Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   21   22   23   24   25   26   27   28   29

rəvayət olmuşdur ki, Həzrət Peyğəmbər (s) buyurdu: “Üç məsciddən başqa heç bir məscidin ziyarəti üçün 

səfər etməyin: Məscidül-həram, Məscidül-əqsa və Mina məscidi”.  

     Buna  əsasən, qeyd olunan hədisin mə’nası ziyarətgah, hərəm və digər qəbirlərə  şamil olunmur. 

Habelə, hər məscidin qəsdi ilə səfər etməyə aid olmasını deməmişdir. 

     İkinci mə’naya yozulduqda isə, bütün mübah səfərlərin qadağan olunmasına gətirib çıxarır. Halbuki, 

heç kəs belə söz deməmişdir. Bundan əlavə, əksəriyyətə qeyd vurmaq (xüsuslandırmaq) lazım gəlir və bu 

sözü ona aid etmək olmaz. 

      


     /89/  -    Əbu Hüreyrə hicri 8-ci ildə müsəlman oldu. O, saxta hədis düzəltməkdə  və 

Peyğəmbərə (s) yalan nisbət verməkdə o qədər ifrata vardı ki, Ömər ibn Xəttab öz xilafəti dövründə 

onu kötəkləyib dedi: “Əgər yalanlarından  əl çəkməsən, səni Dus dağına (Yəməndə yerləşir) 

qaytaracağam!”. Onu daha artıq tanımaq üçün Misir alimi, mərhum Mahmud Əbu Riyyə  və  Əllamə 

Seyyid Əbdülhüseyn  Şərəfüddin Amilinin yazdıqları “Əbu Hüreyrə” kitabına müraciət edə bilərsiniz. 

Bir gün Peyğəmbər (s) onun əbasının altında bir pişik balası görüb buyurdu: “Ey Əbu Hirrə! (yə’ni, ey 

pişik oynadan)”. O gündən sonra ona Əbu Hüreyrə (kiçik pişik  atası) dedilər. Əbu Hüreyrə 57-ci hicri 

ilində dünyadan köçdü. O, sünnilərin tanınmış alimlərindəndir. Onun hədislərini  çox mö’təbər sayır 

və hörmət edirlər. Əlbəttə, onun bə’zi hədisləri  düzgündür və şiələr də onları rəvayət etmişlər. 

     /90/  -    2  İbn Hacər  Əsqəlani “Təqribut-təhzib”  əsərində yazır: “Deyirlər ki, Abdullah ibn 

Übeydullah ibn Əbu Müleykə ibn Abdullah ibn Cud’an Əbu Müleykə Zühəri Timi Mədəninin adı idi. İbn 

Əbu Müleykə Peyğəmbərin (s) 30 səhabəsini görmüşdür. O, fəqih idi və 117 hicri-qəməri ilində vəfat 

etmişdir. 

     /91/ -  Nafe Abdullah ibn Ömərin nökəri idi. İbn Hacər Əsqəlani “Təqrib ”-də yazır: “Abdullah 

ibn Ömərin nökəri,  Əbu  Əbdillah Nafe Mədəni e’tibarlı  və  məşhur fəqih olmuşdur. O, 117-ci hicri 

ilində yaxud ondan bir az sonra vəfat etmişdir. 

     /92/  -      Sə’d ibn Malik Xəzrəci  Əbu Səid Xudri adı ilə  məşhurdur. Onun babası Xudrə ibn 

Ovfdur və Peyğəmbərin (s), sonradan da Əlinin (ə) səhabələrindən olmuşdur. Deyirlər ki, səhabələr 

arasında  Əbu Səid qədər fiqh elmini bilən olmamışdır. Peyğəmbərin (s) çoxsaylı  hədisləri ondan 

rəvayət olunmuşdur. O və onun atası Malik Xəzrəci Peyğəmbərlə(s) söhbət etmişlər. 

      


      

      


İkinci fəsil 

Məhəmməd ibn Əbdülvəhhab və onun ardıcılları ilə söhbət 

     Vahabilər deyirlər ki, Peyğəmbər (s) və pak imamların qəbirlərinə hörmət etmək və onları ziyarət 

məqsədilə səfər etmək şirk və onları Allah qərar vermək qəbilindəndir. Necə ki, bəni-İsrail Həzrət Musadan 

(ə) onlar üçün “Allah” tə’yin etməsini (qərar verməsini) istədilər. Vahabilərin bu iradlarının cavabı  aşağıda 

açıqlanacaqdır:  

     Birinci  cavab:  -bəni-İsrail Həzrət Musadan (s) onlara şəfaət edən bir “Allah” istəmədilər,  əksinə, 

onlar dünyanı yaradan və hər şeyə nəzarət edən “Allah” tələb etdilər. Bu baxımdan, Sameri onları yolundan 

azdırıb səs çıxaran qızıl buzov düzəltdi, sonra göstərib dedi: “Bu sizin və Musanın Allahıdır, Musa-Allahı sizə 

göstərməyi-unutmuşdur”. Bu zaman bəni-İsrail hamılıqla yollarını azıb fikirləşdilər ki, həmin buzov onların 

xaliqi və işlərini idarə edəndir. Buna görə də ondan səs çıxır”. 

/93/ 

     Bu  mə’nanı Allah-təalanın buyurduğu: “Bu sizin və Musanın Allahıdır”-kəlamı aydınlaşdırır. Çünki 

Həzrət Musanın (ə) Allahı, elə bəni-İsrailin Allahı, bütün yeri-göyü yaradan Tanrı idi. 

     Təfsirçilər deyirlər: “Ayənin mə’nası budur ki, Sameri belə deyib: “Bu sizin və Musanın Allahıdır, 

Musa onu unutmuş və getmişdir. Allahı başqa yerdə tapsın”. 

/94/

 Bəni-İsrail də ya sonsuz dərəcədə nadan 

və dardüşüncəli idilər ki, adi buzov heykəlinin yerin-göyün Allahı olmasını, ya da Allahın buzovda hülul 

etməsini təsəvvür etdilər”. Hər iki halda Məhəmməd ibn Əbdülvəhhabın “Bəni-İsrail Musadan yaradan və 

idarə edən Allah tələb etmədilər”-fikri özünə yer tapmır. 

     İkinci cavab: Fərz edək ki, bəni-İsrail Musadan (ə) pərəstiş  və ibadət etmək üçün bir vasitə 

istədikdə, mö’min idilər, amma küfr və şirkin onların tələbində müdaxiləsi  olmamışdır. Buna görə də Musa 

(ə) da onları kafir saymayıb, yalnız onlara “siz çox nadan insanlarsınız”-dedi.  Əksinə, küfr və  şirk buzova 

sitayiş etməkdə olmuşdur. 

     Əgər bir şəxs bu təvəssül və vasitə  qərar verməyi Allahdan başqası üçün bilsə, ziyalı 

düşüncəsindən bəhərlənməmişdir. Belə ki, əvvəlki səhifələrdə bunu nəzərinizə çatdırdıq. Buna əsasən

Məhəmməd ibn Əbdülvəhhab həvayi-həvəs üzündən danışmışdır. Onu Allaha həvalə etmək lazımdır! 

 

48



     Üçüncü cavab: Bir şəxsi Allah yanında şəfaətçi və vasitəçi qərar vermək əgər Allahın əmri ilə olsa, 

heç vaxt insanın Allaha olan xalis imanına zərər gətirmir. Belə ki, peyğəmbərlər Allah ilə bəndələr arasında 

vasitəçi və Allahın səfirləri idilər.  İmanlı  şəxslər onlara təvəssül edir, məhəbbət və böyük həvəslə onların 

ziyarətinə gedirdilər ki, Allah-təala onların vasitəsilə hacət və diləklərini yerinə yetirsin. Bu onların bəni-İsrail 

kimi Allah istəməsi qəbilindən deyildir. 

     Həmçinin, onlar vəfat etdikdən sonra da hacətlərin yerinə yetmək və Allah dərgahına dua etmək 

məqsədilə  qəbirlərinin ziyarətinə gedirdilər. Onlar müqəddəslərin zəvvarların səsini, dərdlilərin naləsini 

eşitməsinə əqidə bəsləyirdilər. 

      

     /93/  -    Sameri  zərgər idi. O, Musa (ə) Tur dağına gedib Allaha ibadətə  məşğul olan zaman 

qızıldan bir buzov düzəldib, onun arxa tərəfini divarın kənarında yerləşdirdi. Bir nəfəri məcbur etdi ki

divarın arxasından ona üfləyib desin: “Mən sizin Allahınızam!”. O kişi danışanda, bəni-İsrail onun 

səsini qızıl buzov heykəlindən eşidib fikirləşirdilər ki, buzovun özü danışır. Bu baxımdan, buzovu 

Allah bilib, onun qarşısında baş  əyib səcdə etdilər. Belə ki, Samerinin qızıl buzovu Bəni-İsrailin 

“Allahına” çevrildi. Nəhayət, Musa (ə) dağdan qayıtdı  və uzun müddət çəkdi ki, yenidən onların 

bə’zilərini düz yola hidayət etsin. 

     /94/ -  Taha surəsi, 87-ci ayə. 

      


      

Üçüncü fəsil 

İbn Teymiyyə ilə söhbət 

     İbn Teymiyyə “Minhacus-sünnə” kitabında peyğəmbərlər və imamların (ə) qəbirlərini ziyarət etməyi 

haram bilərək, İbn Abbasın: “Peyğəmbər (s) qəbirlərin ziyarətinə gedən qadınlara nifrin (qarğış, lə’nət) etdi” -

hədisinə istinad etmişdir. 



/95/

 

     Cavab:  birincisi,  bu  rəvayəti yalnız bir nəfər nəql etmişdir. Ona görə  də, yalnız zənn və gümana 



səbəb olur və qadınlar üçün qəbiri ziyarət etməyi caiz bilən, habelə,  yə’qinə səbəb olan mütəvatir  hədislə 

bərabər ola bilməz. 

     İkincisi, Peyğəmbərin (s) qarğış (nifrin) etməsi, icazə hökmünün ləğv olmasından öncə idi. İbn Əbu 

Müleykənin Aişədən etdiyi rəvayət buna sübutdur. Belə ki, o deyir: “Aişə  qəbir  əhlinin ziyarətindən 

qayıtdıqda, ona dedim: Peyğəmbər (s) qadınlara qəbirləri ziyarət etməyi göstəriş verdi”. Həmçinin, 

Peyğəmbərin (s) buyurduğu bu rəvayət-“Əvvəllər bizlərə qəbirləri ziyarət etməyi qadağan etmişdim, indi isə 

kim istəsə, qəbirləri ziyarət edə bilər və heç bir maneəsi yoxdur.  

     Məhəmməd ibn Əbdülhadi “Sünəni-Nəsai”nin haşiyəsində bu hədisin izahı barədə yazır: 

“Peyğəmbər (s) bu sözü (kəlamı) ilə ləğv edən və ləğv olunan, qadağa və icazənin arasında cəm etmişdir”. 

     Üçüncüsü, İbn Abbasın hədisində olan “qadağa və nəhy” qadınlara aiddir. O da ərlərindən icazəsiz 

evdən çölə  çıxmağın haram olmasına yaxud onların çölə  çıxmalarının fəsad və  zərərə  gətirib çıxardığına 

görədir. 

     İbn Teymiyyə deyir: -Şiə, müşriklər kimi qəbirlərə, ziyarətgahlara hörmət bəsləyir, onları əziz tutur. 

     Onun cavabı: Şiələr və sair müsəlmanlar  Peyğəmbər (s) və mə’sum imamların mübarək qəbirlərini 

dinə xatir və ilahi şüar, nişanə olduğuna görə ziyarət edib hörmət bəsləyirlər. Habelə, onları Allahın hörmətini 

saxlamağını vacib və onlara hörmətsizliyin haram olmasını bildiyi şeylərdən hesab edirlər. 

     Peyğəmbərin (s) qəbrinə hörmət etməyin vacibliyində  Şafei alimlərindən olan Qəzalinin “Kə’bul-

əhbardan”



 /96/

 nəql etdiyi cümlə kifayət edər. O, demişdir: “Hər gün sübh vaxtı 70 min mələk Peyğəmbərin 

(s) qəbrini əhatə edib, qanadlarını bir-birinə vuraraq ona salam göndərirlər. Gün sona yetəndə göylərə qalxır 

və başqa bir mələk dəstəsi aşağı enib həmin əməli təkrar edirlər”... 

     Bizim  nəzərimizdə Peyğəmbərin (s) Əhli-beytinin və  bə’zi böyük səhabələrin qəbirləri də  həmin 

hörmətə malikdirlər. 

     Buna əsasən, onların məhəbbətdən doğan ziyarətləri və onlara etdikləri təbərrük tərk edilməməlidir. 

Necə ki, onların sağlığında camaat böyük həvəslə ziyarətlərinə gedirdilər. Qəbirlərini ziyarət etmək, onlara 

ibadət deyildir. Belə  olsaydı, onda mö’min şəxsin sağlığında görüşünə gedilməyəydi, halbuki, şəriət buna 

icazə verir və alimlərin hamısı bu işin bəyənilmiş olduğunu təsdiqləyirlər. 

     Amma  İbn Teymiyyənin Peyğəmbərdən (s) qəbirlərə  və ziyarətgahlara dair nəql etdiyi rəvayətin 

cavabı belədir ki, onun sözü sübutsuzdur. Bizim isə Peyğəmbərdən (s) belə sübutumuz vardır: O Həzrət 

göstəriş vermişdir ki, onun mübarək qəbrinin və sair mö’minlərin qəbrini ziyarət gedək. 

 

49




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə