Müəllim ev tapşırığı olaraq şagirdlərə aşağıdakı tapşırığı verir; bu tapşırıq şagirdlərin
dərs zamanı istifadə etdikləri çalışma vərəqəsinin arxasına yazılmış olur:
Biz gün ərzində hansı qaydalara riayət etməliyik?
Həftənin bir gününü seçin. Gün ərzində riayət etməli olduğunuz qaydaları nəzərə almaqla,
həmin gün üçün qrafikinizi tutun.
Məsələn, aşağıdakıları edərkən necə hərəkət etməyi və nə etməyi tələb edən qaydalara nəzər
yetirin:
─
evdə ailənizlə birlikdə olduqda;
─
dostlarınızla görüşəndə;
─
mağazadan nə isə aldıqda;
─
şəhərdə gəzəndə;
…
Başqa-başqa situasiyalarda fərqli qaydalar önəmli olur.
Hansı qaydaların rəsmi qaydalar kimi haradasa təsbit olunduğunu, hansı qaydaların isə qeyri-
rəsmi qaydalar kimi heç bir yerdə yazılmadığını, sadəcə mövcud olduğunu müəyyənləşdirin.
Məsələn, məktəb qaydaları rəsmi qaydalardır. Stol arxasında oturarkən, yaxud ailəmizlə və ya
dostlarımızla birlikdə olarkən özünü necə aparmağı müəyyən edən qaydalar qeyri-rəsmi
qaydalardır.
Saat
Qayda
Rəsmi/qeyri-
rəsmi
…
07.00
08.00
09.00
10.00
11.00
12.00
13.00
14.00
15.00
16.00
17.00
18.00
19.00
20.00
21.00
22.00
…
Dərs 3: Həyatda qaydaları kimlər yaradır?
Məqsəd
Bu dərs şagirdlərin şəxsi təcrübələrinə yeni nöqteyi-nəzərdən müraciət etməklə onlarla
ekspertlər kimi davranmaq imkanı verir. Bu imkandan necə istifadə edilə biləcəyini qabaqcadan
dərs planında nəzərdə tutmaq mümkün deyil, ona görə biz dərsin yalnız mümkün, bəlkə də
ehtimal edilən gedişini təsvir edirik.
Müəllim şagirdlərdən xahiş edir ki, onların hərəsi öz ev tapşırığından bir, yaxud iki
nümunə oxusun. O, bu zaman şagirdlərin həm rəsmi, həm də qeyri-rəsmi qaydalardan nümunələr
gətirdiyinə əmin olmalıdır.
Bütün şagirdlər öz ev tapşırıqlarından nümunələr oxuduqdan sonra, müəllim həmin
nümunələrdən ikisini seçir və yazı taxtasında aşağıdakı şəkildə sadə bir qrafik tərtib etməklə bu
nümunələri ora köçürür. Aşağıdakı qrafikdə iki nümunə göstərilib, ancaq müəllim şagirdlərin
ekspert roluna daha yaxşı girmələri üçün başqa nümunələrdən istifadə edə bilər.
Qaydanın tipi
Məzmunu
…tərəfindən yaradılıb …tərəfindən tətbiq
olunub
Rəsmi qayda
(məsələn,
qanun):
İşıqforda qırmızı işıq
yandıqda yolu keçmək
olmaz.
Qeyri-rəsmi
qayda
Stol arxasında
oturarkən gəyirmək
olmaz.
Müəllim şagirdləri bununla bağlı öz bildiklərini söyləməyə çağırır. Yol hərəkti qaydası --
əslində qanun – kifayət qədər sadədir (Nəqliyyat Nazirliyi tərəfindən layihəsi hazırlanır,
parlamentdə qanun kimi qəbul olunur, polis, lazım gəldikdə isə, məhkəmələr (məsələn,
cərimələmək yolu ilə) tərəfindən isə tətbiq olunur). Müəllim şagirdlərə ekspertlər kimi çıxış
etmək imkanı yaratmalı, ümumi dialoqda daha çox şagirdin iştirak etməsinə çalışmalıdır. Əldə
edilən informasiya lövhədəki qrafikin uyğun qrafalarına yazılır.
Ancaq qeyri-rəsmi qaydaların kimlər tərəfindən yaradıldığını müəyyən etməkdə şagirdlər
çox çətinlik çəkəcəklər. Yuxarıdakı qrafikdə verilmiş nümunə ilə bağlı onlar deyə bilər ki, bu
qeyri-rəsmi qayda bir adətdir, valideynlərin və böyüklərin israrla tələb etdiyi bir şeydir. Ola
bilsin, bəzi şagirdlər düşünsünlər ki, bu qaydanı pozduqları təqdirdə cəzalandırılarlar, xüsusilə də
valideynləri və ya müəllimlərinin yanında belə etsələr. Onlardan buna görə cavab vermək və ya
hətta stolu tərk etmək tələb oluna bilər. Daha həssas cəza növü də var, ətrafdakılarda özü ilə bağlı
pis təəssürat oyatmaq. Məsələyə məhz bu aspektdən yanaşdıqda görürük ki, bizim hər birimiz
yazılmamış qaydaların tətbiqində müəyyən rol oynayırıq.
Hərçənd sinifdəki dialoq bu səviyyəyə çatmaya da bilər. Ola bilsin ki, şagirdləri sadəcə
qeyri-rəsmi qaydaları yaradanlar və tətbiq edənlər maraqlandırsın. Hər bir halda şagirdlər ekspert
qismində çıxış edir və onların gündəlik həyatlarını tənzimləyən qaydalardan nümunələr
toplamaqla özləri üzərində işləyirlər.
Müəllimin istəyi üzrə şagirdlər dörd və ya beş nəfərdən ibarət qruplar təşkil edirlər. Onlar
öz çalışma vərəqələrində qeyri-rəsmi qaydalara dair yazdıqları nümunələri qruplar daxilində bir-
birləri ilə bölüşməli və həmin qeyri-rəsmi qaydaları tətbiq etmək üçün hansı təsir tədbirləri görə
biləcəklərini müəyyənləşdirirlər.
10 dəqiqəlik müzakirədən sonra şagirdlər gəldikləri qənaətləri sinfə açıqlayırlar.
Bu qənaət təqribən belə ola bilər: şagirdlərin təsirləri o qaydalarda hiss olunar ki, həmin
qaydalar onlarla həmyaşıd olanlara tətbiq olunsun. Böyüklərlə, məsələn, valideynlər və ya
müəllimlərlə qarşılıqlı münasibətdə isə şagirdlərin təsirləri daha zəif olur. Onlar həmçinin
öyrənirlər ki, qeyri-rəsmi qaydalar danışıqlar predmeti ola bilər. Bu isə o deməkdir ki, hər hansı
bir qeyri-rəsmi qaydanı mübahisələndirmək və ya ona riayət etməmək şagirdləri daha yaxşı
hesab etdikləri yeni qaydaya gətirib çıxara bilər.
Yekun müzakirədə şagirdlər qeyri-rəsmi qaydaları mübahisələndirməyin, yəni onları
danışıqlar predmetinə çevirməyin, onlarla bağlı danışıqlar aparmağın cəmiyyətdə iştirakın bir
forması olduğunu və qayda yaratmağın, yaxud onu tətbiq etməyin hakimiyyət əlaməti olduğunu
aşkar edə bilərlər.
Dərs 4: Qanunları yaratmaq ixtiyarı kimlərə verilməlidir? (Qanunlar yaratmaq üçün
qaydalar)
Müəllim dərsə şagirdlərin ötən dərsdə öyrəndiklərini onlara xatırlatmaqla başlayır.
Şagirdlər ötən dərsdə qeyri-rəsmi qaydalara nəzər salmış və ola bilsin, onların yaradılması və
tətbiqində bəzi problemlər aşkar etmişdilər. Onlar həmçinin rəsmi qaydalardan nümunələr
gətirmişdilər. Bu dərsdə isə onlar qanunların necə yaradılmalı olduğunu diqqətlə nəzərdən
keçirəcəklər.
Müəllim bir nümunə gətirir və bütün sinfin bu nümunəni görməsi üçün onu böyük bir
kağız və ya karton parçasına yazır.
§ 1. Aprel ayında doğulmuş bütün kişilərin
vergi ödəməsinə ehtiyac yoxdur.
Şagirdlər sərbəst şəkildə öz fikirlərini bildirirlər, lazım gəldikdə, onların şərhlərlə çıxış
etmələrinə bəzi suallar vasitəsilə təkan verilir. Şagirdlərin fikirləri aşağıdakı məqamların
üzərində cəmlənə bilər:
Bu qanun ədalətsiz bir qanundur, çünki ayrı-seçkiliyə yol verməmək prinsipini pozur.
O, hətta aprel ayında doğulmuş qadınlara da qarşı ayrı-seçkilik edir.
Bu qanun açıq-aşkar kiçik bir qrup adamın – aprel ayında doğulmuş kişilərin maraqlarına
xidmət edir.
Onlar bacarsalar, belə bir qanun yarada bilərlər.
Qanunlar hamının xeyrinə olmalıdır. Ona görə də belə qanunların yaranmasının qarşısı
alınmalıdır.
Ədalətsiz qanunlar cəmiyyətdə münaqişə toxumu səpər və hətta cəmiyyəti dağıda bilər.
Müəllim şagirdlərdən dörd, yaxud beş nəfərlik qruplara bölünməyi xahiş edir və onlara
belə bir tapşırıq verir: Şagirdlər ədalətsiz qanunlardan müdafiə olunmaq üçün hansı qayda və
prinsiplərin zəruri olduğunu müzakirə etsinlər və sonradan sinfə təqdim etmək üçün əsas element
sayılan üçdən çox element seçməkdə razılığa gəlsinlər.