28
təsvir edən mimetizmdən imtina edib, yaradıcı müəllifin maksimal subyektivliyini məqsəd kimi
görən Üslub kultu gətirdi; müəllifin həm şah, həm Tanrı olduğu müəllif məkanı yaratdı”. [3,34]
“Mələklər və İblislər” romanı simvollarla zəngin olması yazıçının postmodern oyun
texnologiyası qurmasını şərtləndirən vacib faktor kimi başa düşülə bilər. Əsər boyu mətnin
strukturunda tarixin bir çox memarlıq abidələrinin və izlərinin təhlilinə rast gələ bilərik. Orta
əsrlərdəki məşhur məbədlər, həmçinn kilsə və kilsəyə yaxın, həmçinin kilsə ilə tam əks təriqətlərə
işarələr və göndərmələr postmodern texnologiyanı şərtləndirir, nəzərdən qaçmır. “Beşinci əsrdə isə
bir teoloq Panteonu “İblis evi” adlandırmışdı. O, hesab edirdi ki, damdakı dəlik iblislər üçün
darvazadır.” [1,324]
Sitatda qeyd olunduğu kimi, postmodern struktura yad olmayan mənzərə ilə rastlaşırıq.
Bildiyimiz kimi, “panteon” sözü yunan sözü olan “pantheon” sözündən törəyib, mənası “bütün
tanrı” deməkdir və bu məbəd bütün allahlara həsr edilən bir memarlıq numunəsi kimi qeyd olunur.
Yazıçı əsərdə bunun əksini qeyd edərək Panteonu “İblis evi” adlandırır.
Əsərdə memarlıq abidələri ilə yanaşı, tarixi şəxsiyyətlərə də işarələr var. Bu işarələr daha şox
onların dini görüşünə yönəlsə də, müəyyən məqamlarda isə birbaşa İlluminati təriqəti ilə bağlı
görüşlərində öz əksini tapır. “Çörçill, öz aramızdır, dərin inamı olan katolik idi. Sənə məlumdurmu
ki, həmin bu layiqli insan 1920-ci ildə dərc etdirdiyi bəyanatda illuminatları damğalayır və
cəmiyyətin mənəvi dayaqlarına qarşı yönələn ümumdünya sui-qəsdi ilə bağlı britaniyalılara
xəbərdar edirdi? [1,337]
Əsəri oxuduqca şahid oluruq ki, antimaddənin axtarışı, Robert Lenqdonun macərası, kilsə,
İlluminati kimi açar sözlərə əsər boyu müraciət olunur və bunlar əsər boyu postmodern oyun
texnologiyasının tərkib hissəsi kimi müəllif təhkiyəsinin mərkəzində durur. Hansı ki, bu təhkiyə
özünün əsas etibarilə birbaşa intertekstuallığına söykənir. Den Braun postmodernist mətn qurarkən
onu birbaşa modernizmi tənqid edən obyektə çevirmir. Burada dil hadisəsi də yaranır. Postmodern
əsərdə oyun texnologiyasının başlıca faktorlarından olan dil yazıçı üçün önəmlidir. Müəyyən qədər
dil əsərin strukturundan kənar qalsa da, ümumilikdə yazıçı əsəri mühakimədən xilas edərək qeyri-
diskursiv vəziyyətə salır. “Buna baxmayaraq, dil problemi dəfedilməz olmasa da, hələ də poeziya
sahəsi ilə müqayisədə qeyri-diskursiv sahədə birbaşa qavrayışa nail olmaq məlum səbəblərə görə
daha asandır.”[4,80]
Postmodernizm modernizmi inkar etsə də, Den Braunun oyun texnologiyası müəyyən mənada
nisbətən başqa istiqamətə çevrilir. Əsərdən də oxuduğumuz üzrə “İlluminati” təriqəti sirr saxlamaq
bacarığı ilə ad çıxarıb. Bu bir tərəfdən təşkilatın gizli təşkilat olduğu üçün informasiya ötürməsinin
mümkünsüzlüyü ilə əlaqəli idisə, digər tərfdən də təriqət üzvlərini bu yola baş vurmasının
yaradacağı cəza şəraiti ilə bağlı ola bilərdi. Den Braun əsərin bir çox yerində bu nöqtəni xüsusi
qeyd edir və postmodern strukturun tərkib hissəsində bu məsələri qabardaraq tarix və antitarix
müstəvisində dəyərləndirməyə çalışır. “İlluminati qardaşlığı sirr saxlamağı bacarması ilə ad
çıxarmışdı və sirlərin hamsı onun üzvlərinin yalnız çox dar dairəsinə bəlli idi. İnformasiyaya yaxın
olmaq imkanının məhdudlaşdırılması onların təhlükəsizlik sisteminin təməlyüklü daşı idi... yalnız
çox az sayda yüksək mövqeli illuminat hər şeyi əvvəlindən axıradək bilirdi.” [1,374]
Romanda postmodern oyun texnologiyasının digər bir tərəfi elm və dinlə bağlıdır. Bilirik ki,
elm dinə, yaradılışa münasibətdə biganə deyil. Bu məqam tarix boyu bir çox filosofların da
nəzərində olmuşdur. Den Braun da bu münasibəti postmodern göndərmə səviyyəsinə qaldıraraq
mühakimələr irəli sürür. “Dünyanı dərk etməyə çalışan elm Tanrının dünyasını get-gedə daha kiçik
fraqmentlərə çilikləyir və nəticədə get-gedə daha çox sual meydana çıxır” [1,495].
Buradan belə sual yaranır: Elmin inkişafı dinə zərərdirmi? Bu sual əslində əsərin əvvəlindən
mətnin strukturunda kök salıb. Sonrakı hissələrdə də bu münasibət birtəfərli qalmır. Müəllifin
kilsəyə, İlluminatiyə ziddiyətli münasibətinin kökünü elmə və dinə olan münasibətində axtarmaq
lazımdır. Müəyyən mənada yazıçı dini tənqid etməklə elmi yüksəyə qaldırır. “Kilsəyə, həmçinin də
Den Braunun “Mələklər və iblislər” romanında postmodern oyun texnologiyası
29
kilsə ilə mübarizə aparan illuminatiyə qarşı müəllifin ziddiyyətli və kinayəli münasibəti maraqlıdır.
“Ancaq kim deyib ki, planetimizdə nurun yeganə mənbəyi kilsədir?” [1,685]
Tarix boyu mövcud olmuş sivilizasiyaların inkişaf və yaxud, əksinə, tənəzzül dövrünə nəzər
salsaq, şahid olarıq ki, cəmiyyətlərin dini inanclarında, dini dünyagörüşlərində hər zaman elmlə
ziddiyyətlər baş verib. Məsələn: orta əsrlərə kimi yerin kürə formasında olmasını zənn edənlər kafir
idisə, bu tabu yıxıldıqdan sonra dinə qarşı bir bağ qırılmış oldu. Təhsilin inkişaf etmədiyi bir çox
dini cəmiyyətlərdə ifrat dini təəssübleşlik daha güclü olur. Elmin inkişaf etdiyi cəmiyyətlər isə bu
ifratçılığı qəbul etmir. Elm mənqitə əsaslandığı üçün insanların bunu qəbul etməsinə yalnız bir
maneə qalır, o da qorxudur.
Den Braun romanda elmi tanrı anlayışına bərabər tutur. Lakin burada postmodern oyun
nümunəsini nəzərdən qaçırmamaq lazımdır. Müəllif elmi tanrı adlandırmaqla dinin tanrısıyla
bərabərləşdirir. “Özünü elm adlandıran bu tanrı axı kimdir?” [1,497]
Bütün bu ziddiyyətlərə baxmayaraq, yazıçı romanda ehkam-antiehkam qarşıdurması
yaratmasını birliyə, ədalətə çağırışla yekunlaşdırır. “Şər qüvvələr nə qədər qüdrətli olsalar da,
məğlubedilməz deyillər. Qələbəni Xeyir təntənə edəcək. Öz ürəklərinizə qulaq asın. Tanrını eşidin.
Uçurumun kənarından biz hamımız birlikdə, əl-ələ verərək çəkilə bilərik. [1,500]
Fikrimizi yekunlaşdıraraq qeyd edək ki, romanda müəllif təhkiyəsi, postmodern oyun
texnologiyasında müəyyən ziddiyyətlər olsa da, ümumilikdə əsər postmodern nümunə kimi
maraqldır. Fərqli hadisələri, simvolları, təşkilatları bir-birinə qarşı qoyaraq ziddiyyət yaradan yazıçı
bu ziddiyyət vasitəsilə qarşı tərəflərin mənfilikləri açıb göstərir, sonradan özünün həqiqi
münasibətini sərgiləyərək yekunlaşdırmalar edir.
Elmi yeniliyi: Məqalədə romandakı postmodern texnologiyası, müəllif təhkiyəsinin predmeti
təhlil olunur, hadisələrin dekonstruksiya imkanları analiz olunur.
Tətbiqi əhəmiyyəti: Obrazların tarixə münasibəti, tarixin qaranlıq nöqtələrinə yazıçının fikri
səyahəti, qlobalizmə meyillənən problemlərə göndərmələr əsərin mahiyyətini göstərən
faktorlardandır. Tarixin müəyyən dövrlərində baş vermiş hadisələrə münasibət bildirərək mətn
yaradan Den Braunun bu ənənəni sonrakı əsərlərdə də davam etdirməsi yazıçının postmodern oyun
quruculuğuna sadiq qaldığını göstərir.
ƏDƏBİYYAT
1.
Braun D. Mələklər və İblislər. Bakı: Qanun, 2015, 728 s.
2.
Şərifova Salidə. Çağdaş Azərbaycan postmodern romanı. Bakı: Elm
və təhsil, 2015, 104 s.
3.
Nərmin Kamal. Umberto Eko və postmodernizm fəlsəfəsi. Bakı:, Qanun, 2008, 104 s.
4.
Bertens Hans. The idea of the postmodern: A history. London and New York: 1995, 284 p.
5.
Rzayev Oktay. R. http://www.springer.com/978-3-319-33884-2
.
6.
Giddens Anthony. The Consequences of Modernity. Polity press. 1995. 96 p.
7.
Sayak Bülent. Oyun kavramı etrafında postmodernizm ve roman
https://www.academia.edu/27959614/Oyun_Kavram%C4%B1_Etraf%C4%B1nda_Postmoderni
zm_ve_Roman. Yüksek lisans tezi. Kahramanmaraş. Ağustos, 2016.
8.
Mahfuz Zariç. Göstergebilim ve yapıbozumdan postmodernist yapısal eleştiriye. Turkish Studies
- International
Periodical For The Languages, Literature and
History of Turkish or Turkic
Volume 9/12 Fall 2014, Ankara-Turkey, pp. 751-767
.
Cəfərli Y.İ.