Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   2   3   4   5   6   7   8   9   ...   29

     Son  illər dəfələrlə bir neçə dilə  tərcümə olunub çap edilən  “Mister Hemferin xatirələri” kitabında 

oxuyuruq ki, peşəkar ingilis casusu olan və fars, ərəb, türk dillərini bilən Hemfer Türkiyə,  İraq və  Nəcd 

vilayətini qarış-qarış  gəzərək,  İslam dünyasında təfriqə törədə biləcək bir şəxs axtarırdı. Bu təfriqə  “Şərqi 

Hind” kompaniyasından sonra, ingilis müstəmləkəsinə çevrilən Hindistanın ardınca Ərəbistan yarımadasını, 

habelə,  İslamın müqəddəs məkanlarını  ələ keçirmək məqsədini daşıyacaqdı. Hemfer Mühəmməd ibn 

Əbdülvəhhabı Bəsrədə tapıb onu kölgəsitək hər yerdə, Bəsrədən İsfahana, oradan Nəcdə müşaiyət etməyə 

başladı ki, öz batil ideyalarını  aşkarlasın.  Axırda buna nail oldu ki, Əbdülvəhhabın ardıcılları  İslamın 

müqəddəs məkanlarını xarabalığa çevirdilər. Bunlar barədə, habelə, Əbdülvəhhabın və ardıcıllarının İslam 

dünyasına qarşı etdikləri cinayətlər haqda geniş  mə’lumat almaq istəyənlər, mütləq “Mister Hemferin 

xatirələri” kitabını  oxumalıdırlar. 

     Ərəb mənbələrində Əbdülvəhhabın İsfahana səfəri barədə mə’lumat olmasa da, Şüştərinin “Məsiri-

Talibi” və “Töhfətül-aləm” kitablarında Ağa  Əhməd Kermanşahinin “Mir’ati-əhvali-cahannüma” kitabında və 

“Mister Hemferin xatirələri” kitabında bu mətləb mövcuddur. Habelə, Mühəmməd ibn Əbdülvəhhabı  və 

vahabi  məzhəbini təhlil edən xarici mənbələr göstərir ki, Mühəmməd ibn  Əbdülvəhhab İsfahana və İranın 

başqa  şəhərlərinə getmiş, hətta orada bə’zi fəlsəfə alimlərinin yanında olmuşdur. Bunun yalan yoxsa, 

həqiqət olması aydınlaşdırılmalıdır. 

           

     /10/ -  “Xülasətül-kəlam;“Kəşfül-irtiyab” kitabından səh.3. 

     /11/ -  “Əl-Fütuhatul-islamiyyə” c.2, səh.229. 

     /12/ -  “Əl-Fütuhatul-ilahiyyə” səh.38, “Vahabilər” səh. 239-241. 

     /13/ -  “Əl-Fəcrus-sadiq” səh.170. 

     /14/ -  Əd-Dürərüs-sənniyyə səh.40 

     /15/ -  Mürtəd - müsəlmanlıqdan dönmüş kafir şəxsə deyilir. 

     /16/ -  “Kəşfül-irtiyab” səh.147-“Kəşfüş-şübəhat”dan səh.57-72-dək nəql edərək. 

     /17/ -  “Vahabilər” (Kəşfül-irtiyab) səh.163. 

     /18/ -  “Vahabilər” səh.253 “Dürərüs-sənniyyə”dən  nəql edərək. 

     /19/ -  “Vahabilər” səh.250. 

      


      

 

Mühəmməd ibn Əbdülvəhhabın zamanında 



onun əleyhinə kitablar yazmış  alimlər 

     Bunlar bir qrup sünni alimləridir ki, Əbdülvəhhabın həyatı dövründə onun iddialarını alt-üst etmək,  

şübhələrinə cavab vermək üçün  çalışmış    və bir sıra kitablar yazmışlar. Bu kitabları  əvvəlcə  əhli-sünnə 

alimlərinin yazmasının səbəbi, onların Mühəmməd ibn Əbdülvəhhabla qardaşlıq, müəllimlik, tanışlıq 

əlaqələrinin olması, yaxud onun ideyalarının şiə mühitindən  qabaq sünni mühitinə yol tapması idi. 

     Məkkə alimlərindən olan Əbu Hamid ibn Məzuq “Ət-Təvəssulu ilən-Nəbiyy və cəhələtul-vahabiyyin” 

adlı kitabında Mühəmməd ibn Əbdülvəhhabın  müasirləri olan və onun əleyhinə kitab yazan 40 alimin adını 

çəkmişdir ki, onların bir qismi bunlardır: 

     1.“Əs-Səvaiqul-ilahiyyə fir-rəddi  ələl-vahabiyyə” Mühəmməd ibn Əbdülvəhhabın qardaşı  Şeyx 

Süleyman ibn Əbdülvəhhab. 1296-cı hicri ilində İstanbulda və 1306-cı hicri ilində Misirdə çap olunmuşdur. 

     2.Mühəmməd ibn Süleyman Kürdünün məqaləsi. O, Mühəmməd ibn Əbdülvəhhabın Mədinədə 

ustadı olmuş və bu məqaləni onun qardaşı Şeyx Süleymanın  kitabına əlavə olaraq yazmışdır.  

     3.“Təcridu seyfil-cihad limuddəil-ictihad”. 

/20/

 Mühəmmədin ustadı olan Abdullah ibn Əbdüllətif 

Şafei. Kitabın adından göründüyü kimi o, Mühəmmədi bir müctehid və nəzər sahibi kimi tanımamışdır. 

     4.“Əs-Səvaiqu vər-rüud” Əfifüddin Abdullah ibn Davud Hənbəli. Bu kitaba bir çox Bəsrə, Bağdad və 

Hələb alimləri əlavələr  yazıb, təsdiqləmişlər. 

     5.Əhməd ibn Əli Bəsri Şafeinin traktatı. 

     6.Əbdülvəhhab ibn Əhməd Bərəkat Şafei Məkkinin traktatı. 

     7.Şeyx Əta Məkkinin “Əs-Sarimul-hindiyy fi unuqin-nəcdiyy” adlı traktatı. 

     8.“Əs-Süyufus-siqal fi ə’naqi mən ənkərə minəl-əvliya”, Beytül-müqəddəs alim- 

     lərindən birinin əsəri. 

     9.“Təhrizul-əğbiya ələl-istiğasəti bil-ənbiyai vəl-əvliya”, taifli Şeyx Abdullah ibn İbrahimin əsəri. 

 

8




     10.“Əl-İntisar lil-əvliyail-əbrar” taifli Şeyx Tahir Hənəfi. 

     11.Seyyid  Ələvi ibn Əhməd deyir: “Mühəmməd ibn Əbdülvəhhaba qarşı  Məkkə, Mədinə,  Əhsa, 

Bəsrə, Bağdad, Hələb, Yəmən və digər  şəhərlərdən olan bir çox sünni alimlərinin cavab və irad kitabları 

saysız-hesabsızdır. Bunların hamısını Bəhreyn hənbəlilərindən olan Əbürrəzzaq tayfasından bir şəxs mənim 

üçün gətirmişdi. Səfərdə olduğum üçün  onların üzünü köçürə bilməsəm də hamısını oxudum”. 

     12.“Əl-Əqvalul-mərziyyə fir-rəddi ələl-vahabiyə”, Şeyx Ətaul Kəsəm Dəməşqi. 

     13.“Qəvsul-ibad bibəyanir-rəşad”, 1368-ci hicri ilində vəfat etmiş Şeyx Mustafa Həmmami Misri. 

     14.“Səadətud-dareyn”, Şeyx İbrahim ibn Osman Səmənəvvudi. Öz həyatı dövründə  hicri 1320-ci 

ildə çap edilmişdir.  

     15.“Ən-Nüquluş-şər’iyyə fir-rəddi  ələl-vahabiyyə”,  Şeyx Həsən ibn Ömər  Şətta Hənbəli Dəməşqi 

(1274-cü ildə vəfat etmişdir). 

     16.1355-ci  ildə  vəfat edən  Şeyx Mühəmməd ibn Həsəneyn Məxluf Maliki Misrinin övliya və 

ənbiyaya təvəssül etmək barədə traktatı. 

     17.“Əl-Məqalatul-vafiyə fir-rəddi ələl-vahhabiyyə”, Həsən Xizbək. 

     18.Seyyid  Mun’iminin  qəsidəsi. O, Mühəmməd ibn Əbdülvəhhab bir qrup müsəlmanı saçlarını 

dibdən qırxmadıqlarına görə  qətlə yetirdikdən sonra bu qəsidəni yazmışdı.  Əbdülvəhhab kişi və qadınlar 

daxil olmaqla, hamının saçının qırxmasını vacib bilmiş  və bu əməli tərk edən hər bir kəsin öldürülməsini  

vacib etmişdi. 

      

     /20/ -  “İctihad iddiaçısına  qarşı sıyrılan cihad qılıncı”-kitabın adının tərcüməsi. 

      


 

 

Mühəmməd ibn Əbdülvəhhabın sülaləsi 

     Əhməd Zeyni Dəhəlan Xülasətul-kəlamda yazır: “Mühəmməd ibn Əbdülvəhhab 1111-ci hicri ilində 

doğulmuş  və 1207-ci ildə 96 yaşında ikən dünyadan getmişdir.  İlk dövlərdən o, İslam tarixindəki yalançı 

peyğəmbərlik  iddiaçıları, o cümlədən, nəcdli Museylimeyi-Kəzzab, Bəni-Təmim qəbiləsindən olan Səcah 

adlı qadın, Əsvəd Ənsi, Tuleyhə barəsində mütaliəyə  böyük meyl və həvəs göstərirdi. 

     Mühəmməd ibn Əbdülvəhhab öləndən sonra onun dörd oğlu qaldı ki, adları Abdullah, Həsən, 

Hüseyn və  Əli idi. Abdullah atasından sonra onun yolunu tutub, işini davam etdirdi. Ondan sonra isə öz 

oğlanları Süleyman və Əbdürrəhman bu işi  davam etdirdilər. Süleyman həddən ziyadə təəssüblü insan idi. 

O, 1233-cü hicri ilində  İbrahim paşanın  əli ilə öldürüldü. Habelə,  qardaşı  Əbdürrəhman da tutulub Misirə 

sürgün olundu və orada öldü. 

     Mühəmməd ibn Əbdülvəhhabın ikinci oğlu Həsəndən  Əbdürrəhman adlı bir nəvəsi də var idi. O, 

vahabilərin  Məkkəni işğal etdikləri zaman  (1218-ci hicri-qəməri)  şəhərin qazisi oldu. O,  yüzillik bir ömür 

yaşadı  və özündən sonra vahabilər arasında tanınmış şəxs olan Əbdüllətif adında oğlunu qoyub keçindi. 

     Digər oğullar, Hüseyn və Əlinin də çoxlu  sayda övladları olmuşdur ki, onların nəsilləri  indiyədək 

Dir’iyyə  məntəqəsində yaşayıb, Beytuş-şeyx, yə’ni,  Şeyx Mühəmməd ibn Əbdülvəhhabın övladları adı ilə 

tanınırlar. 

     Mühəmmməd ibn Əbdülvəhhaba, onun məslək və  əqidələrində ilk arxa duranlar Mühəmməd ibn 

Səud, oğlu Əbdüləziz və nəvəsi Səud ibn Əbdüləziz olmuşlar. 

/21/

 Mühəmməd ibn Əbdülvəhhabın oğlu və 

nəvələri də, öz əsərləri ilə onun fikir və məsləyini  izah  edib yaymaqda ciddi sə’y göstərmişlər. Həmçinin, 

Mühəmməd  ibn İsmail  Sən’ani “Təthirul-e’tiqad” kitabında, Alusi Bağdadi “Nəcdin tarixi” kitabında və 

Şövkani öz kitablarındakı yazıları ilə vahabiliyin  yayılmasına  bais olmuşdular.  

      


     /21/ -  “Kəşful-irtiyab”, səh.3 “Xüləsətül-kəlam”dan nəql edərək. 

      


      

 

      

 

9




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə