Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   21   22   23   24   25   26   27   28   29

     Əgər Peyğəmbərin (s) göstərişi olmasaydı, müsəlmanlar belə mütəşəkkil  şəkildə o Həzrətin 

mübarək qəbrinin ziyarətinə getməz və onu özləri üçün bir vəzifə  (şüar) bilməzdilər. Habelə, hər il Həccə 

getdikdə, o Həzrətin qəbrini ziyarət etməzdilər. Bu hədisə diqqət yetirmək lazımdır: 

     “Kim Həcc səfərinə gedib mənim qəbrimi ziyarət etsə, sanki məni sağlığımda (həyatda ikən) ziyarət 

etmişdir. 

     Qəzali “Ehya-ülum-id-din” kitabında “Peyğəmbəri (s) ziyarət” bölməsində Nafedən rəvayət edir: 

“100 dəfədən artıq Abdullah ibn Ömər Peyğəmbərin (s) qəbrinin ziyarətinə  gəlib, “Əssəlamu  ələn-nəbiyy, 

Əssəlamu əla Əbu Bəkr, Əssəlamu əla Əbu” deməsini müşahidə etmişəm”. 



/97/

 

     Bu, qəbirlərə verilən həmin əhəmiyyətdir ki, vahabi firqəsi onu müsəlmanlar üçün pis əməl bilərək 



şirk sayırlar. Halbuki, şəriət ziyarətə icazə vermədikdə  şirk sayılır.  Şəriət ziyarətə icazə verdikdə  və Allah 

buna əmr etdikdə, artıq ziyarət Allahdan başqası üçün ibadət deyildir. Belə ki, həqiqi dini rəhbərlərin ardınca 

getmək dindən çıxmağa səbəb olmur. Çünki bu, Allah tərəfindən verilən fərmandır. Buna görə də deyirik: nə 

mələklərin Həzrət Adəmə (ə) etdiyi səcdə şirkdir, nə də ki, bu işə əmr etmək şirkə göstəriş verməkdir. İbn 

Teymiyyə ziyarət etməyi caiz bilən hər müsəlman belə firqəsinə deyir: “Peyğəmbər (s) öz ümməti üçün 

peyğəmbərlərin və övliyaların qəbirləri yanında heç bir əməli  şəriətdən saymamışdır”. Ona cavab olaraq 

deyirik: müsəlmanlar Peyğəmbər (s), Əhli-beyt və o Həzrətin səhabələrinin qəbirləri kənarında Allah-təala 

tərəfindən nazil olmamış bir xüsusi əməli yerinə yetirmirlər. Müsəlmanlar bir çox sünnələri də yerinə 

yetirirlər. İndi isə onlardan bir neçəsini diqqətinizə çatdırırıq.  

      


     /95/  -    Ola  bilər ki, bu rəvayət-doğru olması  fərzi ilə dünyadan müşrik getmiş ölülərinin 

qəbirlərini ziyarət etməyə gedən müsəlmanlar qadınlara aid olsun. 

     /96/  -      “Kə’bul-əhbar”ın  əsil adı  Kə’b ibn Mane Himyəridir. O, Yəməndən Mədinəyə  gəlib 

əvvəllər yəhudi,  sonra müsəlman olmasını iddia etdi. Ömər, Osman və Müaviyə ibn Əbu Süfyanın 

müşavirlərindən və sünnilərin e’tibarlı  şəxslərindən biri idi. Amma şiənin  nəzərində o, müsəlmana 

bənzər yəhudi kimi bir şəxsdir. O, bir çox xurafatları  hədislərə daxil etmiş, müsəlmanlıq adı ilə 

“İsrailiyyatı” yayaraq islami əndişə  və  hədislərə güclü zərbələr vurmuşdur. Müəllif burada, başqa 

yerlərdə olduğu kimi, sünni alimlərinin e’tibar etdiyi şəxs olduğundan, onun sözünü “cədəl və 

düşmənə  öz  sözü  ilə cavab” babından nəql etmişdir. “Həbr” yəhudi alimlərinin ləqəbi olmuşdur. 

Kə’bul-əhbar “Yəhudi alimlərin ümdəsi” mə’nasını verir. 

     /97/ -  Əbu  Bəkrin qəbrini Peyğəmbərin (s) mübarək qəbrinin, Ömərin də qəbrini Əbu Bəkrin 

qəbrinin yanında qazdılar. Amma İmam Həsən (ə)  şəhid olduqda, babası Peyğəmbərin (s) qəbrinin 

kənarında dəfn olunmasını  vəsiyyət etdi, lakin Aişə və Mərvan mane oldular. Çarəsiz, o Həzrəti Bəqi 

qəbirstanlığında dəfn etdilər. 

      


      

      


Müsəlmanların Allahın fərmanı ilə  

peyğəmbərlər və övliyaların qəbirləri  

kənarında yerinə yetirdikləri əməllər 

      


     Birinci  məsələ: Bu əməllərdən biri, peyğəmbər və övliyalara salam göndərməkdir. Belə ki, 

müqəddəs İslam şəriəti istər Qur’anda, istərsə də sünnədə bu məsələni açıq-aydın bəyan etmişdir. 

     Qur’ani-Kərim bu barədə buyurur: “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salam və 

salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib, layiqincə salamlayın (Əhzab, 56)”. 

     Həmçinin, buyurur: “Salam olsun Peyğəmbər (s) (Ali-Yasin) ailəsinə! (həm onların dirisinə, həm də 

ölüsünə salam olsun!)  (Saffat, 130)”.  

     Yenə buyurur: “Allah elçilərinə (peyğəmbərlərinə) salam olsun!” (Saffat, 181). 

     Bunların hamısından daha aşkar olan Allah-təalanın  Həzrət Yəhya (ə) barədə buyurduğu ayədir: 

“Ona (Yəhyaya) doğulduğu gün də, öləcəyi gün də, (Qiyamətdə) diriləcəyi gün də salam olsun!” (Məryəm, 

15). 


     Həzrət  İsanın (ə) körpə ikən anasının qucağında dilindən rəvayət olunur: “Doğulduğum gün də, 

öləcəyim gün də, diriləcəyim (Qiyamət günü) də (Allahın) salamı mənə olsun!” (Məryəm, 33). 

     Amma  sünnədə  şər’i baxımdan namazda deyilməsi vacib olan üç dəfə Peyğəmbərə (s), namaz 

qılanların özlərinə, saleh və ləyaqətli bəndələrə və sair müsəlmanlara üç dəfə salam göndərməkdir. 

 

50



     Salamlar  belədir: “Əssəlamu  ələykə  əyyuhunnəbiyyu və  rəhmətullahi və  bərəkatuh.  Əssəlamu 

ələyna və əla ibadillahissalehin. Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh”. 

     Tərcüməsi: Allahın salamı, rəhməti və  bərəkəti sənə olsun ey Peyğəmbər (s)! salam olsun biz 

namaz qılanlara və Allahın saleh və  ləyaqətli bəndələrinə! Allahın salamı, rəhməti və  bərəkəti siz 

müsəlmanlara olsun!  

     Axırıncı iki salamdan Peyğəmbərdən (s) başqasına, yə’ni mö’minlərə və dini rəhbərlərə də uzaq və 

yaxından salam göndərməyin caiz olması  mə’lum olur. Peyğəmbərin (s) ziyarətində  və mö’minlərin 

qəbirlərinin ziyarəti barədə Peyğəmbərdən(s) rəvayət olunanları  və bizə çatanları, habelə, onlardan 

xatırladığımız bir sıra rəvayəti də yuxarıda dediklərimizə əlavə edin. 

     İkinci məsələ, peyğəmbərlərin və övliyaların qəbirləri kənarında yerinə yetirilən sünnə  və  əməllər 

onların müqəddəs zərihlərinə  əl sürtmək, onları öpmək və onlara təbərrük etməkdən ibarətdir.  İmamiyyə 

şiəsi bu əməlləri caiz bilirlər. Amma vahabilər: bu əməllər müşriklərin adətlərindəndir deyə, qarşısını alıb 

haram bilirlər.  

     Bu barədə vahabilərə cavab belədir: 

     Birinci, Allahın qadağan buyurmadığı yerlərdə bu və ya digər işin mübah olduğu əsas götürülür. 

     İkinci, “Təkcə bu iş, bir qrup yolunu azmışların adətlərindən olmuşdur”- sübutu, onu haram 

bilməyimizə səbəb ola bilməz. Belə ki, İbn Teymiyyənin də “Minhacus-sünnə” kitabında nəql etdiyi alimlərin 

icması ona sübutdur. İbn Teymiyyə deyir: “Müsəlmanların rəhbərlərinin hamısı  qəbul edirlər ki, zərihə  əl 

sürtməyin heç bir eybi yoxdur və bu iş haram deyil. 

     Üçüncü, zərihə əl sürtmək, ibadət sayılan əməllərdən deyil ki, şər’i vəzifə olmadığı təqdirdə haram 

sayılsın. Bu sadəcə olaraq, adi bir iş və bədən hərəkətidir ki, onu yerinə yetirmək Allah-təalanın əmrinə bağlı 

olsun. Buna əsasən,  əgər bir şəxs bu əməli ibadət niyyəti ilə etməsə, heç bir harama batmamışdır. Belə ki, 

bu iş qəbirə baxmaq və ya onun kənarında oturmaq kimidir və bunlar Allah-təalanın əmrinə bağlı deyil. 

     Bəli, əgər kimsə bu işləri ibadət qəsdilə yerinə yetirsə, bid’ətdir. Çünki ibadət Allah-təalanın əmrinə 

bağlıdır və o da belə yerlərdə mövcud deyildir.  

     Amma  kimsə bu işləri məhəbbət üzündən və  qəbir sahibinin şərəfinə görə etsə, ibadət deyil və 

haram sayılmır. Şəriət də bu əməli sünnə tə’yin etməmişdir. 

     “Qəbirlərə  əl sürtmək ibadət və Allahın  əmrinə itaət etməyə bağlıdır.  Şəriət sahibi fərman 

vermədiyinə görə, bu əməl bid’ətdir”-vahabilərin bu fikri əsassız və məntiqsizdir. Əksinə, bu iş şər’i sayılır və 

zəvvarların məhəbbətlərinin nişanəsidir. Heç də, qəbirə  yaxud onun sahibinə pərəstiş etmək deyil.  

     Dördüncü:  Peyğəmbər (s) bə’zən kitab əhli kimi rəftar edirdi. Belə ki, “Səhih-Buxari”də 

“Peyğəmbərin (s) xüsusiyyəti” bölməsində  İbn Abbasdan belə  rəvayət olunur: “Peyğəmbər (s) saçlarını 

darayıb çiyinlərinə tökərdi. Müşriklər isə saçlarını daramaz və dağınıq halda saxlayardılar. Amma kitab əhli 

(yəhudi və xristianlar) saçlarını darayıb, çiyinlərinə atardılar. Peyğəmbər (s) də bu işdə  Əhli-kitab ilə 

uyğunlaşmaq istədi”. 

     Beşinci: Peyğəmbərin (s) qəbrinə  əl sürtmək, Həcərül-əsvədə, Rükni-yəmani və onları öpmək 

hökmündəndir və bu əməllər İslam alimlərinin icmasına görə şəriət baxımından sünnədir.  

     Mö’təbər hədislərdə, səhih və sünən kitablarında olan rəvayətlər buna sübutdur. “Səhih-Buxari”də 

Zeyd ibn Əsləmdən

/98/

 o da atasından rəvayət edir: “Gördüm ki, Ömər ibn Xəttab Həcərül-əsvədi öpüb 

dedi: Əgər Peyğəmbərin (s) səni öpdüyünü görməsəydim, səni öpməzdim”. 

     Əgər Peyğəmbər (s) doğrudan da Həcərül-əsvədi (qara daşı) öpübsə  və onun bu işi müşriklərin, 

Qüreyş kafirlərinin Zati-Ənvat

 /99/ 

ağacına  ibadət etmələri kimi nəzərə alınmırsa, onda qəbirə əl sürtmək də 

bu hökmü daşıyır. Çünki, şər’i olmaq baxımından bərabərdirlər.  

     Təəccüblü odur ki, Şeyx Əhməd Rumi 



/100/

 öz traktatında Əzrəqinin



 /101/

 Qətadədən 



/102/

 etdiyi 


rəvayətə əsasən: “(Ey mö’minlər! Sizə də) İbrahimin durduğu yeri namazgah edin!”-ayəsinin 

/103/

 təfsirində 

demişdir: “Camaata Məqami-İbrahimin (ə) yanında namaz qılmaq əmr olundu, ona əl sürtmək yox”. 

     Çünki,  İbrahimin məqamına  əl sürtmək haram və gizli şirk olsaydı, orada namaz qılmamaq daha 

yaxşı olardı. Çünki, məqami-İbrahim böyük bir məqam və ibadət yeridir. Bu baxımdan, orada şirkin fəsadı, 

ona əl çəkməyin fəsadından daha böyükdür. 

      

     İrad  

     Qəzali deyir: “Həcərül-əsvədə əl sürtdükdə, Allah ilə bey’ət niyyət etmək lazımdır. Çünki, rəvayət 

olunmuşdur ki, Allahın Yer üzərindəki ayəti və nişanəsidir”. 

 

51




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə