Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   2   3   4   5   6   7   8   9   10   ...   29

özlərinin köməkliyi ilə  Bəqinin bütün məqbərə  və  qəbirlərini, o cümlədən, dörd mə’sumun-İmam Həsən 

Müctəba(ə),  İmam Zeynəlabidin (ə),  İmam Mühəmməd Baqir (ə) və  İmam Cəfər Sadiqin(ə) qəbirlərini, 

habelə, Peyğəmbərin (s) atası Abdullahın qəbrini viran etdilər. Fəqət, camaatın qəzəblənəcəyindən qorxub, 

Peyğəmbərin (s) öz qəbrinə təcavüz etmədilər. Onlar, ağzına qədər dolu olan dörd sandıq qiymətli cavahirat 

və bahalı almaz-yaqut qarət edib apardılar. O cümlədən, şam yerinə gecələr parlayan almaz qoyulmuş dörd 

zümrüd şamdan və qılafları xalis qızılla, almaz və yaqutla, dəstələri zümrüd və yaşma ilə bəzədilmiş 100-ə 

yaxın misilsiz  qılınc apardılar. Mədinənin zəbt olunması ilə vahabilər bütün Ərəbistan və  Yəməndə öz 

nüfuzlarını möhkəmləndirdilər və müsəlmanları qorxu və təşvişə düçar etdilər. 

      

Vahabilərin Nəcəfül-əşrəfə hücumu 

     1220 yaxud 1221-ci ildə vahabilər Səudun sərkərdəliyi ilə Nəcəfə hücum etdilər. Şəhərin divar və 

qalaları,  ətrafında  qazılmış  xəndək olduğundan, habelə,  Şeyx Cə’fər Nəcəfinin (Kaşiful-qita) rəhbərliyi ilə 

gecə-gündüz  şəhərin müdafiəsində duran camaat və 200 nəfərə yaxın dini elmlər tələbələrinin sə’yləri 

nəticəsində vahabilər geri otuzduruldu. 

     Şeyx Cə’fər Kaşiful-qitanın evi silah anbarı idi. O, hər qalanı bir qrup tələbə  və camaata tapşırıb  

müdafiə əmri vermişdi. Tanınmış şəxslərdən olan Şeyx Hüseyn Nəcəfi, Şeyx Xızır Şəllal, “Miftahül-kəramət” 

kitabının müəllifi Seyyid Cavad Amili, Şeyx Mehdi Molla Kitab da şəhərin müdafiəçilərindən idilər. 

     Bu hücumda vahabilərin 15000-ə yaxın döyüşçüsü var idi. Onlar nə qədər sə’y etsələr də Nəcəfin 

müdafiəçilərini üstələyib  şəhərə girə bilmirdilər. Günlərin birində vahabilər  şəhər divarlarını  aşıb az qala 

şəhəri işğal edəcəkdilər. Lakin şəhər müdafiəçilərinin cəsur qarşıdurması    ilə geri oturdular. Mühasirə 

müddətində  şəhər müdafiəçiləri qalanın bürc və divarlarının üstündən vahabiləri atəşə tutub onlardan 700 

nəfərini öldürə bildilər. Axırda Səud qalan adamları ilə Nəcəfül-əşrəfdən geri çəkilməyə məcbur oldu. 

     Nəcəf  əhalisi Səudun qoşunu yetişməzdən  əvvəl, Həzrət  Əmirəl-mö’mininin (ə) hərəminin 

xəzinəsini Bağdada, oradan da Kazimeyn şəhərinə aparıb  əmanət saxladılar. Beləliklə  də  xəzinə  vəhşi 

tayfanın əlindən amanda qaldı. 

     Nəcdli tarixçi İbn Bişr “Nəcdin tarixi” kitabında Səudun Nəcəfə hücumu barəsində yazır: “1220-ci 

ildə  Səud, Nəcd və  ətraf məntəqələrdən olan böyük bir qoşunla  İraqın məşhur  şəhərinə hücum etdi. O, 

müsəlman (yə’ni, vahabi) ordunu şəhərin dövrəsinə yayıb, divarlarını uçurmalarını əmr etdi. Səudun qoşunu 

qala divarlarına yaxınlaşdıqda dərin və geniş xəndəklə rastlaşıb irəliləyə bilmədi. Döyüş əsnasında divarların 

üstündən açılan atəşlərdən müsəlmanlar (vahabilər) itki verib geri çəkildilər və şəhər ətrafını qarət etməyə 

başladılar”. 



/36/

 

     1222-ci ildə Səud 20000 əsgərdən ibarət qoşunla yenidən Nəcəfül-əşrəfə hücum etdi. Amma şəhər 



əhalisinin Kaşiful-qitanın başçılığı ilə top və tüfənglərlə müdafiəyə hazır olduqlarını görüb geri çəkildi və Hillə 

şəhərinə üz tutdu. 



/37/ 

      


     /36/ -  “Ünvanül-məcd fi tarixi-Nəcd” c.1, səh.137. 

     /37/ -  Maraqlısı budur ki, Şeyx Cəfər Kaşiful-qitanın başçılığı ilə şəhərin müdafiəsində iştirak 

edən “Miftahül-kəramət” kitabının müəllifi məşhur fəqih Seyyid Cavad Amili həmin vaxtda Nəcəfül-

əşrəfin müdafiəsinin vacibliyi haqqında bir traktat da yazıb nəşr etdirdi.  

      


 

Kərbəla, Məkkə və Mədinəyə  

yeni hücumlar 

     Vahabilər Hillə şəhərinin də camaatının müharibəyə hazır olduqlarını görüb, mə’yus oldular. Hilləni 

tərk edib Kərbəlaya yönəldilər. Bu dəfə  Kərbəla camaatı 1216-cı ilin əksinə olaraq, şəhər darvazalarını 

bağlayıb möhkəm müdafiəyə girişdi, itkilər verdilər, çoxlu düşmən də öldürdülər, nəticədə, Səud  əliboş öz 

diyarına qayıtdı. 1222-ci ildə vahabilər Məkkə  və  Mədinəni də mühasirəyə alıb hacıları qarət etməyə 

başladılar. Bu dəhşətli hadisə üzündən Allah evi 3 il ziyarət edilmədi. 

      

Vahabilərin Şama yürüşü 

     1225-ci ildə vahabilər Abdullah ibn Səudun başçılığı ilə Suriya torpağı olan Həvərana yürüş etdilər. 

Əkinləri yandırdılar, günahsız uşaqları öldürüb qadınları əsir etdilər. Camaatın evlərini viran edib, əmlakını 

dağıtdılar. Deyilənlərə görə o  torpaqlara üç milyon dirhəm dəyərində ziyan dəydi.  

      

 

14




Nəcəfül-əşrəfin və Kərbəlanın 

təkrar mühasirəsi 

     Həmin ildə Ali-Səudun Uneyzə  qəbiləsi yenidən Nəcəfi və  Kərbəlanı mühasirə edib qarətçiliklərə 

başladı. O cümlədən, şə’ban ayının 15-i İmam Hüseynin (ə) qəbrini ziyarətdən qayıdan ərəb və qeyri-ərəb 

zəvvarlara hucum çəkib onlardan 150 nəfəri şəhid etdilər. Qalan zəvvarların bə’ziləri Nəcəfə gedə bilməyib 

Hillədə qaldılar, bə’ziləri isə  Həsəkəyə getdilər. Yazırlar ki, vahabilər Kufədən Kərbəlayadək, 2 fərsəx 

məsafədə Nəcəfi mühasirə etmişdilər. 

      

      


Vahabilərin Məsqətə hücumu 

     “Vahabilər” kitabında Fətəli  şah Qacar zamanında Səud ibn Əbdüləzizin Bəhreyn və  Məsqətə 

hücumu barəsində belə yazılıb: “Sepehr 1226-cı ilin hadisələrini şərh edərək deyir: “Həmin camaatın (yə’ni, 

vahabilərin) iştahası o qədər artdı ki, Bəhreyn torpağını da öz ərazilərinə qatmaq istədilər. Onlar Məsqətdə 

qarət və qətlə can atdılar. Məsqətin imamı (hakimi) fars hökmdarı şahzadə Həsənli Mirzəyə xəbər çatdırdı. 

Şahzadə Hüseynəlinin fərmanı ilə ərəblərlə müharibə təcrübəsi olan Sadiqxan Dəvələvi Qacar böyük bir İran 

ordusu ilə Məsqətə gəldi. Orada da bir dəstə yığıb orduya qoşdu və Dir’iyyəyə tərəf hərəkət etdi. Əmir Səud 

İran ordusuna qarşı vuruşmaq üçün Seyf ibn Maliki və Mühəmməd ibn Seyfi böyük bir ərəb ordusu ilə 

səfərbər etdi. İki tərəf arasında başverən qanlı döyüşdən sonra Məhəmməd və Seyf ağır yaralar alıb döyüş 

meydanında çoxlu itkilər verərək qaçdılar. 

     Məsqətin imamı (hakimi) təşəkkür əlaməti olaraq, şahzadə Hüseynəliyə layiqli hədiyyələr göndərib 

qalibiyyət xəbərini rəbiül-əvvəl ayının 20-də Fətəli şaha çatdırdı”. 



/38/

 

     Göstərildiyi kimi, Sepehr (tarixçi) bu hadisəni 1226-cı ilin hadisələri sırasında qeyd edir. Lakin 



Cəbərti 1228-ci ilin hadisələrinin şərhində buna işarə edərək deyir: “Vahabilər Məkkə və Cəddəni boşaltdılar. 

Çünki onlara iranlıların Dir’iyyəyə hücum edib oranı tutduqları xəbəri çatmışdı”. 



/39/

 

     Mümkündür  deyilə ki, iranlılar Nəcdə  dəfələrlə hücum etmişlər. Sepehrin tarixində  də gördük ki, 



Sadiqxan Dəvələvi haqqında yazır: “Ərəblərlə müharibədə  təcrübəli idi”. Bu səbəbdən ehtimal olunur ki,  

Cəbərti öz tarixində başqa bir hücuma işarə etmişdir. Mərhum  Şəmsül-üləma Kermani də vahabi firqəsi 

haqqında yazdığı kitabında  İran ordusu və vahabilər arasındakı  döyüşlərə, hətta vahabilərin  İrana 

hücumuna, onların Fətəli  şaha məktubuna və cavab almalarına  işarə etmişdir. Amma Kermani bu 

mə’lumatların mənbəyini göstərməmişdir./40/ 

      


     /38/ -  “Nasixut-təvarix Qacariyyə c.1, səh.206. 

     /39/ -  “Əl-Muxtar min tarixil-Cəbərti” səh.539. 

     /40/ -  “Vahabilər” səh.351. 

      


      

Osmanlı dövləti və vahabilərin süqutu 

     Səud ibn Əbdüləzizin 1218-ci ildə Məkkəni işğal etdiyi dövrdən 1224-cü ilə qədər Hicaz, Yəmən, 

Fələstin, Suriya və  İraqa rəhbərlik edən Osmanlı dövləti dəfələrlə Misir hökmdarı  Məhəmmədəli paşaya 

fərman verirdi ki, Osmanlı qoşununun köməyi və lazımi təchizat ilə Hicaz və  Nəcdə ordu göndərib vahabi 

firqəsini əzsin və Ali-Səudu hakimiyyətdən salsın. Amma bu iş hər dəfə tə’xirə  düşürdü. 

     1225-ci ildə Məhəmmədəli paşa lazımi hazırlıqdan sonra oğlu Əhməd Tosunu dəniz yolu ilə Yənbu 

limanına göndərdi. O da 1228-ci ilə qədər Abdullah ibn Səudun başçılığı ilə döyüşən vahabilərlə müharibə 

edib, nəticədə onlarla sülh sazişi imzalayaraq Misirə qayıtdı. Bu müharibələrdə  Məkkə, Mədinə  və Taif 

şəhərləri azad edildi.  

     Taifin  fatehi  Osman  Muzayifi  əsir götürülüb Mədinə  əmiri Mübarək ibn Mizyanla  birgə Misirə

oradan da İstanbula göndərildi. Osmanlı paytaxtının meydanında Osman Muzeyfi, İbn Mizyan və başqa bir 

vahabi sərkərdəsini qətlə yetirdilər. Bu münasibətlə Misirdə 5 gün bayram edildi. Osmanlı sultanı, 

Məhəmmədəliyə rəsmən  paşa titulu verərək, özünə də layiq bildiyi hər şəxsə bu adı verməsi ixtiyarını verdi. 

     Vahabilərin işi axıra yetmədiyindən, bu dəfə Məhəmmədəli Paşa özü böyük bir ordu yığıb, 1227-ci 

ildə  dəniz yolu ilə Hicaza yönələrək Cəddə limanına gəldi. O, Cəddədən Məkkəyə yönəlib  oranı özünə 

mərkəz seçdi. 

     Məhəmmədəli Paşa Məkkə əmiri Qalibi üç oğlu ilə birgə tutub, mallarını müsadirə etdi, özünü isə 

Misirə göndərdi. Oradan da ailələri ilə birgə Salonik adasına sürgün etdi. Talib 1231-ci ildə Salonik adasında 

 

15



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə