Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə13/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   9   10   11   12   13   14   15   16   ...   46

 

28 


 

təsvir  edən  mimetizmdən  imtina  edib,  yaradıcı  müəllifin  maksimal  subyektivliyini  məqsəd  kimi 

görən Üslub kultu gətirdi; müəllifin həm şah, həm Tanrı olduğu müəllif məkanı yaratdı”. [3,34] 

“Mələklər  və  İblislər”  romanı  simvollarla  zəngin  olması  yazıçının  postmodern  oyun 

texnologiyası  qurmasını  şərtləndirən  vacib  faktor  kimi  başa  düşülə  bilər.  Əsər  boyu  mətnin 

strukturunda  tarixin  bir  çox  memarlıq  abidələrinin  və  izlərinin  təhlilinə  rast  gələ  bilərik.  Orta 

əsrlərdəki məşhur məbədlər, həmçinn kilsə və kilsəyə yaxın, həmçinin kilsə ilə tam əks təriqətlərə 

işarələr və göndərmələr postmodern texnologiyanı şərtləndirir, nəzərdən qaçmır. “Beşinci əsrdə isə 



bir  teoloq  Panteonu  “İblis  evi”  adlandırmışdı.  O,  hesab  edirdi  ki,  damdakı  dəlik  iblislər  üçün 

darvazadır.” [1,324] 

Sitatda  qeyd  olunduğu  kimi,  postmodern  struktura  yad  olmayan  mənzərə  ilə  rastlaşırıq. 

Bildiyimiz  kimi,  “panteon”  sözü  yunan  sözü  olan  “pantheon”  sözündən  törəyib,  mənası  “bütün 

tanrı” deməkdir və bu məbəd bütün allahlara həsr edilən bir memarlıq numunəsi kimi qeyd olunur. 

Yazıçı əsərdə bunun əksini qeyd edərək Panteonu “İblis evi” adlandırır.  

Əsərdə memarlıq abidələri ilə yanaşı, tarixi şəxsiyyətlərə də işarələr var. Bu işarələr daha şox 

onların  dini  görüşünə  yönəlsə  də,  müəyyən  məqamlarda  isə  birbaşa  İlluminati  təriqəti  ilə  bağlı 

görüşlərində öz əksini tapır. “Çörçill, öz aramızdır, dərin inamı olan katolik idi. Sənə məlumdurmu 



ki,  həmin  bu  layiqli  insan  1920-ci  ildə  dərc  etdirdiyi  bəyanatda  illuminatları  damğalayır  və 

cəmiyyətin  mənəvi  dayaqlarına  qarşı  yönələn  ümumdünya  sui-qəsdi  ilə  bağlı  britaniyalılara 

xəbərdar edirdi? [1,337] 

Əsəri  oxuduqca  şahid  oluruq  ki,  antimaddənin  axtarışı,  Robert  Lenqdonun  macərası,  kilsə, 

İlluminati  kimi  açar  sözlərə  əsər  boyu  müraciət  olunur  və  bunlar  əsər  boyu  postmodern  oyun 

texnologiyasının  tərkib  hissəsi  kimi  müəllif  təhkiyəsinin  mərkəzində  durur.  Hansı  ki,  bu  təhkiyə 

özünün əsas etibarilə birbaşa intertekstuallığına söykənir. Den Braun postmodernist mətn qurarkən 

onu birbaşa modernizmi tənqid edən obyektə çevirmir. Burada dil hadisəsi də yaranır. Postmodern 

əsərdə oyun texnologiyasının başlıca faktorlarından olan dil yazıçı üçün önəmlidir. Müəyyən qədər 

dil əsərin strukturundan kənar qalsa da, ümumilikdə  yazıçı əsəri mühakimədən xilas edərək qeyri-

diskursiv vəziyyətə  salır.  “Buna baxmayaraq, dil problemi dəfedilməz olmasa da, hələ də  poeziya 

sahəsi  ilə müqayisədə  qeyri-diskursiv sahədə  birbaşa qavrayışa nail olmaq məlum səbəblərə  görə 

daha asandır.”[4,80] 

Postmodernizm modernizmi inkar etsə də, Den Braunun oyun texnologiyası müəyyən mənada 

nisbətən başqa istiqamətə çevrilir. Əsərdən də oxuduğumuz üzrə “İlluminati” təriqəti sirr saxlamaq 

bacarığı ilə ad çıxarıb. Bu bir tərəfdən təşkilatın gizli təşkilat olduğu üçün informasiya ötürməsinin 

mümkünsüzlüyü  ilə  əlaqəli  idisə,  digər  tərfdən  də  təriqət  üzvlərini  bu  yola  baş  vurmasının 

yaradacağı  cəza  şəraiti  ilə  bağlı  ola  bilərdi.  Den  Braun  əsərin  bir  çox  yerində  bu  nöqtəni  xüsusi 

qeyd  edir  və  postmodern  strukturun  tərkib  hissəsində  bu  məsələri  qabardaraq  tarix  və  antitarix 

müstəvisində  dəyərləndirməyə  çalışır.  “İlluminati  qardaşlığı  sirr  saxlamağı  bacarması  ilə  ad 



çıxarmışdı və sirlərin hamsı onun üzvlərinin yalnız çox dar dairəsinə bəlli idi. İnformasiyaya yaxın 

olmaq  imkanının  məhdudlaşdırılması  onların  təhlükəsizlik  sisteminin  təməlyüklü  daşı  idi...  yalnız 

çox az sayda yüksək mövqeli illuminat hər şeyi əvvəlindən axıradək bilirdi.” [1,374] 

Romanda postmodern oyun texnologiyasının digər bir tərəfi elm və dinlə bağlıdır. Bilirik ki, 

elm  dinə,  yaradılışa  münasibətdə  biganə  deyil.  Bu  məqam  tarix  boyu  bir  çox  filosofların  da 

nəzərində  olmuşdur.  Den  Braun  da  bu  münasibəti  postmodern  göndərmə  səviyyəsinə  qaldıraraq 

mühakimələr irəli sürür. “Dünyanı dərk etməyə çalışan elm Tanrının dünyasını get-gedə daha kiçik 

fraqmentlərə çilikləyir və nəticədə get-gedə daha çox sual meydana çıxır” [1,495]. 

Buradan belə sual yaranır: Elmin inkişafı dinə zərərdirmi? Bu sual əslində əsərin əvvəlindən 

mətnin  strukturunda  kök  salıb.  Sonrakı  hissələrdə  də  bu  münasibət  birtəfərli  qalmır.  Müəllifin 

kilsəyə,  İlluminatiyə  ziddiyətli  münasibətinin  kökünü  elmə  və  dinə  olan  münasibətində  axtarmaq 

lazımdır. Müəyyən mənada yazıçı dini tənqid etməklə elmi yüksəyə qaldırır. “Kilsəyə, həmçinin də 

Den Braunun “Mələklər və iblislər” romanında postmodern oyun texnologiyası 

 



 

29 


 

kilsə ilə mübarizə aparan illuminatiyə qarşı müəllifin ziddiyyətli və kinayəli münasibəti maraqlıdır. 

“Ancaq kim deyib ki, planetimizdə nurun yeganə mənbəyi kilsədir?” [1,685] 

Tarix boyu mövcud olmuş sivilizasiyaların inkişaf və yaxud, əksinə, tənəzzül dövrünə nəzər 

salsaq,  şahid  olarıq  ki,  cəmiyyətlərin  dini  inanclarında,  dini  dünyagörüşlərində  hər  zaman  elmlə 

ziddiyyətlər baş verib. Məsələn: orta əsrlərə kimi yerin kürə formasında olmasını zənn edənlər kafir 

idisə, bu tabu  yıxıldıqdan sonra dinə  qarşı bir bağ  qırılmış  oldu.  Təhsilin  inkişaf etmədiyi  bir çox 

dini cəmiyyətlərdə  ifrat  dini təəssübleşlik daha güclü  olur. Elmin inkişaf etdiyi  cəmiyyətlər isə bu 

ifratçılığı  qəbul  etmir.  Elm  mənqitə  əsaslandığı  üçün  insanların  bunu  qəbul  etməsinə  yalnız  bir 

maneə qalır, o da qorxudur. 

Den  Braun  romanda  elmi  tanrı  anlayışına  bərabər  tutur.  Lakin  burada  postmodern  oyun 

nümunəsini  nəzərdən  qaçırmamaq  lazımdır.  Müəllif  elmi  tanrı  adlandırmaqla  dinin  tanrısıyla 

bərabərləşdirir. “Özünü elm adlandıran bu tanrı axı kimdir?” [1,497] 

Bütün  bu  ziddiyyətlərə  baxmayaraq,  yazıçı  romanda  ehkam-antiehkam  qarşıdurması 

yaratmasını  birliyə,  ədalətə  çağırışla  yekunlaşdırır.  “Şər  qüvvələr  nə  qədər  qüdrətli  olsalar  da, 

məğlubedilməz deyillər. Qələbəni Xeyir təntənə edəcək. Öz ürəklərinizə qulaq asın. Tanrını eşidin. 

Uçurumun kənarından biz hamımız birlikdə, əl-ələ verərək çəkilə bilərik. [1,500] 

Fikrimizi  yekunlaşdıraraq  qeyd  edək  ki,  romanda  müəllif  təhkiyəsi,  postmodern  oyun 

texnologiyasında  müəyyən  ziddiyyətlər  olsa  da,  ümumilikdə  əsər  postmodern  nümunə  kimi 

maraqldır. Fərqli hadisələri, simvolları, təşkilatları bir-birinə qarşı qoyaraq ziddiyyət yaradan yazıçı 

bu  ziddiyyət  vasitəsilə  qarşı  tərəflərin  mənfilikləri  açıb  göstərir,  sonradan  özünün  həqiqi 

münasibətini sərgiləyərək yekunlaşdırmalar edir.  



Elmi yeniliyi: Məqalədə romandakı postmodern texnologiyası, müəllif təhkiyəsinin predmeti 

təhlil olunur, hadisələrin dekonstruksiya imkanları analiz olunur. 



Tətbiqi  əhəmiyyəti:  Obrazların  tarixə  münasibəti,  tarixin  qaranlıq  nöqtələrinə  yazıçının  fikri 

səyahəti,  qlobalizmə  meyillənən  problemlərə  göndərmələr  əsərin  mahiyyətini  göstərən 

faktorlardandır.  Tarixin  müəyyən  dövrlərində  baş  vermiş  hadisələrə  münasibət  bildirərək  mətn 

yaradan Den Braunun bu ənənəni sonrakı əsərlərdə də davam etdirməsi yazıçının postmodern oyun 

quruculuğuna sadiq qaldığını göstərir.  

 

ƏDƏBİYYAT 

1.

 



Braun D. Mələklər və İblislər. Bakı: Qanun, 2015, 728 s.  

2.

 



Şərifova Salidə. Çağdaş Azərbaycan postmodern romanı. Bakı: Elm və təhsil, 2015, 104 s.  

3.

 



Nərmin Kamal. Umberto Eko və postmodernizm fəlsəfəsi. Bakı:, Qanun, 2008, 104 s.  

4.

 



Bertens Hans. The idea of the postmodern: A history. London and New York: 1995, 284 p. 

5.

 



Rzayev Oktay. R. http://www.springer.com/978-3-319-33884-2

.

 



6.

 

Giddens Anthony. The Consequences of Modernity. Polity press. 1995. 96 p.  



7.

 

Sayak Bülent. Oyun kavramı etrafında postmodernizm ve roman 



https://www.academia.edu/27959614/Oyun_Kavram%C4%B1_Etraf%C4%B1nda_Postmoderni

zm_ve_Roman. Yüksek lisans tezi. Kahramanmaraş. Ağustos, 2016. 

8.

 

Mahfuz Zariç. Göstergebilim ve yapıbozumdan postmodernist yapısal eleştiriye. Turkish Studies 



- International Periodical For The Languages, Literature and History of Turkish or Turkic 

Volume 9/12 Fall 2014, Ankara-Turkey, pp. 751-767

 

 



 

 

 

 

 

 

Cəfərli Y.İ.

 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə