Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə15/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   11   12   13   14   15   16   17   18   ...   46

 

32 


 

problem  və  qayğıları  ilə  yanaşı,  milli  teatrın  mövcud  vəziyyəti  də  narahat  edir.  Bu  əsərlərdə 

Azərbaycan ədəbiyyatında faciə janrı, faciənin bir janr kimi yaranması və formalaşmasında ictimai, 

fəlsəfi və ədəbi amillərin rolu haqqında dolğun təsəvvür ortaya qoyulmuşdu.  

Azərbaycan  realizminin  tipologiyası,  Qərb  realizmi  ilə  əlaqələri  və  fərqli  cəhətləri,  faciə  və 

onun  Azərbaycan  dramaturgiyasında  yeri,  C.Cabbarlı  dramaturgiyasının  janr,  üslub  tipologiyası 

yüksək  elmi-nəzəri  səviyyədə  təhlil  olunurdu.  Hiss  olunur  ki,  tənqidçi  ancaq  yazıçı  ideyasının 

arxasınca getmir, daha çox öz tənqidçi idealına əsaslanır, yüksək milli dəyərlərdən çıxış edir. Elmi, 

publisistik  üslubla  fəlsəfi  düşüncənin  vəhdəti,  folklor  hikməti  ilə  akademizmin,  yumor,  sarkazm 

ruhu  ilə  təmkinli,  obrazlı  ifadə  tərzinin  eyni  üslubda  birləşməsi  onun  elmi-ədəbi  fəaliyyətinin 

fundamentallığından  xəbər  verirdi.  O,  “Dədə  Qorqud”  dastanını  da,  Dədə  Şəmşir  hikmətini  də, 

Füzuli  sufizmini    də,  M.F.Axundovnin  müasirlik  konsepsiyasını  da,  Zəlimxan  Yaqubun  müasir 

ənənəvi  poeziyanın  varisi  olmaq  iddiasını  da  müxtəlif  aspektlərdən  izah  edirdi:  “Yaşar  Qarayev 

müasir  ədəbi  prosesi  diqqətlə  izləyən,  bədii  düşüncənin  nəzəri  problemləri  ilə  müntəzəm  məşğul 

olan, çoxəsrli bədii sərvətimizin də ən yaxşı ənənələrini tədqiq və təbliğ edən istedadlı tənqidçi və 

ədəbiyyatşünas kimi tanınmışdır… Yaşar vətandaşlıq vəzifəsi kimi professional tənqidçiliyi özünə 

əsas  ixtisas  seçmişdir.  Əsl  ideyalı  tənqid  odur  ki,  orada  yazıçı  şəxsiyyəti,  yazıçının  gerçəkliyə 

münasibəti ilə yanaşı, tənqidçi şəxsiyyəti, onun tənqidçi idealı həyat həqiqətlərinə və bədii həqiqətə 

münasibəti də aydın ifadəsini tapmış olsun. Bu keyfiyyət Yaşarın tənqidində güclüdür” [1]. 

Yaşar  Qarayevin  “Faciə  və  qəhrəman”  (1965),  “Mirzə  Fətəli  Axundov”  (1982),  “Meyar 

şəxsiyyətdir” (1989),  “Tarix: yaxından və uzaqdan” (1996), “Ədəbi üfiqlər” (1985), “Azərbaycan 

ədəbiyyatı XIX-XX yüzilliklərdə”  əsərləri onun keçdiyi elmi fəaliyyət yolunun ümumi mənzərəsini 

göz  önünə  gətirir.  “Meyar  şəxsiyyətdir”  kitabının  sərlövhəsi  tənqidçinin  estetik  mövqeyinin 

müəyyənləşməsi kimi qiymətləndirildi. O sübut etdi ki, bədii yaradacılıqda şəxsiyyət amili nə qədər 

öndədirsə,  tənqidçi  mövqeyində  də  yazıçının,  bədii  obrazın  şəxsiyyəti  həmin  səviyyədə  diqqət 

mərkəzindədir.  Bu əsərlərin tədqiqat ünvanı müəyyən bir dövr və ədəbi mərhələ ilə məhdudlaşmır. 

Ədəbiyyat  tariximizin  keçmiş  və  müasir  dövrləri,  ədəbi  şəxsiyyətlərin  ədəbiyyat  tariximizdəki 

mövqeyi həmin əsərlərdə təhlil olunub. 

Dövlət  mükafatına  layiq  görülən  “Realizm:  sənət  və  həqiqət”  (1980)  əsərində  dünya  və 

Avropa maarifçiliyinə, Azərbaycan maarifçiliyinin tipologiyasına, milli məfkurəyə və Qərbi Avropa 

maarifçiliyinə  verdiyi  qiymət,  apardığı  tipoloji  müqayisələr  1980-ci  illər  Azərbaycan  tənqid  və 

ədəbiyyatşünaslığında  yeni  bir  hadisə  idi.  O  dövrün  tənqid  və  ədəbiyyatşünaslığında    bu  həqiqət 

dəfələrlə  etiraf  olunub:  “Yaşar  Qarayev  əsərdən-əsərə  inkişaf  edən  istedadlı  alimdir.  Onun  keçən 

ilin  sonunda  nəşr  edilən  “Realizm:  sənət  və  həqiqət”  monoqrafiyası  buna  ən  yaxşı  sübutdur… 

Monoqrafiyanı oxuyarkən müasir nəzəri-estetik və elmi-metodoloji nailiyyətlərə dərindən vaqif bir 

tədqiqatçı ilə üz-üzə gəlir, onun güclü məntiqinə, tənqidçi-alim düşüncəsinə inanırıq” [2]. 

“Realizm:  sənət  və  həqiqət”  kitabı,    ümumiyyətlə,  1970–80-ci  illər  ədəbi-nəzəri  fikrimizin 

ümumi  vəziyyətini  aydınlaşdırmaq  baxımından  maraqlıdır.  Təsadüfi  deyil  ki,  əsər  1980-ci  illərdə 

dövlət  mükafatına  layiq  görülmüşdü.  Bu,  sözün  həqiqi  mənasında,  fundamental  monoqrafiyadır. 

Klassik  romantik  poeziyamızın  inkişaf  mərhələləri,  Avropa  maarifçiliyinin  mahiyyəti,  milli 

maarifçiliyin  Avropa maarifçiliyi ilə əlaqələri, Azərbaycan realizminin mərhələləri əsərdə konkret 

ədəbi  faktlar  və  elmi-nəzəri  materiallar  əsasında  tədqiqat  predmetinə  çevrilmişdi.  İlk  dəfə  idi  ki, 

ədəbiyyatşünaslığımızda  novruzəlilik,  usta  zeynallıq  fəlsəfi  ümumiləşdirmələrlə  izah  olunurdu. 

Milli  psixologiyanın  alt  qatlarına enən tədqiqatçı bütöv  bir elmi  konsepsiyaya əsaslanaraq XX əsr 

nəsrimizin,  dramaturgiyamızın  mahiyyətinə  nüfuz  edirdi.  Yaşar  Qarayev  ancaq  ədəbiyyat 

mütəxəssisi  olmaqla  kifayətlənmirdi.  O  həm  də  ictimai-fəlsəfi  fikrimizin  zənginləşməsinə, 

yeniləşməsinə  əvəzsiz  xidmət  göstərir,  ədəbi  materiallara  dövlətçilik  mövqeyindən  yanaşır,  milli 

ideologiyanın əsaslarını üzə çıxarmağa can atırdı.  

Onu  da  qeyd  edək  ki,  1960-cı  illərdə  tənqid  və  ədəbiyyatşünaslığımıza  bütöv  bir  yeni  nəsil 

gəlmişdi.  Onların  əksəriyyəti  irihəcmli  monoqrafiyalar  yazmağa  üstünlük  verirdi.  Belə 

tənqidçilərdən  biri  də  Şamil  Salmanov  idi.  1960-cı  illərdə  tənqidə  gələn  Şamil  Salmanov 

Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslığının ən tanınmış və nüfuzlu simalarından biridir. 

O, təxminən yarım əsr davam edən elmi-ədəbi fəaliyyəti ilə tənqid və ədəbiyyatşünaslığımızda öz 

Ədəbiyyatşünaslığımızda monoqrafik tədqiqatlara meylin güclənməsi 

 



 

33 


 

imzasını qoyub, klassik və müasir Azərbaycan ədəbiyyatının fundamental problemlərinin təhlilində 

elmi-nəzəri səviyyəsinin yüksək olduğunu sübut edib.       

Çoxillik  fəaliyyəti  dövründə  o,  milli  ədəbiyyat  tarixçiliyinin,  ədəbi  tənqidin  metodoloji 

istiqamətlərinin  müəyyənləşdirilməsi,  elmi-nəzəri  səviyyənin  yüksəldilməsi  işinə  xidmət  göstərib. 

Tənqidçi    həmişə  tədqiqat  predmeti  kimi  götürdüyü  ədəbiyyat  tarixi  materiallarına  yüksək  estetik 

prizmadan, dünya ədəbiyyatşünaslığının müasir standartları baxımından yanaşmağı bacarıb. Filoloji 

fikrimizin müxtəlif məsələləri, ədəbiyyatşünaslığın  nəzəri problemləri,  yaradıcılıqda  bədii üslub, 

ənənə  və  novatorluq,  bədii  metod  və  janr,  tənqid  və  ədəbi  proses,  tənqidin  ədəbi  prosesdə  rolu 

haqqında  Şamil  Salmanovun  sistemli  tədqiqatları  müasir  ədəbiyyatşünaslıq  və  ədəbi  tənqid 

məktəbimizin nəzəri bazasının möhkəmləndirilməsi işində xeyli rol oynayıb. 

İkicildlik  “Azərbaycan  sovet  ədəbiyyatı  tarixi”  (1967)  kitabının  hazırlanması,  ədəbi 

ictimaiyyətə çatdırılmasında Şamil Salmanovun əməyi böyükdür. “Azərbaycan sovet şeirinin ənənə 

və novatorluq problemi” (1980) “Poeziyanın kamilliyi” (1985) (Y.Qarayevlə birlikdə), “Müasirlik 

mövqeyindən”  (1982),  “Poeziya  və  tənqid”  (1987),  “Akademik  Kamal  Talıbzadə”  (1998), 

“Tənqidçi  və  ədəbi  proses”  (akademik  B.Nəbiyevin  ədəbi-elmi  fəaliyyəti  və  tənqidi  görüşləri) 

monoqrafiyaları  və  100-dən  artıq  elmi  məqalələri  göstərdi  ki,  o,  daim  ədəbiyyatşünaslığın  aktual 

məsələlərininə meyil göstərib, ədəbi prosesin izahında həssaslıq və qayğıkeşlik nümayiş etdirib. 

Ş.Salmanovun  adı  və  imzası  professional  ədəbiyyat  tənqidçisi  statusuna  uyğundur.  Keçən 

əsrin 20-ci illərindən üzü bəri Azərbaycan poeziyasının novatorluq tendensiyasının, yeni yaradıcılıq 

istiqamətlərinin  elə  bir  sahəsi  yoxdur  ki,  o  buna  reaksiya  verməsin  və  yaxud  bu  mövzuda  çıxış 

etməsin.  O, institutun 70-80-ci illərdə nəşr etdirdiyi “Ədəbi proses” məcmuələrində konkret zaman 

kəsiyində  milli  poeziyamızın  ədəbi-tarixi  prosesdə  rolu,  onun  ayrı-ayrı  simalarının  poetik 

yaradıcılıq  manerası  barəsində  ətraflı  və  məzmunlu  təhlillər  aparıb.  Həmin  illərdə  Azərbaycan 

poeziyasında  yeni  canlanma,  novatorluq  meyilləri,  şeirin  dövrün  sosial-mənəvi  həyatına  fəal 

müdaxiləsi diqqəti daha çox cəlb edirdi. 

Problemi  daha  ardıcıl,  sistemli  izləmək  üçün  ən  əvvəl  alimin  “Azərbaycan  sovet  şeirinin 

ənənə  və  novatorluq  problemi”  monoqrafiyasına  diqqət  yetirək.  Əsərdə  1920-30-cu  illər 

Azərbaycan  ədəbi  tənqidi  və  ədəbiyyatşünaslığında  ənənə  və  novatorluq  probleminin  həlli  əsas 

tədqiqat predmeti kimi götürülüb. Müəllif yeni Azərbaycan şeirində novatorluq meyillərini dövrün, 

zamanın  diktəsi  kimi  qəbul  etməklə  yanaşı,  ədəbi  ənənələrin  qarşılıqlı  əlaqəsinə  və  ədəbi-tarixi 

varisliyə də eyni qayğı və həssaslıqla yanaşıb. 

Keçən əsrin 20-30-cu illəri milli ədəbiyyatşünaslığın və ədəbi tənqidin yaranma, təşəkkül və 

ədəbi-tarixi prosesdə özünütəsdiq mərhələsidir. Son dərəcədə maraqlı, ədəbi mübarizələrlə müşayiət 

olunan  bu  dövrün  tənqid  və  ədəbiyyatşünaslığında  yeni  şeirin  ideya-poetik  təcrübələrinin 

ümumiləşdirilməsi, inqilabi estetikanın prinsipləri və bunun ədəbi prosesə tətbiqi, tənqidin klassik 

irsə  münasibətdə  nihilist  mövqeyi  “Azərbaycan  sovet  şeirinin  ənənə  və  novatorluq  problemi” 

kitabında diqqəti cəlb edən cəhətlərdəndir. 

“Azərbaycan  sovet  şeirinin  ənənə  və  novatorluq  problemi”  əsəri  əslində  milli  ədəbiyyatın 

tarixi  inkişafının  nəticələrinin  ümumiləşdirilməsi  ilə  əlaqədardır.  Burada  ədəbi  ənənədən  gələn 

müsbət  tendensiyalar  izlənilməklə  yanaşı,  ədəbiyyatda  yaranan  novator  məzmun  və  ideyalar  da 

diqqətdə saxlanılır. 1960-80-ci illər poeziyasında ənənəvi şeirlə sərbəst şeirin paralel şəkildə davam 

etməsi, birinin digərini izləməsi, qarşılıqlı faydalanması ön plana keçir. Daha çox R.Rza, Ə.Kərim, 

Ə.Salahzadə,  F.Qoca,  F.Sadıq  və  sair  şairlərin  yaradıcılığındakı  yeni  məzmun  və  forma  diqqət 

mərkəzinə gətirilir. Şamil Salmanov ənənə və novatorluğun vəhdətini, bu prosesdə ictimai mühitin 

rolunu belə qiymətləndirirdi: “Aydın məsələdir və sübut etməyə ehtiyac yoxdur ki, hər bir bundan 

əvvəlki dövrün incəsənəti onu doğuran, onu öz təcrübəsi ilə qidalandıran tarixi dövrün fikri-mənəvi  

mündərəcəsini,  insanların  ictimai  əlaqə  və  münasibətlərini  əhatə  etməsi  ilə  özündən  sonrakı  bədii 

inkişaf  üçün  təsir  və  əhəmiyyətini,  estetik  ləyaqətini  qoruyub  saxlayır.  İctimai  şüurun  digər 

formaları  ilə  müqayisədə  incəsənət  bu  üstünlüyü  yalnız  bir  şeylə-həyat  həqiqətini,  insanı  konkret 

hissi formada qavramaqla, obrazlı idrakla nail olmuşdur” [3, 8]. 

Şamil  Salmanovun    “Müasir  Azərbaycan  ədəbi  tənqidinin  təşəkkülü  və  inkişaf  meyilləri” 

tədqiqat  əsərində  milli  filoloji  fikrimizin  böyük  bir  mərhələsi  tədqiqat  predmeti  kimi  götürülür. 

Rəfiyeva A.İ.  



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə