Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə24/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   20   21   22   23   24   25   26   27   ...   46

 

50 


 

ƏDƏBİYYAT 

1.

 



 Baxşəliyev  Adil.  Güney  Azərbaycan  şəhərlərinin  mədəni  həyatı  səyyah  gündəliklərində  (XVI-

XVII yüzilliklər). Bakı: Elm, 2003, 181 s. 

2.

 

Адам Олеарий. Подробное описание путешествия Голштинского посольства в Москoвию 



и Персию в 1633, 1636 и 1639 годах. Пер. с немец. П.Барсова, М.: 1870, 1033 c. 

3.

 



Çelebi Evliya. Seyahatnamesi, c.II, İstanbul: 1314, 466 s. 

4.

 



Əfəndiyev O.A. Azərbaycan Səfəvilər dövləti. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1993, 300 s. 

5.

 



Səfərnameha-ye Venezi dər İran. Tərcome-ye dər doctor Mənuçehr Əmiri, Tehran: 1349, 450 s. 

6.

 



Səfərname-ye Taverniye. Tərcome-ye Əbuturab Nuri, İsfahan: 1336, 719 s. 

7.

 



Səfərname-ye Şarden. Tərcome-ye Məhəmməd Abbasi, c.II, Tehran: 1335, 510 s. 

8.

 



Onullahi S.M. XIII – XVII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı: Elm, 1982, 279 s. 

9.

 



Səfərname-ye Karerri. Tərcome-ye doctor Abbas Naxçivani və Əbdüləli Kərəng, Təbriz: 1348, 

206 s. 


10.

 

 Məmmədov S., Mirzəyev E. Azərbaycan Səfəvi dövləti (XVI-XVII). Bakı: ADPU, 2016, 200 s. 



 

РЕЗЮМЕ 

ГОРОД ТАБРИЗ В РАБОТАХ ЕВРОПЕЙСКИХ АВТОРОВ  

(в XVI-XVII веке) 

Бахшалиев A.Б. 

 

Ключевые слова: Тебриз, европейские путешественники, XVI - XVIІ века, Жан Шарден 

В статье исследуется история города Тебриз на основе изучения письменных источников  

XVI – XVII веков. Описано  отношениие к имеющимся в специальной литературе различным 

мнениям о названии города Тебриз. 



 

SUMMARY 

TABRIZ CITY IN THE WORKS OF EUROPEAN AUTHORS 

 (in the XVI-XVII centuries) 

Bakhshaliyev A.B. 

 

Key words: Tabriz, European travelers, XVI - XVII centuries, Jan Sharden 

In the paper history of Tabriz is investigated on the basis of written sources of XVI-XVII centuries. 

Attitude to various opinions in special literature about the name of Tabriz city is illustrated. 

 

 

 



Daxilolma tarixi: 

İlkin variant 

12.07.2017 

 

Son variant 



27.09.2017 

 

Təbriz şəhəri Avropa müəlliflərinin əsərlərində  (XVI – XVII əsrlər) 

 



 

51 


 

 

UOT 369.04 

 

AZƏRBAYCAN RESPUBLİKASINDA PENSİYA İSLAHATI 

KONSEPSİYASININ MAHİYYƏTİ VƏ ƏSAS MÜDDƏALARI 

 

RZAQULİYEVA SƏVVARƏ DÖVLƏT qızı 

BÜNYADOV ZAHİD VAHAB oğlu 

MURADOVA KÖNÜL VAQİF qızı  

Sumqayıt Dövlət Universiteti, 1-dosent, 2-baş müəllim, 3-müəllim 

e-mail: bunyadov82@mail.ru 

 

Açar sözlər:  sosial, pensiya, müdafiə, islahat, dövlət 

 

Sosial  müdafiə  sistemində  pensiya  təminatı  mühüm  yer  tutur.  Pensiya  (pensio)  latın  sözü 



olub,  mənası  “ödəmə”  deməkdir.  Bu  sahənin  mütəxəssislərinin  pensiyaya  verdikləri  təriflər 

mahiyyət etibarilə bir-birindən o qədər də fərqlənmir, demək olar ki, eyni məna kəsb edir. Məsələn: 

iqtisadi  ensiklopediyada  pensiyaya  aşağıdakı  kimi  tərif  verilir:  pensiya  mövcud  qanunvericiliyə 

uyğun  olaraq,  pensiya  yaşına  çatdıqda,  əlil  olduqda,  ailə  başçısını  itirdikdə  vətəndaşlara  verilən 

aylıq  pul  ödəmələridir.  Bu  tərifdə  pensiya  anlayışının  mahiyyəti  tamamilə  açıqlanmır.  Belə  ki, 

burada  pensiya  müəyyən  yaş  həddinə  çatdıqda,  əlillik  və  ailə  başçısının  itirilməsi  hallarına  görə 

verilən aylıq pul ödəməsi kimi dəyərləndirilir.  

Tədqiqatçı M.N.Əliyevin pensiya hüququnun problemlərinə dair araşdırmalarında   göstərilir 

ki, pensiya vətəndaşlara qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, əlil olduqda, ailə başçısını 

itirdikdə, həm də uzunmüddətli müəyyən peşə fəaliyyəti ilə bağlı olaraq əmək qabiliyyəti olmayan 

şəxslərin  maddi  təminatı  üçün  Dövlət  Büdcəsindən  və  büdcədənkənar  xüsusi  fondlardan  verilən 

aylıq  pul  ödəməsidir  [1,  58].  Bu  vəsaitlər  böyük  sosial  transfert  rolunu  oynayır.  Lakin  bütün 

pensiyalar sosial transfert deyildir. Sosial transfertlər milli və yerli büdcədən, büdcədənkənar sosial 

fondlardan,  həmçinin  ictimai  təşkilatların  vəsaitlərindən  əhaliyə  pul  və  natural  formada  verilən 

ödəmələrdir.  Pensiya  təminatının  bir  sıra  xüsusiyyətləri  vardır  ki,  bu  xüsusiyyətlər  bu  sahədə 

radikal,  birmərhələli  islahatların  həyata  keçirilməsini  istisna  edir.  Bu  islahatlarla  hamının 

mənafeyini,  istəklərini  tam  təmin  etmək  elə  də  asan  deyildir.  Digər  tərəfdən  pensiyaçıların  və 

pensiyaya  çıxmaq  istəyənlərin  əmək  fəaliyyətinin,  iş  stajının  müəyyən  hissəsi  sovet  dövrünə, 

müstəqilliyin ilk illərinə, keçid dövrünə təsadüf edib və bu dövrdə də əməkhaqları eyni cür olmayıb, 

bəzən  onların  nominal  dəyəri  artsa  da,  real  dəyəri  əksinə  olub.  Bütün  qeyd  olunanlar  bir  daha 

göstərir  ki,  pensiya  islahatları  mükəmməl  qanunvericilik  aktlarına  söykənməli,  hüquqi  cəhətdən 

dəqiq  tənzimlənməlidir.  Ən  nəhayət,  pensiya  islahatlarının  həyata  keçirilməsi  üçün  güclü  iqtisadi 

əsaslar,  maliyyə  təminatları  olmalıdır.  Böyük  öndər  Heydər  Əliyevin  neft  strategiyasının 

gerçəkləşməsi bu islahatlar üçün əlverişli maliyyə təminatını yaratmışdır. 

Pensiya  təminatı  sahəsində  həyata  keçirilən  islahatların  qanunvericilik  bazası  aşağıdakı 

inkişaf  yolunu  keçmişdir.  Pensiya  islahatlarının  hüquqi  əsasını  Azərbaycan  Respublikası 

Prezidentinin  2001-ci  il  17  iyul  tarixli  767  nömrəli  sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan 

Respublikasında  Pensiya  İslahatı  Konsepsiyası”  təşkil  edir  [2,  250].  Bu  konsepsiya  2001-2005-ci 

illəri  əhatə  etməklə  pensiya  təminatı  sahəsində,  bütövlükdə  sosial  müdafiə  sisteminin  bir  sıra 

problemlərinin həlli üzrə mexanizmlərin yaradılmasını nəzərdə tuturdu. Buraya aiddir: 

1.  Sosial  sığorta  və  pensiya  təminatı  sahəsində  vahid  dövlət  orqanının  formalaşdırılması. 

Sosial  sığorta  haqlarının  toplanması  ilə  bir  qurumun,  sosial  sığorta  haqları  hesabına 

maliyyələşdirilən  pensiya  və  müavinətlərin  təyin  edilməsi  və  ödənilməsi  ilə  başqa  bir  qurumun 

məşğul  olması  bir  sıra  sosial  problemlər  yaradırdı.  Bu  da  sığorta-pensiya  sistemində 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 3                   2017 

  



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə