Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə16/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   12   13   14   15   16   17   18   19   ...   46

 

34 


 

Ədəbi  mərhələlərin  tipoloji  xüsusiyyətləri  haqqında  dolğun  təsəvvür  formalaşdırılmaqla  bərabər, 

eyni zamanda ayrı-ayrı tənqidçilərin ədəbi prosesdəki rolu müəyyənləşdirilir. Diqqət etsək, görərik 

ki, bu tədqiqat sahələri müxtəlif olsa da, əslində mühüm ədəbiyyatşünaslıq məsələləri ilə bağlıdır. 

O,  ədəbi  tənqidimizin  bütöv  bir  mərhələsinin  ayrı-ayrı  görkəmli  şəxsiyyətlərinin  –  Ə.Nazimin, 

M.Quliyevin,  M.Rəfilinin,  H.Zeynallının,  M.C.Cəfərovun,  K.Talıbzadənin,  B.Nəbiyevin 

ədəbiyyatşünaslığımızın    inkişafındakı  rolu  və  mövqeyinə  müxtəlif  tədqiqat  əsərlərində  dəfələrlə 

qayıdıb,  respublika  mətbuatında  bu  barədə  onlarca  sanballı  elmi  məqalələr  dərc  etdirib.  Tənqidçi 

müraciət etdiyi ədəbi şəxsiyyətlərin yaradıcılığını ədəbi mühit kontekstində təhlil etməyə nail olub. 

Ş.Salmanov  Azərbaycan  ədəbi  tənqidində  sərbəst  şeirin  tarixi  və  nəzəriyyəsi  ilə  ən  çox  və 

ardıcıl məşğul olan bir tədqiqatçıdır. Sərbəst şeirimizin ilk nümunələrini yaradan M.Rəfili, R.Rza, 

M.Müşfiq haqqında ən dəyərli və qiymətli məqalələri də o yazıb. Müxtəlif illərdə sərbəst şeirə qarşı 

yönələn  total  və  ifrat  hücumlara  tənqidçi  vaxtında  layiqli  cavab  verib,    ədəbiyyatımızda  bu  yeni 

meyli  daha  da  qüvvətləndirərək  onun  aparıcı  poetik  istiqamətlərindən  birinə  çevrilməsində 

müstəsna xidmətlər göstərib.  

Tədqiqatçı  alimin  “Akademik  Kamal  Talıbzadə”  monoqrafiyası  da  ədəbi  ictimaiyyət 

tərəfindən  rəğbətlə  qarşılanıb.  Onu  da  qeyd  edək  ki,  monoqrafiyada  ancaq    Kamal  Talıbzadənin 

elmi-ədəbi fəaliyyətindən bəhs olunmur. Keçən əsrin ilk onilliklərindən  bu günə kimi ədəbi tənqid 

və  ədəbiyyatşünaslığımızın  keçdiyi  inkişaf  mərhələləri  və  bu  dövrlərdə  fəaliyyət  göstərən 

tənqidçilərin fərdi elmi üslubu tədqiqata gətirilir. Kitabda akademikin ömür yolu, ədəbiyyatşünaslıq 

fəaliyyəti,  tənqid  tariximizin  yaradılmasında  əvəzolunmaz  xidmətləri  və  onun  ədəbi  əlaqələrin 

inkişafındakı gördüyü işlər müasir ədəbiyyatşünaslığın standartları baxımından izlənilir.  

Əli  Sultanlının  “Azərbaycan  dramaturgiyasının  inkişaf  tarixindən”  (1965)  monoqrafiyası 

1960-cı  illər  tənqid  və  ədəbiyyatşünaslığının  nəzəri  səviyyəsini  göstərmək  baxımından 

maraqlıdır. O, milli dramaturgiyanın inkişaf tarixindən bəhs edərkən geniş ədəbi müqayisələr və 

nəzəri  təhlillər  aparmış,  Azərbaycan  dramaturgiyasını  nəinki  rus  və  Qərbi  Avropa 

dramaturgiyası,  eyni  zamanda  qədim  Yunan  dramaturgiyası  əlaqələri  üzərində  də  xeyli 

paralellər  aparmış,  milli  dramaturgiyanın  estetik  xüsusiyyətlərinə  aydınlıq  gətirmişdir:  “Azər -

baycan dramaturgiyasının arxoteкtonikası, məclislərin sayı, quruluşu çox maraqlıdır. Məlumdur 

ki, məclislərin sayı dramaturgiyada yalnız sadə bir kəmiyyət məsələsi olaraq qalmır. Bu məsələ 

üslub  ilə  sıx  bir  surətdə  bağlıdır.  Yunan  dramaturgiyasında  pərdə  bölgüsü  yox  idi.  Beşpərdəli 

quruluş Romada Plavt (e.ə. 250  - 184), Terensiya (e.ə. 183 - 159) ilə başlanmış və Senekanın 

(e.ə.  65-də  ölüb)  dramaturgiyasında  davam  etdirilmiş,  buradan  da  Avropaya  keçmişdir.  Azər-

baycan  dramaturgiyasında  məclislərin  sayı  məsələsində  heç  bir  sabitlik  yoxdur.  Sabitlik  həm 

ayrı-ayrı dramaturqlara, həm mərhələlərə, həm də üslublara aiddir” [4, 74]. 

Milli  dramaturgiyanın  ədəbi  qaynaqları  sırasında  Ə.Sultanlı  xalq  dramlarına  və  dini 

dramlara  daha  çox  önəm  vermiş,    başqa  xalqlarda  olduğu  kimi,  bizdə  də  dramaturgiyanın 

bünövrəsində  xalq  dramlarının,  məişət  mərasimlərinin  dayandığı  fikrində  olmuşdur. 

Monoqrafiyada “Kitabi-Dədə Qorqud” ənənələrinin milli dramaturgiyada izləndiyi, genişləndiyi 

konkret faktlarla təhlildən keçirilir, əsərdə lirik sətirlərlə yanaşı, dramatik səhnələrin də olduğu 

araşdırılır.    Тəbii  ki,  Ə.Sultanlı  əsas  diqqət  və  marağı  yazılı  Azərbaycan  dramaturgiyasının 

təşəkkül  və  ədəbi-tarixi  ənənələrini  yaratması  üzərində  cəmləşdirib.  О,  XIX  əsr  Azərbaycan 

ədəbiyyatında  yeni  janrların:  dramaturgiya,  roman  və  hekayənin  yaranmasını  maarifçilik 

hərəkatının bəhrəsi kimi qiymətləndirmişdir.  

Əli  Sultanlı  M.F.Axundov  dramaturgiyası  ilə  Мolyer,  Didro,  Lessinq  yaradıcılığını 

müqayisə  edib,  oxşar  və  fərqli  cəhətləri  müəyyənləşdirməyə  çalışıb.  Bədii  əsərdə  əxlaqa  və 

tərbiyəyə önəm verməkdə dramaturqun yaradıcılığının D.Didro sənətinə yaxın olmasını bildirib. 

Ə.Sultanlı  eyni  zamanda  milli  dramaturgiyanın  orijinal  keyfiyyətinə  də  işıq  salıb  “Müəllifə 

görə,    qəbahət  işləyən  bir surətin  əsər  boyu  inkişaf və  dəyişməsini  elə  vermək lazımdır  ki,  ən 

axırda  onun  daxilində  peşimançılıq  hissi  oyansın.  Hətta  varlı,  zalım  bir  dövlət  məmuru  özü 

axırda  məzlumlar  dərəcəsinə  ensin,  lazım  gələrsə,  onu  dilənçi  bir  vəziyyətə  gətirməli.  Bir 

tərəfdən  o?  öz  zülmlərini  anlayaraq  peşiman  olur,  ikinci  tərəfdən,  tamaşaçılara  və  oxuculara 

əxlaq və ibrət dərsi olur” [5, 79]. 

Ədəbiyyatşünaslığımızda monoqrafik tədqiqatlara meylin güclənməsi 

 



 

35 


 

Ə.Sultanlı  M.F.Axundovun  dram  əsərlərinin  xoşbəxt  finalla  bitməsi  qənaətinə  də 

münasibət  bildirmiş,  bu  cəhəti  onun  bütün  əsərlərinə  şamil  etmiş,  xoşbəxt  sonluqlu  final 

ideyasını  maarifçi  мəfkurənin  tələbləri  ilə  bağlamışdır.  Doğrudan  da,  ədibin  dram  əsərlərinin 

hamısının finalında iştirakçıların əksəriyyəti bir yer toplaşır, əsər maarifçi sonluqla bitir.  

Ədəbiyyatşünaslıq daim öz bazasını genişləndirir, yeni metodoloji ədəbi sistemlər yaradır. 

Bu,  60-80-ci  illərdə  də  davam  etdirildi.  Ədəbiyyatşünaslığımız  həm  ədəbi-tarixi  faktlarla 

zənginləşdi,  həm  də  öz  nəzəri  bazasını  möhkəmləndirdi.  Bu  ədəbi  missiyanın  həyata 

keçirilməsində, şübhəsiz ki, monoqrafik tədqiqatların mühüm rolu oldu. 

Elmi  yeniliyi:  Məqalədə  ilk  dəfə  olaraq  1960-80-ci  illərdə  ədəbiyyatşünaslığımızda 

monoqrafik  tədqiqatların  yaranmasının  tipoloji  xüsusiyyətləri  ədəbi-tarixi  aspektdə  tədqiq 

olunur.  

Tətbiqi əhəmiyyəti: Məqalədən tənqid və ədəbiyyatşünaslıq tarixini öyrənən mütəxəssislər 

faydalana bilər.  



 

ƏDƏBİYYAT 

1.

 



Qarayev Y. Poeziya və nəsr. Bakı: Yazıçı, 1979, 196 s. 

2.

 



Zamanov A. Həqiqətlər və mabahisələr. “Kommunist” qəzeti, Bakı, 28 may, 1981. 

3.

 



 Salmanov Ş. Azərbaycan sovet şeirinin ənənə və novatorluq problemi. Bakı: Elm, 1980, 215 s. 

4.

 



Salmanov Ş. Ehtiramla, inamla... //Azərbaycan jurnalı, Bakı: 2000, №6. 

5.

 



Sultanlı Ə. Azərbaycan dramaturgiyasının inkişafı tarixindən. Bakı: Azərnəşr, 1964, 301 s. 

 

РЕЗЮМЕ 

УСИЛЕНИЕ ТЕНДЕНЦИЙ К МОНОГРАФИЧЕСКИМ ИССЛЕДОВАНИЯМ  

В НАШЕМ ЛИТЕРАТУРОВЕДЕНИИ 

Рафиева А.И. 

 

Ключевые  слова:  монографические  исследования,  Яшар  Гараев,  содержание  и  форма, 

литературная критика, литературные связи   

Создание  реальной  истории  литературы  напрямую  связано  с  монографическими 

исследованиями. В статье рассматриваются факторы, обусловливающие появление монографических  

исследований  в  нашем  литературоведении,  объясняется  роль  этих  работ  в  развитии  истории 

литературы.  Привлечены  к  исследованию  типологические  особенности  определенного  периода 

литературно-теоретической мысли. 



 

SUMMARY 

INCREASE OF INCLINATION FOR MONOGRAPHIC RESEARCHES  

IN OUR LITERATURE STUDIES 

Rafiyeva A.I. 

 

Key  words:  monographic  studies,  Yashar  Garayev,  content  and  form,  literary  criticism,  literary 

relations 

Creation  of  perfect  history  of  literature  is  directly  connected  with  monographic  researches.  In  the 

article,  attention  is  paid  on  factors  stipulating  the  emergence  of  monographic  researches  in  our  literature 

studies,  the  role  of  such  works  in  establishment  of  our  history  of  literature  is  clarified  and  typological 

features of certain stage of our literary-theoretical thought are brought to research. 

 

 

Daxilolma tarixi: 

İlkin variant 

16.06.2017 

 

Son variant 



27.09.2017 

Rəfiyeva A.İ.  


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə