__________________Milli Kitabxana___________________
367
Dedi: - Ay buz, sən nə zalımsan?
Buz dedi: - Mən zalım olsaydım, gün məni əritməz idi!
Dedi; - Ay gün, sən nə zalımsan?
Dedi: - Mən zalım olsaydım, üstümü bulud almazdı!
Qərəz bulud da bir başqasına zalım deyir, axırda hamıdan zalım pişik çıxır.
Amma hər kəs nağılın axırınacan eşitməsə, təəccüb qalar ki, qarının yıxılmağının
pişiyə nə dəxli var?
İndi müsəlman qəzetlərinin bağlanmağında hər kəs bir tərəfi müqəssir hesab
edir. Biz də başlayaq soruşmağa, görək təqsirkar kimdir?
- Ay
əmələlər, niyə tətil elədiniz, siz nə zalımsız?!
-
Biz heç zalım deyilik, Bizim zəhmətimiz çox, məvacibimiz az,
xərcimiz çatmır. Qəzetçilər zalımdırlar ki, məvacibimizi artırmırlar.
- Ay
qəzetçilər, siz nə zalımsınız? Niyə əmələlərin məvacibini
artırmırsınız?
- Biz
zalım deyilik. Zalım millətimizdir, əgər millətimizin yüzdən
biri qəzet oxusa, Qafqazda yarım milyon müştərimiz olardı. Onda biz
də əmələyə nə qədər məvacib istəsəydilər verə bilərdik.
- Ay
millət, siz nə zalımsınız, niyə qəzet oxumursunuz?
- Biz
zalım deyilik, bizim savadımız yoxdur ki, qəzet oxuyaq!!!
- Bəs niyə uşaqlıqda məktəbə getmədiz ki, savadsız olduz?
- Getmişik, hamımız uşaqlıqda məktəbə getmişik və beş-altı il də
"Əlif zirən" demişik. Bununla belə indi yenə heç zad bilmirik.
- Bəs niyə özgə millətlərin uşaqlarını hankı biri üç gün məktəblərinə
gedirsə, öz dilində hər cür oxumaq, yazmaq bilir?
- Onların öz dilinə görə asanca əlifbaları var, məktəbə getməmiş
elə evdə də öz özündən hürufları tanıyırlar. Zalım bizim əlifbamızdır!
Doğrudan da belədir. Billah belədir! Qəzetlər yerimir camaatın savadsız
olmağına görə. Camaat savadsızdır əlifbamızın pisliyinə görə.
Məni dünyada bir şey çox yandırır. Məsələn, üləmaya söz demirik, çünki
vərəsəyi-ənbiyadırlar; Seyidə söz demək olmaz.
- Zaçem?
- Çünki
əksəri övladi-peyğəmbərdirlər: falçıya söz demək olmaz,
cındıra söz demək olmaz, çünki müsəlmanıq, etiqadımızda cin var.
Bircə bilmirəm bu ərəb əlifbası nədir ki, tovqilənət olub keçib boğazımıza?!
Niyə cəsarət edib onun boynunun ardından vurub, salınırıq eşiyə?..
Ay canım, yenə dualar üçün, ərəb yazıları üçün, şəriət işləri üçün ərəb
əlifbası olsun da. Axır belə bizim bu öz türk dilciyəzimizə yara-
yan bir əlifba düzəltsək, yəni qiyamət qopar? Qafqazda sənə yüz min bisavad
müsəlman göstərim ki, nə məktəb görüb və nə uşqol. Amma tamam
__________________Milli Kitabxana___________________
368
migədanların və restoranların qapısında vivcskaları və içərisində stolların
nömrələrini oxuyurlar və bir yerə məktub göndərəndə paketin üstünü də özləri
yazırlar. Rusca qəzetlərin hüruflarını da oxuyurlar. İntəha dilini başa düşmürlər.
Nə olar, yəni biz də öz dilimiz üçün bir elə asan və hər səslərimizə görə bir hərfi
olan əlifba düzəltsək, onda ərəblər gəlib bizi Qafqazdan qovarlarmı? Yainki bir
günahi-kəbir etməmiş olarıq. Görəsən təzə müəllimlərimiz o qədər kordurlar ki,
bu böyüklükdə nöqsanı görmürlər? Əyər görürlər, bə nə üçün dinmirlər. Hər kəs
mərc gəlir gəlsin, bu gün siz mənə öz türk dilimizə yarayan mükəmməl bir əlifba
verin, on ildən sonra mən sizə tək Qafqazdan yarım milyon qəzet müştərisi
verirn.
Hə, əyər hünərin var, gəl mərc eləyək. Onda bilərsiz ki, müsəlman
qəzetlərinin bağlanmasına səbəb nə əməldir, nə qəzetçilər, nə camaat Qarı
nənənin buz üstündə yıxılmağına səbəb pişikdir. Qəzetlərin bağlanmağına səbəb
əlifba!
Di gol büz dodaqlarını, gül nə qədər güləcəksən!
AYRI SÖHBƏT
M ə şə d i D a d a ş. Kəblə Qasım nə belə dərin fikrə cumubsan?
K ə b l ə Qasım. Ay Məşədi, ovqatım nəhayətdə çox təlxdir.
Məşədi Dadaş. Niyə bala, sənə nə olub ki, səhərdən sımsırığını sallamısan?
K ə b l ə Qasım. Daha nə olacaq. Bundan sonra evimiz yıxılıb, qapımız bağlı
qalacaq; balalarımız da çöllərdə səfil-sərgərdan dolanacaqlar. Ax, ax, Allah
baisin evini yıxıb, balalarını mənim balalarım kimi çöllərdə qoysun.
M ə ş ə d i Dadaş. Kişi, nə çox ahu-zar eləyirsən? Nə olub sənə məgər?
Olmaya şəhər dumasının yaman günlərinə və camaatın sahibsizliyinə belə
ağlayırsan? Yoxsa şəhərimizdə təzə açılan bankın üzvləri sənə də kredit (etibar)
açmaq üçün kəlləqənd təmənnasında olublar? Olmaya haman ağalar oranı da
şəhər idarəsinin. Kökünə salmaq istəyirlər ki, guya... gərək onlara baş əyilsin?
Ay kişi! Niyə dinmirsən? Görünür ki, dərdin lap yekədir? (Kəblə Qasım ağlayır.)
A kişi, bir deginən görüm axır sənə nə olub? Olmaya keçən gün "Məktəbi-
xeyriy-
368
yə"də imtəhan üstündə bir-birilə boğuşan müəllmlərin, "müdir"lərin halı səni
ağladır?
K ə b l ə Qasım. Ay başına dönüm, Məşədi Dadaş, iş elə budur da! Belə bu
gün oğlum məktəbdəıı gəlib, çəkməsini atdı taxçaya, sonra da başladı özünü
yerdən yerə sürtməyə. Mən və uşağın anası uşağı güc ilə ovudandan sonra
__________________Milli Kitabxana___________________
369
soruşduq ki, balam nə olub? Dedi ki, ata, bu gün uçitellərimizin ikisi də,
məktəbin qeyrətli komisiyonlarına ültimatom veribiər ki, ya gərək onlardan birisi
məktəbə müdir olsun, ya da ki, üç günə kimi məktəbi bağladacaqlar. İndi mən də
bundan ötəri ağlayıram ki, balalarımız çöldə qalacaqlar. Daha müəllim
tapılmayacaq, uşaqlarımız da quli-biyabani olacaqlar.
M ə ş ə di Dadaş. Kişi, elə bu?
K ə b l ə Qasım. Bəs bu azdı?
M ə ş ə di Dadaş (bir az fikirdən sonra), Doğrudan da. Filankəs ilə mən də
fikirləşirəm ki, bu çox böyük bədbəxtlikdir; Allah axırın xeyir eləsin!
İkisi. Amin!
MƏZHƏKƏ
Kəndlinin biri buğdasını, baramasını aparıb bazarda dəyər-dəyməzinə satıb
bir dənə at, bir dənə eşşək və əyninə də bir dəst paltar alıb, evinə tərəf gedirdi....
Bir nəfər bəy bunu gendən gördü və təəccüb elədi ki, kəndlinin həm atı var,
həm də eşşəyi. Daldan kəndliyə yaxınlaşıb başına elə bir qapaz saldı ki, kəndli
ancaq bir saatdan sonra ayıla bildi və ayılandan sonra da baxıb gördü ki, eşşək
yoxdur.
Yasavul kəndlinin atına baxıb şikayətinə qulaq asdı, amma şikayət "haqqı"az
olduğuna görə, kəndliyə bir neçə dənə qamçı çəkdi və dedi:
-- Bağla atını burada, get ətrafı gəz, bəlkə eşşəyin tapıla.
Kəndli atını yasavula tapşırıb, eşşəyi axtarmağa getdi. Çox gəzdi, çox
dolandı, hərçənd bəyin qapısında bir eşşək gördü ki, öz eşşəyinə çox oxşayırdı,
amma o cürə şeyləri fikrinə gətirməyə cürət eləmədi.
Və qayıtdı ki, bəlkə yasavul bir kömək eləyə, amma nə yasavuldan və nə
atdan bir nişan da görmədi.
Kəndli xofa düşdü, elə bildi ki, bunlar hamısı yuxudur. Onun üçün özünü
çimdiklədi ki, ayılsın, amma gördü ki, xeyr, yatmayıbdır.
Bikef və bidamaq bir çayın qırağında oturub evinə qayıtmağa utanırdı. Gördü
ki, bir nəfər sarıqlı gəlir. Kəndli durub ikiqat əyildi və yenə bidamaq yerinə
oturdu. Sarıqlı dedi:
-- Nədir ki, belə bidamaqsan?
Kəndli ağlaya-ağlaya əhvalatı nəql elədi.
Sarıqlı bunun təzə libasına diqqət yetirib dedi:
-- Mən sənə əlac edərəm.
Dostları ilə paylaş: |