Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə23/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   19   20   21   22   23   24   25   26   ...   46

 

48 


 

müəlliflər ciddi səhvlərə yol vermişdilər. Belə ki, “Təbriz” sözü farsmənşəli sözdür və bu ad şəhərə 

K. Ptolemeydən xeyli sonra, yəni h.165 (m.782-783)-ci ildə verilmişdir. Onu da bildirmək lazımdır 

ki,  «Terva»  və  «Qabris»  xüsusi  isimləri  ilə  “Təbriz”  adı  arasında  istər  fonetik,  istərsə  də  leksik 

baxımdan  fərqliliklər  mövcuddur.  Təbriz  şəhərinin  adını  bır  çox  müəlliflər  «Akmeta»,  yaxud  da 

«Amata»  kimi  göstərmişlər.  Bu  barədə  yazan  müəlliflərin  hamısı  K.  Ptolemey  və  K.  Ptolemeyin 

əsərinin tərcüməçisi kimi bu şəhərin Aşşurda (Assuriya -A.B.), Kalkundilin isə mərkəzi Persepolis 

olan  əyalətdə  olduğunu  bildirirlər.  Jan  Şarden  sözü  gedən  məsələ  barədə  öncə  mövcud  olan 

mübahisəli  fikirləri  şərh  etmiş,  ardından  K.  Ptolemeyin  əsərinin  Təbriz  şəhəri  haqqında  vermiş 

olduğu  fikirlərlə  Avropa  tədqiqatçılarının  ziddiyyətli  fikirlərini  təhlil  etmiş,  daha  sonra  isə  K. 

Ptolemeyin  “Coğrafiya”  əsərinin  tərcüməçisi  olan  Molenin  fikirlərini  əsas  tutaraq  belə  nəticəyə 

gəlmişdir  ki,  Təbriz  şəhəri  müqəddəs  Tövratda  adı  çəkilən  Ekbatan  şəhəridir  [7,  412,413].  Jan 

Şarden də Midiya dövlətinin qədim paytaxtı olan Ekbatan (indiki Həmədan) şəhəri ilə Təbrizin eyni 

şəhər olması fikrini Molenin fikirlərinə aldanaraq təsdiqləmiş və ciddi yanlışlıqlara yol vermişdir.  

Jan  Şarden  özünün  səyahət  gündəliyində  Təbriz  şəhərinin  adının  etimologiyası  və  şəhər 

ərazisində ilkin yaşayış məskənləri haqqında Şərq tədqiqatçılarının əsərlərinə də istinad etmişdir. O, 

yerli  qaynaqlara  əsasən  məlumat  verir  ki,  Təbriz  şəhərinin  təməli  yuxarıda  qeyd  olunduğu  kimi, 

h.165  (m.  782-783)-ci  ildə  qoyulmuşdur.  J.  Şarden  şəhərin  təməlinin  qoyulması  ilə  bağlı  belə  bir 

rəvayəti  öz  səyahətnaməsinə  daxil  etmişdir.  Rəvayətə  görə,  mərkəzi  Bağdad  olan  Ərəb  xəlifəsi 

Harun ər-Rəşidin (786-809) zövcəsi Zübeydə Xatun ağır xəstəliyə tutulmuşdu.  Xəlifənin zövcəsini 

madalı  (azərbaycanlı  –  A.B.)  həkim  müalicə  etmiş  və  həmin  həkimin  xahişi  ilə  Zübeydə  Xatun 

tərəfindən  onun  ölkəsində  sonradan  Təbriz  adlandırılacaq  iri  bir  şəhərin  inşa  olunması  haqqında 

buyruq verilmişdir. Müəllif onu da bildirməkdədir ki, bu söz farscada «təb» qızdırma, «riz» (axan) 

«rixtən»  (axmaq,  tökülmək)  sözlərinin  birləşməsindən  meydana  çıxmışdır  və  “tökülmək”, 

“yayılmaq”  mənasını  verir  [7,  414].    Jan  Şarden  Şərq  tarixçilərinin  fikirlərinə  əsaslanaraq  Təbriz 

şəhərinin adının mənşəyi və inşa olunma tarixi  ilə bağlı ikinci  fərziyyəsində böyük  yanlışlığa  yol 

vermiş  və  Elxanilər  sülaləsinin  əsasını  qoymuş  Hülakü  xanı  (1258-1265)  Harun  ər-Rəşıdin 

sərkərdəsi  adlandırmışdır.  O,  öz  səyahətnaməsində  yazırdı:  «Hülakü  xan  iki  il  idi  ki,  qızdırma 

xəstəliyinə mübtəla olmuşdu və sağalacağına ümid yox idi. Bu vaxt hazırda Təbriz adlanan yerdə 

bir bitki tapıldı ki, onun ecazkar qüvvəsi ilə xəstələr şəfa tapırdı. O, bu bitki ilə müalicə olunduqdan 

sonra burada «Təbrəft» adlı şəhərin inşa olunması haqqında buyruq verdi. Sonralar «Təbrəft» sözü 

dəyişmiş  və  Təbriz  adlanmışdır”  [7,  414,  415].  Jan  Şarden  Səfəvi  dövlətində  yüksək  məqamlı 

vəzifələrdən  birində  yer  almış  Mirzə  Tahir  adlı  məmurun  söylədiyi  rəvayəti  də  səyahətnaməsinə 

daxil  etmişdi.  O  yazırdı    ki,  quru,  sağlam  iqlimə  malik  bir  yerdə  inşa  olunan  Təbriz  şəhərində 

qızdırma xəstəliyinin baş verməsi mümkün deyildi. Elə buna görə də şəhərə Təbriz, hərfi mənada 

«isitmə aparan» yer adı verilmişdir [7, 415]. 

Azərbaycanda  olmuş  Osmanlı  səyyahı  Övliya  Çələbi  də  şəhərin  adının  mənşəyi  haqqında 

məlumat  verir.  O  yazır  ki,  moğolcada  Təbrizə  “Tivris”,  dəri  dilində  “Tivriz”,  dehqan  dilində 

“Tabriz”,  əsl  fars  dilində  Təbriz  deyilir  ki,  bu  da  isitmə  tökücü  deməkdir.  Övliya  Çələbi  Jan 

Şardenın səyahətnaməsində vermiş olduğu rəvayətin eynisini öz səyahətnaməsinə daxil etmişdir. O 

bildirir  ki,  Təbrizin  əsası  Ərəb  xəlifəsi  Harun  ər-Rəşidin  zövcəsi  Zübeydə  Xatunun  buyruğu 

əsasında qoyulmuşdur. Abbasilərin farsdilli üləması isə bu şəhəri «Təbriz» adlandırmışdır [3, 246]. 

Görkəmli Azərbaycan alimi S.Onullahinin məlumatına görə, Assuriya qaynaqlarında “Tarui” 

və ya “Tarmakis” (ikiqat qala) adı ilə məlum olan Təbriz şəhəri e.ə. VIII əsrdən mövcud olmuşdur. 

Alim onu da vurğulayır ki, Təbriz şəhərinin tarixini e.ə. II əsrə aid etmək olar. Təbriz adı Surxab 

dağının əski adı olan Tarui və ya Tori, Tovri ilə əlaqədar olmuş və sonralar qaynaqlarda «Tavrej», 

«Davrej», «Toriz», «Təbriz» şəkillərinə düşmüşdür [8; 40,41]. 

Venesiyalı anonim tacir XVI-XVII əsrlərdə həm Azərbaycanın, həm də bütün Yaxın və Orta 

Şərq  ölkələrinin  elm  və  mədəniyyət  mərkəzi  olmuş  Təbriz  şəhəri  haqqında    məlumat  verir  ki,  bu 

böyük  şəhərin  çevrəsi  24  milə  yaxındır  [5,  381].    XVI  əsrin  70-ci  illərində  Azərbaycanda  olmuş 



Təbriz şəhəri Avropa müəlliflərinin əsərlərində  (XVI – XVII əsrlər) 

 



 

49 


 

Venesiyalı  elçi  Vinçenso  Alessandro  Təbriz  şəhərinin  ərazisi  haqqında  məlumat  verərək  yazır: 

«...şəhərin çevrəsi 15 mil, bəlkə də bir az çoxdur... Təbrizdə 45 küçə vardır ki, onların hamısında 

cərgə ilə ağaclar əkilmişdir və sanki hər küçə bir bağdır» [5, 446]. 

XVI əsrin 30-50-ci illərində şəhərin sosial-iqtisadi durumuna və onun mədəni həyatına bir sıra 

neqativ  təsirlər  olmuşdu.  Bunlar  Sultan  I  Süleymanın  Səfəvi  dövləti  üzərinə  ardıcıl  hücumları, 

1555-ci  ildə  dövlətin  mərkəzinin  Təbrizdən  Qəzvinə  köçürülməsi,  1585-1603-cü  illərdə  Osmanlı 

ağalığı və s. ibarət idi. Lakin bu təsirlər şəhərin nüfuzunu azaltmamışdır. Vinçenso Alessandronun 

verdiyi məlumatlara əsasən demək olar ki, Təbrizdə şəhərsalma işinin müəyyən qədər ləngiməsinə 

baxmayaraq, şəhər yenə də öz əvvəlki əhəmiyyətini qoruyub saxlayırdı. Görkəmli səfəvişünas alim 

O.Ə.Əfəndiyev  ilkin  qaynaq  materiallarına  əsasən  məlumat  verir  ki,  paytaxt  Qəzvinə 

köçürüldükdən  sonra  da  Təbriz  şəhəri  öz  əvvəlki  əhəmiyyətini  saxlamaqda  davam  edirdi. 

Məlumatlardan  aydın  olur  ki,  XVII  əsrin  ortalarında  da  Təbriz  şəhərində  müxtəlif  səpkili  tikinti 

işləri  aparılır,  şəhərin  böyüməsi  və  mədəni  həyatının  canlanması  müşahidə  edilirdi.  Bu  prosesləri 

Osmanlı  səyyahı  Övliya  Çələbinin  şəhər  topoqrafiyası  haqqında  verdiyi  məlumatlar  əsasında 

izləmək mümkündür. O, Təbriz barədə yazırdı:  «Tikintisi keçmişdə olduğu kimi, indiyədək bütöv 

qalmış Təbriz şəhərinin divarının çevrəsi 6000 min addım idi. Şəhərin qala divarlarının 300 bürcü, 

300 (bürclərarası) kontrforsu, 6 darvazası, 1060 məhəlləsi vardır» [3, 21, 24].  Övliya Çələbinin bu 

qeydləri  ilə  bərabər  1693-1694-cü  illərdə  Səfəvi  dövlətində  olmuş  olmuş  venesiyalı  Cemelli 

Karerinin  Təbrizin  ətrafının  30  mildən  [9,  21].    çox  olması  haqqındakı  məlumatı  XVI  əsrlə 

müqayisədə  XVII  əsrin  sonlarında  Təbrizdə  şəhərsalma  işlərinin  daha  da  genişlənməsi,  onun 

böyüməsi və tərəqqisindən xəbər verir. 

Təbriz şəhərinin əhalisinin sayı haqqında dövrün səyyah gündəliklərində müxtəlif məzmunlu 

məlumatlara  rast  gəlinir.  Təbriz  şəhəri  1585-ci  ildə  Osmanlılar  tərəfindən  tutuldu  və  Cəfər  paşa 

buraya  vali  təyin  edildi.  Valinin  rəhbərliyi  ilə  əhalinin  siyahıya  alınması  keçirildi  və  həmin 

məlumatlara əsasən şəhər əhalisinin sayının 300 min nəfər olduğunu söyləmək mümkündür [3, 21].  

O.Əfəndiyevin araşdırmalarına görə, XVI əsrin əvvəllərində şəhər əhalisinin sayı 300 min, 1585-ci 

ildə  isə  360  min  nəfərə  çatmışdı  [4,  206].    Jan  Şarden  Təbriz  əhalisinin  sayı  haqqında  öz 

gündəliyində məlumat verir: “Mən Təbriz şəhərində yaşayan əhalinin sayını daha dəqiq öyrənmək 

üçün xeyli çalışdım, lakin bunu tam dəqiqləşdirə bilmədim. Ancaq qətiyyətlə demək olar ki, şəhər 

əhalisinin  sayı  550  min  nəfərə  yaxındır.  O  cümlədən  Təbrizin  bir  çox  öndəgedən  adamlarının 

dediklərinə görə, burada əhalinin sayı bir milyon yüz min nəfərdən çoxdur” [7, 409]. 

Lakin  tədqiqatçılar    Süleyman  Məmmədov  və  Elman  Mirzəyev    2016-cı  ildə  ali  məktəb 

tələbələri  üçün  nəşr  etdirdikləri  “Azərbaycan  Səfəvi  dövləti  (XVI-XVII)”    adlı  dərslikdə  XVII 

yüzilliyin 60-70-ci illərində Təbriz şəhərinin zənginliyinə, ticarətinə və əhalisinin sayına görə ikinci 

şəhər olduğunu və əhalisin sayının 550 minə çatdığını bildirirlər [10; 170]. 

Beynəlxalq karvan yolları üzərində yerləşən, inzibati siyasi mərkəzlər olan şəhərlərdə ticarət 

və sənətkarlığın təkamülü nəticəsində onlar daha yüksək səviyyədə inkişaf edərək ölkə miqyasında 

xüsusi  əhəmiyyət  kəsb  edirlər.  Artıq  natural  təsərrüfat  pozulur,  əmtəə  istehsalı  genişlənir  və, 

nəticədə, şəhərlər getdikcə iqtisadi mərkəzlərə çevrilirlər. Şəhərlərin inzibati və iqtisadi mərkəzlər 

kimi  böyüyüb  inkişaf  etməsində  onların  coğrafi  mövqeyinin,  eləcə  də  xarici  əlaqələrinin,  tranzit 

ticarətin  də  rolu  az  olmamışdır.  Beynəlxalq  karvan  yolu  üzərində  yerləşən  Təbriz  şəhəri  1501-ci 

ildən 1555-ci ilə qədər Səfəvi dövlətinin inzibati siyasi mərkəzi olmaqla, ölkənin iqtisadi həyatında 

əhəmiyyətli rol oynamışdır. Beləliklə, qaynaqların məlumatı onu deməyə əsas verir ki, XVI - XVII 

əsrlərdə  Təbriz  şəhəri    iqtisadi  və  mədəni  mərkəz  kimi  həlledici  rolunu  qoruyub  saxlamış  və 

Azərbaycan şəhərləri arasında inkişaf  baxımından önəmli yer tutmuşdur. 

 

 

 

 

Baxşəliyev A.B.  



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə