yerləşirdi.  O,  ardınca 

vurğulayır ki,  hər iki şəhəri vahid  əraziyə aid  etmək mümkün deyil [7,  412].  J. Şarden söyləmiş 

olduğu  iddiaları  doğrultmaq  üçün  bildirir  ki,  göstərilən  hər  iki  adın  bənzərliyi  səbəbindən  bəzi 



Baxşəliyev A.B.  


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə