__________________Milli Kitabxana___________________
390
Ş a h. Bəs biz vədə vermişik ki, axı bu günlərdə məclisi açaq, nəinki bilmərrə
bağlayaq.
Ə m i r B a h a d ı r. Sənə qurban olum, fərman sənindir, ancaq məclisi əgər
bir də açsaq, nə qədər ki, İranda molla var, yəni İranın yarısı, bir iğtişaş salarlar
ki, Təbriz iğtişaşı onun yanında zarafat hesab olunar. Əgər mən qocanın bu
sözlərinə inanmırsınızsa (ağzını qapıya tərəf tutub çağırır), Şeyx Fəzlullah, ay
Şeyx Fəzlullah!
Ş e y x (daxil olur). Salaməleyküm!
Ə m i r (ona). Mollaların sözlərin şaha ərz elə.
Ş e y x. Sənə fəda olum! İran əhalisinin yarısından ibarət olan bütün mollalar
mənim vasitəmlə hüzuri-alinizdən istirham edirlər ki, məşrutə verməyəsiniz və
məclisi açmayasınız.
Ş a h (qol çəkir). Siz deyən olsun!
Ə m i r v ə Ş e y x. Allah mübarək eləsin, inşaallah! (gedirlər).
Ş a h (öz-özünə). Qurtardım.
By əsnada i n g i l i s və rus səfirləri daxil olur, şah onları qəbul edir.
İ n g i l i s s ə f i r i. Nə tövr oldu?
Ş a h. Nə?
R u s s ə f i r i. Məşrutə əhvalatı.
Ş a h. Bu gün dəsti-xəttə qol çəkdim. Görəsən, hava nə tövrdür? Gərək ki,
sizin Rusiyət indi çox soyuqdur. Amma sizin İngilis, gərək, bir az isti ola.
S ə f i r l ə r. Bəli, Rusiya soyuqdur, amma İngilis istidir. Deməli, inşallah bu
gün-sabah məclis açılar?
Ş a h. Hansı məclis?
S ə f ə r l ə r. Buyurdunuz ki, qol çəkibsiniz.... Dəsti-xətt veribsiz....
Ş a h. Bəli, dəsti-xəttə qol çəkdim, amma məclis açılmayacaqdır! Bizim şəriət
elə şeyləri haram buyurubdur. Məşrutə, donuz əti, məclis, çaxır -- bunlar hamısı
bizdə haramdır.
S ə f i r l ə r. Mərənd alındığını zati-aliniz bilirmi?
Ş a h. Xeyr, məgər Mərənd alınıbdır?
S ə f i r l ə r. Bəli, Xoy da alınıbdır, Culfa da, Səlmas da, qərəz bütün
Azərbaycan əldən gedir.
Ş a h. Qəribə əhvalat var imiş! Heç mən bilməmişəm! Daha nə var, nə yox?
S ə f i r l ə r. Əgər məclisi açmasanız, sizin işləriniz çox xarab olacaqdır.
Bəlkə bütün İranı təhlükəyə salarsınız. Bizim məsləhətimiz odur ki, məclisi açıb,
__________________Milli Kitabxana___________________
391
İranı sakit edəsiniz, həm də qonşuların iştahasını artırmayasınız.
Ş a h. Bəs axı məclis şəriətcə haramdır, mollalar qoymaz.
S ə f i r l ə r. Əvvəla, Məhəmməd peyğəmbər heç bir yerdə deməyibdir ki,
məşrutə və məclis haramdır. Və saniyən sizin şəriətinizdə var ki, əgər şərab bir
naxoşluğa dərmandırsa, o halda şərab naxoş üçün halaldır. İndi də sizin İran
naxoşdur və bunun dərmanı məşrutədir. Ona görə biz əminik ki, şəriət buna yol
verər.
Ş a h. Görünür ki, siz bizim şəriəti də əzbərləyibsiniz. Siz avropalılar çox
qoçaqsınız. Xub, əmr edərəm ki, o dəsti-xətti camaata bildirməsinlər (səfirlər
gedirlər).
Ə m i r B a h a d ı r (daxil olur). Sənə qurban olum, kafirlər nə deyirdilər?
Ş a h. Deyirlər ki, gərək məclisi açasan. Mən də baxıram ki, açmasam onlar
bizi lap təngə gətirəcəklər.
Ə m i r (fikir edir və sonra bir qədər bərkdən). Görək kim kimi aldadacaqdır!
(deyib əyilir və şahın qulağına sözlər pıçıldayır.)
Ş a h (bir az fikirdən sonra). Xub, buyurunuz fərman yazılsın və məşrutənin
verilməyəcəyi elan olunsun.
K ü ç ə d ə ə h a l i:
-- Ta bərk səre-kar in ... əst
İran hələ ləng, ləng, ləngəst.
"QUYRUQLU ULDUZ"
(2 pərdəli komediya. Yaxud "Revizoru"u yamsılamaq) Əvvəlinci məclisdəki
əfrad əhli-məclis.
1) H a c ı Q ə m i ş -- tacirdir.
2) C a h i l o ğ l u Q a t i l-- işi məlum deyildir.
3) Ş ə r m i s a r b ə y -- bəydir.
Pərdə qalxır
Ş ə r m i s a r b ə y (əlində rus qəzeti). Həzərat, sizi buraya çağırmaqda
məqsədim sizə bir pis xəbər verməkdir.
H a c ı Q ə m i ş (kənara). Pis xəbər verən, evin yıxılsın!
__________________Milli Kitabxana___________________
392
C a h i l o ğ l u Q a t i l. Nə pis xəbərdir!
Ş ə r m i s a r b ə y. Göydə quyruqlu ulduz görünübdür. Budur qəzetdə
yazıbdır. Haman bu ulduz bir neçə aydan sonra yerə düşüb, hər nə günahkar
adam var, hamısını quyruğu ilə yandıracaqdır.
H a c ı və Q a t i l (bir yerdə). Bəh, bəh!... Bunu bizə neyçün deyirsən?
Ş ə r m i s a r b ə y. Bəs kimə deyim?
H a c ı və Q a t i l. O adama söylə ki, günah sahibidir, biz ki, əlhəmdülillah
müsəlmanıq.
Ş ə r m i s a r b ə y (özü də şad olur) Əlbəttə, mən özüm də müsəlmanam və
o ulduzun nə quyruğundan və nə başından qorxuram. Ancaq bunu sizə deməkdən
məqsədim yenə də, hərhalda xəbərdarlıqdır ki, bəli, o vaxt ulduz yerə düşəndə
vahimə etməyəsiniz.
H ac ı Q ə m i ş . Ancaq mən bilmirəm ki, o ulduzun göydə durduğu halda
yerdə nə işi var?
Q a t i l. Necə? Yoxsa öz müsəlmanlığından arxayın deyilsən?
H a c ı. Arxayın olmasaydım, mən də sənin kimi həccə getməzdim! Ulduzun
yerə düşməsinin o tərəfi xoşagələn deyil ki, yerdə olan günahkarları yandırıb
müştərilərimizi azaldacaqdır....
Ş ə r m i s a r b ə y. Bax, Hacı sən deyirsən ki, arxayın olmasaydım, həccə
getməzdim. Sənin bu sözün, bağışla, ancaq məni bir qədər şəkkə salır. Çünki
mən, mən Şərmisar bəy öz müsəlmanlığımdan arxayınam ki, həccə getmirəm!
Q a t i l. Əlbəttə! Mən özüm də o cürəyəm! Mən öz müsəlmanlığımdan
arxayın olmasaydım, başlardım həccə getməyə, ehsan vərməyə, qurban
kəsməyə....
H a c ı. Şərmisar bəy, məgər sən öz müsəlmanlığından arxayınsan?
Ş ə r m i s a r b ə y. Arxayınam!
H a c ı. Bəs nə tövr arxayınsan ki, əlinə qazut alıb oxuyursan, halbuki haman
qazutu çıxardan kafirlərdir və o kafirlərdir ki, quyruqlu ulduz gəlib onları
yandıracaqdır.
Q a t i l. Doğru deyir!
Ş ə r m i s a r b ə y. Ha, ha, ha, ha!... Bəs, Hacı, sən burdan Məskova gedəndə
nə üçün vaqona minirsən? Məgər bilmirsən ki, vaqonu çıxardanlar da kafirlərdir?
Q a t i l. Bu da doğru deyir!
H a c ı. Mənim əlacım olsa, vaqona minmərəm. Amma sən nəinki qazut
oxuyursan, hələ hətta çaxır da içirsən!
Dostları ilə paylaş: |