Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   21   22   23   24   25   26   27   28   29

      

      


     /98/ -  Zeyd ibn Əsləm Ədəvi Mədəni e’tibarlı alim və Ömərin nökəri idi. O, 36-cı hicri ilində 

vəfat edib (İbn Həcər Əsqalinin “Təqribut-təhzib” kitabından).  

     /99/  -    Müşriklər, kafirlər bu ağaca pərəstiş edir, onun üçün qurbanlıq kəsir və ona bir şey 

asırdılar.  

     /100/  -    Əhməd ibn Hisamuddin Rumi, Molla Həqq  Şəhr Zuri Hənəfi adı ilə  məşhurdur. O, 

Rum qazilərindən olmuş və hicri 1033-cü ildə vəfat etmişdir. Bir çox kitab və traktatlara malikdir, o 

cümlədən, “Risalətün-əla məvatinə-minət-təfsir”, “Əlhidayətu-vət-təlvih”, “Əl-Müğəməqat-min-fətəva 

Qazi xan” əsərləri vardır. 

     /101/ -  Məhəmməd ibn Əbdüllah ibn Həməd, Əzrəqi adı ilə məşhurdur. Onun əsli Yəməndən 

idi və  Məkkədə  məskunlaşmışdı. Tarixçi olmuş  və “Məkkənin tarixi” kitabının müəllifidir. Təqribən, 

250-ci hicri ilində vəfat etmişdir. 

     /102/  -    Qətadə ibn Dəamə. 117-ci hicri-qəməri ilində  vəfat etmişdir. O, sünni alimlərindən 

olmuşdur. Anadangəlmə kor idi. 

     /103/ -  Bəqərə, 125. 

     /104/  -    Yə’ni, Peyğəmbər (s) qəbristana  yaxud bir meyit qəbrinin yanına gəlib ona namaz 

qıldı. Bu özü, qəbrin kənarında namaz qılmaqdır. Bu namazın bizim Peyğəmbər (s), imamlar (ə) və 

övliyaların qəbirləri kənarında qıldığımız namazla nə fərqi vardır? 

     /105/ -  İbn Qəyyim Cuziyyə Məhəmməd ibn Əbu Bəkr Hənbəli (h.q751-ci ildə  vəfat etmişdir) 

İbn Teymiyyənin  şagirdi və “Zadil-miad-fi-huda xeyril-ibad” kitabının müəllifidir.  İbn Qəyyim ikinci 

fəqih və  məşhur hədisçidir, vahabi firqəsi onun fitvalarına istinad edirlər. Birinci şəxs onun ustadı 

İbn Teymiyyə, üçüncü şəxs isə Məhəmməd ibn Əbdülvəhhab Nəcdidir. 

     /106/  -    Malik  ibn  Ənəs (h.q. 179-cu ildə  vəfat etmişdir). Sünnilərin məşhur fəqihi və maliki 

firqəsinin banisidir. O, İmam Cə’fər Sadiqlə (s) bir dövrdə, Mədinədə yaşamışdır. Özü belə deyir: “Hər 

elmi müşküllə qarışlaşdıqda, Cə’fər Sadiqdən soruşdum”. 

     /107/ -  O, hicri 756-cı ildə vəfat etmişdir. 

      


      

      


      

6-ŞİƏYƏ QARŞI YERSİZ TÖHMƏTLƏR 

 

Vahabi firqəsinin İmamiyyə şiəsinə  

qarşı yersiz töhmətləri 

     Vahabi  firqəsinin  şiələrə nisbət verdikləri bir sıra məsələlər, nə  şiənin kitablarında, nə  də  şiə 

məzhəbinin əqidəvi prinsiplərində vardır. Habelə, onlar deyirlər:  

     a)  Şiələr imamlarının qəbirləri kənarında təvaf etməyə  və Allah Evinin əvəzinə, hərəm və 

ziyarətgahlara getməyə icazə verirlər. 

     b) Şiələr özlərinin qurbanlıq və nəzirlərini Peyğəmbər (s) və öz imamlarına təqdim edirlər. 

     s)  Peyğəmbər (s) və öz imamlarının qəbirlərini məscid bilib, onlara Kə’bə evi kimi pərəstiş edir, 

qarşılarında namaz qılırlar. 

     Burada, onların irad və töhmətlərinə cavab veririk. 

      


     Birinci töhmətin cavabı 

     Şiələr  İmamların (ə) qəbirləri kənarında təvaf etməyə icazə vermirlər. Çünki bu əməl qeyri-

müsəlman olan Allahpərəstlərin yanında caiz sayılmadıqda, müsəlmanların yanında necə caiz sayıla bilər? 

Buna əsasən, kimsə ibadət və sitayiş qəsdilə imamların (ə) qəbirləri  kənarında təvaf etsə, kafir və müşrikdir. 

Amma təvaf bu niyyətlə olmasa, təbərrük və hacətlərini istəmək məqsədilə  təvaf etsə, bu iş  şirk və küfr 

deyildir. Çünki hər kəs öz niyyətinə tabedir. Ümumiyyətlə, təvaf özü təklikdə ibadət deyil ki, onu yerinə 

yetirmək mütləq şəkildə haram olsun. Təvaf ibadət məqsədilə olduqda ibadət sayılır. 

     Allah-təala da açıq-aşkar söyləmişdir: “İnsanın  əməli, onun niyyətinə bağlıdır”.  Əlavə  şərh üçün 

deyirik: “Şükr və təşəkkür etmək Allah üçün olduqda,  Allaha ibadət sayılır. Amma Allahdan başqası üçün 

 

54




olsa, ibadət sayılmır. Bu baxımdan, şəriətdə Allah-təaladan başqası üçün şükr etmək caizdir. Belə ki, Allah 

insana buyurur: “Mənə və ata-anana şükr et!” (Loğman, 14). 

     Bundan  daha  aydını Adəmə (s) səcdə etməyə əmr olunmasıdır. Belə ki, Allah-təala Qur’anda bir 

çox ayələrdə aşkar buyurmuşdur: “Adəmə səcdə edin”. 

     Bütün  müsəlman təfsirçiləri demişlər: “(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar 

(ata-ana, qardaşlar, misirlilər) hamısı (hörmət  əlaməti olaraq) ona (Yusifə) (tə’zim) səcdə edib əyləşdilər”- 



/108/

 bu ayədə olan səcdə, pərəstiş və ibadət səcdəsi deyildi. Əksinə, Yusifin (ə) məqamını böyük tutub ona 

hörmət bəsləmək idi. Həmçinin, mələklərin Adəmə (ə) olan səcdəsi də bu hökmdədir.  Buna əsasən, vahabi 

firqəsinin  şübhəsi və  şiələrə qarşı yersiz və  əsassız töhmətləri verdiyimiz izahlar nəticəsində  rədd olunur. 

Necə ki, belə  şübhə  də irəli sürmüşlər: “Nə üçün Allahın birliyinə inananlar, Allahdan başqasına ibadət 

etməyə icazə vermirlər, halbuki, Qur’an onu caiz bilir. Belə ki, Qur’anda deyilir: “Mən ona surət verib 

ruhumdan üfürdüyüm zaman siz ona (ibadət məqsədilə deyil, tə’zim məqsədilə) səcdə edin”. 

/109/

  

     Habelə, bu ayə: “Bir zaman Yusif öz atasına demişdi: “Atacan! Mən (yuxuda) bir ulduz və Günəşlə 



Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə etdilər”. 

/110/

 Habelə, öncə qeyd etdiyimiz Yusif surəsi, 100-cü 

ayə. Bütün bu şübhələrin də cavabı aydın oldu. Çünki bu ayələrdə olan səcdə, Allahdan başqası üçündür və 

ibadət deyildir. Əksinə, möhtərəm insanlara tə’zim edib, onlara hörmət bəsləməkdir. Eyni zamanda da, şəriət 

baxımından heç bir eybi yoxdur. Bunlardan əlavə, müsəlmanlar belə təvafı caiz bilir və onda heç bir irad, eyb 

görmürlər. Çünki müsəlmanlar Allahın Evinin ətrafında  təvaf edir, onun daşlarına əl sürtməklə tə’zim edirlər. 

Bunda heç bir irad və eyb nəzərə çarpmır. Tarix boyunca da müsəlmanların bu əməlinə irad tutmamışlar. 

     Bununla belə, əlavə şərh və vahabilərin şübhələrinə cavab olaraq deyirik: “Təvafdan məqsəd bina 

və tikiliyə ibadət etmək deyil, əksinə, evin sahibinə hörmət edib, onu müəzzəm tutmaq məqsədilə Kə’bənin 

qarşısında səcdə etmək kimidir. Çünki Kə’bə-Allahın evidir. Mələklərin Adəmə  (ə) səcdə etməsi də ona 

pərəstiş və sitayiş səcdəsi deyildi. Əgər belə olsaydı, Şeytan Allaha cavab verməliydi ki, bu əməl şirkdir və 

təkallahlılıqla uyğun gəlmir. Daha təkəbbür edib belə deməzdi: “Mən ondan üstünəm”. 

      

     İkinci iftiraya cavab 

     Vahabi  firqəsi deyir: “Şiələr öz nəzir-niyaz və qurbanlıqlarını müqəddəs ziyarətgahlara aparırlar. 

Halbuki, şiə alimləri fiqh kitablarında açıq-aydın yazırlar: Allahdan qeyrisi üçün nəzir, qurban və bu kimi işlər 

doğru deyil. Bu hökm şiələrin əməllərinin düz olmadığını göstərir.” 



/111/ 

     Lakin  bilirik  ki,  müqəddəs ziyarətgahlar  əlsiz-ayaqsızların, yoxsul və dilənçilərin pənah yeridir. 

Şiələr nəzir və qurbanlarını elə yerlərə ona görə aparırlar ki, ehtiyacı olanlara paylasınlar. Kim bu hökmü 

dəyişsə, kafirdir və şiələrə bu iftiranı, böhtanı atanlar yalançıdırlar. 

      

     Üçüncü iftiraya cavab 

     Vahabilər deyirlər: “Şiələr qəbirlərə sitayiş edir, qəbrin önündə  səcdəyə qapılır.” Bu fikir bir neçə 

dəlilə görə əsassız və şiələrə deyilən növbəti iftiradır. Əvvəla, şiələr heç bir qəbrin önündə namaz qılmır və 

heç belə adətləri də yoxdur. Təsadüfən belə  iş tutsalar, əsas vermir ki, onlar qəbri qiblə hesab etsinlər. 

Ümumiyyətlə, İslamı qəbul edən və Kə’bəni qiblə sayan kəs bu fikirdə ola bilərmi? Bir şiənin öz qurbanlığını 

qiblədən başqa istiqamətə, ya da imamların qəbri ilə üzbəüz kəsdiyini görən varmı? Məgər  şiələr qurbanı 

camaatın gözü önündə  kəsmirlərmi? Qəbirlərin önündə namaz qılmaq da fiqhə aid məsələdir və dini 

e’tiqadlara dəxli yoxdur. Heç bir alim bu məsələni e’tiqadi kitabında yazmamışdır. Bütün İslam alimləri xüsusi 

yerlərdə namaz qılmağın məkruh yaxud haram olması barədə fikir müxtəlifliyinə malikdirlər. Vahabilər bunu 

bilməyirlərmi? Məsələn, hamamda, ayaqyolunda, küçənin ortasında, yanar tonqalın, canlı  rəsminin 

qarşısında, heykəlin önündə, insanla üzbəüz namaz qılmağın hətta haram və batil olduğunu deyən fəqihlər 

də bu işi küfr və şirk kimi qəbul etməmişlər. 

     “Səhihi-Buxari” də “məqbərələrdə namaz qılmağın kəraməti” və “namaz qılanın hökmü” fəslində 

təndirin, alovun, pərəstiş olunan bir şeyin və ya Allaha tərəf hesab olunan bir istiqamətdə namaz qılmaq 

haqda mə’lumat verdikdən sonra bu yerlərdə namaz qılmağın caiz olmasına dəlalət edən hədislər vardır. 

Deməli, əgər bir şəxs qəbrin önündə namaz qılarsa və fikrində qəbirdəki şəxsi deyil, Allahı tutarsa namazı 

düzgündür. Çünki, şəriət sahibindən belə halda qılınan namazın haram və batilliyinə dair hökm 

yetişməyibsə, namaz düzgündür. Elə buna görə də Buxari onu haram yox, məkruh kimi qələmə verir. Buxari 

belə hallarda namaz qılmağın düzgünlüyü üçün bu əhvalatı sübut kimi göstərir: 

     “Ömər gördü ki, Ənəs ibn Malik qəbrin kənarında namaz qılır. Ona yalnız bunu dedi: Qəbir! Qəbir! 

Lakin demədi ki, namazını təzələ. Başqa bir yerdə Buxari Peyğəmbərin(s) aşağıdakı hədisə əsaslanır: Allah 

Yeri mənim üçün məscid (səcdəgah) və pak yaratmışdır. Ona görə də mənim ümmətim namazın vaxtı yetən 

kimi, harda olsa əda etsin”. 

 

55




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə