40
Müxtəlif illərdə (1948, 1958, 1975, 2001) A.Səhhətin əsərlərindən seçmə nümunələr
bilavasitə “Kiçik yaşlı uşaqlar üçün” ayrıca kitab halında işıq üzü görmüşdür. Sənətkarın müəyyən
uşaq şeirlərini özündə ehtiva edən şəkil və illüstrasiyalarla müşayiət olunan kiçik kitablar da nəşr
olunub balaca oxucuların ixtiyarına verilmişdir. Həmin kitablardan “Yaz səhəri” (1946), “Yay
səhəri” (1948), “Cücələr” (1952, 1956, 1960, 1966, 1977), “Quşlar” (1952, 1957, 1987), “Bağça”
(1963), “Bağçam” (1954, 1970), “Vətən” (1988), “Gün dağlara yayıldı” (2002) və s. göstərmək
olar. Ümumiyyətlə, A.Səhhətin bədii irsinin, o cümlədən uşaq əsərlərinin nəşri sahəsində kifayət
qədər səmərəli addımlar atılmışdır.
Bir məsələyə də diqqət yetirmək yerinə düşər. A.Səhhətin 1912-ci ildə Bakıda iki cilddən
ibarət “Məğrib günəşləri” ünvanlı kitabı nəşr edilir. Buraya şairin rus və Avropa ədəbiyyatından
yüksək sənətkarlıqla etdiyi tərcümələr daxil idi. Müxtəlif şairlərdən edilmiş tərcümələrin
əksəriyyətini şeirlər təşkil edirdi. Həmin çoxsaylı tərcümələr yalnız böyüklər üçün deyil, kiçiklər
üçün də dəyərli mütaliə əsərləri idi. Bu əsərlər bizim uşaq ədəbiyyatımızın inkişafına da müəyyən
stimul verdi. Bundan əlavə, A.Səhhətin “Məğrib günəşləri”nin I hissəsinə daxil etdiyi “Məktəb
şagirdi” şeiri tərcümə nümunəsi deyil, şairin orijinal uşaq şeiri idi.
A.Səhhətin uşaq əsərlərinin tədqiqi yönümündə də qənaətbəxş təşəbbüslərin şahidi oluruq.
Belə ki, K.Talıbzadə iki dəfə (1955, 1986) nəşr olunan “Abbas Səhhət” adlı monoqrafiyasında
sənətkarın həyat və yaradıcılığını bir bütöv halında araşdırmaya cəlb edir. Burada o, Səhhətin uşaq
əsərlərindən də söhbət açır. M.Məmmədov “Şair, tərcüməçi, müəllim”, E.İsmixanova “Gözəl uşaq
əsərləri”, Ə.Əzizov “Uşaqların sevimlisi” məqalələrində bu və ya digər dərəcədə Səhhətin uşaq
əsərlərinə nəzər yetirirlər. Ə.Əzizov “Uşaqların sevimlilisi” kitabında şairin uşaq yaradıcılığından
ayrıca söhbət açır.
A.Səhhətin uşaq əsərlərinin kəmiyyət və keyfiyyət tutumu Azərbaycan uşaq ədəbiyyatı
tarixinə aid bütün dərsliklərdə sənətkara ayrıca oçerklər həsr edilməsinə səbəb olmuşdur.
Q.Namazov, Z.Xəlil və F.Əsgərli, B.Həsənli və R.Yusifoğlunun ali məktəblər üçün “Uşaq
əsəbiyyatı” dərsliklərində, X.Mustafayevanın eyniadlı dərs vəsaitində də dediyimiz mənzərənin
şahidi oluruq.
ƏDƏBİYYAT
1.
Azərbaycan uşaq ədəbiyyatı müntəxabatı. (XIX-XX əsrlər). II c., Bakı: Bakı Dövlət Universiteti,
2002, 769 s.
2.
Bəktaşi İ. Firidun bəy Köçərlinin yaradıcılıq yolu. Bakı: Yazıçı, 1986, 176 s.
3.
“Dəbistan” jur. (1906-1908).
4.
Əhmədov C. Uşaq və zaman. Bakı: Yazıçı, 1986, 164 s.
5.
Əzizov Ə. Uşaqların sevimlisi. “Ədəbiyyat və incəsənət” qəz., Bakı: 1975, 22 fevral.
6.
İsmixanova E. Gözəl uşaq əsərləri. “Azərbaycan müəllimi” qəz., Bakı: 1974, 25 dekabr.
7.
Köçərli F. Seçilmiş əsərləri. Bakı: Azərb. SSR EA, 1963, 341 s.
8.
Köçərli F. Azərbaycan ədəbiyyatı. 2 cilddə. I c., II c., Bakı: Elm, 1981, 407 c.
9.
Köçərli Firidun bəyin şəxsi arxivi. V cild. Bakı: Nurlan, 2006, 2. ASE, 554 s.
10.
Məmmədov M. Şair, tərcüməçi, müəllim. “Azərbaycan müəllimi” qəz., 1974, 27 dekabr.
11.
“Məktəb” jur. (1911-1920)
12.
Məmmədov M., Babayev Y., Cavadov T. Pedaqoji mühit və uşaq ədəbiyyatı. Bakı: Maarif,
1992, 287 s.
13.
Nəbiyev B. Firidun bəy Köçərli. Bakı: Gənclik, 1984, 227 s.
14.
“Rəhbər” jur. (1906-1907)
15.
Yusifov Y. Uşaqların sevimli şairi. “Kirovabad kommunisti” qəz., 1962, 1 fevral
XX əsrin əvvəllərində yaranan Azərbaycan uşaq ədəbiyyatının tədqiqi və nəşrinə dair
(F.Köçərli, S.M.Qənizadə, M.Ə.Sabir, A.Səhhət)
41
РЕЗЮМЕ
ОБ ИЗДАНИИ И ИССЛЕДОВАНИИ ПРОСВЕТИТЕЛЬСКО-РЕАЛИСТИЧЕСКОЙ
ДЕТСКОЙ ЛИТЕРАТУРЫ (С.С.Ахундов, А.Шаиг, И.Мусабеков, А.Диванбекоглы, А.Музниб)
Расулова С.Г.
Ключевые слова: культура, мастера слова, детское творчество, детский мир, издание,
исследование
В статье речь идет о творчестве мастеров слова, живших и творивших в конце XIX–началe
XX века, об их произведениях, отражающих детский мир, а также об изданиях и исследованиях
проблем детской литературы. Несмотря на то, что творчество таких писателей, как С.С.Ахундов,
А.Шаиг, И.Мусабеков, А.Диванбекоглы и А.Музниба в определенной степени изучены и изданы, их
некоторые произведения остались вне поля зрения исследователей. В статье рассматриваются
вопросы, связанные с упущениями в этой области.
SUMMARY
ON RESEARCH AND PUBLICATION OF AZERBAIJAN CHILD LITERATURE CREATED AT
THE BEGINNING OF XX CENTURY (F.Kocharli, S.M.Ganizadeh, M.A. Sabir, A.Sahhat)
Rasulova S.H.
Key words: culture, child literature, literary samples, personal letters
At the beginning of XX century F.Kocharli, S.M.Ganizadeh, M.A. Sabir, A.Sahhat have created the
valuable works for children. They wrote scientific articles for the development of Azerbaijan child literature.
They touched up this problem in their personal letters. Beginning from that time the works which written for
young readers have been published in different sources. Some work has been done in the reseach direction
of these works in our literary criticism. In the article compact pictorial of these works is given.
Daxilolma tarixi:
İlkin variant
20.06.2017
Son variant
27.09.2017
Rəsulova S.H.