Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə93/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   89   90   91   92   93   94   95   96   ...   102



__________________Milli Kitabxana___________________ 

364 


 

MÜƏLLİMƏ 

 

Onu göndərdilər ki, azarlamış müəllimin yerini hələlik dolandırsın.... 



Müəllimə özü rus, şagirdlər müsəlman. 

Əvvəl gün dərs otağına girdikdə, uşaqların çirkli paltarlarından gələn iydən 

az qaldı ki, burnunu tutub çıxsın.  Ətir və  ənbərə öyrənmiş  olan  bu  cür  iylərə 

dözmək istəmirdi. Şagirdlər tərəfindən gətirilib mizlərin içində gizlədilmiş olan 

İran  şirniyyatının (zəfəran, mixək, darçın, hil kimi) qoxuları  uşaqların üst-

başından çıxan çirk və piy iyinə qatışıb, onsuz da əlliyə qədər adamın nəfəsi ilə 

pozulmuş havanı daha da bədtər etmişdi. 

Heç süpürülməmiş  və yainki süpürülən kimi zibillənmiş olan döşəmənin 

üzündə toz-torpaq, yeyinti qırığı, uşaqların əyni-başı cırıq-cırıq, başlarında yekə-

yekə papaq və çirkli yaylıq, müəllimənin təmizliyə öyrənmiş olan gözlərini 

incidirdi. 

Səs-küy, anlamadığı bir dil, qışqırıq, lüzumsuz gülüş binəvanın musiqiyə 

öyrənmiş qulağına çox fəna təsir edirdi. 

-- Mən buna dözə bilmərəm, -- deyib müəllimə istədi ki, çıxıb getsin. Lakin 

qalmağa məcbur idi, yoxsa gələcək ümidləri zay ola bilərdi. 

Dərsə başladı.... Uşqlar rus dilini bilmir, bu dediyini onlar, onlar dediyini bu 

anlamırdı. O idi ki, klasda uşaqları nizamla saxlamaq mümkün deyildi. Bu hər nə 

deyirdisə, uşaqlar öz bildiklərini edirdilər. 

Belə pərişan və qat-qarışıq bir mənzərə içində bir şey müəllimənin diqqətini 

cəlb etdi. Uşaqlardan küncdə oturan bir nəfəri bu nizamsızlığa heç qarışmayıb, 

dinməz-söyləməz oturub kamali-ədəblə dərsə qulaq asırdı. Əyninə baxdıqda, bu, 

bir kasıb balası idi, amma üzündə nəcabət asarı var idi. Bundan heç bir nalayiq 

hərəkət baş vermirdi. 

Sözsüzdür ki, bütün klasın içində müəllimənin xoşu gələn bir şagird var idisə, 

həmin bu Əlisəfdər idi; özü də yoldaşlarından rusca çox bilirdi və yaxşı xətt ilə 

yazırdı. 

-- Allahın altında bunun əyni-başı düzəlmiş olaydı, -- deyib müəllimə  hətta 

bu fikirdə oldu ki, Əlisəfdərə paltar tədarükü görsün. Amma o biri uşaqlar 

müəlliməni çox incidirdilər. Özləri də klasda papaqlı otururdular. 

-- Bu saat papaqlarınızı çıxarın, -- deyib müəllimə uşaqların üstünə qışqırdı. 

Onun  əmrini anlayanlar papaqlarını  çıxartdılar, anlamayanlar da o birilərinə 

baxıb başlarını açdılar. 

 



__________________Milli Kitabxana___________________ 

365 


 

Lakin burada bir şey müəlliməni heyran qoydu. Onun dostu Əlisəfdər papaqlı 

oturmuşdu. Müəlimə təəccüblə ona baxıb, "Sən də papağını çıxart" -- dedi. Lakin 

o heç tərpənmədi, ancaq qıpqırmızı  qızardı.  Şagirdlər səslərini kəsib bütün 

diqqətlərini bu fəqərəyə  cəlb etdilər. Klasda dərin bir sükut əmələ  gəldi. 

Müəllimə dost tutduğu şagirddin bu itaətsizliyindən qəlbi sınmış halda, ona tərəf 

gedib, öz əli ilə onun papağını çıxartdı. Bu halda uşaqlar hay-küy saldılar ki, az 

qaldı otaq dağılsın. Müəllimə bilaixtiyar geri çəkildi və az qaldı ki, özündən 

getsin. Lakin ona əsər edən uşaqların vəhşi qışqırığı deyildi. 

Bəs nə idi? 

Əlisəfdərin başı keçəl idi. 

DİNMƏ VER PULU 

 

- Salaməleyküm, yoldaş! 



-- O... Əbdülkərim!.. Əleyküməssalam. Necə varsınız? Keyf, əhval?! Uşaqlar 

və kənd əhli necədirlər? 

-Ay yoldaş... Necə olacaq, elə əvvəlki kimidir də!.. Ancaq qəhətlik, fəqirlik... 

- Yaxşı, Əbdülkərim, bircə de görüm mənə, strajniklər yenə əvvəlki kimi 

çapıb aparırlar?.. 

- Ay 


yoldaş! indi strajniklər əvvəlkindən də yaman çapqınçılıq edirlər və 

artıq payədə. Bəzi vaxt gəlirlərki, pristav töycü pulu istəyir. 

Biz deyəndə ki, atam-babam zalımsınız, heç olmasa bir insaflı zalım olunuz, 

deyirlər ki, oğurluq elə, amma insafını  əldən buraxma... İndi, siz də soyub 

aparmışsınız, bir möhlət verin bir az özümüzü düzəldək, yenə  gəlib aparın... 

Bimürüvvət oğlanları razı olmayıb, şeymeymizi götürüb bayda! Demək istədilər, 

hər yerə göz yetirdilər, dörd gözlü olub, marıtladılar, hisli sacdan, sınıq 

tabaqdan, oxlovdan, şikəst çıraqdan, yırtıq keçədən, nimdaş çanqdan, xalçasız 

hanadan, dəhrədən, bir qəbzə biçağından başqa, evdə bir şey tapmadılar. Keçən 

illərin mis qabları, yorğan-döşək və xalçaların dadları damaqlarında qalmış idi... 

Hə... axır ki, evdə bir şey tapmayıb, bayıra çıxırlar, şovqərib, mirasa qalmış 

toyuqlar qa-qa deyib çığırmağa başlayır və strajniklər luthatut. 

Toyuqların ayaqlarını sarıyıb aparırlar... Deyirəm xudaya bu nədir? 

Bunu deyib, həmsöhbətim bir ah çəkib, xudahafiz edib getdi. Töycü  öhbətini 

açdım, yadıma bir şey düşdü: görək bizim boynumuzdan da bu dinməvər, 

danışmaver, tərpənməver, baxmaver, eşitmə- 

  



__________________Milli Kitabxana___________________ 

366 


 

ver, bilməvər və ilaxır... və bir də çaypulu və papiros adlanan töycülər 

götürüləcəkmi? Bu məmuriar, polis əhli və qeyri çinovnik əhli o qədər "çay və 

papiros" pulu aliblar ki, camaat bu pulların verilməsini adət və vəzifə edibdir və 

görürsən elə yerdə elə ittifaqda məmura oxşayan kimsəyə  təklif edir ki, əsla 

lazım deyildir. Məsələn, keçən seçkidə evlərin kirayənişinləri və ümumən - 

"bütün  şəxslərin" (bizim haqq intixab üsulıı elədir ki, iyirmi dörd il on bir ay 

iyirmi doqquz günlük sinni olan, yaxud bu axır senat bəyannaməsinə mülahizəni 

mətbəxsiz  əlahiddə qapısız və bir ildən  əskik, məsələn, 11 ay 20 gündən bəri 

kirayə tutulmuş evdə olan kirayənişin yarım adam hesab olunur) siyahısını tərtib 

edəndə evin sahibi Hacı Dümün yazıçısını yanlayıb deyir: "Bəy, çox təvəqqe 

edirəm ki, yaxşı yazasınız...Əgər... istəsəniz... sizə bir qədər "papiros pulu"... 

verərəm". 

Yazıçı cavab verdi: 

-  Əmi, mən bunu yazmağım  əvəziııə pul almıram... Bu mənim vəzifəmdir. 

Mən bunu yazınağa borcluyam. 

Bədbəxt camaat, gör rüşvotçi momurlarm xasiyyətlərinə Özünü necə 

adətləndirib! 

Oğru, xırsiz istər ki, həmişə gecə qaranlıq və zülmət olsun ki, "kəsbkari 

fərəqqi" eləsin... 

İndi bizim məmurlar da əllərilə də, ayaqlan iiə də və başları ilə de səy edirlər 

ki, camaatı zülmetdə  və avamlıqda baqi eləsinlər ki, belə-belə sözləri aşikar 

olmasın. Hətta bir pristav "vətənpərəstliyindən" savadlı gəncləri görəndə gözləri 

çıxırdı, tükləri biz-biz dururdu və belə savadlının "divanxanaya", yəni "ədalət 

çeşməsinə", işləri düşəndə  ağa pristav ona: "Səndən zəhləm gedir" - deyib 

qovardı. Amma savadsızlara pristav himayə edib, bir sərnic süd, yaxud bir bəsti 

bal, ya ki, yüz yumurta əvəz alar idi... Pristavın bu mücahidliyinin nəticəsi bu 

oldu ki, savadlı kəndçi qol çəkmək, kağız imzalamaq lazım gəldikdə "xeyr, mən 

savadlı deyiləm" - deyib özünü avam göstərirdi ki, pristavın qəhərinə düçar 

olmasın... 

Xudavənda! Sən Özün bizi belə məmurların şərindən hifz elə. 

 

 



PİŞİK 

 

Uşaqlıqda nənəmiz bizim üçün bir nağıl deyərdi. O nağılın başı bu idi ki: 



bircəciyi var idi, bircəciyi yox idi, bircə qarı var idi. Bir gün getdi su üstə, 

sürüşdu düşdü buz üstə. 

 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə