Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

     Şiə və sünnü mənbələrində çox məşhur olan bir hədisdə Peyğəmbər(s) buyurmuşdur: “Mənim Əhli-

beytim sizin üçün Nuhun (ə) gəmisinə bənzəyir. Ona pənah gətirən xilas, ondan kənar qaçan isə qərq olar”. 

Digər hədisdə isə buyurur: “Mən sizin aranızda iki dəyərli əmanət qoyub gedirəm: Allahın kitabı və mənim 

Əhli-beytim. Nə qədər ki, onlara iqtida edirsiniz, əsla azmazsınız”. Onlara iqtida etmək,  çətin vəziyyətlərdə 

onlara pənah aparmaq deməkdir. Həm dünya, həm də axirət işlərində. Vahabilərin istinad etdiyi-“Allah ilə 

başqasını çağırmayın”-ayəsi “Allahla birgə, başqasını da çağırmayın”-deməkdir. Bu, “Allaha dua edərkən 

şəfaətçi axtarmayın” demək deyil. Bundan əlavə, ayə Allaha ibadətdə  şərik qoşmamağı    əmr edir. Çünki, 

əvvəlcə buyurur: “Məscidlər Allahındır”. Təfsirçilər belə  təfsir edirlər: “Səcdəgahlar Allaha məxsusdur. 

Başqasına Allahla birgə sitayiş etməyin”. Cin surəsində də (18-ci ayədə) belə buyurur: “Allahla birgə, başqa 

Allahı çağırmayın” (məqsədsə, yalançı allahlardır. Əslində, bir Allah vardır və O, hər şeyi cəm edib). 

     Mə’lum olduğu kimi, Məhəmməd ibn Əbdülvəhhabın fikirləri kitab və sünnəyə ziddir. Peyğəmbər və 

imamlardan  şəfaət istəmək ona bənzəyir ki, bir şahın yanında hansısa işi düzəltmək üçün, onun 

yaxınlarından kimdənsə xahiş edirsən ki, şaha de, mənim işimi düzətsin. Qur’an deyir ki, Allahın razı olduğu, 

izn verdiyi və Allahdan əhd alan şəxslər  şəfaət edə bilərlər. Mə’lumdur ki, Peyğəmbər və övliyaların belə 

icazəsi vardır. Ayədəki əhd sözünün mə’nası, imandır. Deməli, imanlı şəxslər də şəfaət edə bilərlər. Əlbəttə, 

kim: Ya filankəs, məni bağışla”-deyə, hansısa İmama yaxud Peyğəmbərə dua etsə, müşrik olur. Lakin: “Ya 

filankəs, Allahdan mənim bağışlanmağımı istə”-deyə, dua edən  şəxsi müşrik və kafir adlandırmaq olmaz. 

Məhəmməd ibn Əbdülvəhhab elə xəyal edib ki, Allahdan başqa kimə tə’zim edilsə, şirkdir. O anlamayıb ki, 

Allaha ibadət, yalnız Allaha məxsus olan son dərəcə acizanə  şəkildə  tə’zim etmək deməkdir, mö’minlərə, 

Peyğəmbər və imamlara, alimlərə ehtiram istər dünyada, istərsə  də axirətdə  şirk sayıla bilməz və heç bir 

müsəlman bu hərəkəti Allahdan qeyrisinə ibadət kimi başa düşmür. Allahın yeganə olduğunu qəbul edib 

Ona ibadət edən şəxs, Peyğəmbərdən şəfaət istərkən, Peyğəmbərə sitayiş etməyi heç ağlına da gətirmir. 

Bəlkə  də  Məhəmməd ibn Əbdülvəhhab yaratdığı  məzhəbin yayılması  və inkişafının, digər müsəlmanları 

müşrik adlandırmağa bağlı olduğunu düşünərək bu addımı atmışdır. Çünki, inadkar və səviyyəsiz adamlar 

belə sözləri tez qəbul edərlər. O, “Kəşfüş-şübəhat”da yazır: “Allahı yeganə bilmək (tövhid) ilə insanlardan 

şəfaət istəmək bir-birinə ziddir. Çünki, Allah Qur’anda buyurur: “Yalnız Allaha ibadət edin” və deyir: 

“Rəbbinizi ahu-zarla çağırın”. Peyğəmbərin qəbrinin önündə dayanıb ondan şəfaət istəmək, onu Allah hesab 

etməkdir. Müsəlmanlar öz qardaşları (bütpərəstlər) kimi fəryad edirlər: “Əcəba o, tanrıların hamısını bir 

tanrımı edir? Bu, doğrudan da çox təəccüblü bir şeydir”. (Sad-5) 

     Vay  olsun  Məhəmməd ibn Əbdülvəhhaba! Gör, Allahpərəst müsəlmanlara nə ad qoyur? Allah 

məgər buyurmurmu ki, “kim Peyğəmbərə itatə etsə, həqiqətən, Allaha itaət etmişdir”. (Nisa-80) 

     Allah  şəfaətə icazə vermişdir. Kim bunun əksini desə, Allah kəlamına ziddir. Biz Məhəmməd ibn 

Əbdülvəhhaba demirik ki, o və  tərəfdarları belə  fəryad edirlər: “Biz sizinlə göndərilənlərə inanmırıq və bizi 

də’vət etdiyiniz barəsində də möhkəm bir şəkk-şübhə içindəyik” (İbrahim-9) Biz ona belə deyirik: “Doğru yol 

sahiblərinin kimlər olduğunu və kimin haqq yolu tapdığını (Qiyamətdə) biləcəksiniz”. (Taha-135) 

      


     /55/  -    Bu  hədis saxtadır.  Şəhid Səid Qazi Nurullah Şüştəri (1019-h. ilində ölüb) İbn Hicr 

Məkkinin (973-cü h. ilində ölüb) “Səvaiqul-muhriqə” kitabına rədd kimi  yazdığı “Səvarimul-muhriqə” 

əsərində bildirir: “Beyhəqi bu hədisin məşhur olmasına baxmayaraq, sənədinin zəif və e’tibarsız 

olduğunu yazır. “İbn Həzm yazır: “Bu hədis yalan və saxtadır. Bilirik ki, bütün səhabələr adil və 

düzgün insan olmamışlar. Demək, onların hamısına iqtida etmək olmaz”. 

      


 

 

Şəfaət haqqında daha ətraflı mə’lumat 

     Şeyx Süleyman ibn Səmhan Nəcdi “Əl-hidayətüs-sünniyyə” kitabının 64-cü səhifəsindən 68-ci 

səhifəsinə  qədər  şəfaət barədə geniş  mə’lumat verir.  Onun dəlil kimi göstərdiyi ayə  və  hədislərdən bir 

neçəsini qeyd edirik: “Allahın izni olmadan, Onun yanında kim şəfaət edə bilər?”. (Bəqərə-255) 

     “O gün Rəhmanın izn verdiyi və söz danışmağına razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti 

fayda verməz”. (Taha-109) 

     “Göylərdə neçə-neçə  mələklər vardır ki, onların  şəfaəti heç bir fayda verməz. Ancaq Allah, Öz 

istədiyi və razı olduğu kimsəyə izn verdikdən sonra”. (Nəcm-26) 

     Buxari və Müslim 



/56/

 öz “Səhih”lərində yazırlar: “Allah-təala Qiyamət günü dörd dəfə Peyğəmbərə 

(s) buyurar: “Ey Məhəmməd (s)! Qalx və danış ki, Allah eşidər və şəfaət et ki, Allah qəbul edər”. 

     Buxari  Peyğəmbərin (s) belə buyurduğunu yazır: “Mənim şəfaətimə layiq olan ən xoşbəxt şəxs o 

kəsdir ki,  bir Allahdan başqa Allah olmadığına səmimi qəlbdən inansın”. 

 

29




     Tirmizi 

/57/

  və  İbn Macə  Qəzvini Peyğəmbərdən (s) belə  nəql edirlər: “Allahımın yanından birisi 

gəlib, mənə bunlardan birini qəbul etməkdə ixtiyar sahibi olduğumu xəbər verdi: “Ya ümmətimin yarısı 

Cənnətə getsin, ya da mən onlara şəfaətçi olum”. Mən  şəfaəti qəbul etdim. Mənim  şəfaətim isə yalnız o 

adama qismət olar ki, zərrə qədər də Allaha şərik qərar vermədən ölsün”. 

     Bir səhih hədisdə deyilir: “Bu rəhmətlik ümmətin içində Allahın  hüzurunda günahkarlara şəfaət edə 

biləcək  şəxslər vardır. Onlardan bə’zisi Rəbiə  və Muzr qəbiləsinin  əhalisindən də çox adama şəfaət 

edəcəklər”. 

     Peyğəmbər və imamların  şəfaət etməsinə dair dəlillərin kifayət qədər çox olması aydın oldu. 

Müsəlmanların əsrlər boyu inanıb qəbul etdiyi şəfaət iki növdür: 

     1.Peyğəmbəri və ya o Həzrətin əsl canişinlərini özləri ilə Allah arasında vasitə qərar verirlər. Yə’ni, 

Allahı and verirlər onların itaət və ibadətinə,  onların Allah  yanında olan hörmətinə ki, Allah onların arzusunu 

yerinə yetirsin. Məsələn, Abdullah ibn Ömərin nəql etdiyi hədisdə belə oxuyuruq: “Peyğəmbər bir kora 

öyrətdi ki, öz arzusunun yerinə yetməsi üçün Allahı Peyğəmbərin  haqqına and verərək, Allahın 

Peyğəmbərin bu arzu barəsindəki şəfaətini qəbul etməyi üçün  ona dua etsin”. 

     Bu  hədisi  Əhməd ibn Hənbəl 



/58/

 Osman ibn Hüneyf Ənsaridən nəql edir. Habelə,  İbn Macə, 

Tirmizi, Həkim Nişaburi, Süyuti və Buxari (Ömərin yağış üçün Peyğəmbərin əmisi Abbasdan şəfaət diləməsi 

barəsində) nəql etmişlər. 

     2.Allahdan  diləyi olan şəxs Peyğəmbərdən istəyir ki, onun arzusunu Allahdan diləsin. Çünki 

Peyğəmbər Allaha daha yaxındır. Allah Öz Peyğəmbərinə sidq ürəklə  kəlmeyi-şəhadəti deyən müsəlman 

üçün şəfaət etməyə izn vermişdir. Buna sübut olaraq Buxari, Tirmizi, İbn Macə, Haris ibn Qeys və Əbu Səid 

Xidrinin Peyğəmbərdən (s) nəql etdiyi hədisləri göstərə bilərik. Bu, elə biz deyən  şəfaətdir. Bunun adını 

dəyişib müsəlmanlara qara yaxanlar ya nadandırlar və Qur’an ilə sünnədən xəbərləri yoxdur, ya da 

müsəlmanlarla, Peyğəmbər və imamlarla düşmənçilik etməyə  bəhanə axtarırlar. Yaxud da bə’zi cahil və 

inadkar müsəlmanları  aldatmaqla müsəlmanların rəhbərliyini qazanmaq, onların mal, can və namusuna 

təcavüz etmək üçün tərəfdar toplamaq fikrindədirlər. Təəccüb burasındadır ki, adını  çəkdiyimiz  Şeyx 

Süleymana kafirlərin bütlərdən  şəfaət istəməsini yazandan sonra Allahın izni olmadan şəfaətin qeyri-

mümkünlüyünü bildirən ayə  və  hədisləri göstərir. Bütün bu ayə  və  hədisləri özü yazandan sonra şəfaətə 

inanan  müsəlmanları kafir adlandırır?! Şeyx Süleyman şər’ən vacibdir ki, ayə və hədisləri diqqətlə nəzərdən 

keçirərək müsəlmanların kafirlərlə necə uyğun olduğunu isbat etsin! Müsəlmanlar deyirlər: “Allah bizim 

Tanrımızdır və O, Öz Peyğəmbərinə bizim üçün şəfaət etməyə izn vermişdir”.  Şeyx Süleyman Nəcdi “Əl-

Hidayətüs-süniyyə” (s-66) kitabında yazır: “Kitab və sünnədən mə’lum olur ki, kim mələkləri, peyğəmbərləri

Abbası,  Əbutalibi və s. özü ilə Allah arasında vasitə  qərar verə  və onlardan istəyə ki, Allah yanında olan 

məqamlarına  görə onun üçün şəfaət etsinlər, kafir və müşrikdir. Onun qanı və malı müsəlmanlara halaldır. 

Hətta kəlmeyi-şəhadət deyərək, namaz və orucunu yerinə yetirsə belə!”. 

     Ey  Şeyx! Ömər Abbası özü ilə Allah arasında  şəfaətçi etdi ki, yağış yağsın. Buna nə deyirsən? 

Ömər kimi bütün müsəlmanlar peyğəmbərləri və övliyaları çağırmağı şəfaətçilik kimi qəbul edirlər. Bəs sən 

nə deyirsən?! 

      

     /56/ -  Müslim ibn Həccac Nişaburi “Sihahi-sittə”dən ikinci “Səhih”in müəllifi. Buxaridən 

sonra ən güclü hədisçi sayılır. 261-ci h. ilində ölüb. (Qeyd edək ki, “Sihahi-sittə”nin bütün müəllifləri 

iranlı olmuşlar).  

     /57/  -  Məhəmməd ibn İsa Tirmizi “Sihahi-sittə”nin beşincisi sayılan “Sünən” kitabının 

müəllifidir. O, kor imiş  və  Məhəmməd ibn İsmayıl Buxarinin tələbəsi olmuşdur. Tirmizi 279-cu h. 

ilində ölüb. Tirmiz (ya Tərməz) Mavərənnəhrin şəhərlərindəndir. 

     /58/ -  Əhməd ibn Hənbəl 204-cü hicri ilində ölmüş Məhəmməd ibn İdris Şafeinin şagirdi olub. 

İbn Nədimin yazdığına görə,  Əhməd ibn Hənbəlin hədislərə aid yazdığı  “Əl-Müsnəd” kitabında (zəif 

hədislər də çoxdur) 40000-dən çox hədis vardır. Vahabi məzhəbi öz fiqhini Əhməd ibn Hənbəlin 

fitvaları əsasında müəyyənləşdirmişdir. O, 241-ci hicri ilində vəfat edib. 

      


      

      


      

      


      

 

 

30




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə