__________________Milli Kitabxana___________________
357
Bir çox adam ona həsəd aparıb, bəziləri də iqrar edirmişlər ki, bu qədər pula bir
baqqal dükanı açmaq mümkün imiş... Toy axşamının səhərisi saat altıda şəhərin
bir məhəlləsində zurna və nağara ilə bəzzaz Hacı Əsədin evinə gəlin gətirdilər. O
biri məhəlləsində isə Azad bəyin evindən "şaxsey, vaxsey" ilə qəbiristana tərəf
meyit aparırdılar. O tərəfdən gəlin aparanlar zurnanın havasını oxuyub deyirdilər
ki, "Gəl, gəl ay mənim maralım!", bu tərəfdən isə meyitin qabağında gedən
tələbələr səs-səsə verib deyirdilər ki, "Sübhanallah, vəlhəmdəlülah... Allahu
əkbər...". O tərəfdən "Urra, Urra!" və sonra "Allah, Allah!" - deyib Allah-
taaladan tofıq və səadət diləyirdilər, bu tərəfdən isə bunlar da "Allah, Allah!"
deyib xudayi-yeganədən rəhmət və əfv istirham edirdilər... Bu halda şəhər
əhlindən Kərbəlayı Binnətqulu adlı bir baqqal öz tanışı əttar Məşədi Yadigar ilə
görüşüb salamlaşandan sonra Kərbəlayı soruşdu:
- Məşədi Yadigar, bu ölən kimdir?
Məşədi cavab verdi:
- Bu
ölən, Kərbəlayı Binnət, Allah rəhmət eləsin, Azad bəyin cavan oğlu
Xudadad bəydir.
- Buy,
Allah
rəhmət eləsin... - deyib Kərbəlayı Binnət məəttəl qaldı: - A
kişi, dünən mən ki, onu bazarda sağ-salamat gördüm ki?
Ona nə oldu ki, belə tez öldü?
Məşədi cavab verdi ki:
- Özü
ölməyibdir, yazığı öldürüblər. Çox da yaman dərd ilə öldürüblər.
Kərbəlayı:
- Vay
yazıq! Görəsən kim öldürübdür?
Məşədi:
- Nə bilim, Allah bilir, ancaq o məlumdur ki, bu gecə bəzzaz Hacı Əsədin
toyunda imiş, Özü də səkkiz yüz manat pul udubmuş. Yazığı aldadıb çölə
aparıblar və orada bıçaq ilə başını kəsib cibini soyublar...
Kərbəlayı Binnət bir ah çəkdi:
__________________Milli Kitabxana___________________
358
-
Ax! A dünya, necə xarab olubsan. Yazıq Xudadad bəy, Allah sənə
rəhmət eləsin, yaxşı uşaq idi, görəsən atası, anası nə haydadır?
Məşədi Yadigar çiynini tolladı:
- Nə hayda olacaqlar, gözlərinin ağı-qarası bir oğlan idi, ya onu
öldürdülər, ya ki ata-anasını öldürdülər, nə təfavütü var!..
Bir qədər sükutdan sonra Kərbəlayı soruşdu ki;
- Hara
gedirsən?
Məşədi cavab verdi ki:
- Dükana
gedirəm!
Kərbəlayı dedi:
- Mən də dükana gedirəm, - sonra bunu da artırdı ki, - təzə yağ
gətirmişəm, lazım olsa uşağı göndər bir az aparsın evinizə.
Məşədi Yadigar dedi:
- Çox
yaxşı, göndərərəm. - Sonra o da Təbrizdən təzə həna ilə yaxşı qara
çay gətirdiyini Kərbəlayıya qandırıb xudahafiz etdi, biri sola getdi; biri də sağa...
YEVLAX -- ŞUŞA YOLU
Heç nə!... Dəmir yolu ki, çəkildi, Yevlax--Şuşa yolunun bütün ləzzəti
qaçacaqdır.
Heç insafdır ki, sən allah, dilicanın, faytonun, furqonun istirahətini, ləzzətini
dəmir yola verəsən? Dəmir yol o yerdə yaraşar ki, məsələn, bu gün Bakıdan
gedəsən Yevlağa, Tiflisdən, Gəncədən gələsən Yevlağa və Yevlaxdan dilicana
minib, yel vura-vura sürdürəsən Şuşa şəhərinə.
Elə ki, Yevlax stansiyasında vaqondan düşürsən, bir də görürsən ki,
faytonçular, dilicançılar səni bürüdülər.
-- Hara gedirsən?
-- Şuşaya.
-- Bəs, onda buyurun, dilican hazırdır.
-- Qoşubsan?
-- Çoxdan
-- Neçəyə apararsan?
-- Neçə adamsınız?
-- İki nəfərik.
-- Şeyiniz çoxdur?
__________________Milli Kitabxana___________________
359
-- Yox, adama bir çamadandır.
-- Elə isə, adama səkkiz manat.
Burada balaca alış-veriş vaqe olur, səkkiz manat yenir olur altı.
-- Hə, di qoy minək, sür gedək.
-- Bu saat, siz əyləşin, bir stəkan adama çay için, bu saat dilicanı sürüm bura.
Amma çayı tez için ki, ləngiməyək.
Bəl i, əyləşib bir stəkan çay içirik. Yevlağın ditdilisi dızıldayıb, o qulağından
dişləyir, "dızz...." eləyib, burnundan dişləyir.
Qərəz, dilican gəlincə ditdili elədiyini eləyir. Amma dilican gəlmir. Yenə çay
içirsən, papiros çəkirsən, durub gəzinirsən, divardakı yazıları bir-bir oxuyursan,
dilican gəlmir ki, gəlmir....
Başlayırsan darıxmağa. Bir də görürsən dilican gəlmədi, amma dilicançı özü
gəlir. Başını qapıdan çıxardıb baxır və soruşur:
-- Burdasızmı?
-- Əşi, burada olmamış, hara gedəcəyik. Bir tez ol, dilicanı sür gəlsin, vaxt
keçdi, gün günorta oldu. Yoxsa, şəhərə gecə çatarıq.
Bu söz dilicançının xətrinə dəyir.
-- Nə? Necə? Görünür ki, mənim atlarımdan xəbəriniz yoxdur. Budur
sizə deyirəm: axşam azanına bir saat qalmış Şuşa şəhərinin bazarında olacayıq,
inşallah.
-- Di yaxşı, tez ol.
-- Bu saat, atlara kormut verim, açdırlar.
Gedir, yenə gözlə ki, dilican gələcəkdir.
Saat on olur, Tiflis poyezdi gəlir. Bundan bir yarım saat keçəndən sonra
dilicançı gəlir ki, "Di buyurun, gedək". Məlum olur ki, hərif Tiflis poyezdini
gözləyirmiş.
Baxıb görürsən ki, üzüm giləsinə milçək daraşan kimi, dilicanın altından
başqa hər yerindən adam sallaşır. Özünü bir növ ilə dilicanın içinə salırsan.
Bismillahi-rəhmanir rəhim" deyib, yola düşürsən.
Bəh, bəh, bəh! At qumrovlarının səsi sənə layla çalır. Yolun tozunun ətri
səni valeh eləyir.
Bir dörd-beş saatdan sonra gəlirsən Bərdə astansiyasına. Burada bir balaca
toqif lazım gəlir. Atlar dəyişilib qoşulunca bərdəlilər sənə hər tərəfdən tamaşa
eləyirlər.
Buradan da yola düşürsən. Bir də görürsən ki, qabağına çıxan arabaların
təkərləri və atların ayaqları yaşdır. Məlum olur ki, Tərtər çayında su var. Tərtər
çayı gendən qıcıldayır. Dilicanla keçmək mümkün deyildir, gərək kəl arabasına
minəsən.