Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

      

     /78/ -  Məhəmməd ibn İdris Şafei dörd sünni məzəhəbindən birinin başçısıdır. O, 150-ci hicri-

qəməri ilində    Fələstinin  Qəzza məntəqəsində dünyaya gəlmiş, 204-ci hicri-qəməri ilində Misirdə 

vəfat etmişdir. Onun nəsəbi  Əbd Manafın oğlu Müttəlibə çatır. Bu baxımdan ona, “Müttəlibi” də 

deyirlər.  Şafei Məkkədə böyüyüb boya-başa çatmış, orada və  Mədinədə  təhsil alaraq yenidən 

Bağdada qayıdıb hədis söyləməyə başlamışdır. Sonra Misirə gedib ömrünün sonuna qədər orada 

yaşayıb. O, Malik ibn Ənəs, Məhəmməd ibn Həsən  Şeybani və başqa alimlərdən elm və  hədis 

öyrənmişdir.  Şafei  Əhli-beytə(s) məhəbbətini aşkar etmək məsələsinə çox bağlı idi. Bu barədə bir 

çox gözəl  şe’rlər yazmışdır. O cümlədən, “Ey Peyğəmbərin (s) Əhli-beyti, sizə  məhəbbət Qur’anda 

vacib sayılmışdır. Sizin məqamınızın  əzəməti barədə bu kifayət edər ki, hər kəs sizə salam 

göndərməsə, namazının faydası yoxdur”. 

     Bu  şe’r onundur: “Əgər Ali-Mühəmmədə  məhəbbət kafirlikdirsə, onda bütün insanlar və 

cinlər bilsinlər ki, mən rafiziyəm (yə’ni, kafirəm)”. 

      


 

İmamiyyə şiəsinin yuxarıdakı fikirlərin  

caizliyinə dair sübutları 

     1)Allah-təala buyurur: “Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları 

şeyləri özlərinə bildirmədən, onları (Haqq yoldan) çıxartmaz. Həqiqətən, Allah-təala hər  şeyi (olduğu kimi, 

layiqincə) biləndir! (Tövbə, 115)”.  

     Bu barədə birinci müqəddimədə geniş şəkildə izah verib, oxucular üçün aydınlaşdırdıq. 

     2)Hərəm və  qəbirləri bəzəməyi, onlarda olan asılmış  şeyləri və zinət  əşyalarını  Kə’bənin bəzəyi, 

üzərinə örtülən parça ilə müqayisə etmək lazımdır. Çünki hər ikisində  məqsəd eynidir. Pərdələrdən, zinət 

əşyalarından istifadə etməyin mə’nasız olması, onların hər ikisinin müştərək səbəbidir. Halbuki,  xəlifələrin 

adətləri belə olmuşdur ki, onlar bu işi, Kə’bəni əzəmətli hesab etmək nişanəsi bilirdilər. Hətta, Peyğəmbərin 

(s) sirəsi də (əməl, rəftar) belə olmuşdur. İslam tarixi və hədis kitabları buna şahiddir. 

     İbn Xəldun 

/79/

 özünün “Müqəddimə” kitabında yazır: “Dünyadan köçmüş xalqlar Məkkənin 

cahiliyyət dövrünü əzizləyirdilər. Kəsra (İranın padşahı Xosrov) və onun kimi digər padşahlar Məkkəyə 

çoxsaylı mal-dövlət və  xəzinələr bağışlayırdılar.  Əbdülmütəllibin Zəmzəm quyusunu yenidən qazarkən 

oradan qılınclar və iki qızıl ahu  (ceyran) heykəli tapması hekayəsi məşhurdur. 

     Allahın Rəsulu (s) Məkkəni fəth etdikdə, Kə’bə evində yerləşən quyudan 490 misqal qızıl tapdı. Bu 

məbləğ padşahların Kə’bə evi üçün göndərdiyi  ərməğanlardandır. Yuxarıda qeyd olunan qızılın qiyməti iki 

milyon dinara bərabərdir.  

     Əli ibn Əbutalib (ə) Peyğəmbərə (s) dedi: “Ey Allahın Rəsulu! Kaş bu sərvəti döyüşün xərclərinə 

istifadə edəydin. Amma Həzrət Rəsul (s) ona əl vurmadı. Sonra həmin təklifi Əbubəkr də etdi. O, yenə də 

ona əl vurmadı. Belə ki, deyir: Əbu Vail

 /80/

 söylədi: Şeybə ibn Osmanın yanında oturmuşdum. Ömər ibn 

Xəttab da mənim kənarımda əyləşmişdi. Ömər dedi: Qərara gəlmişəm ki, orada (Kə’bə evində) heç bir sarı 

(dinar, qızıl) və ağ (gümüş, dirhəm) qoymayım və hamısını müsəlmanların arasında bölüm. Dedim: Sən belə 

iş görməyəcəksən! (görə bilməzsən).  

     Dedi:  Nə üçün? Dedim: Ona görə ki, sənin iki yaxın dostun (Peyğəmbər (s) və  Əbubəkr) bu işi 

görmədilər. Ömər dedi: Onlar elə şəxslər idilər ki, camaat onlara iqtida edirdi. Bu mal-dövlət Əftəsindir”. 

/81/

 

     Müəllif: “Əftəsdən sonra bu iş yenə də keçmiş xəlifələrin adəti ilə davam etdi. Belə ki, müsəlmanlar 



Allahın evi və Peyğəmbərin (s) hərəmi üçün mal-dövlət, xəzinələr vəqf yaxud hədiyyə etdilər. Amma 

vahabilər Məkkə  və  Mədinədə fitnə qaldırdıqda, o iki hərəmdə (Məkkə  və  Mədinədə) olanların  hamısını 

qarət etdilər. Onların bu işləri Peyğəmbər (s) və onun səhabələrinin əməl və rəftarının əksinə idi”.  

     Buxari  “Səhih”də “Peyğəmbərin (s) sünnələrinə iqtida bölməsində -“İlahi, bizi müttəqilərə imam 

(rəhbər) et!” 

/82/

 - ayəsinin təfsirində deyir ki, məqsəd budur: “Biz, bizdən öncə olanların arxasınca gedirik 

və bizdən sonra da gələnlər bizim ardıcıllarımız olacaq”. 

     3)Ömərdən nəql olunan rəvayətin qəbirin üzərində  məqbərə tikmək yaxud kölgəlik salmağın 

haramlığına deyil, məkruh olduğuna aid etmək olar. Xüsusilə, Ömərin özünün qəbri, habelə, Peyğəmbərin 

(s) və  Əbubəkrin qəbirləri elə ilk gündən indiyə  qədər müsəlmanların, səhabələrin və tabeinlərin gözü 

önündə üstüörtülü, tavanın altında olmuşdur. 

     Bundan əlavə, “Səhih-Buxari” və “Əqdul-fərid



 /83/

 kitabında belə deyilir: “Həsən ibn Əli 



/84/

 vəfat 


etdikdə, həyat yoldaşı bir il ərzində onun qəbri üzərində gümbəz qoydu və sonra onu götürdü. Xatırlamaq 

lazımdır ki, həmin gümbəz qəbirin üzərinə kölgə salırdı”. 

 

44



     Bu  baxımdan deyə bilərik ki, bə’zən bir şeyin məkruh olması, bir sıra ümumi məsləhətlərə görə 

aradan götürülür. Məsələn, qəbirin kənarında zəvvarları və Qur’an qarelərini isti və soyuqdan qorumaq üçün 

talvarlar. Bu elə bir məsləhətdir ki, faydası müsəlmanlara qayıdır. Halbuki, meyit ondan bəhrələnmir. 

     4)İbn Abbasın rəvayətinin doğru olması fərzilə Peyğəmbərin (s) sünnəsi və müsəlmanların əməlinin 

əksinədir. Çünki, Peyğəmbərin (s) qəbrinin kənarında qəndil yandırmaq, xəlifələrin  zamanından bu 

günümüzə qədər davam edir. 

     5)Mö’minlər və  qəbirləri ziyarət edənlərin ziyarətgah, hərəm və  məqbərələrdəki işıqlıqdan 

gördükləri fayda, bu işin səmərəsiz və mə’nasız olduğunu iddia edən müxaliflərin fikrini rədd edir. Xüsusilə, 

qəbirdən uzaq və aralı duran və ya oturan şəxslər üçün böyük faydası vardır. Həmçinin, Qur’an oxuyanlar da 

o işıqdan istifadə edirlər. Buna əsasən, hərəm və ziyarətgahı  işıqlandırmaq, çıl-çıraqla bəzəmək, müxalif 

qrupun nəzərinin əksinə olaraq israf deyildir. 

      


     /79/  -    Əbdürrəhman ibn Məhəmməd ibn Xəldun  İşbili sünnilərin tanınmış alim və 

tarixçilərindəndir. O, şiələrə  sərt mövqedə dururdu. Onun əsli  Əndəlus (İndiki  İspaniya) xalqından 

olmuş və İşbiliyyə şəhərində yaşamışdır. Amma ömrünün sonlarını Misirdə keçirmişdir. İbn Xəldun 

“Əlibəru” və “Divanül-mübtəda vəl xəbər” və “Müqəddimə” kitabları ilə  məşhurdur. Belə ki, onları 

siyasi, ədəbi və ictimai elmlərin xəzinəsi bilmişlər. O, hicri 808-ci ildə Misirdə vəfat etmişdir. 

     /80/ -  Əbu Vail, Şəqiq ibn Sələmeyn Əsədəi Kufi 82 yaxud 89-cu hicri ilində 100 yaşında vəfat 

edib. 

     /81/  -    İbn Xəldun onun arxasınca izah verir ki, Əftəs Həsən ibn Hüseyn (Əli) ibn Əli ibn 

Zeynal-abidin idi. O, hicri 199-cu ildə  Məkkəni fəth edib Kə’bəyə doğru tələsərək, oranın bütün 

xəzinəsini qarət edib dedi: “Bu sərvət Kə’bənin dərdinə  dəymir, faydasız olaraq orada xəzinə 

edilmişdir. Biz bunu döyüşdə xərcləməyə daha layiqik”. 

     /82/ -   Furqan, 74. 

     /83/  -    Bu  kitabın müəllifi  Əhməd ibn Məhəmməd Qirtəbi  Əndəlusi Malikidir. O, “İbn  Əbdu 

Rəbbih” adı ilə məşhurdur. Hicri 328-ci ildə İspaniyada vəfat etmişdir. 

     /84/  -    İmam Həsən Müctəbanın oğlu Həsəni Müsənnadır. O,  Kərbəla hadisəsində 

yaralanmışdı. Anasının qohumları (adamları) Ömər Sə’din qoşununda idilər. Onlar onu döyüş 

səhnəsindən uzaqlaşdırdılar. Buna əsasən o, Həsən ibn Əli yox, Həsən ibn Həsəndir. Həsəni 

Müsənna,  əmisi  İmam Hüseynin(ə) qızı Fatimə ilə evlənmişdi. Həmin Fatimə bir il Bəqi 

qəbirstanlığında ərinin məzarının kənarında əza saxlamışdır. 

      


      

           

      

      


5-PEYĞƏMBƏR VƏ İMAMLARIN  

QƏBRLƏRİNİ ZİYARƏT ETMƏK ŞİRK DEYİL 

      


İslam Peyğəmbəri (s) və İmamların qəbirlərini ziyarət 

etmək şirk deyil və Allahdan başqasına ibadət sayılmır 

     Vahabilər belə deyirlər: “İmamların (ə) qəbirlərini ziyarət etmək,  uzaq yerdən Peyğəmbərin (s) 

qəbrini ziyarətə gəlmək caiz (düzgün) deyildir”. Onların əqidəsi belədir ki, bu iş şirk və Allahdan başqasına 

ibadətdir.  

     İbn Teymiyyə “Minhacus-sünnə” kitabının birinci hissəsində yazır: “Bu İslam dininin zəruri 

məsələlərindəndir ki, Peyğəmbər (s) İmamiyyə şiəsinin hərəm, ziyarətgah və qəbirlər barədə nəql etdiklərinə 

dair heç bir göstəriş verməmiş və öz ümməti üçün peyğəmbərlərin və saleh insanların (övliyaların) qəbirləri 

kənarında heç bir əməli  şəriətə aid etməmişdir. Bu işlər müşriklərin adət-ən’ənələrindəndir. Belə ki, Allah-

təala onlar barədə buyurur: “Və (kafirlər öz tabeçiliyində olanlara) dedilər: Öz tanrılarınızı  tərk etməyin, 

(xüsusilə) Vəddi, Suva’ı, Yəqusu və Nəsri atmayın!”. 



/85/ 

     İbn Abbas demişdir: “Bunlar Nuhun qövmündə adlı-sanlı, ləyaqətli insanlar idilər (yə’ni, Vədd, 

Suva’, Yəğus, Yəuq və  Nəsr). Onlar öldükdə, camaat qəbirlərini ziyarətə getdi, uzun müddətdən sonra 

onların heykəlləri düzəldildi, onlara pərəstiş etdilər...” 

     Həmçinin, İbn Teymiyyə İmamiyyə şiəsinin əqidə və ideyalarını tənqid edən iradların birində deyir: 

“Onlar qəbirlərin üzərində inşa edilmiş gümbəz və  məqbərələrə hörmət bəsləyir, müşriklər kimi onların 

 

45



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə