Ваһаби фиргәси


-İslamda yozumun və ictihadın qaydası



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

      

2-İslamda yozumun və ictihadın qaydası 

     Təəssüf ki, bir sıra müsəlmanlar öz nadanlıqlarını dində  ən doğru yol kimi qəbul edərək, digər 

müsəlmanları kafir və müşrik adlandırırlar. Onların məqsədi müsəlmanlarla düşmənçilikdir. Çünki onların 

müsəlmanlar barəsində sözləri, müsəlmanların başına gətirdikləri müsibətlər,  nə Qur’anda var, nə 

Peyğəmbər (s) hədislərində. Bu hərəkətlərə nə Allah razıdır, nə də Onun Rəsulu. Qəribədir ki, bütün bunlara 

baxmayaraq, onlar özlərini “əhli-sünnə”  adlandırırlar! Hansı Peyğəmbərin sünnəsində vardır ki,  çürük və 

mə’nasız əqidəsini zorla digərlərinə qəbul etdirsin? İbn Teymiyyə “Minhacus-sünnə” (üçüncü hissə, səh. 19-

da) yazır: “Bütün bu hərəkətlərin şər’i üzrü var. Çünki bunlar ictihaddan doğan fikirlərin nəticəsidir. Müctəhid 

məsələni düz anlasa iki, səhv anlasa, bir savab qazanır! Necə ki, Raşidi 

/50/

 xəlifələri belə edərdilər!”. 

     İbn Teymiyyə bu fikri Buxarinin “Səhih” kitabında  Əmr ibn Asdan nəql olunan hədisdən götürüb: 

“Şəriət hakimi öz çıxarışına əsasən hökm etsə və o hökm doğru olsa, iki, səhv olsa, bir savab qazanar”. 

     Elə həmin kitabın 20-ci səhifəsində keçmiş alimlərin, Əbu Hənifənin, Şafeinin, Surinin, Davud ibn 

Əlinin və digərlərinin səhvlərini günah hesab etmir. Nə üsulda, nə  də füru’da. Necə ki, İbn Həzm 



/51/

  və 


başqaları bu səhvləri öz kitablarında qeyd etmişlər. Odur ki, Əbu Hənifə,  Şafei və başqaları “Xəttabiyyə” 

məzhəbi istisna olmaqla, bütün nəfspərəst şəxslərin şahidliyini qəbul edirdi və onlara iqtida edərək, namaz 

qılmağa icazə verirdilər. Halbuki, kafirin şahidliyi İslamda e’tibarsız sayılır və təbii ki, ona iqtida edib namaz 

qılmaq olmaz. Keçmiş sünni alimləri belə demişlər: “Bu fikir səhabələrin və tabelərin (səhabə şagirdlərinin) 

rə’yidir. Onlar heç bir müsəlmanı kafir və fasiq hesab etməzdilər. Səhv edən müctəhidi günahkar 

saymazdılar. Nə elmi, nə  də fiqhi məsələlərdə.  İbn Həzm  İslam məzhəblərinə  və e’tiqadlarına aid yazdığı 

“Əlfisəl” kitabının üçüncü bölməsinin sonlarında, 247-ci səhifədə yazır: “Bir qrup alim bu fikirdədir ki,  bir 

müsəlman istər e’tiqadi, istər fiqhi məsələdə səhv etsə, nə kafir, nə də fasiq olur.  Kim bir məsələdə çıxarış 

etsə və nəzərinə doğru gəlsə, savab qazanır. Əgər fikri həqiqətə uyğun olsa, bir savab qazanır. 

      


      

     /50/  -    “Raşidi xəlifələri” sünnilərin terminidir. Onlar-Əbu Bəkr, Ömər, Osman və  Əli (ə) 

Xilafətdə doğru rüşd və inkişaf yolunu tutmuşlar. Müəllif də sünnilərin xətrinə  dəyməsin deyə, 

onların ifadəsindən istifadə etmişdir. 

     /51/  -    Əli ibn Əhməd.  İbn Həzm  ləqəbi ilə tanınmış  Əndəlusda, yə’ni, müsəlman 

İspaniyasında yaşamış sünni alimidir. “Əl-fisəl-fin-nihəli-vəl-miləl” kitabının müəllifidir. O, hədisçi və 

özünəməxsus fitvaları olan sünni fəqihidir. Həm öz dövründə, həm də sonralar, onun bir sıra fitvaları 

alimlər tərəfindən tənqid olunmuşdur. O, h. 456-cı ildə ölüb.  

       


      

Vahabi firqəsinin müsəlmanların  

canına, malına və namusuna hörmətsizliyi 

     Özlərini  əhli-sünnət 



/52/

 adlandıran vahabilərə belə bir sualımız var: “Sadaladığımız alimləri və 

onların hədislərini qəbul edirsinizsə, nə üçün sizin məzhəbdən olmayan müsəlmanları kafir, müşrik 

adlandırır, bacardığınız qədər  əzab verir və yaşadıqları yerləri hər bir kafirin yeri kimi hesab edirsiniz? 

Halbuki, Qur’an belə buyurur: “Həqiqətən, mö’minlər (dində) qardaşdırlar (Hucurat-10). 

     “Allahın sizə verdiyi ne’mətini xatırlayın ki, bir-birinizə düşmən ikən O, qəlblərinizi (İslam ilə) 

birləşdirdi və Onun ne’məti sayəsində bir-birinizlə qardaş oldunuz”. (Alim-İmran-103) 

     “Mö’min kişilərlə mö’min qadınlar bir-birinə dostdurlar (hayandırlar)”. (Tövbə-71) 

     “Biz onların ürəklərindəki kin-küdurəti çıxardıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya 

əyləşirlər”. (Hicr-47) 

     “Həqiqətən, iman gətirib yaxşı  işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaqdır”. 

(Məryəm-96) 

     “Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi 

anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik”. (Tövbə-11) 

     Peyğəmbərdən (s) gələn səhih hədislərdə deyilir: “Allahın təkliyinə, Məhəmmədin (s) 

peyğəmbərliyinə şəhadət verən adamın qanı, malı və namusu toxunulmazdır”. 

     Buxarinin  “Səhih”ində deyilir: “Abdullah ibn Abbas söyləyir ki, Peyğəmbər(s) Məaz ibn Cəbəli 

Yəmənə göndərərkən ona belə buyurdu: Tezliklə, kitab əhli (Yəhudi və  Nəsara) olan camaatla 

üzləşəcəksən. Onları tək Allahdan başqa Tanrı olmadığına və Peyğəmbərin Onun elçisi olduğuna şəhadət 

 

25




verməyə çağır. Bunu qəbul etsələr, onlara de: Böyük Allah hər gün beş  dəfə namaz qılmağı sizə vacib 

etmişdir. Gərək, onların varlılarından alıb, yoxsullarına verəsən. Əgər bunu da qəbul etsələr, daha onların 

malı ilə  işin olmasın. Buxari “Səhih” kitabının “Əlinin (ə) fəzilətləri” bölməsində yazır: “Peyğəmbər Xeybər 

müharibəsində bayrağı Həzrət Əliyə (s) verəndə o, Peyğəmbərdən soruşdu: Bunlara qarşı hansı məqsədlə 

döyüşüm? Həzrət buyurdu: Qoy, Allahın təkliyinə, Məhəmmədin, Onun Rəsulu olduğuna şəhadət versinlər. 

Əgər bunu etsələr, daha onların qanını tökmək caiz (düzgün) deyildir”. 

     Buxari İbn Abbasdan 

/53/

 belə nəql edir: “Peyğəmbər xalqı yeganə Allaha iman gətirməyə də’vət 

edən şəxsə buyurdu: -Bir Allaha imanın nə olduğunu bilirsinizmi? Camaat: Allah və Rəsulu yaxşı bilir-deyə 

cavab verdikdə, Həzrət buyurdu: Allaha iman, Onun təkliyinə, Məhəmmədin Onun Peyğəmbəri olmasına 

şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucunu tutmaq, ələ  gətirilən qənimətin 

xümsünü vermək...” 

     Ey  Qur’an  və  hədislərlə az-çox tanış olan şəxslər! Vahabilərin müsəlmanlarla düşmənçiliyi Allah 

qanunlarını tapdalamaq deyilsə, bəs nədir? Aşkar görünür ki, Peyğəmbərin(s) gətirdiyi  İslam dini onların 

hərəkətlərinin ziddini deyir. Onlara demək lazımdır: “Cahiliyyət dövrününmü hökmünü istəyirsiniz? Tam 

qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?”. (Maidə-50). 

     Allah-təala “nəfsdən gələn istəklərə uyma”-əmri ilə Peyğəmbərə(s) öz fikrinə əsasən hökm verməyi 

qadağan etmiş (Sad-26), Özünün nazil etdiklərinə  əsasən hökm etməyi ona əmr buyurmuşdur. Kim bunu 

bilə-bilə, istədiyini Allahın hökmü kimi qələmə versə,  Allah qanunlarını tapdalamış olur.  

      


     /52/ -  Əhli-sünnə və sünni  sözü, şiə olmayan müsəlmanların özlərinin seçdiyi addır. Amma 

heyf ki, şiələr də onları belə adlandırırlar. Guya, onlardan başqa heç kəs Peyğəmbər sünnəsinə əməl 

etmir. Əslində isə şiələr əsl əhli-sünnədirlər. Çünki ərəblər demişkən, “ev əhli evdə nə baş verdiyini 

başqasından yaxşı bilər”. Şiələr də Peyğəmbərin(s) ev sakinləri olan Əhli-beytin(ə) davamçılarıdırlar. 

Digərləri isə özlərini “ümumi” adlandırsalar, yaxşıdır.  Şiələr isə xüsusi müsəlmanlardır.  Şiə adını 

Peyğəmbərimizin(s) Həzrət  Əliyə buyurduğu hədisdən götürmüşlər: “Ya Əli, sən və  şiələrin nicat 

tapanlarsınız”. 

     /53/ -   Abdullah ibn Abbas ibn Əbdülmüttəlib. Peyğəmbərin(s) əmisi oğludur. Onu “ümmətin 

rəbbanisi” adlandırmışlar. O, Bəni-Abbas xəlifələrinin ulu babasıdır. Peyğəmbərdən(s)   nəql olunan 

başqa mövzulara aid bir çox hədislər onun adı ilə bağlıdır. O, Həzrət  Əlinin (s) əmisi oğlu,  şagirdi, 

xüsusi müşaviri və  Bəsrədəki səlahiyyətli nümayəndəsi olmuşdur. O, çox zəkalı, elmli, şair,  ədib, 

qüdrətli natiq və söz ustası, təmiz ləhcəsi olan, habelə, misilsiz cəsarətə malik şəxs imiş. İbn Abbas 

h. 68-69-cu ildə  Məkkənin 12 fərsəxliyində yerləşən Taif şəhərində  vəfat etmiş  və orada da dəfn 

olunmuşdur.  

      


 

      


Vahabi məzhəbi Allahın əmrindən boyun qaçırır 

     Qur’an haqqın me’yarıdır. Onu əsas götürmək lazımdır. Yoxsa, elə hər məzhəb özünü haqlı hesab 

edir. Vahabi alimlərinin xüsusiyyətlərindən biri də budur ki, çox zaman Qur’an və sünnəni nəzərə almadan, 

öz adətlərinə  əsasən hökm verirlər. Odur ki, bu ayələr onlara aiddir: “Əgər onlar (bu hökmlərdən) üz 

döndərsələr, bil ki, Allah bə’zi günahlarına görə onları müsibətə düçar etmək istəyir. Doğrudan da, insanların 

çoxu (Allahın itaətindən çıxmış) fasiqlərdir”. (Maidə-49) 

     “Allahın nazil etdiyi ilə hökm verməyənlər, əlbəttə, fasiqdirlər (günahkardırlar)”. (Maidə-47) 

     Bu o zamandır ki, Allahın hökmünün əleyhinə getməyi halal hesab etməsinlər. Halal hesab etsələr, 

kafirdirlər. Allah buyurduğu kimi: “Allahın nazil etdiyi  (kitabla) hökm etməyənlər, əlbəttə, kafirdirlər”. (Maidə-

44)  


     Müsəlmanlar mübahisəli məsələlərdə Allaha və Onun Peyğəmbərinə(s) müraciət etməlidirlər. Allah 

buyurur: “Əgər bir iş barədə mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və 

Peyğəmbərə həvalə edin!”. (Nisa-59) 

     “Siz nəyin barəsində ixtilafda olsanız, onun hökmü yalnız Allaha aiddir”. (Şura-10) 

     Dediklərimizə  əsasən, hansısa məzhəbin alimi digər müsəlmanları kafir, din düşməni adlandırıb 

lə’nətləsə, müsəlmanların parçalanmasına xidmət edir. Bu da Qur’anda qadağan olunub: “(Ya Rəsulum!) 

Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur”. (Ən’am-159) 

     “Ey  iman  gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda ölün!”. (Ali-

İmran-102) 

 

26




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə