Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə43/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   38   39   40   41   42   43   44   45   46

 

88 


 

yaradıcı fikir mübadiləsi üçün situativ şərait yaratmış olar. Bu baxımdan seminar məşğələnin daha 

çox səciyyəvi hesab edilən bir neçə forması diqqəti cəlb edir[4,17]. 

1.

 



Seminar-sorğu; 

2.

 



Seminar-müsahibə; 

3.

 



Seminar-disput; 

4.

 



Seminar-nəzəri konfrans

5.

 



Məruzə və referatın müzakirəsi və s. 

Seminar-sorğu daha geniş istifadə olunan bir üsul olub, sual-cavab şəklində aparılırBizcə, bu 

yol  nə  qədər  uğurlu  olsa  da,  tələbənin  nəzəri  bilikləri  hərtərəfli  mənimsənilməsinin  əsas  meyarı 

sayıla  bilməz.  Ona  görə  də  adlarını  qeyd  etdiyimiz  metodlardan  da  yeri  gəldikcə  istifadə  etmək 

lazımdır.  Seminar  məşğələnin  sonunda  müəllim  yekunlaşdırıcı  mülahizələri  ilə  tələbələrin 

öyrəndikləri biliyi bir daha təsdiqləməklə onlarda özünəinam hissini inkişaf etdirməlidir. 

Müasir  Azərbaycan  gənclərinin  hərtərəfli  formalaşmasında,  inkişafında  kompüterin  əvəzsiz 

rolu  var.  Tələbələrin  kompüterin  və  müasir  informasiya  kommunikasiya  texnologiyalarının 

imkanları ilə tanış etmək şəxsiyyətin inkişafının mühüm amilidir. Təlimin kompüterləşməsi bütün 

fənnlər üzrə bilik, bacarıq və vərdişlər əldə olunmasına, onların idrak fəaliyyətlərinin və yaradıcılıq 

qabiliyyətlərinin  inkişaf  etdirilməsinə  imkan  verir.  Seminar  dərslərində  kompüterlərdən  istifadə 

təlimin  keyfiyyətini  yüksəltməklə  yanaşı,  həm  də  psixi  proseslərin  əksetdiricilik  imkanlarını 

fəallaşdırır. Bütün  dünya təcrübəsi  də təlimin  kompüterləşməsini  tədris  prosesinin effektivliyinin 

yüksəldilməsi kimi mənalandırır [3,66-67].              

 Problemli  təlimdə  kompüterin  imkanları  daha  genişdir.  Tələbə  axtarış    qarşısında  qalır, 

tədqiqatçı kimi fəaliyyət göstərir, problemin həllinə can atır. Kompüter təlimi şəraitində nəzarət və 

özünənəzarət  prosesi  dinamik  xarakter  alır  və  tələbənin  müəllimlə  əks-əlaqəsi  subyekt–subyekt 

münasibətləri  baxımından  sistemli  və  məhsuldar  olur,  tələbə  şəxsiyyətini  fəallaşdırmaqla  yanaşı, 

onu obyekt deyil, subyekt kimi xarakterizə edir. Belə anlam müəllim–sagird münasibətlərində əks-

əlaqəni cox dəqiq ifadə edir. Müəllim və şagirdlərin bərabərliyi və birliyi mahiyyətcə “insan–insan” 

munasibətlərini  formalaşdırır. 

  Müəllim  nəzərdə  tutulan  mövzunun  tələbələr  tərəfindən  necə  mənimsənildiyini  müəyyən 

etməli və lazım gəldikdə onu təkrarən bir daha yenə izah etməlidir. Bu baxımdan seminar məşğələləri 

nəinki öyrədici xarakter daşıyır, həm də təlimin inkişafetdirici forması kimi təzahür edir. 

 Bilirik  ki,  seminar  məşğələsi  bir  sıra  mərhələdən  keçir.  Bu    mərhələlər,  əsasən, 

aşağıdakılardan ibarətdir. 

1.

 

 Mövzu ilə əlaqədar internetdə yer alan mətnlərdən qeydlər. 



2.

 

Seminar məşğələsinin səmərəli olması üçün zəruri sayılan ədəbiyyat üzərində iş. 



3.

 

Seminar məşğələlərinin planlaşdırılması. 



4.

 

Seminar məşğələlərinin icmallaşdırılması. 



5.

 

Seminar məşğələlərinin icrası və yekunlaşdırılması. 



6.

 

Seminar məşğələlərinin səmərəli təşkilində sorğunun rolu. 



7.

 

Seminar məşğələlərinin səmərəli təşkilində təfəkkür əməliyyatlarının rolu. 



8.

 

Seminar məşğələlərində mövzunu əhatə edən testlərin tərtibi.                                     



Adlarını  qeyd  etdiyimiz  bu  mərhələlər  üzrə  məşğələyə  hazırlaşarkən  aşağıdakı  tələblərin 

nəzərə alınmasına  xüsusi diqqət yetirmək lazımdır. 

a)

 

mövzu ilə tanışlıq; 



b)

 

mətnin strukturunu müəyyənləşdirmək



c)

 

mətn üzrə hazırlaşarkən qeydlər aparmaq. 



 Bu  hazırlıq  mərhələsindən  sonra  seminar  məşğələlərinin  struktur  xüsusiyyətlərinin 

planlaşdırılması zəruri hesab edilir. Mövzu öz aktuallığını və müasirliyini saxlamaqla  bütün  xırda 

detallarla  izah edilməlidir. Hər bir seminar məşğələsini planlaşdırarkən onun icmalını tərtib etmək 

vacibdir.  Seminar  məşğələsinin  icrası  mərhələsi  praktik  məzmun  kəsb  edir.  Bu  mərhələdə  bütün 



Tələbələrin şəxsiyyət kimi  formalaşmasında seminar  məşğələsinin rolu 

 



 

89 


 

qrupun  fəallığının  tam  təmin  edilməsinə  diqqət  ayırmaq  və  materialın  uzun  müddət  yadda 

saxlanılmasına nail olmaq lazımdır. Sorğuda  kimin necə fəallıq göstərməsi haqda  müəllimin qeyd 

dəftəri olmalıdır və burada aparılan qeydləri  tələbələr  müntəzəm bilməlidir.  

Seminar  mövzusunun fərdi sorğusu zamanı dərsi danışan tələbənin fikirlərinin ardıcıllığını və 

mövzunu tamlığı ilə izləməsini təmin etmək məqsədilə belə bir qayda qoymaq lazımdır ki, yoldaşını 

dinləyən tələbələr ona sual versinlər, onun materialın hansı cəhətlərini dəqiq ifadə etmədiyini və ya 

unutduğunu  çıxış  edib  bildirsinlər.  Belə  olduqda  tələbələrin  məsuliyyəti  artar,  fəallıq  göstərər  və   

mövzu  səmərəli  öyrənilər.  Müəllim  elə  metod  seçməlidir  ki,  cavab  verən  tələbə  arxayınlaşmasın. 

Ona görə də müəllim  də hər bir  dərsə frontal sorğu ilə başlayıb tələbələrin hazırlıq səviyyəsini üzə 

çıxarmalıdır. 

Məlumdur  ki,  fərdi  sorğu  zamanı  tələbənin  biliyini  daha  dərindən  müəyyən  etməyə  və 

qiymətləndirməyə zəmin yaranır və eyni zamanda tələbələrin funksional imkanları üzə çıxır. Fərdi 

sorğu zamanı müəllimin diqqəti daha çox dərs danışan tələbənin üzərinə yönəlir. Ona görə də, hər 

bir  müəllim  qrupa  verəcəyi  sualları    əvvəlcədən  hazırlamalıdır.  Seminar  zamanı  aşağıdakı 

məqsədləri yerinə yetirməyi faydalı hesab edirik: 

a)

 

tələbənin biliyinin yoxlanılması; 



b)

 

tələbənin funksional imkanlarının öyrənilməsi; 



c)

 

müstəqilliklərinin təmin edilməsi



d)

 

tərbiyəvilik prinsipinə əməl edilməsi



e)

 

elmi araşdırmalarına kömək edilməsi. 



Müasir təhsil sisteminin mühüm tələblərindən biri  təlim prosesində tələbələrin müstəqilliyini 

təmin  etmək,  gələcək  mütəxəssislərin  elmi-nəzəri  və  praktik  bilik,  bacarıq  və  vərdişlərinin, 

yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsindən ibarətdir [2,5]. 

Cəmiyyətdə mənəvi amillərin rolunun daha da artdığı  bir zamanda müəllim  əxlaqi kamilliyi, 

yüksək  mədəniyyəti  və  fiziki  sağlamlığı  ahəngdar  şəkildə    özündə  birləşdirən  yeni  insan  tərbiyə 

edir.  Ona  görə  də  xalqımızın  tarixən  milli  zəmində  formalaşdırdığı    müsbət  əxlaqi  dəyərləri 

mənimsətmək, milli  vətənpərvərlik hissini formalaşdırmaq müəllimlərdən  iradə,  əzm,  mətanətlilik  

tələb edir. 

Gənc  mütəxəssislərin  hazırlanmasında  seminar  məşğələsinin  təkrarolunmaz,  xüsusi  yeri 

vardır.  Ali  məktəb  təcrübəsi  göstərir  ki,  hər  hansı  bir  fənn  olursa-olsun,  onun,  spesfik 

xüsusiyyətlərindən  asılı  olmayaraq,  seminar  məşğələləri  səmərəli  təşkil  edilərsə,  məqalədə  qeyd 

olunan  tələblər  səviyyəsində  qurularsa,  onda  təlimin    müvəffəqiyyətindən,  gənclərin  humanist 

şəxsiyyət  kimi  formalaşmasından,  mütəxxəsis  hazırlığının  günümüzün  tələbləri  səviyyəsində 

qurulmasından danışa bilərik. 



                                             

ƏDƏBİYYAT 

1.

 



Bayramov  Ə.S.  Müasir  sosial  şərait  və  psixologiya  elminin  qarşısında  duran  bəzi  məsələləri  // 

Azərbaycan məktəbi, N7, Bakı: 1989, s.9-12. 

2.

 

Əhmədov H.Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Təhsil, 2003, 346 s. 



3.

 

Əzimov Q. Psixi inkişaf və tərbiyənin müasir problemləri. Bakı: ADPU, 2004, 317 s. 



4.

 

Mərdanov  M.,  Ağamalıyev  R.,  Mehrabov  A.,  Qardaşov  T.  Təhsil  sistemində  monitorinq  və 



qiymətləndirmə. Bakı: Caşıoğlu, 2003, 298 s.  

5.

 



Həmzəyev M. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı: TŞ, 2000, 172 s. 

 

 



 

 

 

 

Rzayeva S.B.

 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə