Uşaq cərrahiyyəsi


) Bir yaşa qədər uşaqda mədəciklər arası arakəsməsinin deffektində əməliyyata göstəriş nədir?



Yüklə 1,48 Mb.
səhifə16/17
tarix22.03.2018
ölçüsü1,48 Mb.
#33134
1   ...   9   10   11   12   13   14   15   16   17

942) Bir yaşa qədər uşaqda mədəciklər arası arakəsməsinin deffektində əməliyyata göstəriş nədir?

A) Qan dövranı çatmamazlığı

B) Deffektdən böyük qan axıntısının olması

C) Respirator xəstəliklərin tezləşməsi və hipotrofiya

D) Artan ağ ciyər hipertenziyası

E) Bütün sadalananlar


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
943) Mədəciklər arası arakəsməsinin ağ ciyər hipertenziyası ilə perimembranoz subtrikuspidal deffektinə hansı şöbədən müdaxilə məqsədəuyğundur?

A) Ağ ciyər arteriyasının kötüyündən

B) Sağ mədəcikdən

C) Sol mədəcikdən

D) Sağ qulaqcıqdan

E) Aortadan


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
944) İlkin qulaqcıq arakəsməsinin inkişaf pozğunluğu nəyə səbəb olur?

A) Qulaqcıqlar arası arakəsməsinin ikincili mərkəzi deffektinin inkişafına

B) Qulaqcıqlar arası arakəsməsinin yüksək deffektinin inkişafına

C) Sadalananların heç birinə

D) Aşağı-arxa deffektin inkişafına

E) İlkin deffektin inkişafına


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
945) Atrioventrikulyar qapaqcıqların parçalanması nə zaman xarakterikdir?

A) Qulaqcıqlar arası arakəsmənin yüksək yerləşən deffekti üçün

B) Qulaqcıqlar arası arakəsmənin ikincili deffekti üçün

C) Qulaqcıqlar arası arakəsmənin aşağı-arxa deffekti üçün

D) Sadalananların heç biri üçün

E) Qulaqcıqlar arası arakəsmənin birincili deffekti üçün


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
946) Ağ ciyər venalarının anomal drenajını nə müşayiət edir?

A) Qulaqcıqlar arası arakəsmənin mərkəzi deffekti

B) Qulaqcıqlar arası arakəsmənin yüksək deffekti

C) Qulaqcıqlar arası arakəsmənin birincili deffekti

D) Qulaqcıqlar arası arakəsmənin aşağı-arxa deffekti

E) Mədəciklər arası arakəsmənin deffekti


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
947) Mədəciklər arası arakəsmənin deffektinin bağlanmasına əks göstəriş sayılan EKQ dəyişiklikləri hansıdır?

A) Sağ mədəciyin sistolik yüklənməsilə elektrik oxunun sağa yerdəyişməsi

B) Elektrik oxunun sola yerdəyişməsi

C) Sağ mədəciyin sistolik və sol mədəciyin diastolik yüklənməsilə elektrik oxunun sağa yerdəyişməsi

D) Hər iki mədəciyin yüklənməsilə elektrik oxunun normal vəziyyəti

E) Sol mədəciyin diastolik yüklənməsilə elektrik oxunun normal vəziyyəti


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
948) Mədəciklər arası arakəsmənin deffektində xəstənin ümumi vəziyyətinin yaxşılaşması nə zaman baş verir?

A) Ağ ciyər arteriyasinın stenozunda

B) Bütün sadalananlar

C) Deffektin bağlanması və ya ölçülərinin kiçilməsi nəticəsində

D) Yüksək ağ ciyər hipertenziyası nəticəsində

E) Yüksək ağ ciyər hipertenziyası nəticəsində, ağ ciyər arteriyasinın stenozunda


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
949) Mədəciklər arası arakəsmənin deffektləri arasında öz-özünə hansı bağlanırlar?

A) Ağ ciyər altı

B) Böyük olmayan əzələ deffekti

C) Perimembranoz subtrikuspidal deffekti

D) Sadalananların heç biri

E) Aortaaltı deffekt


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
950) Mədəciklər arası arakəsmənin deffektində Eyzenmenqer sindromunda hansı əlamətlər olur?

A) Ürək əsasında II tonun ikiləşməsi və aksentləşməsi

B) II tonun aksentləşməsi

C) Ürək zirvəsində kobud sistolik və mezodiastolik küy

D) Ürək əsasında II tonun ikiləşməsi

E) Ağ ciyər arteriyası üzərində diastolik küy


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
951) Mədəciklər arası arakəsmənin deffektini bağlayarkən qulaqcıqlardan keçməklə yanaşma nə zaman məqsədəuyğundur?

A) Arakəsmənin perimembranoz subtrikuspidal deffektində

B) Arakəsmənin aortaaltı deffektində

C) Arakəsmənin əzələ hissəsindəki (gətirici) deffektində

D) Arakəsmənin əzələ hissəsindəki (aparıcı) deffektində

E) Sadalananların heç birində


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
952) Hissəvi açıq atrioventrikulyar kanalda ağ ciyər qan dövranı necə dəyişir?

A) Yüksək ağ ciyər hipertenziyası əlamətləri olur

B) Zəifləyir

C) Arterial tipli güclənmişdir

D) Normal olur

E) Genişlənmiş kollateral damarların inkişafı ilə


Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с.
953) Hissəvi açıq atrioventrikulyar kanalda auskultativ mənzərəyə hansı birindən başqa bütün sadalananlar aiddir?

A) Zirvədə sistolik küy

B) II tonun aksenti

C) Döş sümüyündən solda III-IV qabırğa arasında diastolik küy

D) Döş sümüyündən solda II-III qabırğa arasında sistolik küy

E) Ürək əsasında II tonun ikiləşməsi


Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с.
954) Qulaqcıqlar arası arakəsmənin deffektinin bağlanması zamanı hiss dəstəsinin zədələnməməsi üçün natamam atrioventrikulyar kommunikasiyanı bərpa edərkən zaplata necə tikilir ?

A) Üçtaylı qapağın fibroz həlqəsinin arxasına

B) Koronar sinusdan bayıra, üçtaylı qapağın arakəsmə tayının əsasının arxasına

C) Koronar sinusdan bayıra

D) Üçtaylı qapağın arakəsmə tayının əsasının arxasına

E) Mitral qapağın ön tayının əsasının arxasına


Ədəbiyyat: Бокерия Л. А., Горбачевский С. В. Атриовентрикулярный канал. Анатомия и особенности хирургической коррекции. Москва, 2005., 88 с.
955) Hissəvi açıq atrioventrikulyar kanalda xarakter hansı angiokardioqrafik əlamətdir?

A) Ağ ciyər arteriyasının təkrar kontrastlaşması

B) Kontrastın sol mədəcikdən sağa keçməsi

C) Sol mədəcikdən axın yollarının daralması

D) Sağ mədəcikdən çıxışın daralması

E) Sağ qulaqcığın sol mədəcikdən kontrastlaşması


Ədəbiyyat: Бокерия Л. А., Горбачевский С. В. Атриовентрикулярный канал. Анатомия и особенности хирургической коррекции. Москва, 2005., 88 с.
956) Hissəvi açıq atrioventrikulyar kanalın diaqnostikasında kontrast maddə haraya vurulmalıdır?

A) Sol mədəciyə

B) Sol qulaqcığa

C) Aortaya

D) Sağ qulaqcığa

E) Sağ mədəciyə


Ədəbiyyat: Бокерия Л. А., Горбачевский С. В. Атриовентрикулярный канал. Анатомия и особенности хирургической коррекции. Москва, 2005., 88 с.
957) Ürəyin sağ şöbələrinin kateterizasiyası zamanı atrioventrikulyar kanalı olan xəstələrdə oksigenin yüksək göstəriciləri harda təyin edilir?

A) Sağ qulaqcıqda

B) Yuxarı boş venada

C) Ağ ciyər arteriyasında

D) Aşağı boş venada

E) Sağ mədəcikdə


Ədəbiyyat: Бокерия Л. А., Горбачевский С. В. Атриовентрикулярный канал. Анатомия и особенности хирургической коррекции. Москва, 2005., 88 с.
958) Ümumi atrioventrikulyar kanalın tənzimlənməsinə nə aiddir?

A) Bütün sadalananlar

B) Ümumi atrioventrikulyar dəliyin arterial və venoz hissələrə ayrılması

C) Mitral qapağın ön tayının tamlığının bərpası

D) Mədəcik-qulaqcıq əlaqəsinin plastikası

E) Üçtaylı qapağın arakəsmə tayının tamlığının bərpası


Ədəbiyyat: Бокерия Л. А., Горбачевский С. В. Атриовентрикулярный канал. Анатомия и особенности хирургической коррекции. Москва, 2005., 88 с.
959) Anatomik hissəvi açıq atrioventrikulyar kanal üçün hansı xarakterikdir?

A) Qulaqcıqlar arası arakəsmənin ikincili deffekti

B) Bütün sadalananlar

C) Atrioventrikulyar qapaqların inkişaf pozğunluğu ilə keçən qulaqcıqlar arası arakəsmənin birincili deffekti

D) Açıq oval dəliyin olması

E) Mədəciklər arası arakəsmənin deffekti


Ədəbiyyat: Бокерия Л. А., Горбачевский С. В. Атриовентрикулярный канал. Анатомия и особенности хирургической коррекции. Москва, 2005., 88 с.
960) Ağ ciyər arteriyasının təcrid olunmuş stenozunun kliniki-hemodinamik təsnifatına görə əməliyyat nə zaman göstəriş deyil?

A) I qrup (Sağ mədəcikdə təzyiqin 60 mm.c.süt.-na qədər olması)

B) I qrup və ağ ciyər arteriyası və sağ mədəcik arasında sistolik təzyiq qradientinin, ballon dilatasiyası istisna olmaqla, 40 mm.c.süt.-dan az olması

C) III qrup (təzyiqin 100 mm.c.süt.-dan çox olması)

D) Ağ ciyər arteriyası və sağ mədəcik arasında sistolik təzyiq qradientinin, ballon dilatasiyası istisna olmaqla, 40 mm.c.süt.-dan az olması

E) II qrup (təzyiqin 61-100 mm.c.süt. olması)


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
961) Ağ ciyər arteriyasının təcrid olunmuş stenozunda əməliyyatın icrası zamanı hansı üsula üstünlük verilməlidir?

A) Süni qan dövranına

B) Ürəyin kateterizasiyasında ballon dilatasiyasına

C) Hiperbarik oksigenasiyaya

D) Mülayim hipotermiyaya

E) Ürəyin kateterizasiyasında ballon dilatasiyasına, Süni qan dövranına


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
962) Aorta və ağ ciyər arteriyasının ikili ayrılmasında auskultativ olaraq nə təyin edilir?

A) III ton

B) Ağ ciyər arteriyasında II tonun aksenti

C) Bütün sadalananlar

D) Ürək zirvəsində mezodiastolik küy

E) Döş sümüyünün sol kənarı boyunca III-IV qabırğaarasında sistolik küy


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
963) Mədəciklərə axın yollarının azalması (əsasən sağda) çıxarıcı şöbələrin dəyişilməmiş ölçülərindənə nə zaman rast gəlinir?

A) Üçtaylı qapağın atreziyasında

B) Sağ mədəciyin hipoplaziyasında və üçtaylı qapağın atreziyasında

C) Sağ mədəciyin hipoplaziyasında

D) Mədəciklər arası arakəsmənin deffektində

E) Qulaqcıqlar arası arakəsmənin deffektində


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
964) Bir yaşa qədər uşaqlarda mədəciklər arası arakəsmənin deffektinin cərrahi bərpasına nə göstəriş deyil?
A) Artan ağ ciyər hipertenziyasının olması

B) Böyük arteriovenoz qan axınının olması

C) Sianozun olması

D) Qan dövranı çatmamazlığı

E) Tez-tez baş verən respirator xəstəliklər
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
965) Ümumi atrioventrikulyar kanalın tam olan forması üçün hansı xarakterdir?

A) Qulaqcıqlar səviyyəsində əlaqənin olması

B) Mitral və üçtaylı qapaqların taylarının parçalanması

C) Sadalananların heç biri

D) Atrioventrikulyar dəliklərin fibroz həlqələri düzgün formalaşmışdır

E) Mədəciklər səviyyəsində əlaqənin olması


Ədəbiyyat: Бокерия Л. А., Горбачевский С. В. Атриовентрикулярный канал. Анатомия и особенности хирургической коррекции. Москва, 2005., 88 с.
966) Ağ ciyər arteriyasının təcrid olunmuş stenozunda hansı olur?

A) Hər iki mədəciyin diastolik yüklənməsi

B) Sağ mədəciyin diastolik yüklənməsi

C) Sol mədəciyin diastolik yüklənməsi

D) Sağ mədəciyin sistolik yüklənməsi

E) Sol mədəciyin sistolik yüklənməsi


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
967) Ağ ciyər arteriyasının stenozunda auskultativ olaraq hansı xarakter deyil?

A) I tonun güclənməsi

B) İkinci qabırğaarası sahədə döş sümüyündən solda II tonun zəifləməsi və itməsi

C) Sistolik qovulma küyü

D) Ürək əsası üzərində II tonun güclənməsi

E) Kobud sistolik küy


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
968) Ağ ciyər arteriyasının təcrid olunmuş klapanlı stenozunda angiokardioqrafik olaraq hansı xarakter deyil?

A) Kontrastın sağ qulaqcığa requrgitasiyası

B) Qalxan aortanın daralması

C) Sağ mədəciyin çıxarıcı şöbəsinin sistolada daralması

D) Çıxarıcı şöbənin diastolada genişlənməsi

E) Ağ ciyər arteriyası kötüyünün poststenotik genişlənməsi


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
969) Ağ ciyər arteriyasının klapanüstü stenozunda ikinci qabırğaarası sahədə döş sümüyündən solda II ton necə dəyişir?

A) Bütün sadalananlar

B) Zəifləyir

C) Dəyişmir

D) Güclənir

E) Eşidilmir


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
970) Ağ ciyər arteriyasının kombinə olunmuş stenozunda hansı operativ yanaşmadan istifadə olunmur?

A) Sol qulaqcıq

B) Transanulyar, sağ mədəcik və ağ ciyər arteriyasından

C) Ağ ciyər arteriyası kötüyü

D) Sağ mədəciyin çıxarıcı şöbəsi

E) Sağ qulaqcıq


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
971) Ağ ciyər arteriyası və aortanın sağ mədəcikdən ikili ayrılması nə ilə xarakterizə edilir?

A) Mitral aypara kontaktın olmaması ilə

B) Bütün sadalananlar

C) Mədəciklər arası arakəsmənin deffekti ilə

D) Ağ ciyər arteriyasının stenozu və ya ağ ciyər hipertenziyası ilə

E) Sağ mədəcikdən hər iki damarın ayrılması ilə


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
972) Ağ ciyər arteriyası və aortanın sağ mədəcikdən ikili ayrılması elektrokardioqrafik olaraq nə ilə xarakterizə edilir?

A) Sağ tərəfli elektrokardioqramma ilə

B) Bütün sadalananlar

C) Sol mədəcik yüklənməsilə

D) Hiss dəstəsi ayaqcığının sağ tərəfli blokadası

E) Sağ mədəcik yüklənməsilə


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
973) Ağ ciyər arteriyası və aortanın sağ mədəcikdən ikili ayrılması angiokardioqrafik olaraq kontrastın hansı şöbəyə vurulması ilə təyin edilir?

A) Ağ ciyər arteriyası

B) Sağ qulaqcıq

C) Aorta


D) Sol mədəcik

E) Sağ mədəcik


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
974) Ağ ciyər arteriyası və aortanın sağ mədəcikdən ikili ayrılmasının cərrahi müalicəsinə hansı aid deyil?

A) Aortanın sol mədəciyə keçirilməsi

B) Ağ ciyər arteriyasının stenozunun aradan qaldırılması

C) Restriktiv deffektlərdə mədəciklər arası arakəsmənin deffektin genişləndirilməsi

D) Aorta ilə sol mədəcik arasında mədəciklərarası deffektdən əlaqə yaradılması

E) Mədəciklər arası arakəsmə deffektinin bağlanması


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
975) Ağ ciyər arteriyasının təcrid olunmuş stenozunda hansı mövcud olur?

A) Sol mədəciyin sistolik yüklənməsi

B) Sağ mədəciyin diastolik yüklənməsi

C) Hər iki mədəciyin diastolik yüklənməsi

D) Sol mədəciyin diastolik yüklənməsi

E) Sağ mədəciyin sistolik yüklənməsi


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
976) Ağ ciyər arteriyası və aortanın sağ mədəcikdən ikili ayrılması ağ ciyər arteriyasının stenozu ilə radikal korreksiyasına nə aiddir?

A) Aortanın sağ mədəciyə keçirilməsi

B) Mədəciklər arası arakəsmənin deffektinin bağlanması

C) Ağ ciyər arteriyasının stenozunun aradan qaldırılması

D) Sağ mədəcik daxilində mədəciklər arası arakəsmənin deffekti ilə aorta arasında tunnelin yaradılması

E) Aortanın sol mədəciyə keçirilməsi


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
977) Ağ ciyər arteriyası və aortanın sağ mədəcikdən ikili ayrılması zamanı exokardioqrafik nə müəyyən edilir?

A) Mədəciklər arası arakəsmənin deffekti

B) Mitral aypara kontaktın olmaması

C) Bütün sadalananlar

D) Sol mədəcikdən çıxan damarların görünməməsi

E) Hər iki magistral damarın mədəciklər arası arakəsmədən öndə yerləşməsi


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
978) Güclənmiş ağ ciyər qan dövranı ilə vahid mədəcikdə II qabırğaarası sahədə eşidilən kobud sistolik küy nə ilə şərtlənir?

A) Ağ ciyər arteriyasının stenozu

B) Triskupidal çatmamazlıq

C) Mitral çatmamazlıq

D) Aortal stenoz

E) Qanın bulboventrikulyar dəlikdən keçməsi


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
979) Vahid mədəciyin ən çox rast gəlinən variantı hansıdır?

A) Bütün tiplər təxminən eyni tezlikdə rast gəlinir

B) Tip A (Sol mədəcik)

C) Tip B (Sağ mədəcik)

D) Tip D (İnfundibulyar şöbə kimi təqdim olunur)

E) Tip C (Mədəciklər arası arakəsmənin olmaması)


Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с.
980) Daun xəstəliyi ilə birgə daha çox rast gəlinən ürək anomaliyası hansıdır?

A) Aortanın koarktasiyası

B) Ağ ciyər arteriyasının stenozu

C) Ağ ciyər arteriyasının atreziyası

D) Mədəciklər arası arakəsmənin deffekti

E) Endokardial yastıqların (atrioventrikulyar kommunikasiya) deffekti


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
981) Ağ ciyər arteriyasının stenozunda nə rast gəlinmir?

A) Uşaqlar adətən yaxşı inkişaf edir

B) Xəstələrin 1/3-də inkişaf etmiş sianoz qeyd edilir

C) Xəstələrin 3/4-də döş qəfəsinin sol tərəfli şişkinliyi qeyd edilir

D) Güclü və yayılmış ürək vurğusu

E) Vidaci çuxurda titrəmə


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
982) Ağ ciyər arteriyasının stenozu ilə intakt mədəciklərarası arakəsmənin differensial diaqnostikası hansı qüsurlarla əlaqədardır?

A) Mitral stenoz

B) Mədəciklərarası arakəsmənin deffekti

C) Aortanın koarktasiyası

D) Fallo tetradası

E) Endokardial yastıqların (atrioventrikulyar kommunikasiya) deffekti


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
983) Südəmər yaş dövrünü keçirmiş uşaqlarda sianozla daha şox rast gəlinən anadangəlmə ürək qüsuruna hansı aiddir?

A) Bitişməmiş Botall axacağı

B) Ağ ciyər arteriyasının stenozu

C) Aortanın koarktasiyası

D) Fallo tetradası

E) Birincili ağ ciyər hipertenziyası


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
984) Uşaqlarda Fallo tetradasının klinik şəklinə hansı xarakter deyildir?

A) “Baraban çubuqları”

B) Ağır sianoz tutmaları

C) Əksər hallarda simptomlar olmur

D) Məcburi vəziyyət

E) Gərginlik zamanı təngnəfəslik


Ədəbiyyat: Подзолков В. П., Кокшенев И. В. Тетрада Фалло. Москва, 2008.,494 с.
985) Fallo tetradası ilə uşaqlarda ürəyin kateterizasiyası zamanı nə müəyyən edilmir?

A) Sağ qulaqcıqda normal təzyiq

B) Arterial qanda oksigenin enməsi

C) Sistem qanaxını göstəricilərinin normal olması

D) Bir qayda olaraq sağdan sola atılma

E) Ağ ciyər arteriyası qapaqlarının yüksək rezistentliyi


Ədəbiyyat: Подзолков В. П., Кокшенев И. В.Тетрада Фалло. Москва, 2008.,494 с.
986) Üçtaylı qapağın atreziyasını nə ilə dəyişik salmaq çətindir?

A) Ümumi arterial kötüklə

B) Mədəciklərarası arakəsmənin deffekti

C) Ağ ciyər arteriyasının atreziyası intakt mədəciklərarası arakəsmə ilə

D) Endokardial yastıqların (atrioventrikulyar kommunikasiya) deffekti

E) Bütün sadalanan qüsurlarla


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
987) Fonten tipli hemodinamiki tənzimlənməyə məruz qalacaq vahid mədəcikli “ideal” xəstə üçün nə xarakterdir?

A) 4 yaşdan yuxarı

B) 4 TV/m2-dən kiçik ümumi ağ ciyər müqavimətinin olması

C) EKQ-də sinus ritmi

D) Bütün sadalananlar

E) Ağ ciyər arteriyası diametrinin aorta diametrindən 0,75 çox olması


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
988) Vahid mədəciklə olan xəstələrdə arakəsmənin implantasiyası üçün optimal yaş dövrü hansıdır?

A) 5-10 yaşa qədər

B) 2-3 yaşa qədər

C) 1 yaşa qədər

D) 3-5 yaşa qədər

E) 10-13 yaşa qədər


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
989) Radikal tənzimləyici əməliyyat hansı tip vahid mədəciklə olan xəstələrdə yerinə yetirilir?

A) Vahid mədəcik sağ mədəciyin infundibulyar şöbəsi hesabına əmələ gəlmişdir

B) Vahid sağ mədəcikdə aortanın sinistrapozisiyası ilə

C) Lyamber ürəyi

D) Bölünməmiş mədəcikdə damarların normal yerləşməsi ilə

E) Vahid sol mədəcikdə aortanın sinistrapozisiyası ilə


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с.
Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə