Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə41/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   38   39   40   41   42   43   44   45   46

 

84 


 

masında əvəzsiz rol oynayır. Ona görə də Azərbaycan Respublikasının Təhsil İslahat Proqramında 

irəli  sürülən  demokratikləşdirilmə,  humanitarlaşdırma,  diferensiallaşdırma  inteqrasiya  və 

humanistləşdirmə  prinsipləri  şəxsiyyətyönümlü,  nəticəyönümlü,  təlimin  keyfiyyətinin  daha  da 

yüksəldilməsinə  diqqəti  artırdı,  fəal  (interaktiv)  təlimin  tədris  prosesinə  daxil  edilməsini 

şərtləndirməklə müasir pedoqoji texnologiyalardan isdifadəni də başlıca vəzifə kimi qarşıya qoydu. 

Aydındır ki,  yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır. Fəal təlimin sadə modeli isə 

aşagıdakı komponentlərlə şərtlənir. Buraya təlimin məzmunu, metodu, öyrədici muhit, monitorinq 

və qiymətləndirmə daxildir. 

-Təlimin  məzmununa,  əsasən,  təhsilin  dovlət  standartları,  tədris  planları,  fənn  proqramları 

dərsliklər  və  dərs  vəsaitləri  daxildir.  İndiki  anlamda  bunlar  birlikdə  kurikulum  adlanır.  Qısaca 

olaraq, öyrənənə nəyi necə öyrətmək. 

-Təlimin üsullarına gəldikdə isə buraya tədris prosesinin təskili və təlim texnologiyalarından  

istifadə  daxildir.  Texnologiyanın  köməyi  ilə  başlıca  problem  hesab  edilən  təlim  prosesi  səmərəli 

şəkildə idarə olunur. 

Azərbaycanda interaktiv metodlarla  işləyən az sayda müəllimlərin iş təcrübəsi, doğrudan da, 

xarici ölkələrin iş təcrübəsinin necə də faydalı olduğunu bir daha təsdiq edir. Lakin bununla belə, 

təlim prosesində bu məsələyə  yanaşmada tam təkrarlamalara və köçürülmələrə  yol verilməməlidr. 

Hər  bir  fəal,  işgüzar  Azərbaycan  müəllimi  təhsil  alanların  sosial  şəraitini,  ictimai  mühitini,  milli 

mentalitetini  diqqətdə  saxlamalı,  adət-ənənələrimizi,  fənnin,  mövzunun  fundamentallığı  və  ya 

praktikliyi,  fənlərarası  əlaqəni,  hətta  biliklərin  inteqrasiyasını  gözləməli,  hər  kəsin  yaş  və  anlaq 

xüsusiyyətlərini,  həyat    təcrübəsini  və  pedaqoji-metodik,  psixoloji-iradi  xüsusiyyətlərini  nəzərə 

almalı, həmçinin bütövlükdə tədris prosesinin təşkilinə yaradıcı yanaşmalıdır. 

Vaxtilə keçmiş Sovetlər  ittifaqında təlim texnologiyasını təkmilləşdirən, ona yenilik gətirən 

bir  sıra  novatorçu  muəllimlər  və  məktəb  direktorları  olmuşdur.  Buna  Gürcüstanda 

Ş.A.Amonaşvilini,  Azərbaycanda  Z.Şoyubovu,  Rusiyada  V.F.Şatalovu  və  başqalarını  misal 

gostərmək  olar.  Bu  novatorçu  muəllimlər  arasında  V.F.Şatalov  xususilə  fərqlənmişdir.  Onun 

işlətdiyi  təlim  texnologiyasını  mütəxəssislər  “Şatalov  metodu”  adlandırmışlar.  Onun  təlim 

texnologiyasının  əsasını    qrup  (sinif)  təlimi  şəraitində  şagirdlərin  murəkkəb  idrak  fəaliyyətlərinin 

formalaşdırilması  təşkil  etmişdir.  Hazırda  bir  sıra  Avropa  ölkələrində  və  ABŞ-da  nəşr  olunan 

pedaqoji ədəbiyyatlarda yeni təlim metodları və texnologiyaları  haqqında geniş məlumat verilir. 

“Pedoqoji  texnologiya”  anlayışına  gəldikdə  isə,  qeyd  etmək  lazımdır  ki,  bu  anlayış  təlim 

prosesinə  daxil  edilən    yeni  anlayışdır.  Pedoqoji  texnologiyanın  tarixi  XX  əsrin  ikinci  yarısında 

bilikləri  yoxlamaq  üçün  texniki  qurğuların  meydana  gəlməsi  dövründən  başlanır.  Pedoqoji 

texnologiyanın  və  ya,  başqa  sözlə  desək,  təlim  texnologiyasının  inkişafi  onu  göstərir  ki,  hər  bir 

fənni öyrətmək üçün texnoloji prosesi yaratmaq mümkündür. Belə ki, bu zaman texnologiya üzrə 

mütəxəssislər müntəzəm olaraq texnoloji proqramlar və təlim layihələri işləyib hazırlayırlar. Müasir 

təlim  texnologiyaları  kompüterdən  istifadəyə  daha  çox  meyil  göstərdiyindən  təlim  proqramlarını 

həyata  keçirmək  üçün  bütün  materiallarla  birgə  disketlərdən  də  isdifadə  olunur.  Bütövlükdə, 

müəllimin təlim texnologiyalarına aşağıdakı əməliyyatlar daxildir. 

1.bilikləri əldə etmək üçün əməliyyatlar

2.təlim və təhsil-tərbiyə məqsədlərini layihələşdirmək üçün əməliyyatlar;  

3.təlim və təhsil-tərbiyə prosesini təşkil etmək üçün əməliyyatlar;

 

4.bilikləri ötürmək üçün əməliyyatlar



Bundan  əlavə,  təlimin  keyfiyyətlərinin  daha  da  yuksəldilməsində  təlim  texnologiyalarının  

digər spesifik xususiyyətləri də muhum rol oynaır: 

1.qarşıya qoyulmuş məqsədlər

2.bütun tədris əməliyyatlarının təlim məqsədlərinə yönəldilməsinin təmin edilməsi

3.müntəzəm (fasiləsiz) əks-əlaqə (nəticələrin cari və yekun qiymətləndirilməsi); 

4.öyrədici sistemin təkrarlanması; 



Müasir qloballaşma dövründə təhsil sahəsində pedaqoji texnologiyalardan istifadənin əhəmiyyəti 

 



 

85 


 

Yuxarıda  deyilənlərdən  aydın  görmək  olur  ki,  pedaqoji  texnologiya  elmilik,  sistematiklik, 

davamlılıq  kimi  təlim  keyfiyyətlərinə  malik  olub,  təlim-tərbiyə  və  inkişafı  vəhdətdə  götürür,  eyni 

zamanda kollektiv xarakterli tədris prosesində təhsil alanların fərdi xüsusiyyətlərini stiumullaşdırır. 

Bildiyimiz  kimi,  pedoqoji  texnologiyanın  tərkib  hissələri  olan  təlim  texnologiyası  bilik, 

bacarıq  və  vərdişləri  formalaşdıran  əməliyyatlar,  tərbiyə  texnologiyası  nisbi,  sabit  ümumiləşən 

münasibətləri  məqsədyönlü  istiqamətə  yönəldən  əməliyyatlar,  diaqnostika  texnologiyası 

pedaqoqların  və  psixoloqların  iştirakı  ilə  təhsil  alanları  diaqnostlaşdıran    əməliyyatlar  kompleksi 

kimi dəyərləndirilir.  

Texnologiya  yunan mənşəli söz olub (yunanca techni – “incəsənət”, “remeslo”, “elm”, loqos 

isə  “anlayış”,  “təlim”  deməkdir),  pedaqoji  fəaliyyət  və  pedaqoji  ustalığa  aparan  “yol”  mənasını 

ifadə edir. Əlbəttə, müəllim işləyən istənilən şəxsdə pedaqoji ustalıq ya nəzərdə tutulan səviyyədə, 

ya  da  əksinə  ola  bilər.  Lakin  mahiyyətindən  asılı  olmayaraq,  hər  bir  muəllim  pedaqoji 

texnologiyaların sirlərinə dərindən  yiyələnməli və tədris  sahəsində ondan səmərəli istifadə etməyi 

bacarmalıdır.  Çünki  proqramlaşdırılmış  təlim  bir  növ  avtomatlaşdırılmış  repetitordur.  O,  təhsil 

alanları: 

1) qısa, məntiqi, əlaqəli addımla aparır; 

2) o, demək olar ki, səhv buraxmır; 

3) düzgün cavablar verir

4) nəticəni çatdırmaq yolu ilə cəld möhkəmləndirir

5) cavabı ardıcıl yaxınlaşdırmaqla  hərəkət edir. 

Qeyd  etmək  lazımdır  ki,  interaktiv  təlim  metodlarından  müntəzəm  istifadə  onun  təsirini 

azalda bilər. Həqiqi təlim üçün metod və texnologiyalar qarşıya qoyulmuş məqsəd və şəraitdən asılı 

olaraq seçilməlidir. Ona  görə də müəllimlər təlim zamanı məqsəd və şəraitdən asılı  olaraq, fənni, 

mövzunu,  təcrübə  və  bilik  səviyyəsini  nəzərə  alıb  təlim  modellərindən  və  texnologiyalardan 

istifadəyə  üstünlük  verməlidir.  Sözsüz  ki,  pedaqoji  texnologiya  dedikdə,  ilk  növbədə,  müəllimin 

pedaqoji ustalığı  nəzərdə tutulur. Müəllimin pedaqoji ustalığı təlim  texnologiyaları əsasında tədris 

prosesinin müasir  üslubda  qurulmasında  həlledici şərtlərdəndir. 

Ən yeni elmi-pedaqoji ədəbiyyatlarda coxlu sayda pedaqoji texnologiyalar haqqında geniş və 

ətraflı məlumatlar verilmişdir. Həmin texnologiyaların adı belədir: “Materialın əzbər öyrənilməsi”, 

“Səhvlər axtarıram”, “Məsləhətçilər sorğu aparır”, “Məsləhətçilər dərsdə iştirak edir”.  “Konspekt-

mühazirə” “Mühazirə-diskusiya”, “Mühazirə-məsləhət”, “Tap, kimin haqqında danışırıq” və s.  

Məlumdur  ki,  hər  bir  ölkənin  özünəməxsus  təhsil  sistemi,  təhsil  siyasəti  və  inkişaf 

konsepsiyası  vardır.    XX  əsrin  axırlarına  qədər  bu  fərqli  spesifiklik    nəzərəçarpacaq    dərəcədə 

seçilirdi. Lakin ötən əsrin 90-cı illərindən başlayaraq inkişaf etmiş ölkələr arasında iqtisadi-ticarət 

əlaqələrinin və iş  birliyinin  daha da  güclənməsi  təhsil sahəsində də, xüsusilə də, təlim  prosesində 

müasir  metod  və  texnologiyalardan  istifadənin  əhəmiyyətini  olduqca  aktuallaşdırmışdır.  Belə  ki, 

təhsilin  məzmununda  baş  verən  mühüm  yeniliklər,  inteqrasiya,  informasiyalaşdırma,  həmçinin 

qiymətləndirmə dəyərinin və onun tətbiqi mexanizminin yeniləşməsi, ali təhsil sahəsində kredit və 

digər  yeni  təlim  metodlarının  geniş  tətbiqi  Amerika  və  Avropa  qabaqcıl  təhsil  təcrübəsindən 

istifadəni reallaşdırdı. 

Ümumiyyətlə,  müasir  qloballaşma  dövründə  təhsil  sahəsində  pedaqoji  texnologiyalardan 

istifadə  olunması  zəruri  və  qanunauyğun  məsələdir.  Çünki  təhsil  sahəsində  pedaqoji 

texnologiyalardan istifadə təlim zamanı problemlər arasındakı əlaqəni başa düşməyə, təhlil etməyə, 

öz mövqeyini bildirməyə, yeni-yeni bilik, bacarıq və vərdişlərə yiyələnməyə imkan verir. 

                                                      



ƏDƏBİYYAT 

1.

 

Kazımov N.M. Pedaqoji ustalığın problemləri: ali məktəblər üçün vəsait. Bakı: Çaşıoğlu, 2009,  294 s. 

2.Məmmədov T., Həsənov Y. Pedaqoqika fənninin tədrisinə dair. Metodik vəsait. Bakı: Elm, 2004. 



 İsmayılov A.Ö., Quliyev Ə.F., Orucov S.K., Səmədov Y.A.

 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə