Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə20/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   16   17   18   19   20   21   22   23   ...   46

 

42 


 

 

UOT 908 

 

 

NAXÇIVANIN AZƏRBAYCANDA DÖVLƏTYARANMA PROSESİNDƏKİ 

ROLUNA DAİR (e.ə. III minillik–e.ə. II minilliyin sonları) 

 

HACIYEV İSMAYIL MUXTAR oğlu 

AMEA Naxçıvan Bölməsi 

E-mail: 

ismayil_haciyev@yahoo.com

 

 

Açar sözlər: qəbilə, tayfa birlikləri, şəhər-dövlətlər, Etiuni, Puluadi, Manna, Oğlanqala, Skif şahlığı 

 

Məqalə Azərbaycanda dövlətin yaranmasına dair yeni müddəalar – tayfaların siyasi birlikləri 



və  şəhər-dövlətin  başlanğıcı,  Naxçıvanın  Azərbaycanda  dövlətyaranma  prosesindəki  rolunun 

tədqiqinə həsr edilmişdir. Əldə olunan nəticə ondan ibarətdir ki, dövlətin meydana gəlməsi qəbilə 

və  tayfa  birliklərinin  yaranması,  yaxud  şəhər-dövlətlərin  əmələ  gəlməsi  ilə  başlanır.  Naxçıvanın 

Azərbaycanda  dövlətyaranma  prosesində  oynadığı  rolu  və  tutduğu  yeri  araşdırılmış  və  müəyyən 

edilmişdir ki, e.ə. III minillik – e.ə. II minilliyin sonlarında qəbilə və tayfa birliklərinin yaranması 

dövlətin də formalaşmasına kömək etmişdir. Tayfa birlikləri əsasında formalaşmış dövlət qurumları 

süqut  etmiş,  II  minilliyin  sonları  –  I  minilliyin  əvvəllərində  onların  yerində  şəhər-dövlətlər 

yaranmışdır.  Naxçıvan  ərazisində  II  Kültəpə,  Şahtaxtı,  Nuhdaban  və  Naxçıvan  şəhərləri  xüsusi 

olaraq qeyd edilir. Dövlətin meydana gəlməsinə dair nəzəri və təcrübi baxışlardan aydın oldu ki, bu 

məsələdə  qəbilə  və  tayfa  birliklərinin  yaranması  və  şəhər-dövlət  modeli  əsas  kimi  götürülür. 

Azərbaycan tarixində birinci modelə üstünlük verilmişdir. Şəhər-dövlətlər haqqında bəhs edilsə də, 

dövlətyaranma prosesində onların rolu kifayət qədər aydınaşdırılmamışdır [7, 44-49].  

Azərbaycanda dövlətyaranma prosesinin tədqiqi belə nəticəyə gəlməyə əsas verir ki, burada 

qeyd  edilən  hər  hansı  başlanğıcdan  birinin  yeganə  yol  kimi  verilməsi  doğru  görünmür.  Əslində, 

Azərbaycan  ərazisində  dövlətyaranma  prosesinin  hər  iki  yolu  özünəməxsus  şəkildə  mövcud 

olmuşdur.  Əsas  mərhələdə  isə  vahid  dövlətin  meydana  gəlməsi  şəhər-dövlətlər  zəminində  baş 

vermişdir. 

Azərbaycan  tarixşünaslığında  qəbul  edilmiş  müddəaya  görə,  ilk  dövlət  birlikləri  e.ə.  III 

minillikdə Azərbaycanın cənubunda – Urmiya gölü ətrafında təşəkkül tapmışdır. Aratta, lullubi və 

kuti  tayfa  birlikləri  əsasında  müvafiq  dövlət  qurumlarının  yarandığı  və  fəaliyyət  göstərdiyi  irəli 

sürülmüşdür.  Çox  maraqlıdır  ki,  e.ə.  III  minillikdən  etibarən  Urmiyaətrafının  tarixi,  həm  də  mixi 

yazılı  qaynaqlarda  əks  olunmağa  başlamışdır.  Bu,  o  deməkdir  ki,  dünya  tarixi  ənənəsinə  uyğun 

olaraq,  Azərbaycan  tarixəqədərki  dövrü  başa  vurmuş  yeni  dövlətçilik  dövrünə  keçmişdir.  E.ə.  III 

minilliyin  sonlarında  aratta,  lullubi  və  kuti  tayfa  birlikləri  əsasında  formalaşmış  dövlət  qurumları 

süqut  etmiş,  II  minilliyin  sonları  –  I  minilliyin  əvvəllərində  onların  yerində  şəhər-dövlətlər 

yaranmışdır. Azərbaycan ərazisində ilk vahid və mərkəzləşdirilmiş dövlət – Manna (e.ə.IX- e.ə. VII 

əsrin sonu–VI əsrin başlanğıcı) onların əsasında formalaşmışdır. Naxçıvanın bu həlledici prosesdə 

rolu müəyyən spesifıkası ilə fərqlənir. 

Arxeoloji  tədqiqatlar  sübut  edir  ki,  Naxçıvan  ərazisində  ilkin  şəhər  mədəniyyəti  e.ə.  III 

minillikdə  meydana  gəlməyə  başlamışdır.  Urmiyaətrafı  bölgələrdə  tayfa  ittifaqları  əsasında  siyasi 

birliklər yaranan zaman ona paralel olaraq Naxçıvan ərazisində kifayət qədər iri şəhərlər meydana 

gəlmişdi. Bu şəhərlər eyni zamanda siyasi mərkəz funksiyasına da malik olmuş, yəni şəhər-dövlət 

xarakteri daşımışdır. Bunların içərisində II Kültəpə, Şahtaxtı, Nuhdaban və Naxçıvan şəhər yerləri 

xüsusi  olaraq  ayrılır.  Dövrün  tədqiqatçılarından  olan  S.Qaşqayın  yazdığı  kimi,  “E.ə.  II  minilliyin 

sonu  –  I  minilliyin  əvvəllərinə  aid  abidələr  məskən  xarabalıqları  və  nekropollar  əhalinin  oturaq 

həyat sürməsindən, eyni zamanda maldarlıqla məşğul olmasından, tikinti və sənətkarlıq sahəsində 

yüksək  mərhələyə  çatmasından  xəbər  verir.  Aşkar  edilmiş  materialların  tədqiqi  göstərir  ki, 

Naxçıvan  zonası  Urmiya  hövzəsinə  yaxın  ərazilərdə  yayılmış  özünəməxsus  mədəniyyət 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 3                   2017 

  



 

43 


 

mərkəzlərindən  biri  olmuşdur”  [4,  55].  Görünür,  e.ə.  III–II  minilliyin  sonları  –  I  minilliyin 

əvvəllərində  Urmiyaətrafı  siyasi  birliklər  xarici  siyasətin  mühüm  faktoru  kimi  çıxış  etdiyindən 

(kutilərin Mesopotamiyada təqribən bir əsr davam edən ağalığı) və ya əsas xarici təsirlər bu siyasi 

birliklərə yönəldiyindən Naxçıvan şəhər-dövlətlərinin vahid dövlətdə birləşməsi üçün xüsusi zərurət 

olmamış, qeyd edilən kimi, vahid dövlət yaranması prosesi Manna ətrafında baş vermişdir.  

Manna dövləti qüdrətli vaxtlarında geniş ərazilərə malik olmuşdur. “Asılı vilayətlər də daxil 

olmaqla Manna dövləti Urmiyadan cənubda və şimalda yerləşən əraziləri, Qızılüzən çayı hövzəsinin 

xeyli hissəsini və ondan cənubda yerləşən bölgələri əhatə edirdi” [3, 166]. Mannanı irsi hakimiyyətə 

malik  olan  çar  idarə  edirdi.  Dövlət  inzibati  cəhətdən  çarın  təyin  etdiyi  canişinlər  tərəfindən  idarə 

olunan  əyalətlərə  bölünürdü.  Çarın  sərəncamında  ordu  var  idi.  Manna  dövləti  yüksək  inkişaf 

mərhələsinə  e.ə.  VIII  əsrin  sonlarında  nail  olmuşdur.  Bütün  bunları  nəzərə  alan  S.Qaşqay  haqlı 

olaraq göstərir ki, Manna e.ə. I minilliyin birinci yarısında Ön Asiyanın qabaqcıl dövlətləri ilə eyni 

səviyyədə dururdu [7, 113]. 

Naxçıvanın bu dövr siyasi tarixi tarixşünaslıqda kifayət qədər aydın şəkildə əks olunmuşdur. 

Dövrün  tədqiqatçılarından  olan  R.Məlikov  yazır  ki,  “E.ə.  IX-VIII  əsrlərdə  Cənubi  Qafqazda 

məskunlaşmış  müxtəlif  siyasi  və  etnik  birliklər  Etiuni  (Etiuhi)  adlı  dövlət  qurumunun  tərkibində 

birləşmişdir. Bəzi tədqiqatçıların fikrincə, Etiuni Cənubi Qafqazın böyük hissəsini əhatə edən iri bir 

qurum  olmuşdur.  Bu  alimlər  etiunilərin  adını  bu  ərazilərə  cənubdan  köçən  kutilərlə  bağlayır  və 

etiuniləri  sonrakı  utilərin  əcdadları  hesab  edirlər”  [5,  55].  Müəllifə  görə,  Naxçıvan  bu  dövrdə 

Etiuninin tərkibində olmuşdur. Sonrakı abzasda urartuluların hücumundan bəhs olunaraq qeyd edilir 

ki,  “Urartu  çarı  I  Argişti  (e.ə.786-764)  də  Etiuni  ölkəsinə  yürüşlər  etmişdir.  Çar  II  Sarduri    

(e.ə.764-735)  isə  Puluadi  ölkəsində  21  qalanı,  45  şəhəri  və  “çar  şəhəri  olan  Libliuni”ni  ələ 

keçirmişdir.  S.Qaşqay  Urartu  mənbələrinə  əsaslanaraq  Puluadi  ölkəsinin  bir  hissəsini  Naxçıvan 

ərazisində  lokalizə  edir”  [7,  113].  Burada  vacıb  bir  məqam  diqqəti  cəlb  edir:  I  Argişti,  yuxarıda 

müəllifın qeyd etdiyi kimi, tərkibində Naxçıvanın olduğu Etiuniyə, onu hakimiyyətdə əvəz edən II 

Sarduri isə Puluadi ölkəsinin bir hissəsini əhatə edən Naxçıvan ərazisinə hücum edir. 

S.Qaşqay isə qismən fərqli fıkir irəli sürür. Problemin mühüm əhəmiyyətini nəzərə alaraq, 

onun  fıkirlərini  olduğu  kimi  təqdim  etmək  lazım  gəlir.  S.Qaşqay  yazır  ki,  “Urartulular  Cənubi 

Qafqaz  vilayətlərinə,  eləcə  də  Naxçıvan  ərazisinə  və  Urmiya  gölünün  şimal  ərazilərinə  mütəmadi 

yürüşlər  edirdi.  Urartu  çarları  İşpuini  və  onun  oğlu  Menuanın  (e.ə.820-810-cu  illər)  birgə 

hakimiyyətləri  dövründə  urartulular  şimaldan  basqın  etmiş,  Uiteruni,  Luşa,  Katarza  və  Etiuhi(ni) 

ölkəsinin  çoxsaylı  hökmdarları  onlara  kömək  göstərən  ölkələrə  qarşı  mübarizə  aparmışdır.  Etiuhi 

adı  altında Cənubi  Qafqazda Göycə gölü  ətrafında  yaşayan müxtəlif siyasi  və etnik birliklər çıxış 

edirdilər. İşpuini və Menuanın rəhbərliyi altında Urartu ordusunun şimal-şərq istiqamətində  yürüş 

etdiyini Culfa rayonunun İlandağ qayalarında aşkar edilmiş mixi yazı da təsdiq edir: “İlahi Haldinin 

əzəməti ilə İşpuini Sardurinin oğlu (və) Menua İşpuinin oğlu Arsine şəhərinin ölkəsini zəbt etdilər, 

İş  [...  şəhərinin]  ölkəsini,  Arsikua  şəhərinin  ölkəsini,  Ayaniani  şəhərinin  ölkəsini  zəbt  etdilər, 

dağıtdılar.  Puluadi  ölkəsində  onlar  ilahi  Haldiyə  lövhə  ucaltdılar  (və)  əmr  verdilər:  Puluadi 

ölkəsində ilahi Haldiyə öküz və qoyun, Haldinin arvadına inək (qurban) kəsilsin” [3, 56-57]. Mixi 

mətndə adı çəkilən Arsini Culfa rayonunun Ərəzin kəndi ilə lokalizə edilir. Naxçıvanın ərazisinin 

isə Puluadi vilayətinə daxil olduğu bildirilir: “Urartu mənbələrinə görə, Naxçıvan ərazisini qədimdə 

(kursiv mənimdir.-İ.H.) Araz çayının cənub qolu Əhər çayına qədər çatan Puluadi vilayətinə daxil 

etmək olar. Puluadi ölkəsinin adı, tədqiqatçıların fikrinə görə, Yaxın Şərqdə yayılmış dillərin demək 

olar  ki,  hamısında  “polad”  sözü  kimi  qalmışdır”  [4,  57].  Buradan  aydın  olur  ki,  Naxçıvan  qədim 

zamanlardan  urartuluların  hücum  istiqamətlərində  mühüm  yer  tutan  Puluadi  ölkəsinə  daxil 

olmuşdur. Müqayisələr nəticəsində belə bir fikrə gəlmək olar ki, Naxçıvan həmin dövrdə daha geniş 

əraziyə malik olmuş, onun şimal hissəsi Etiuni, cənub hissəsi isə Puluadi ölkəsinə daxil olmuşdur. 

Ən  vacib  suallardan  biri  qeyd  edilən  dövrdə  Naxçıvanın  statusu  məsələsi  ilə  bağlıdır.  Bu 

suala  həmin  dövrə  dair  Naxçıvanda  aşkar  edilmiş  arxeoloji  abidələr  cavab  verir.  Bu  dövrün  ən 

mühüm arxeoloji abidələrindən biri Oğlanqaladır. Oğlanqalanın müdafiə istehkamı, şəhər-dövlət və 

paytaxt olması haqqında mülahizələr vardır [8]. Hər bir halda siyasi nöqteyi-nəzərdən Naxçıvanın 

dövlətçilik baxımından mühüm statusa malik olması aydın olur. 

Hacıyev İ.M. 

 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə