Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə18/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   14   15   16   17   18   19   20   21   ...   46

 

38 


 

əsasən,  valideynlərə  ünvanlanmışdır.  Bu  məqalə  X.Məmmədov  və  A.Həsənovun  tərtib  etdikləri 

“Azərbaycan uşaq ədəbiyyatı müntəxabatı”na da daxil edilmişdir [1, 390-404]. 

S.M.Qənizadənin  yuxarıda  adını  çəkdiyimiz  uşaq  əsərlərindən  “Tülkü  və  Çaq-çaq  bəy” 

mənzum  nağılı,  “Allah  xofu”  və  “Nabəkar  qonşu”  hekayələri  onun  1965-ci  ildə  A.Zamanov 

tərəfindən  tərtib  və  nəşr  edilmiş  “Seçilmiş  əsər”lərinə,  sonuncu  iki  hekayə  isə  X.Məmmədov 

tərəfindən  tərtib  olunan  və  1986-cı  ildə  işıq  üzü  görən  “Gəlinlər  həmayili”  kitablarına  da  daxil 

edilmişdir.  Dini  mövzulu  “Qurban  bayramı”  hekayəsi  sovet  dövründə  hakim  rejimin  dinə  mənfi 

münasibəti  və  qadağaları  ucbatından  hər  iki  nəşrə  salınmamışdı.  Hekayə  yalnız  Azərbaycanın 

müstəqilliyi dövründə yenidən çap üzü görmüşdür [1, 427-444]. 

Təəssüf  ki,  S.M.Qənizadənin  yaradıcılığı  kifayət  qədər,  hərtərəfli  öyrənilməmiş,  onun  uşaq 

əsərləri  barədə  az  danışılmışdır.  X.Məmmədov  yazıçının  həyat  və  yaradıcılığına  həsr  olunmuş 

monoqrafiyasında onun uşaq əsərlərini də təhlilə cəlb etmişdir. T.Cavadovun və Y.Babayevin uşaq 

ədəbiyyatına  aid  dissertasiyalarında,  habelə  M.Məmmədov,  Y.Babayev  və  T.Cavadovun  birgə 

yazdıqları  “Pedaqoji  mühit  və  uşaq  ədəbiyyatı”  adlı  dərs  vəsaitində  (1992)  də  S.M.Qənizadənin 

uşaq əsərlərindən müəyyən qədər söhbət açılmışdır . 

Sultan Məcidin uşaq ədəbiyyatı barədə faydalı nəzəri fikirləri də mövcuddur. Həmin fikirlər 

daha çox onun məktublarında öz əksini tapır. Məktublardan bəzi nümunələr müəllifin 1965-ci ildə 

çap edilən “Seçilmiş əsərlər”inə də daxil edilmişdir.  

Azərbaycanda  satira  ədədbiyyatını  zirvəyə  qaldıran  M.Ə.Sabir  uşaq  poeziyamıza  da  gözəl 

töhfələr vermişdir. Onun uşaq şeirlərinin sayı 20-dən çoxdur. Bu poeziya nümunələrinin əksəriyyəti 

müəllifin  sağlığında  müxtəlif  mənbələrdə  dərc  olunmuşdur.  Ancaq  mənbələr  müxtəlif  və 

rəngarəngdir.  Daha  doğrusu,  şairin  uşaq  əsərləri  müxtəlif  jurnalların,  məcmuələrin,  qəzetlərin  və 

dərsliklərin səhifələrinə səpələnmiş şəkildədir. Belə ki, həmin poetik nümunələrə biz o zaman nəşr 

olunan  “Dəbistan”  (1906,  №17)  və  “Yeni  füyuzat”  (1910,  №6)  jurnallarının,  “Milli  nəğmələr 

məcmuəsi”nin  (1907),  “Tazə  həyat”  (1907,  31  avqust),  “Səda”  (1910,  14,  25  fevral),  “Həqiqət” 

(1910, 18, 21, 23 iyun), “Günəş” (1910, 23 noyabr, 20, 21, 26 dekabr; 1911, 2, 10 yanvar), “Yeni 

həqiqət” (1911, 3, 11 fevral) qəzetlərinin, “Birinci il” (1907, M.Mahmudbəyov), “İkinci il” (1908-

M.Mahmudbəyov  və  b.),  “Yeni  məktəb”  (1909,  M.Mahmudbəyov,  A.Səhhət)  dərsliklərinin 

səhifələrində  rast  gəlirik.  Şeirlərin  çap  olunduğu  ilkin  mənbələr  barədə  M.Ə.Sabirin  əsərlərinin 

akademik  nəşrlərinə  yazılan  şərh  və  qeydlərdə  kifayət  qədər  məlumat  olduğundan  biz  həmin 

məlumatları bir daha təkrar etmək istəmirik.  

Şairin ilk şeirlər kitabı 1912-ci ildə, ikinci kitabı isə 1914-cü ildə Bakıda işıq üzü görmüşdür. 

Hər  iki  nəşrin  tərtibçisi  sənətkarın  həm  şəxsi,  həm  də  məslək  dostu  A.Səhhətdir.  1912-ci  il  nəşri 

həcmcə  yığcam  olub,  Sabir  irsinin  ancaq  bir  qismini  əhatə  etdiyindən  onun  uşaq  şeirləri  buraya 

salınmamışdır. 1914-cü il nəşrində isə sənətkarın 13 uşaq şeiri yer almışdır.  

Daha  sonra  şairin  əsərləri  1922-ci  ildə  ayrıca  kitab  halında  nəşr  edilmiş,  nəşrə  Əliskəndər 

Cəfərzadə  ön  söz  yazmışdır.  Bu  nəşrə  şairin  20-yə  qədər  uşaq  şeiri  daxil  edilmişdir.  1927-ci  ildə 

Azərnəşr tərəfindən çap edilib oxuculara təqdim edilən “Sabir müntəxabatı”nda, həmçinin 1929-cu 

ildə  işıq  üzü  görən  “Şeirlər  məcmuəsi”ndə  M.Ə.Sabirin  kiçiklər  üçün  qələmə  aldığı  poetik 

nümunələrin sayı 14-dür.  

1939-cu  ildə  şairin  kiçik  və  orta  yaşlı  uşaqlardan  ötrü  “Məktəb  uşaqlarına  töhfə”,  1948  və 

1959-cu illərdə “Məktəblilərə töhfə” adlı kitabları nəşr edilir. Hər üç nəşrə sənətkarın həm əldə olan 

bütün uşaq şeirləri, həm də satiralarından, habelə müxtəlif məzmunlu poeziya örnəklərindən seçmə 

nümunələr daxil edilmişdir.  

Müxtəlif  illərdə  Sabirin  kiçik  yaşlı  uşaqlar  üçün  də  seriya  kitabçaları  çap  olunmuşdur. 

Bunlardan “Yaz günləri” (1945, 1957, 1975), “Qarğa və tülkü” (1945), “Uşaq və buz” (1953, 1972, 

1977,  1987),  “Təmsillər”  (1961,  1971),  “Məktəb  şərqisi”  (1962)  və  s.  kitabçaları  göstərə  bilərik. 

Kiçikhəcmli  bu  kitabçalar  bir  qayda  olaraq  mövzuya  uyğun  rəngli  şəkillər  və  illüstrasiyalarla 

bəzədilirdi. Bunda məqsəd kiçikyaşlı oxucuların zövq və maraqlarını oxşamaq idi. 



XX əsrin əvvəllərində yaranan Azərbaycan uşaq ədəbiyyatının tədqiqi və nəşrinə dair  

(F.Köçərli, S.M.Qənizadə, M.Ə.Sabir, A.Səhhət

 



 

39 


 

M.Ə.Sabirin “Hophopnamə”sinin son nəşri hələ ki 2012-ci ilə aiddir. 1912-ci ildən başlayaraq 

100 il ərzində sənətkarın əsərləri dəfələrlə nəşr edilmişdir. Bunlardan yuxarıda nəzərə çatdırdığımız 

nəşrlərdən əlavə, 1948, 1954, 1960, 1980, 1992-ci illər və s. nəşrləri göstərə bilərik. 1962-1965-ci 

illərdə Azərbaycan SSR EA-sı şairin əsərlərini 3 cilddə nəşr edir. 2004-cü ildə onun əsərləri “Şərq-

Qərb”  nəşriyyatı  tərəfindən  iki  cilddə  işıq  üzü  görür.  Bu  nəşrlərdə  bir  qayda  olaraq  şairin 

balalarımız  üçün  qələmə  aldığı  poeziya  örnəklərinə  də  ayrıca  yer  verilir.  Sənətkarın  bu  tipli 

şeirlərinə  uşaqlardan  ötrü  tərtib  edilmiş  antologiyalarda,  müntəxabat  və  məcmuələrdə  də  rast 

gəlirik.  Orta  məktəb  dərsliklərində  də  uzun  illərdir  ki,  Sabirin  bir  sıra  şeirləri  tədris  edilir. 

Fikrimizcə, hamıya məlum olan bu məsələyə geniş şəkildə toxunmağa ehtiyac yoxdur.  

Ədəbiyyatşünaslığımızda  Sabirin  uşaq  əsərlərinin  araşdırılması  sahəsində  də  faydalı 

təşəbbüslər edilmişdir. C.Xəndan sənətkarın həyat və yaradıcılığına həsr olunmuş monoqrafiyasında 

(1940)  ötəri  şəkildə  bu  məsələyə  də  toxunmuşdur.  Ə.Mirəhmədov  da  “Sabir”  adlı  irihəcmli 

monoqrafiyasında az da olsa, deyilən problemə yer ayırmışdır. Şairin yaradıcılıq irsinin tədqiqi və 

nəşri  istiqamətində  diqqətəlayiq  işlər  görən  filoloq  alim  M.Məmmədov  “Sabir  və  Azərbaycan 

demokratik  mətbuatı”  adlı  monoqrafiyasında  diqqəti  daha  çox  sənətkarın  mətbuatda  dərc  olunan 

uşaq şeirlərinə  yönəltmişdir. Sabirşünas  alim  “Sabir və məktəb”  adlı kitabında mövzu obyekti ilə 

əlaqədar  deyilən  məsələyə  daha  geniş  diqqət  yetirə  bilmişdir.  C.Əhmədov  M.Ə.Sabirin  uşaq 

şeirlərinin  sənətkarlığı  haqqında  ayrıca  məqalə  yazmışdır  [4,  22-37].  Y.Yusifovun  da  “Uşaqların 

sevimli  şairi”  adlı  mətbu  məqaləsi  haqqında  danışdığımız  mövzuya  həsr  olunmuşdur  [15].  Uşaq 

ədəbiyyatımızın  tədqiqatçılarından  Əbdül  Əzizov  “Uşaqların  sevimliləri”  kitabına  (1978) 

M.Ə.Sabirin uşaq poeziyasının tədqiqi və təhlili ilə əlaqəli ayrıca oçerk daxil etmişdir. 

Azərbaycanda  ali  məktəblərdə  eyniadlı  fənnin  tədrisi  üçün  yazılmış  “Uşaq  ədəbiyyatı” 

dərsliklərində  də  Sabirə  ayrıca  oçerklər  həsr  olunduğunu  görürük.  Həmin  kitablardan 

Q.Namazovun,  Z.Xəlil  və  F.Əsgərlinin,  B.Həsənlinin,  R.Yusifoğlunun  dərsliklərini,  həmçinin 

X.Mustafayevanın dərs vəsaitlərini göstərə bilərik. 

XX əsr uşaq ədəbiyyatımızın tanınmış təmsilçilərindən olan A.Səhhətin kiçik oxucular üçün 

qələmə  aldığı  əsərlərin  ilkin  nəşr  taleyi  də  dostu  Sabirin  əsərləri  kimi,  əsasən,  uşaq  mətbuatı  və 

məktəb  dərslikləri  ilə  bağlı  olmuşdur.  Səhhətin  balacalar  üçün  yaratdığı  bədii  sərvət  30-a  qədər 

poeziya nümunəsindən və “Cəhalət səmərəsi, yaxud bir yetimin xoşbəxtliyi” adlı pyesdən ibarətdir. 

Həmin şeirlərdən 3-ü “Dəbistan”da (1907, №2 iki şeir; №7), 7-si “Məktəb” jurnalında (1912, №9, 

11, 13, 14, 21; 1913, №7, 9), 5-i M.Mahmudbəyovun “Birinci il və yaxud müsəvvər türk əlifbası” 

(1907),  4-ü  M.Mahmudbəyov  və  həmkarlarının  müəllifi  olduğu  “İkinci  il”  (1908),  10-u  isə 

M.Mahmudbəyov  və  A.Səhhətin  özünün  müəllifi  olduğu  “Yeni  məktəb”  (1909)  dərsliyinin 

səhifələrində  ilk  dəfə  yer  almışdır.  Sənətkarın  “Cəhalət  səmərəsi,  yaxud  bir  yetimin  xoşbəxtliyi” 

adlı pyesi də ilk dəfə 1912-ci ildə “Məktəb” jurnalında (№13-15) işıq üzü görmüş, 1914-cü ildə isə 

ayrıca kitab halında nəşr edilmişdir. 

Sovet dönəmində A.Səhhətin əsərləri ayrıca kitab halında ilk dəfə 1928-ci ildə “Müntəxabat” 

adı ilə nəşr edilmişdir. Nəşrə müəllifin uşaq şeirləri və adını çəkdiyimiz pyesi də daxil edilmişdir. 

“Müntəxabat” natamam şəkildə 1945-ci ildə də çap edilmişdir. A.Səhhətin bir neçə şeirini A.Şaiq 

1912-ci  ildə  çap  edilmiş  “Gülzar”  dərsliyinə  də  daxil  etmişdi.  Bu  şeirlərin  əksəriyyəti  əvvəl  adını 

çəkdiyimiz dərsliklərdə işıq üzü görmüşdür. 

1935-ci  ildə  A.Səhhətin  əldə  olan  əsərləri  Ə.Müznibin  tərtibatı  ilə  Azərnəşr  tərəfindən  işığa 

çıxarılmışdır. Təbii ki, müəllifin məlum yaradıcılıq irsini əhatə edən bu kitaba onun uşaq əsərləri də 

salınmışdır.  “Seçilmiş  şeirlər”  (1938)  kitabına  isə  şairin  şeirlərindən  seçmə  nümunələr  daxil 

edilmişdir.  1950-ci  ildə  meydana  çıxmış  “Əsərləri”ndə  isə  sənətkarın  mənzum  məktubları,  uşaq 

şeirləri,  tərcümələri,  hekayələri,  pyesləri  və  məqalələri  də  yer  alır.  Onun  yaradıcılıq  irsinin  iki 

cildlik nəşrində də (I c.1975; II c.1976) həmin əsərlərinin təkrar nəşrini görürük. A.Səhhətin 2005-

ci ildə “Lider” nəşriyyatında latın qrafikalı Azərbaycan əlifbası ilə çap edilən “Seçilmiş əsərləri”ndə 

də onun uşaq əsərlərinin əksəriyyəti ehtiva olunmuşdur.  



Rəsulova S.H.  


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə