Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə11/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   7   8   9   10   11   12   13   14   ...   46

 

24 


 

ƏDƏBİYYAT 

1. Aşıq Alı: Əsərləri. Bakı: Avrasiya press, 2006, 192 s. 

2. Ali Yaman. Alevilik və Kızılbaşlığın gizli tarihi. İstanbul: 2000, 304 s.  

3. Camal Kırmaz, Halil Çelik Osmanlı dönəmi Krım ədəbiyyatı. Ankara: 2000, 413 s.  

4.  Bakı Öz Alevilik nədir. İstanbul yayınları.1995, 288 s. 

5. Qurbani. Əsərləri. Bakı: Şərq-Qərb, 2006, 232 s. 

6. Folklor və təsəvvüf ədəbiyyatı sözlüyü (Tərtib edənlər. M. Hacıyeva, M. Rıhtım). Bakı: AMEA-

nın Folklor İnstitutu, 2000, 230 s.  

7. Xalq şeirindən seçmələr. (Tərtib edənlər: Şennur Sezər, Adnan Özyalçınər). İstanbul: 2000, 208 s.  

8. İmanov Həmid. Fəlsəfənin əsasları. Bakı: Turan, 2010, 441 s. 

9. Metin Küçük. Alevilik. Ankara: 2011, 304 s.  

10.  Növrəs İman. Seçilmiş əsərləri. Bakı: Səda, 2004. 

11. Ortaq türk keçmişindən ortaq türk gələcəyinə IV uluslararası folklor konfransının  materialları. 

Bakı: 2006. 

12. Rəfiq Özdək. Türkün qızıl kitabı. Bakı: Yazıçı,1993, 230 s.  

13. Yunis Əmrə. Təsəvvüf ədəbiyyatı.  İstanbul: 2004, 144 s. 

14. Yunis Emreden seçmeler (Hazırlayan: Yüksəl Kanar). İstanbul: Sabah yayınları, 2009, 256 s.  

15. Yəsəvi Əhməd. Divani-Hikmət. Bakı: Çaşıoğlu, 2004, 128 s. 



 

РЕЗЮМЕ  

СУФИЗМ В ПОЭЗИИ ОЗАНОВ И АШУГОВ 

Байрамов А.А., Искендеров Б.А. 

 

Ключевые слова: озан, ашуг, суфи, секта, благочестие, поэзия, Всевышний 

В  статье  рассматривается  отражение  суфизма  в  озан-ашугской  поэзии, 

зародившегося  в  Туркестане,  Анадолу,  Южном  Кавказе  и  близких  к  ним  территориях. 

Приводятся и исследуются примеры из творчества ашугов и озанов, в которых описываются 

сущность и символика суфизма. 

 

SUMMARY 

OZAN-ASHUG POETRY 

Bayramov A.A., Iskandarov B.A. 

 

Key words: o



zan, ashuq, sufi, sect, piety, poetry, God 

The  article  deals  with  the  reflection  of  sufism  in  the  ozan-ashug  poetry,  which  found  its 

formation in Turkestan, Anadolu, the South Caucasus and the territories close to them. At the same 

time,  examples  are  cited  and  explored  of  the  creation  of  ashugs  and  octans,  in  which  the  essence 

and symbolism of Sufism are revealed. 

 

  

Daxilolma tarixi: 

İlkin variant 

14.04.2017 

 

Son variant 



27.09.2017 

Ozan-aşıq şeirində təsəvvüf 

 



 

25 


 

 

UOT 8.821.111(73) 

 

DEN BRAUNUN “MƏLƏKLƏR VƏ İBLİSLƏR” ROMANINDA 

POSTMODERN OYUN TEXNOLOGİYASI 

 

CƏFƏRLİ YEQZAR İSFƏNDİYAR oğlu 

Bakı Mühəndislik Universiteti, dissertant 

yeceferli@beu.edu.az

 

 

Açar sözlər: “Mələklər və İblislər” romanı, Kilsə-İlluminati qarşıdurması, Postmodern oyun, Robert 

Lenqdon, tanrı və elm.  

 

“Mələklər  və  İblislər”  romanı  Den  Braunun  “Rəqəmsal  qala”dan  sonrakı  sayca  ikinci 



romanıdır. Həmçinin dissertasiyada tədqiqata cəlb etdiyimiz üç əsərdən biri olmaqla, postmodernist 

strukturun  köklü  xarakteristikaya  malik  olduğu  birinci  əsərdir.  Burada,  əsasən,  hadisələrin 

dekonstruksiyası,  intertekstual  mətn  modeli  daha  qabarıq  olduğu  üçün  bu  mənada  ilk  əsər  sayıla 

bilər.  Dekonstruksiya  bildiyimiz  kimi,  yenidənqurma,  yenidən  yaratma  şəklində  dilimizə  tərcümə 

olunur. Əsərin dekonstruksiyası yazıçının köhnə mətnlərin üzərindən əsəri yeniləşdirmək ona yeni 

postmodern  nəfəs  verməkdir.  “İ.  Hassan  postmodern  əsərin  əlamətlərini  sistemləşdirib.  Onlar 



arasında  qeyri-müəyyənlik,  səhv  buraxmaların  kultu,  fraqmentarlıq  və  montaj  prinsipi, 

dekanonizasiya, psixoloji və simvolik səthilik, mimesisdən imtina, müsbət ironiya, üslub sinkretizmi, 

teatrallıq,  ünsiyyət  vasitələrinə  sahib  olmaq,  məqsəd  –  oyun,  parçalama,  metafora  əvəzinə 

metonimiya (assosiativ əlaqələr zəncirinin qurulması) və s. qeyd etmişdir.” [2,10]  

Bu mənada “Mələklər və İblislər” romanını seçməyimiz təsadüfi deyil. Müəllif əsərdə tarixdə 

haqqında  müəyyən  məlumatlara  rast  gəldiyimiz  hadisələri  yeni  formata  salaraq  fərqli  roman 

nümunəsi  yaratmağa  təşəbbüs  göstərir.  İlluminati,  antimaddə,  kilsə  və  başqa  bu  kimi  anlayışlar 

haqqında  bəzi  məlumatlara  sahib  olduğumuz  halda,  ümumilikdə  bu  kimi  məlumatların  həyat 

həqiqətlərinə  çevrilməsi  məqsədilə  öz  təxəyyülündən  istifadə  edərək  mətni  canlandırır.  Müəllif 

dekonstruksiyasının  əsərdə  təzahürünün  şahidi  olmaq  üçün  əsərin  strukturuna  müraciət  etməli 

oluruq. 


Əsəri sırf struktur formatında düşünsək, müəyyən yerlərdə postmodern cərəyanla uyuşmayan 

hallara da rast gələ bilərik. Bu da müəyyən mənada yazıçının oyun texnologiyasına hesablanmışdır. 



“Müsbət ilə mənfinin, müqəddəs ilə adinin, soylu ilə avamın, məzlum ilə amansızın bir-birinə girib 

dolaşdığı  dialoqlaşmış  mətnlər,  çoxsəsli  musiqi  (polifonik)  kimi  çoxsəsliliyi,  bir  mənada  çoxluğu 

təşkil edir, əksəriyyəti bir estetik ortam yaradırlar” [7,61]. 

Əsərin  müəyyən  bir  özəlliyi  ondadır  ki,  əsər  sırf  vahid  kombinasiya  üzrə  hərəkətdə  deyil, 

başqa  sözlə  desək,  vahid  struktura  tabe  deyil.  Bu  problem  sonradan  əsərin  təhlili zamanı  cərəyan 

məsələsini təyin etməkdə çətinlik yaradır. Müqayisə üçün qeyd edək ki, modernizm yeniliyə meyil 

edirdisə, postmodernizm postyeniliyə meyil edirdi. Sonradan bu anlayış özündə postinsan terminini 

formlaşdırdı  ki,  bu  da  insandan  sonrakı  insanın  necə  olacağına  bir  işarə  idi.  Düşünsək  ki, 

postmodernizmə  qədər  mətnlər  müəyyən  formatda  olurdusa,  artıq  postmodernizm  əsərlərin 

yaratdığı  yeni  koloriti,  yeni  dünyagörüşünü  müəyyən  mənada  məhv  etdi.  Əsasən,  tarixi  qatlara 

söykənərək struktur forlamalaşdıran postmodernist mətnlər yaranmağa başladı və bu öz-özlüyündə 

əvvəlki düşyagörüşünün müəyyən mənada dəyişməsi, transtekstual xarakterə çevrilməsi demək idi. 

Əvvəlki  əsərlərdə  istər  ideya,  istər  məzmun,  istərsə  də  obrazlar  sistemi  baxımından  şahidi 

olduğumuz  müxtəliflik  prinsipi  postmodernizmdə  nisbətən  biristiqamətli  plana  düşərək  nisbətən 

ümumiləşdi  və bu, sonradan oxucular arasında elmi  əsərlə bədii mətnin arasında oxşarlıq  yaratdı. 

Çünki yeni mətn köhnə mətnin dekonstruksiyası idi və müəyyən mənada həmin mətni tədqiq edirdi. 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 3                   2017 

  



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə