ÜZÜM, ŞİRƏ VƏ ŞƏrabin mikroflorasi



Yüklə 37,77 Kb.
səhifə2/6
tarix04.10.2023
ölçüsü37,77 Kb.
#125292
1   2   3   4   5   6
ŞəRAB MÜHAZİRƏ

Sitoplazmatik membran, stoplazmanın xarici sət­hin­dən yara­nır və protoplalazmanı əhatə edir. Mikro­or­qanizm hüceyrəsində sitoplazmatik membran əsasən 4 funksiya yerinə yetirir: Osmotik təbəqə kimi təsir edir; məhluldan hüceyrəyə qida maddələrinin və əksinə, mü­badilə məhsullarının keçməsini tənzim edir; özünü bəzi fermentlərin və orqanoidlərin (ribosomların) daşı­yı­cısı kimi göstərir.
Sitoplazma-maya hüceyrəsinin bütün əsas element­lə­rini, mito­xondrii, ribosomlar və başqa ehtiyat maddə­lə­rini özündə birləşdirir. Elektron mikroskopu və bio­kim­yəvi tədqiqatlar nəticəsində müəy­yən olunmuşdur ki, sitoplazma özünü zülallardan, karbohidrat­lar­dan, lipidlərdən, mineral maddələrdən, sudan və bir sıra başqa maddələrdən ibarət kolloid sistem kimi göstərir.
Mitoxondri, maya hüceyrəsinin xırda, yüksək sə­viy­yədə ixti­sas­laşmış və vacib orqanoididir. Adi halda onlar qılafla vakuollar arasında yerləşir. Onların sayı hüceyrədə 1-50 arasında dəyişir. Əgər hüceyrədə cəmi bir mitoxondri olarsa belə, o, hüceyrə həcminin 20%-dən çoxunu təşkil edir. Maya mitoxondrisi əsasən lipi­dlərdən (30%-ə yaxın) və zülallardan (65-70%) ibarətdir (mitoxondrinin quru kütləsinə görə). Maya mitoxon­drisi əsas enerji funksiyasını yerinə yetirən fermentlərə malikdir. Mitoxondrii DNT (Dezoksiribonuklein tur­şusu) və RNT-yə (Ribonuklein turşusu) malikdir ki, bunlar vacib həyat prosesləri yerinə yetirirlər.
Vakuollar - maya hüceyrəsinin vacib orqanoididir. Suda həll olan elektro­litlərdən başqa, vakuollarda, kol­loid halında zülallar, yağlar, karbohidratlar və fer­mentlər yerləşir. Vakuollarda Na, K, Ca, Md,Cl, SO4 və PO4 ionları ayrı-ayrı elementlər və duzlar şəklində tapılır. Vakuolaların forma və ölçüsü maya hücey­rə­sin­də əhəmiyyətli dərəcədə dəyişir. Maya hüceyrəsində bir, yaxud bir neçə vakuol ola bilər. Vakuollarda fəal ok­sid­ləşmə-reduksiya prosesləri gedir.
Holci apparatı. Belə hesab olunur ki, hüceyrədə onun funksi­yası fizioloji proseslərin ümumi gedişini idarə etməkdir.
Nüvə. Maya hüceyrəsinin daimi quruluş elementi­dir. Nüvə-qılafa, nüvəciyə və karioplazmaya malikdir. Maya hüceyrəsinin nüvəsi 2 mkm diametrə, şar, yaxud ellepsvari formaya malik olur. Hüceyrədə onun yeri hü­cey­rənin həyat fəaliyyəti prosesində dəyişə bilir. Nüvə­nin əsas kimyəvi birləşməsi DNT-dir. DNT-ilə nəsil­dən-nəsilə genetik materiallar ötürülür. Nüvədə DNT-ə nisbətən az miqdarda RNT də tapılır. Nüvə həmçinin nuklein turşuları ilə əlaqə­dar olmayan zülallara da malikdir. Hüceyrə çoxalarkən nüvədə DNT-yə malik xromosomlara rast gəlinir.

Yüklə 37,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə