Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə19/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   15   16   17   18   19   20   21   22   ...   46

 

40 


 

Müxtəlif  illərdə  (1948,  1958,  1975,  2001)  A.Səhhətin  əsərlərindən  seçmə  nümunələr 

bilavasitə “Kiçik yaşlı uşaqlar üçün” ayrıca kitab halında işıq üzü görmüşdür. Sənətkarın müəyyən 

uşaq şeirlərini özündə ehtiva edən şəkil və illüstrasiyalarla müşayiət olunan kiçik kitablar da nəşr 

olunub  balaca  oxucuların  ixtiyarına  verilmişdir.  Həmin  kitablardan  “Yaz  səhəri”  (1946),  “Yay 

səhəri” (1948), “Cücələr” (1952, 1956, 1960, 1966, 1977), “Quşlar” (1952, 1957, 1987), “Bağça” 

(1963),  “Bağçam”  (1954,  1970),  “Vətən”  (1988),  “Gün  dağlara  yayıldı”  (2002)  və  s.  göstərmək 

olar.  Ümumiyyətlə,  A.Səhhətin  bədii  irsinin,  o  cümlədən  uşaq  əsərlərinin  nəşri  sahəsində  kifayət 

qədər səmərəli addımlar atılmışdır.  

Bir  məsələyə  də  diqqət  yetirmək  yerinə  düşər.  A.Səhhətin  1912-ci  ildə  Bakıda  iki  cilddən 

ibarət  “Məğrib  günəşləri”  ünvanlı  kitabı  nəşr  edilir.  Buraya  şairin  rus  və  Avropa  ədəbiyyatından 

yüksək  sənətkarlıqla  etdiyi  tərcümələr  daxil  idi.  Müxtəlif  şairlərdən  edilmiş  tərcümələrin 

əksəriyyətini  şeirlər  təşkil  edirdi.  Həmin  çoxsaylı  tərcümələr  yalnız  böyüklər  üçün  deyil,  kiçiklər 

üçün də dəyərli mütaliə əsərləri idi. Bu əsərlər bizim uşaq ədəbiyyatımızın inkişafına da müəyyən 

stimul  verdi.  Bundan  əlavə,  A.Səhhətin  “Məğrib  günəşləri”nin  I  hissəsinə  daxil  etdiyi  “Məktəb 

şagirdi” şeiri tərcümə nümunəsi deyil, şairin orijinal uşaq şeiri idi.  

A.Səhhətin  uşaq  əsərlərinin  tədqiqi  yönümündə  də  qənaətbəxş  təşəbbüslərin  şahidi  oluruq. 

Belə  ki,  K.Talıbzadə  iki  dəfə  (1955,  1986)  nəşr  olunan  “Abbas  Səhhət”  adlı  monoqrafiyasında 

sənətkarın həyat və yaradıcılığını bir bütöv halında araşdırmaya cəlb edir. Burada o, Səhhətin uşaq 

əsərlərindən də söhbət açır. M.Məmmədov “Şair, tərcüməçi, müəllim”, E.İsmixanova “Gözəl uşaq 

əsərləri”,  Ə.Əzizov  “Uşaqların  sevimlisi”  məqalələrində  bu  və  ya  digər  dərəcədə  Səhhətin  uşaq 

əsərlərinə nəzər  yetirirlər. Ə.Əzizov “Uşaqların  sevimlilisi” kitabında şairin uşaq  yaradıcılığından 

ayrıca söhbət açır. 

A.Səhhətin  uşaq  əsərlərinin  kəmiyyət  və  keyfiyyət  tutumu  Azərbaycan  uşaq  ədəbiyyatı 

tarixinə  aid  bütün  dərsliklərdə  sənətkara  ayrıca  oçerklər  həsr  edilməsinə  səbəb  olmuşdur. 

Q.Namazov,  Z.Xəlil  və  F.Əsgərli,  B.Həsənli  və  R.Yusifoğlunun  ali  məktəblər  üçün  “Uşaq 

əsəbiyyatı”  dərsliklərində,  X.Mustafayevanın  eyniadlı  dərs  vəsaitində  də  dediyimiz  mənzərənin 

şahidi oluruq. 



 

ƏDƏBİYYAT 

1.

 



Azərbaycan uşaq ədəbiyyatı müntəxabatı. (XIX-XX əsrlər). II c., Bakı: Bakı Dövlət Universiteti, 

2002, 769 s.  

2.

 

Bəktaşi İ. Firidun bəy Köçərlinin yaradıcılıq yolu. Bakı: Yazıçı, 1986, 176 s. 



3.

 

“Dəbistan” jur. (1906-1908). 



4.

 

Əhmədov C. Uşaq və zaman. Bakı: Yazıçı, 1986, 164 s.  



5.

 

Əzizov Ə. Uşaqların sevimlisi. “Ədəbiyyat və incəsənət” qəz., Bakı: 1975, 22 fevral. 



6.

 

İsmixanova E. Gözəl uşaq əsərləri. “Azərbaycan müəllimi” qəz., Bakı: 1974, 25 dekabr. 



7.

 

Köçərli F. Seçilmiş əsərləri. Bakı: Azərb. SSR EA, 1963, 341 s. 



8.

 

Köçərli F. Azərbaycan ədəbiyyatı. 2 cilddə. I c., II c., Bakı: Elm, 1981, 407 c. 



9.

 

Köçərli Firidun bəyin şəxsi arxivi. V cild. Bakı: Nurlan, 2006, 2. ASE, 554 s.  



10.

 

Məmmədov M. Şair, tərcüməçi, müəllim. “Azərbaycan müəllimi” qəz., 1974, 27 dekabr. 



11.

 

“Məktəb” jur. (1911-1920) 



12.

 

Məmmədov  M.,  Babayev  Y.,  Cavadov  T.  Pedaqoji  mühit  və  uşaq  ədəbiyyatı.  Bakı:  Maarif, 



1992, 287 s. 

13.


 

Nəbiyev B. Firidun bəy Köçərli. Bakı: Gənclik, 1984, 227 s. 

14.

 

“Rəhbər” jur. (1906-1907) 



15.

 

Yusifov Y. Uşaqların sevimli şairi. “Kirovabad kommunisti” qəz., 1962, 1 fevral  



 

 

 



XX əsrin əvvəllərində yaranan Azərbaycan uşaq ədəbiyyatının tədqiqi və nəşrinə dair  

(F.Köçərli, S.M.Qənizadə, M.Ə.Sabir, A.Səhhət

 



 

41 


 

РЕЗЮМЕ 

ОБ ИЗДАНИИ И ИССЛЕДОВАНИИ ПРОСВЕТИТЕЛЬСКО-РЕАЛИСТИЧЕСКОЙ  

ДЕТСКОЙ ЛИТЕРАТУРЫ (С.С.Ахундов, А.Шаиг, И.Мусабеков, А.Диванбекоглы, А.Музниб)     

Расулова С.Г.  

          



  Ключевые  слова:  культура,  мастера  слова,  детское  творчество,  детский  мир,  издание, 

исследование     

   В  статье  речь  идет  о  творчестве  мастеров  слова,  живших  и  творивших  в  конце  XIX–началe 

XX  века,  об  их  произведениях,  отражающих  детский  мир,  а  также  об  изданиях  и  исследованиях 

проблем  детской  литературы.  Несмотря  на  то,  что  творчество  таких  писателей,  как  С.С.Ахундов, 

А.Шаиг, И.Мусабеков, А.Диванбекоглы и А.Музниба в определенной степени изучены и изданы, их 

некоторые  произведения  остались  вне  поля  зрения  исследователей.  В  статье  рассматриваются 

вопросы, связанные с упущениями в этой области.   

 

SUMMARY 

ON  RESEARCH AND PUBLICATION OF AZERBAIJAN CHILD LITERATURE  CREATED AT 

THE   BEGINNING OF XX CENTURY (F.Kocharli,   S.M.Ganizadeh, M.A. Sabir, A.Sahhat) 

Rasulova S.H. 

 

 



Key words: culture, child literature, literary samples, personal  letters 

At the  beginning of  XX century F.Kocharli, S.M.Ganizadeh, M.A. Sabir, A.Sahhat have created the 

valuable works for children. They wrote scientific articles for the development  of Azerbaijan child literature.  

They touched up this problem in their personal letters. Beginning from that time the works which written for 

young readers have been published in different sources.  Some work has been  done in the reseach direction 

of these works in our literary criticism. In the article compact pictorial of these works is given. 

 

 

 



Daxilolma tarixi: 

İlkin variant 

20.06.2017 

 

Son variant 



27.09.2017 

 

 



 

Rəsulova S.H.  


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə