Ваһаби фиргәси


Bəqi qəbirstanlığındakı imamların



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

Bəqi qəbirstanlığındakı imamların 

qəbirlərinin dağıdılması 

     1344-cü  hicri  ilin  şəvval ayında, Məkkənin işğalından sonra, vahabilər  Əbdüləziz ibn Səudun 

başçılığı ilə  Mədinəyə hücum etdilər. Mühasirə  və döyüşdən sonra şəhəri  ələ keçirtdilər. Osmanlı 

mə’murlarını qovub, Bəqidə olan imamların və digər qəbirlərin, o cümlədən, Peyğəmbərin (s) oğlu İbrahimin,  

zövcələrinin, Həzrət Əbülfəzl Abbasın anası Ümmül-Bəninin, Peyğəmbərin (s) atası Abdullahın, İmam Cəfər 

Sadiqin (ə) oğlu İsmailin qəbirlərini, Osman ibn Əffanın, Malik ibn Ənəsin və başqa səhabələrin qəbirlərini 

dağıdıb yerlə yeksan etdilər. İmam Həsən Müctəba, (ə) İmam Zeynəl-abdin, (ə) İmam Mühəmməd Baqir (ə) 

və imam Cəfər  Sadiqin (ə) qəbirləri üzərindəki İsfahanda düzəldilib Mədinəyə gətirilmiş polad zərihi götürüb 

apardılar. Bir qübbənin altında olan Peyğəmbərin (s) əmisi Abbasın, Əmirəl-mö’minin həzrət Əlinin (ə) anası 

Fatimə bint Əsədin də qəbirləri viran edildi. 

     Bu gümbəzin şəkli “Miratul-hərəmeyn” kitabında əks etdirilmişdir. Bu, Fatimə bint Əsədin, Abbasın 

və Bəqi imamlarının (ə) qəbirləri üzərindəki axırıncı gümbəz idi ki, vahabilər onu sökdülər. Həmçinin, həzrət 

Həmzə Seyyidüş-şühədanın, Ühüd döyüşünün başqa  şəhidlərinin qəbirlərini və yaxınlıqdakı  məscidi yerlə 

yeksan etdilər. 

     Hind alimləri məlik Əbdüləziz Ali-Səuda e’tiraz etdikdə o, əmisi oğlu Səud ibn Əbdüləzizin Taif və 

Mədinədəki qırğınlardan sonra  gətirdiyi üzrü təkrar edib “Mənim deyil, ordumun törətdikləridir”- demişdir. 

Halbuki bu, yalandan başqa bir şey deyildi.  

     İmamların (ə) qəbirlərinin viran edilməsi xəbəri İran, İraq və başqa şiə ölkələrinə çatdıqda, camaat 

və alimlər hiddətləndilər. Çünki növbə  Rəsuli-Əkrəmin(s) də  qəbrinə çatırdı. Fəqət vahabilər  İslam 

dünyasının hiddətlənəcəyindən qorxdular. Mədinəyə olan hücumlarında Peyğəmbərin (s) qəbrini uçurub-

dağıda bilərdilər. Çünki onların əqidəsinə görə, Peyğəmbərin (s) qəbrinin ziyarəti, Rəsuli-Xudaya (s) salam 

vermək, qəbrinin üstünü tikmək haramdır. 

     İran və  İraqda camaat namazları, dini hövzələrin dərsləri tə’til edildi və matəm e’lan olundu. 

Alimlərin təklifilə  İranın o vaxtkı  hökuməti məsələni yoxlamaq üçün Hicaza nümayəndə hey’əti göndərdi. 

Amma iş-işdən keçmişdi. 

      


      

Şərif Hüseyn və Ali-Səudun ixtilafı 

     Birinci dünya müharibəsinin qızğın çağlarında ingilislər Hüseynin bir oğlunu osmanlılarla müharibə 

üçün ərəb qvardiyasının tərkibində orduya aparıb Əmir Abdullah adı ilə Şərq ordusuna başçı tə’yin etdilər. 

Digər oğlu Feysəli isə müharibə zamanı Fələstinlə birlikdə Osmanlı imperiyasından ayrılıb müttəfiqlərin əlinə 

keçən Suriyaya hakim etdilər. 

     1919-cu  ildə I dünya müharibəsindən sonra Hüseynlə ingilislərin münasibətləri soyuduğuna görə

Hüseyn az-çox öz müxalifliyini bildirdi. İngilislərin təhrikilə Əmir Əbdüləziz Ali-Səud Hicaza hücum edib, Taif, 

Məkkə, Mədinə, Cəddə və Tuhaməni Hüseynin əlindən aldı. Özünü Nəcd ilə Hicazın kralı e’lan etdi. İngilislər 

Hüseyni  Əqəbə limanına, oradan da Kipr adasına aparıb sürgündə saxladılar. Göstərdiyi xidmətlərin 

müqabilində isə İordaniya Haşimilər Krallığını yaradıb oğlu Abdullahı kral tə’yin etdilər. Digər oğlu Feysəli isə 

müttəfiqlər arasında bölgü zamanı Fransaya qismət olmuş Suriya şahlığından çıxarıb hökmdar tə’yin etdilər. 

     Birinci  Məlik Feysəl, Məlik Qazinin, o da ikinci Məlik Feysəlin atasıdır.  İkinci Məlik Feysəl 

Əbdülkərim Qasimin dövlət çevrilişi zamanı öldürüldü. İraqın  şah recimi  respublikaya çevrildi. Məlik 

Abdullah isə Məlik Təllalın, o da Məlik Hüseynin, İordaniya şahının atasıdır. 

     1373-cü  ildə  Əbdüləzizin ölümündən sonra böyük oğlu Səud onun taxtına oturdu. 1381-ci hicri 

ilində dövlət çevrilişi nəticəsində taxtdan salındı, yerini qardaşı Feysəl tutdu. Məlik Feysəl də 1935-ci ildə 

öldürüldü və yerinə qardaşı Xalid keçdi. O da bir neçə ildən sonra müəmmalı    şəkildə öldü və indiki kral 

Fəhd onun yerinə keçdi.  

     Məlik Əbdüləziz 1344-cü ildə rəsmən Nəcd və Hicazın şahı e’lan edilmişdi. O, 1351-ci ilədək həmin 

adla tanınırdı. Amma 1351-ci ildə o, özünü “Səudiyyə  Ərəbistanı Krallığının kralı adlandırdı  və dövləti də 

adına uyğun olaraq dəyişdirdi. Beləliklə, Məkkə və Mədinə kimi, bütün müsəlmanlara mənsub olan şəhərlər 

və müsəlmanların qibləgahı olan Kə’bə Ali-Səudun şəxsi mülkünə çevrildi. 

     Əbdüləzizin zamanında Məkkədə vahabi-təbliğçi qrup-“İxvan” (qardaşlar) cəmiyyəti meydana gəldi. 

Onlar Məkkədə Nəcd qəbilələrinə  yayıldılar. 

     Bu dəstə özlərini vahabi məzhəbinin təbliğinə həsr edir, ətraflarına Mühəmməd ibn Əbdülvəhhabın 

ideyalarının tə’siri altına düşmüş  gəncləri toplayırdılar.  İbn Səud onlardan Taifin  fəthində,  Şərq ordusuna 

hücumda və Hüseynə  qarşı olan digər müharibələrdə istifadə edirdi. Onlar sonradan adlarını dəyişib, “Əmr 

 

20




be-mə’ruf və nəhy əz-münkər edənlər” qoydular. Bu həmin qrup adamlardır ki,  indi vahabiliyin özəyini  təşkil 

edir və uzun köynək geyib, qırmızı başlıq qoymaqla və  xəfiyyə polisi  olaraq, hərəmi öpməyin  qarşısını 

almaqla fəxr edirlər. 

      


Sünni alimlərin vahabilərin 

əleyhinə yazdıqları digər kitablar 

     Qeyd  etdiyimiz  kimi,  İbn Teymiyyə zamanında və sonrakı dövrlərdə, habelə, Mühəmməd  ibn 

Əbdülvəhhab zamanında  və ondan sonralar bir sıra sünni və şiə alimləri onların əleyhinə kitablar yazmışdı. 

     1343-cü  ildə  Əbdüləzizin Hicazı  işğal etməsindən sonra islami dəyərlər bir daha vahabilərin 

vəhşiliklərinə  mə’ruz qaldı. Vahabi məzhəbi isə yazılarda və kitablarda geniş  təbliğ olunmağa başladı. Bu 

dövrlərdə də sünni və şiə alimləri bu qurma məzhəbin əleyhinə bir sıra kitablar yazmışlar. Bə’ziləri ilə tanış 

olun: 

     1-Əl-Üsulul-ərbəə fi tərdidil-vahabiyyə. Xacə Mühəmməd Həsən Canhindi. 



     2-Əl-Munhətul-vəhəbiyyə fir-rəddi ələl-vahabiyyə. Şeyx Davud ibn Süleyman  Nəqşbəndi Bağdadi. 

     3-Əl-Fəcrus-sadiq fir-rəddi  əla munkərit-təvəssuli vəl-kəramati vəl-xəvariq. Cəlil  Əfəndi Sidqi 

Zəhavi. 

     4-Şəvahidul-həqq fil-istiğasəti biseyyidil-xəlq. Şeyx Yusif  Bünhani Fələstini. 

     5-Ət-Təvəssulu bin-nəbi və cəhələtul-vahabiyyin. Əbu Hamid ibn Mərzuq. 

     6-Təthirul-fuad min unsil-e’tiqad. Şeyx Məhəmməd Nəcit Mətin Hənəfi.  Əl-Əzhərin böyük 

alimlərindəndir. 

     7-Kəşfun-nur ən əshabil-qubur. Əbdülqəni Əfəndi Nablisi. 

     8-Seyful-əbrar əl-məslul ələl-fuccar. Məhəmməd Əbdürrəhman Hənəfi. 

     9-Seyful-cabbar əl-məslul əla ə’dail-əbrar. Şah Fəzl Rəsul Qadiri. 

     10-Təhəkkumul-muqəllidin bimən iddəat təcdidəd-din. Məhəmməd ibn Əbdürrəhman ibn Əfaliq. 

     11-İzhaqul-batil fir-rəddil-firqətil-vahabiyyə. İmamül-hərəmeyn Məhəmməd ibn Davud Həmədani. 

     12-Əl-Lüməatul-fəridə fil-məsailil-müfidə. Seyyid İbrahim Rufai. 

     13-Ziyaus-sudur limünkərit-təvəssüli-biəhlil-qubur. Zahir şah Miyan ibn Əbdüləzim. 

     14-Əl-Əvraqul-Bağdadiyyə fir-rəddi ələl-vahabiyyə. Şeyx İbrahim Ravi Samirrai. 

     15-Mədaricun-niyyət fir-rəddi ələl-vahabiyyət. Amiri Qadiri Karaçi, Darül-ülumun müəllimi. 

     16-Əd-Dürərus-sənniyyə fir-rəddi ələl-vahabiyyə. Şeyxülislam və Məkkənin böyük müftisi  Əhməd 

Zeyni Dəhəlan. 

     17-Fitnətül-vahabiyyə. Əhməd Zeyni Dəhəlan. 

     18-Əl-Fütuhatul-İslamiyyə. Əhməd Zeyni Dəhəlan. 

     19-Xülasətul-kəlam fi umərail-bələdil-həram. Əhməd Zeyni Dəhəlan Şafeinin bu barədə qeyd edilən 

4-cü kitabıdır. 

      

      

Vahabilərin əleyhinə yazılmış  

şiə alimlərinin kitabları 

     1-Minhacür-rəşad. Fəqih  Şeyx Cə’fər Nəcəfi Kaşiful-qita. Hicri 1343-cü ildə  Nəcəfdə çap 

olunmuşdur.  

     2-Məsiri-Talibi. Mirzə Əbu Talib İsfahani. 

     3-Mir’atul-əhval. Ağa Əhməd Buhbuhani Kermanşahi. 

     4-Ər-Rəddu ələl-vahabiyyə. Məhəmməd cavad Bəlaği. 

     5-Töhfətül-aləm. Mir Əbdüllətif Şüştəri. 

     6-Ər-Rəddu ələl-vahabiyyə. Mirzə Məhəmmədəli Ordubadi Qərəvi. 1343-cü ildə çap edilmişdir. 

 

21



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə