Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

     1.Allah ilə başqasını çağırmayın. 

     2.Çağırın, Rəbbinizi ağlayaraq (Ə’raf-55). 

     3.Namaz qıl, Rəbbin üçün və qurban kəs (Kövsər-2). 

     4.Allahdan başqa çağırdıqlarınız çərdək qabığına da malik deyillər (Fatir-13). 

     Desələr ki, qüdrəti Allah verdiyi üçün, qüdrətlini çağırmaq elə Allahı çağırmaq deməkdir, onda belə 

cavab verərik:-Elə isə qüdrətli insandan kömək istəməklə onun qəbri önündə dayanıb, Allahdan arzunun 

yerinə yetməsi üçün dua etməyi xahiş etməyin nə fərqi var? 

     Desələr ki, bu iş bütpərəstlərin büt önündə dayanıb kömək istəməsi kimi bütpərəstlikdir, onda belə 

cavab verərik: “Diri insandan kömək istəmək də Musa (ə),  İsa(ə), Məryəm (s.ə) və digər diri insanları öz 

Allahları hesab edən şəxslərin işi kimidir! Qəribədir! Axı, vahabilər nə üçün başa düşmək istəmirlər?”. 



/65/

 

     İbn Teymiyyə yazır: “Peyğəmbər və imamların qəbirlərindən hacət istəmək düzgün deyil”. Və sübut 



kimi-“Allahdan başqa çağırdıqlarınız...”-ayəsini göstərir. Lakin bütün təfsirçilər bu ayənin: “bütlərdən  əl 

çəkməyin”- kafirlər haqda nazil olduğunu yazırlar. Onların fikrincə, dünyanı onların bütlərinə oxşayan 

ulduzlar idarə edirlər. Allah da onların cansız əşya olub, nəinki qeyri-adi, heç adi işləri də bacarmadığını dəlil 

gətirərək, rədd etdi. Allah onları müşrik adlandırdı  və buyurdu: “Allah üçün şəriklər düzəltməyin”-(Bəqərə-

22), “Öz yonduqlarınızamı  ibadət edirsiniz?” (Saffat-95). 

     Peyğəmbər və övliyaların məzarından kömək istəyənlər, onları dünyanı idarə edən saymırlar. 

Onların Allah yanındakı hörmətinə görə, Tanrıdan kömək istəyirlər. Bütpərəstlərin  əqidəsi hara, 

müsəlmanların ehtiramı hara? 



     /65/ -  İstər Peyğəmbər, istərsə də imam olsun, hər kəsi insan, Allaha bağlı olmadan müstəqil 

və qüdrət sahibi hesab etsə, müşrikdir. Lakin onların Allahın izni ilə kömək etmələrini qəbul edən 

müşrik deyil. Bunun üçün nə ağıl, nə də şəriət qadağa qoymamışdır. 

   


    

Vahabilərin sübutu və bizim cavabımız 

     Vahabilər övliyalara təvəssül etməyin, onlardan kömək və şəfaət istəməyin haram olduğunu sübut 

etmək üçün dəlillər göstərsələr də, lakin bu dəlillər onların  əleyhinə daha çox dəlalət  edir.  Məsələn, onlar 

deyirlər: “Allah Qur’anda buyurub: De! Əlbəttə, bütün işlər Allaha məxsusdur” (Ali-İmran-154). 

     Doğrudur, bütün işlərin izni Allaha məxsusdur. Lakin, Allah kiməsə bir iş görməyə icazə versə, 

onda necə? Məsələn,  İsa (ə) Allahın izni ilə quş yaradır, ölüləri dirildir və  xəstələrə  şəfa verirdi. Bütün 

qüdrətlər Allahın izninə bağlıdır. “Allahdan başqa heç kəsdə qüdrət və qüvvət yoxdur”.  

     “Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin, Biz onlardan ancaq müəyyən qədər 

endiririk” (Hicr-21). 

     Allah  hər iş üçün bir səbəb yaratmışdır. Məsələn, Musa (ə) belə dedi: “O mənim  əsamdır, ona 

söykənir, onunla qoyunlarıma xəzəl silkələyirəm. O başqa işlərdə də karıma gəlir” (Taha-18). 

     Yaxud ailəsinə belə dedi: “Siz (yerinizdə) durun. Mənim gözümə bir od sataşdı. Bəlkə, ondan sizə 

bir köz gətirdim, yaxud odun yanında bir bələdçi tapdım” (Taha-10). 

     Baxın, mə’sum peyğəmbərlər də  məxluqdan yardım almışlar. Hətta, sonuncu Peyğəmbər(s) 

haqqında belə ayə gəlib: “Ya Peyğəmbər! Sənə Allah və sənin ardınca gedən mö’minlər bəs edər” (Ənfal-

64). 


     İbn Teymiyyə bu ayəni  belə  tərcümə edib: “Ya Peyğəmbər! Sənə  və  sənin ardınca gedən 

mö’minlərə Allah bəs edər”.  Lakin bu təfsir həm ərəb qrammatikasına, həm də ayənin zahirinə ziddir. İsa (ə) 

da öz həvarilərindən kömək istəyərək, demişdir: “Allah yolunda kim mənim köməkçim olacaqdır?” (Ali-İmran-

52). 


     Musa  (ə) qardaşı Harundan (ə) kömək aldı, (Qəsəs-35) Lut (ə) dedi: “Kaş sizə çatan bir gücüm-

qüvvətim  olaydı, yaxud möhkəm bir arxaya söykənəydim” (Hud-80). Və ya “Allah Özünün  iki təbliğçisini, 

üçüncüsü ilə gücləndirdi (Yasin-14)”. 

     Başa düşmək olmur ki, bu qədər ayələri oxuyan vahabilər hansı haqla məxluqdan kömək diləməyi 

şirk hesab edirlər? Hətta, Allah o əzəmətdə qüdrətinə baxmayaraq, Öz bəndələrindən kömək istəyir: “Əgər 

Allaha yardım göstərsəniz, o da sizə yardım göstərər (Məhəmməd-7)”. Yaxud buyurur: “(Mühacirlərə) 

sığınacaq verib kömək edənlər-məhz, onlar həqiqi mö’minlərdir” (Ənfal-74). 

 

35




     Vahabiyyətə meyilli bir hind alimi demişdir: “Həmd surəsinin 4-cü ayəsində Allaha xitabən deyilən: 

“Yalnız Sənə ibadət edir və yalnız Səndən imdad diləyirik”-ayəsinin mə’nası, yaranmışdan imdad diləməyin 

ziddinədir”. 

     Cavab:-Əvvəla, ayədəki kömək  istəmək, ibadət və düz yolu tapmaq üçündür. Çünki sonrakı ayədə 

deyilir: “Bizi doğru yola yönəlt”. Sanki, belə deyir: “İlahi, mən ibadətimlə birgə Sənin hüzurundayam və Sənin 

köməyinlə onu başa çatdırmaq istəyirəm”.  İrad tuta bilərsiniz ki, ayənin mə’nası  hər sahəni  əhatə edir və 

belə başa düşülür: - İlahi, bütün işlərimdə  Səndən imdad diləyirəm və  Səndən başqa heç kimdən kömək 

istəmirəm. cavab budur  ki: - Doğrudur, bu istək Allaha təvəkkül və  təvəssül etməyin kamil mərhələsidir. 

Allah Qur’anın digər yerində buyurur: “Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər (Talaq-3)”. 

     Yaxud  başqa yerdə Peyğəmbərinə buyurur ki, “əgər səndən üz döndərsələr, de ki, Allah mənim 

bəsimdir və Ona təvəkkül edirəm”. 

     Lakin bu dərəcədə Allaha təvəkkül vacibdirmi? Mə’lumdur ki, vacib deyil. Bizim əqidəmiz budur ki, 

əsl idarə edən Allahdır, lakin Allah hər iş üçün səbəb yaratmışdır. Allah Öz Peyğəmbərinə buyurur: “Atdığın 

zaman, sən atmadın, Allah atdı” (Ənfal-17). 

     Şəriət də bu dərəcədə təvəkkülü vacib etməmişdir. Yoxsa, peyğəmbərlər müşrik olmalı idilər, çünki 

onlar da yaranmışlardan kömək istəyirdilər. Məgər Allah bu ayədə insanları müşrikliyəmi də’vət edir?-

“Yaxşılıq və təqva üçün əlbir olun” (Maidə-2). 

     Fərz etsək ki, ayə istər diri, istərsə  də ölü yaranmışdan yardım diləməyi haram sayır, yenə  də 

Məhəmməd ibn Əbdülvəhhabın fikri ilə düz gəlmir. Çünki, o bizim adlı-sanlı  fəqihimiz  Şeyx Cə’fər 

/66/

 

Nəcəfinin fikirlərinə e’tiraz kimi yazdığı traktatında belə deyir: “Qiyamət günü camaat Adəm (ə), Nuh(ə), 



İbrahim(ə), Musa(ə) və İsadan(ə) kömək diləyir, lakin hamısı üzr istəyirlər. Nəhayət, sonuncu Peyğəmbərə 

(s) pənah gətirirlər”. Və sonra yazır: “Bu o deməkdir ki,  Allahdan qeyrisinə təvəssül etmək düzgündür və şirk 

deyil”. 

      


     /66/  Şeyx Cə’fər Kəbir “Kəşfül-Ğita” kitabını yazdığına görə, onu və nəslini  “Kaşiful-Ğita” 

adlandırırlar. O, “ustad-kull” Vəhid Behbehani kimi tanınmış  mərhum Ağa Məhəmməd Baqir 

İsfahaninin ləyaqətli və qabaqcıl şagirdi olmuşdur. Kaşiful-Ğita 12-ci h. ilinin əvvəllərində yaşamış ən 

böyük şiə müctəhidlərindən hesab olunur. O, 1228-ci hicri ilində Nəcəfül-Əşrəfdə vəfat edib. 

      


      

 

Məhəmməd ibn Əbdülvəhhabın  



bir-birinə zidd fikirləri 

     O yazır: “Yardım etmək qüdrəti olan şəxsdən yardım diləmək, inkarolunmaz  məsələdir. Misal üçün 

insan müharibədə və digər vəziyyətlərdə dostlarından kömək istəyə bilər. Lakin övliyaların qəbrindən yardım 

diləmək, fikrimizcə düzgün deyil. Yalnız, Allahın kömək etməyə qüdrəti vardır”. Biz ondan soruşuruq: “Əgər 

söhbət qüdrətdən gedirsə, ölü ilə diri  arasındakı fərq nədir? Yox, söhbət ümumiyyətlə Allahdan qeyrisindən 

kömək diləməyin şirk olduğundan gedirsə, dəlilin nədir?  Qəribədir o, bir yerdə yazır: “Yaranmışdan nə isə 

istəmək və onu köməyə çağırmaq  şirkdir”. Digər yerdə isə belə deyir: “Ölüləri köməyə çağırmaq mə’nasız 

işdir”. Soruşuruq: “Əgər bu iş mə’nasızdırsa, nə üçün deyirsən ki, şirkdir? Məgər hər mə’nasız iş şirkdirmi? 

O,  Şeyx cə’fərin fikrini başa düşmədiyindən elə bilib ki, onun fikirlərini rədd edə bilmişdir. Məhəmməd ibn 

Əbdülvəhhab yazır: “Qiyamət günü peyğəmbərlərdən ona görə imdad dilənir ki, onlar dua etsinlər. Allah 

onların duasına görə, cənnət  əhlinin Qiyamət narahatlığından xilas olması üçün camaatın haqq-hesabını 

tezləşdirsin”. Biz onun bu fikrini əsas götürüb deyirik: “Deməli, peyğəmbərlər dua etsələr, duaları tez qəbul   

olar. Elə biz də bunu demirikmi?”. 

     O,  “Kəşfüş-şübəhat”da yazır: “Səhabələr Peyğəmbərin(s) sağlığında ondan kömək istəyirdilər. 

Lakin vəfatından sonra qəbrinin önündə durub, bir şey istəmirdilər. Hətta, keçmiş alimlər Peyğəmbərin(s) 

qəbri yanında nəinki o Həzrətdən, heç Allahdan da bir şey istəməyi düzgün hesab etmirdilər”. 

      

Səhabələrin Peyğəmbərə(s) və onun  

müqəddəs qəbrinə təvəssül etməsi 

     Vahabilərdən başqa bütün İslam məzhəbləri, hətta səhabələr də Peyğəmbərə(s) həm diriliyində, 

həm də vəfatından sonra təvəssül etməyi düzgün hesab etmişlər. Əhməd Zeyni Dəhəlan, İbn Əbi Şəybə və 

Beyhəqi 


/67/

 yazırlar: “Ömərin xilafəti zamanı qıtlıq düşdü. Bilal ibn Haris Peyğəmbərin (s) qəbrinin kənarına 

gəlib dedi: “Ya Rəsuləllah! Allahdan həlak olmaqda olan ümmətin üçün yağış istə. Peyğəmbər onun 

 

36




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə