22
Göründüyü kimi, Yunis Əmrə şəriəti həqiqət dəryasında üzən gəmiyə bənzədir. Həm də qeyd
edir ki, gəminin taxtası möhkəm olmalıdır ki, dənizin tufanlarına sinə gərə bilsin, əks halda gəmi
(şəriət) tənəzzül edib məhv olur.
XVI əsrdə yaşamış ünlü təriqət ozanı, həyatı rəvayətlərlə dolu olan Pir Sultan Abdalın
şeirlərin birində haqqa yetişmək üçün təriqətə qədəm qoyanların heç də hamısının üzləşdikləri
çətinliklərə tab gətirə bilməyəcəklərini belə təsvir edir:
Əvvəl bu dərgahdan qismət,
Alır da var, almaz da var.
Təriqətə qədəm basıb,
Gəlir də var, gəlməz də var [7, 295]
Ozan aşıq sənətinin davamçısı Göyçə aşıq mühitinin tanınmış ustadlarından olan Aşıq Alı
“Nədi” rədifli divanisində da ürfan düşüncəsinə görə insanı mənəvi cəhətdən kamilləşdirən
məqamlardan keçməyənləri kal hesab edir:
Ey Alı, dosta yetir, dostdan dosta al olmaz
Həqiqətdən dərs almayan şəriətdən hal olmaz.
Şəriətdən kamil olan yetkin olar, kal olmaz,
Kəşt eyləyər dəryalarda, çay nədi, ada nədi [1, 120]
Ələsgər ocağının tanınmış nümayəndəsi Göyçə aşıq məktəbinin ünlü simalarından biri, dini
şeirləri ilə məşhur olan Növrəs İman da öz yaradıcılığında özünü Allahın qulu sayaraq həqiqət və
mərifət elmindən xəbərdar olduğunu belə söyləyir.
İman deyər, bir mövlanın quluyam,
Həqiqətdən, mərifətdən doluyam.
Bir xudanın qədərindən halıyam,
Qərar qoyub sübhü şamı bilin siz [10, 30]
Mərifət: İnsanı Allaha yaxınlaşdıran 3-cü mərhələ mərifətdir. Mərifət öz-özlüyündə həm də
mənəvi- əxlaqi dəyərlərə söykənən bir elmdir. Elmi ədəbiyyatda onun 10 məqamı qeyd edilir:
ədəbli olmaq, mənəmlik, kin və qərəzdən uzaq olmaq, pəhriz saxlamaq, səbirli və qənaətcil olmaq,
abır-həyanı gözləmək, comərd olmaq, elm öyrənmək, gülərüzlü olmaq, özünü tanımaq və məlumatlı
olmaq [2. 199].
Aşıqlıq statusu almış saz-söz ustadı Qurbani də qoşmalarının birində mərifət, həqiqət və
təriqət qapılarının insanı mənəvi cəhətdən kamilləşdirməsi yollarını bu cür söyləmişdir:
İxlas kəmərini qurşadılar belimə,
Mərifətdən bir yol düşdü əlimə,
Həqiqətdən su bağlandı gülümə,
Düşübdü əlimə doğru rah (yol) mənim.
Təriqətdən bir yol düşdü əlimə,
Mərifət kəmərin çəkdim belimə,
Nagahani su bağlandı gölümə,
Ədəb aldım, xub ərkana yetişdim [6,108]
Böyük söz ustası Dədə Ələsgər də təsəvvüfün təməl prinsipləri olan şəriət, təriqət, mərifət və
həqiqət məqamlarının aşıq sənətində çox önəmli olmasını bu cür ifadə etmişdir:
Aşıq olub diyar-diyar gəzənin , (təriqət)
Əvvəl, başda pür kamalı gərəkdir.(şəriət)
Oturub-durmaqda ədəbin bilə, (mərifət)
Mərifət elmində dolu gərəkdi (mərifət)
3. Həqiqət. Elmi ədəbiyyatda həqiqət qapısının 10 məqamı aşağıdakı kimi göstərilir: alçaq
könüllü olmaq, başqasının eyiblərini görməmək, edə biləcəyin yaxşılıqları əsirgəməmək, Allahın
Ozan-aşıq şeirində təsəvvüf
23
hər yaratdığını sevmək, bütün insanları bir gözdə görmək, birliyə yönəlmək və yönəltmək, gerçəyi
gizlətməmək, mənanı bilmək, ilahi sirri öyrənmək, Allahın varlığına çatmaq [2. 199]
Təsəvvüfün əsas təməl və sonuncu mərhələlərindən biri olan həqiqətin nəyə qadir olduğunu
ulu ozan Yunis İmrə belə anladır:
Həqiqətin mənasın
Şərh ilə bilmədilər.
Ərənlər bu diriliyi
Riya, dirilmədilər.
Həqiqət bir dənizdir,
Şəriətdir gəmisi.
Çoxları gəmidən çıxıb
Dənizə dalmadılar [13,104].
Aşıq Ələsgər şeirlərinin birində kamilliyə çatmaq üçün şəriət, təriqət, mərifət və həqiqət
məqamlarından bəhrələnməni belə ifadə edir:
Təriqətə, mərifətə qulaq ver,
Şəriətdə yol-ərkanı biləsən.
Həqiqəti nədən xəlq eylədi haqq?
Ərşü-kürsü, ol asimanı biləsən.
(Aşıq Ələsgər)
Şeirdən göründüyü kimi, Aşıq Ələsgər sadəcə aşıq deyil, həm də Allah yolunda lütfü olan
haqq aşiqidir. Özünün qeyd etdiyi kimi, o, təriqətdən keçib, mərifətə yetişib və sonda da həqiqət
mərtəbəsinə çatmış övliyadır. Bəli, “xalqa həqiqətdən mətləb qandıran”, “mərifət elmindən dolu
olan” aşiq eyni zamanda şəriət və təriqəti də dərindən bilməli, böyük ustadın dediyi kimi,
kəlmələrindən ləlü-gövhər süzülməlidir. Qoşmanın ikinci bəndinə nəzər salaq:
Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra.
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdir.
(Aşıq Ələsgər)
Mənəvi-əxlaqi və ürfani cəhətdən kamil bir insan kimi uca könül sahibi olan Aşıq Ələsgər
qeybdən elə bil mətləb istəyir ki, o mətləbin həlli məhz həqiqətin zühurundadır. Məlum olduğu
kimi, həqiqət sufi düşüncəsində haqq aşiqini sevgili Allaha doğru aparan dördüncü mərhələdir. Bu
mərhələdə salik (haqq yolçusu) şəriətdən həqiqətə mənəvi bir yolla gedir. Bu mənəvi yolçuluğa
“Sulik” (davranış tərzi), yolçuluğa isə salik deyilir [6, 273]. Dini-fəlsəfi dünyagörüş olan sufizmin
irəli sürdüyü əsas müddəa ondan ibarətdir ki, bəşər övladı Allaha qovuşmaq üçün dünya
nemətlərindən imtina etməli, ömrünün sonunadək öz nəfsilə mübarizə aparmalıdır.
Göründüyü kimi, şəriət, təriqət, mərifət və həqiqət qapılarının qeyd etdiyimiz 40 məqamını
yerinə yetirən hər bir insan müsbət mənəvi-əxlaqi keyfiyyətlər mənimsəyərək əlinə, belinə və dilinə
sahib olmuş, nəticədə, kamil insan mərtəbəsinə yüksəlmişdir. Təsəvvüf dünyagörüşündən
qaynaqlanan 4 qapı və 40 məqamda özünü təzahür etdirən əxlaqi-mənəvi dəyərlər yalnız klassik
ədəbiyyatda deyil, həm də ozan-aşıq şeirində geniş formada öz əksini tapmışdır. Türk-islam
mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan təsəvvüf ədəbiyyatından gələn mənəvi dəyərlər bu gün
də öz aktuallığını qoruyub saxlamaqdadır.
Elmi yeniliyi: Məqalədə ozan-aşıq şeirində sufizmin, yəni təsəvvüf anlayışlarının işlənmə
məqamları və simvollarının elmi şərhi verilmişdir.
Tətbiqi əhəmiyyəti: Məqalədən müəllimlər seminar dərslərinin aparılmasında tələbələr isə
müxtəlif sərbəst işlər və kurs işlərinin yerinə yetirilməsində faydalana bilərlər.
Bayramov A.Ə., İsgəndərov B.A.