Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə10/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   6   7   8   9   10   11   12   13   ...   46

 

22 


 

Göründüyü kimi, Yunis Əmrə şəriəti həqiqət dəryasında üzən gəmiyə bənzədir. Həm də qeyd 

edir ki,  gəminin taxtası möhkəm olmalıdır ki, dənizin tufanlarına sinə gərə bilsin, əks halda gəmi 

(şəriət) tənəzzül edib məhv olur. 

XVI  əsrdə  yaşamış  ünlü  təriqət  ozanı,  həyatı  rəvayətlərlə  dolu  olan  Pir  Sultan  Abdalın 

şeirlərin  birində  haqqa  yetişmək  üçün  təriqətə  qədəm  qoyanların  heç  də  hamısının  üzləşdikləri 

çətinliklərə tab gətirə bilməyəcəklərini belə təsvir edir: 

Əvvəl bu dərgahdan qismət

Alır da var, almaz da var. 

Təriqətə qədəm basıb, 

Gəlir də var, gəlməz də var [7, 295] 

Ozan  aşıq  sənətinin  davamçısı  Göyçə  aşıq  mühitinin  tanınmış  ustadlarından  olan  Aşıq  Alı 

“Nədi”  rədifli  divanisində  da  ürfan  düşüncəsinə  görə  insanı  mənəvi  cəhətdən  kamilləşdirən 

məqamlardan keçməyənləri kal hesab edir: 



Ey Alı, dosta yetir, dostdan dosta al olmaz 

Həqiqətdən dərs almayan şəriətdən hal olmaz. 

Şəriətdən kamil olan yetkin olar, kal olmaz, 

Kəşt eyləyər dəryalarda, çay nədi, ada nədi [1, 120] 

Ələsgər  ocağının  tanınmış  nümayəndəsi  Göyçə  aşıq  məktəbinin  ünlü  simalarından  biri,  dini 

şeirləri ilə məşhur olan Növrəs İman da öz yaradıcılığında özünü Allahın qulu sayaraq həqiqət və 

mərifət elmindən xəbərdar olduğunu belə söyləyir.  



İman deyər, bir mövlanın quluyam, 

Həqiqətdən, mərifətdən doluyam. 

Bir xudanın qədərindən halıyam, 

Qərar qoyub sübhü şamı bilin siz [10, 30] 

Mərifət: İnsanı Allaha yaxınlaşdıran 3-cü mərhələ mərifətdir. Mərifət öz-özlüyündə həm də 

mənəvi-  əxlaqi  dəyərlərə  söykənən  bir  elmdir.  Elmi  ədəbiyyatda  onun  10  məqamı    qeyd  edilir: 

ədəbli olmaq, mənəmlik, kin və qərəzdən uzaq olmaq, pəhriz saxlamaq, səbirli və qənaətcil olmaq, 

abır-həyanı gözləmək, comərd olmaq, elm öyrənmək, gülərüzlü olmaq, özünü tanımaq və məlumatlı 

olmaq [2. 199]. 

Aşıqlıq  statusu  almış  saz-söz  ustadı  Qurbani  də  qoşmalarının  birində  mərifət,  həqiqət  və 

təriqət qapılarının insanı mənəvi cəhətdən kamilləşdirməsi yollarını bu cür söyləmişdir: 

 İxlas kəmərini qurşadılar belimə, 

 Mərifətdən bir yol düşdü əlimə

Həqiqətdən su bağlandı gülümə, 

 Düşübdü əlimə doğru rah (yol) mənim. 

 

Təriqətdən bir yol düşdü əlimə, 

Mərifət kəmərin çəkdim belimə, 

Nagahani su bağlandı gölümə, 

Ədəb aldım, xub ərkana yetişdim [6,108] 

Böyük söz ustası Dədə Ələsgər də təsəvvüfün təməl prinsipləri olan  şəriət, təriqət, mərifət və 

həqiqət məqamlarının aşıq sənətində çox önəmli olmasını bu cür ifadə etmişdir:  

Aşıq olub diyar-diyar gəzənin , (təriqət) 

Əvvəl, başda pür kamalı gərəkdir.(şəriət) 

Oturub-durmaqda ədəbin bilə, (mərifət) 

Mərifət elmində dolu gərəkdi (mərifət) 

3.  Həqiqət.  Elmi  ədəbiyyatda  həqiqət  qapısının  10  məqamı  aşağıdakı  kimi  göstərilir:  alçaq 

könüllü  olmaq,  başqasının  eyiblərini  görməmək,  edə  biləcəyin  yaxşılıqları  əsirgəməmək,  Allahın 



Ozan-aşıq şeirində təsəvvüf 

 



 

23 


 

hər yaratdığını sevmək, bütün insanları bir gözdə görmək, birliyə yönəlmək və yönəltmək, gerçəyi 

gizlətməmək, mənanı bilmək, ilahi sirri öyrənmək, Allahın varlığına çatmaq [2. 199]  

Təsəvvüfün əsas təməl və sonuncu mərhələlərindən biri olan həqiqətin nəyə qadir olduğunu 

ulu ozan Yunis İmrə belə anladır: 

Həqiqətin mənasın 

Şərh ilə bilmədilər. 

Ərənlər bu diriliyi 

Riya, dirilmədilər. 

 

Həqiqət bir dənizdir, 

Şəriətdir gəmisi. 

Çoxları gəmidən çıxıb 

Dənizə dalmadılar [13,104]. 

Aşıq  Ələsgər  şeirlərinin  birində  kamilliyə  çatmaq  üçün  şəriət,  təriqət,  mərifət  və  həqiqət 

məqamlarından bəhrələnməni belə ifadə edir: 

Təriqətə, mərifətə qulaq ver

Şəriətdə yol-ərkanı biləsən. 

Həqiqəti nədən xəlq eylədi haqq? 

Ərşü-kürsü, ol asimanı biləsən. 

                                        (Aşıq Ələsgər) 

Şeirdən  göründüyü  kimi,  Aşıq  Ələsgər  sadəcə  aşıq  deyil,  həm  də  Allah  yolunda  lütfü  olan 

haqq  aşiqidir.  Özünün  qeyd  etdiyi  kimi,  o,  təriqətdən  keçib,  mərifətə  yetişib  və  sonda  da  həqiqət 

mərtəbəsinə  çatmış  övliyadır.  Bəli,  “xalqa  həqiqətdən  mətləb  qandıran”,  “mərifət  elmindən  dolu 

olan”  aşiq  eyni  zamanda  şəriət  və  təriqəti  də  dərindən  bilməli,  böyük  ustadın  dediyi  kimi, 

kəlmələrindən ləlü-gövhər süzülməlidir. Qoşmanın ikinci bəndinə nəzər salaq: 

Xalqa  həqiqətdən mətləb qandıra, 

Şeytanı öldürə, nəfsin yandıra. 

El içində pak otura, pak dura

Dalısınca xoş sədalı gərəkdir.  

                                         (Aşıq Ələsgər) 

Mənəvi-əxlaqi  və  ürfani  cəhətdən  kamil  bir  insan  kimi  uca  könül  sahibi  olan  Aşıq  Ələsgər 

qeybdən  elə  bil  mətləb  istəyir  ki,  o  mətləbin  həlli  məhz  həqiqətin  zühurundadır.  Məlum  olduğu 

kimi,  həqiqət sufi düşüncəsində haqq aşiqini sevgili Allaha doğru aparan dördüncü mərhələdir. Bu 

mərhələdə  salik  (haqq  yolçusu)  şəriətdən  həqiqətə  mənəvi  bir  yolla  gedir.  Bu  mənəvi  yolçuluğa 

“Sulik” (davranış tərzi), yolçuluğa isə salik deyilir [6, 273]. Dini-fəlsəfi dünyagörüş olan sufizmin 

irəli  sürdüyü  əsas  müddəa  ondan  ibarətdir  ki,  bəşər  övladı  Allaha  qovuşmaq  üçün    dünya 

nemətlərindən imtina etməli, ömrünün sonunadək öz nəfsilə mübarizə aparmalıdır.  

Göründüyü  kimi,  şəriət,  təriqət,  mərifət  və  həqiqət  qapılarının  qeyd  etdiyimiz  40  məqamını 

yerinə yetirən hər bir insan müsbət mənəvi-əxlaqi keyfiyyətlər mənimsəyərək əlinə, belinə və dilinə 

sahib  olmuş,  nəticədə,  kamil  insan  mərtəbəsinə  yüksəlmişdir.  Təsəvvüf  dünyagörüşündən 

qaynaqlanan  4  qapı  və  40  məqamda  özünü  təzahür  etdirən  əxlaqi-mənəvi  dəyərlər  yalnız  klassik 

ədəbiyyatda  deyil,  həm  də  ozan-aşıq  şeirində  geniş  formada  öz  əksini  tapmışdır.  Türk-islam 

mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan təsəvvüf ədəbiyyatından gələn mənəvi dəyərlər bu gün 

də öz aktuallığını qoruyub saxlamaqdadır. 



Elmi  yeniliyi:  Məqalədə  ozan-aşıq  şeirində  sufizmin,  yəni  təsəvvüf  anlayışlarının  işlənmə 

məqamları və simvollarının elmi şərhi verilmişdir. 



Tətbiqi  əhəmiyyəti:  Məqalədən  müəllimlər  seminar  dərslərinin  aparılmasında  tələbələr  isə 

müxtəlif sərbəst işlər və kurs işlərinin yerinə yetirilməsində faydalana bilərlər.  

 

Bayramov A.Ə., İsgəndərov B.A. 

 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə